Ana səhifə »  Qəzetin pdf formatı »  Dini radikalizm və ekstremizmə qarşı alternativ vasitə kimi vətənpərvərlik hissi gücləndirilməlidir
A+   Yenilə  A-
Dini radikalizm və ekstremizmə qarşı alternativ vasitə kimi vətənpərvərlik hissi gücləndirilməlidir

Fevralın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri - dini radikalizm” mövzusunda seminar-müşavirə keçirilib.

Seminar-müşavirədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəli şəxsləri, eyni zamanda, bu qurumların Sumqayıt şəhəri, Abşeron, Xızı, Qobustan, Zəngilan və Qubadlı rayon strukturlarının məsul nümayəndələri, ziyalılar, dindarlar və ictimai fəallar iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbir DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filminin nümayişi ilə başlayıb.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov çıxış edərək mövzunun aktuallığından danışıb, şəhərdəki dini vəziyyət barədə ətraflı məlumat verib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov tədbirin keçirilməsində əsas məqsədin Azərbaycanda dini radikalizmə və ekstremizmə qarşı mübarizə sahəsində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsi olduğunu bildirib. O, dini radikalizmi yaradan səbəblər və radikal cərəyanların törətdiyi fəsadlardan, dünyada, xüsusilə Yaxın Şərqdə dini radikalizm və ekstremizmin acınacaqlı nəticələrindən söz açaraq, dinin siyasiləşdirildiyi və ya siyasi oyunlar üçün alət olduğu ölkələrin böyük fəlakətlərlə üzləşdiyini diqqətə çatdırıb.

Ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik, əmin-amanlıq, dövlət-din münasibətlərinin sağlam şəkildə qurulmasından da danışan S.Heydərov Azərbaycandakı multikultural və tolerant dəyərlərin bütün dünya üçün örnək olduğunu vurğulayıb.

Prezident İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş Azərbaycan İlahiyyat İnstitutunun əhəmiyyətindən bəhs edən DQİDK-nın sədr müavini ali məktəbin yaradılmasını dövlət başçımızın dövlətçiliyə, milli-mənəvi dəyərlərimizə bağlı, vətənpərvər, yüksək ixtisaslı kadrların hazırlanmasına, eləcə də xalqımızın tarixi ənənələrinə söykənən dini-mənəvi mühitin qorunub saxlanılmasına verdiyi yüksək diqqətin daha bir nümunəsi adlandırıb.

Yeni yaradılan institutda dini yazarların yetişdiriləcəyini və araşdırmaların aparılacağını deyən S.Heydərov bildirib ki, burada məqsəd gəncləri yad dini ideologiyalardan qorumaqdır. Vurğulayıb ki, bu gün ölkədə dini radikalizm və ekstremizmə qarşı alternativ vasitə vətənpərvərlik hissinin gücləndirilməsidir və ona görə də bu kimi maarifləndirmə tədbirlərinin keçirilməsi əhəmiyyətlidir.

DQİDK sədrinin müavini sonda radikalizmə qarşı mübarizədə fəallığın vacibliyini diqqətə çatdırıb və insanları daha məsuliyyətli olmağa çağırıb.

Tədbirdə, həmçinin Baş Prokurorluğun idarə rəisinin müavini Rauf Məmmədov, Daxili İşlər Nazirliyinin məsul əməkdaşı Oqtay Tağıyev mövzu ilə bağlı çıxış edib, təmsil etdikləri qurumların dini radikalizmlə mübarizə istiqamətində həyata keçirdikləri profilaktik və inzibati tədbirlərdən söz açıblar. Natiqlər dini radikalizmin ictimai təhlükəsizliyə açıq təhdid olduğunu bildirərək, müştərək mübarizənin vacibliyini vurğulayıblar.

Sonda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin Sumqayıt üzrə səlahiyyətli nümayəndəsi Rauf Sərdarov dövlətimizin başçısına dindarlara göstərdiyi qayğı üçün təşəkkürünü bildirib. O, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət-din münasibətlərinin bu gün ölkəmizin inkişafına böyük töhfə verdiyini və dindarların daim bütün məsələlərdə dövlətin yanında olduğunu söyləyib.

Seminar-müşavirə mövzu ətrafında fikir mübadiləsi ilə davam edib.

 
  • Oxunub:  4290  |  
  • Tarix:  13-02-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbə olaraq qitənin enerji xəritəsini dəyişdirir

23 Fevral 14:17
Hava Hücumundan Müdafiə bölmələrinin döyüş atışlı təlimləri keçirilib
23 Fevral 13:55
Elman Məmmədov: ATƏT-in Minsk qrupunun fəaliyyətindən konkret nəticələr gözləyirik
23 Fevral 13:43
Sevinc Hüseynova: Atılan addımlar dövlətimizin qayğıya ehtiyacı olan təbəqəyə göstərdiyi diqqətin nümunəsidir
23 Fevral 12:58
Vüqar Bayramov: Dövlət başçısının Fərmanı əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi istiqamətində atılan daha bir önəmli addımdır
23 Fevral 12:56
Elman Nəsirov: Ortada yenə də Madrid prinsipləridir
23 Fevral 12:47
Özbəkistan nümayəndə heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
23 Fevral 12:29
Əmək Məcəlləsinə bir sıra dəyişikliklər edilməsi istiqamətində işlər aparılır
23 Fevral 12:17
İsraildə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Soyqırımı qurbanlarının Xatirəsi Günü qeyd edilib
23 Fevral 12:04
Azərbaycan Slavyan Gənclərinin Birinci Forumu keçirlir
23 Fevral 11:58
UNEC-də karyera günü: Vergi orqanlarına işə qəbul
23 Fevral 11:52
Xocalı soyqırımının 27-ci ildönümü Bişkekdə qeyd edilib
23 Fevral 10:55
Xocalı Soyqırımının qurbanlarının xatirəsi Brüsseldə anılıb
23 Fevral 10:55
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Ermənistanın İsveçdəki səfirliyinin qarşısında aksiya keçirilib
23 Fevral 10:50
Kaliforniyanın televiziya kanallarında Xocalı soyqırımından bəhs edən film nümayiş etdirilir
23 Fevral 10:48
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir
23 Fevral 10:36
Gədəbəy rayonu 2018-ci ili uğurla başa vurub
23 Fevral 10:27
Hesablama Palatası ilə Gürcüstan Dövlət Audit Ofisi arasındakı anlaşma memorandumu yenilənib
23 Fevral 10:25
Azərbaycan Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbə olaraq qitənin enerji xəritəsini dəyişdirir
23 Fevral 10:22
Azercell-in Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində 13 minə yaxın insan tibbi yardım alıb
23 Fevral 10:21
Regionların uğurlu inkişafı bütün sahələri əhatə edir
22 Fevral 21:19
Təhsil naziri və Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi 23 nömrəli məktəbdə
22 Fevral 21:17
“ASAN Viza” üçün “Radiant Launch” mükafatının təqdimolunma mərasimi keçirilib
22 Fevral 21:12
Mərkəzi Seçki Komissiyasının sədri Moldovaya səfər edib
22 Fevral 21:09
Xocalı soyqırımı ötən əsrin ən dəhşətli faciəsidir
22 Fevral 21:07
YAP Səbail rayon təşkilatının yaranmasının 26-cı ildönümü qeyd olunub
22 Fevral 21:04
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
22 Fevral 21:02
Ermənistan yeni geosiyasi turbulentlikdə: boş vədlər və sözçülüyün “real töhfələri”
22 Fevral 20:51
Şahin Mustafayev: Yeni gəmilər ASCO-nun Xəzərdəki üstünlüyünü davamlı edəcək
22 Fevral 20:45
VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin bağlanış mərasimi keçirilib
22 Fevral 20:34
ADA Məktəbinin təqdimatı olub
22 Fevral 20:32
Bahar Muradova: Beynəlxalq təşkilatlar çərçivəsində verilmiş qərarların praktikada həyata keçirilməsinə çalışmaq lazımdır
22 Fevral 20:14
Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
22 Fevral 20:08
Xocalı soyqırımı qurbanlarının xatirəsi Argentinada da ehtiramla anılıb
22 Fevral 19:55
Deputat: Dağlıq Qarabağın azərbaycanlı icması sülh danışıqlarında maraqlıdır və daim buna hazırdır
22 Fevral 19:46
Kseniya Kiriçenko: Yaxın beş ildə Rusiyadan Azərbaycana turist axını iki dəfə artırılacaq
22 Fevral 19:34
ATƏT sənədlərində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları münaqişə tərəfləri deyil, yalnız maraqlı tərəflər kimi müəyyən edilir
22 Fevral 18:49
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
22 Fevral 18:36
Azərbaycan-Xorvatiya münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
22 Fevral 17:39
Bu ilin ilk ixrac missiyası Çinə təşkil olunacaq
22 Fevral 17:37
Aqiyə Naxçıvanlı: Cəmiyyət hər zaman ailənin möhkəm bünövrə əsasında qurulmasına, onun inkişafına çalışmalıdır
22 Fevral 17:29
YAP Ağstafa rayon təşkilatında Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
22 Fevral 17:23
Azərbaycan İlahiyyat İnstitutunda “Erasmus+” proqramı tətbiq olunacaq
22 Fevral 17:19
ADU-da Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər keçirilib
22 Fevral 17:14
BDU və Avropa Şurasının Bakı ofisi birgə tədbirlər keçirəcək
22 Fevral 17:08
ATƏT PA-nın iclasında Ermənistan Azərbaycanın mədəni və tarixi abidələrinin dağıdılmasını dayandırmağa çağırılıb
22 Fevral 17:04
Bahar Muradova: ATƏT qaçqın və məcburi köçkünlərin problemlərinə lazımi diqqət ayırmır
22 Fevral 17:00
Dünya Bankı ilə ədliyyə sahəsində birgə layihələr uğurla həyata keçirilir
22 Fevral 16:41
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22 Fevral 16:38
Naxçıvan: uğurlu inkişaf strategiyası yeni mərhələdə
22 Fevral 16:37
UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılıb
22 Fevral 16:35
Sumqayıtda yeni yaşayış kompleksinə köçürülmə başlanır
22 Fevral 16:24
Abşeron rayonunda “KOB Dostu” fəaliyyətə başlayıb
22 Fevral 16:11
Şəmsəddin Hacıyev: Azərbaycan dünyada nüfuzlu, etibarlı tərəfdaş ölkə kimi özünü təsdiq edib
22 Fevral 15:45
Azərbaycanda ilk dəfə Qubada Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanıldı
22 Fevral 15:43
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hacıqabulda vətəndaşları qəbul edəcək
22 Fevral 15:40
Azərbaycan nümayəndə heyəti Melburnda bir sıra görüşlər keçirib
22 Fevral 15:18
ATƏT: Son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət dinamikaya ümid yaranıb
22 Fevral 14:47
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
22 Fevral 14:40
Ərdoğan Türkiyə və Azərbaycan arasında hərbi sahədə mühüm sənədi təsdiqlədi
22 Fevral 14:37
"Xocalıya ədalət" kampaniyası çərçivəsində İsraildə soyqırım qurbanlarının anım günü keçirilib
22 Fevral 14:33
Pauerliftinq üzrə Paralimpiya yığmamızın üzvləri ilə görüş keçirilib
22 Fevral 14:31
Qida Təhlükəsizliyi Agentliyində beynəlxalq ekspertlərin iştirakı ilə seminar keçirilib
22 Fevral 14:27
Energetika naziri Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində bir sıra görüşlər keçirib
22 Fevral 14:21
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22 Fevral 14:19
Pakistan mətbuatında Xocalı faciəsi haqqında məqalələr yayılıb
22 Fevral 14:17
Milli Olimpiya Komitəsi media və kommunikasiya mütəxəssisləri üçün təlim proqramına başlayıb
22 Fevral 14:14
Beynəlxalq konqresdə ADNSU-nun rektorunun məruzəsi dinlənilib
22 Fevral 14:12
Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək millimizin oyunlarının təqvimi müəyyənləşib
22 Fevral 14:09
BANM-in tələbələri təhsillərini Bolqarıstanda və Yunanıstanda davam etdirəcəklər
22 Fevral 14:07
Prezident İlham Əliyev Xızıda yol tikintisinə 850 min manat ayırıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA
Bakı
gündüz+9 +11
gecə+2 +5