Ana səhifə »  Qəzetin pdf formatı »  Mərkəzi Bank uçot dərəcəsini 15 faizdən 13 faizə endirib
A+   Yenilə  A-
Mərkəzi Bank uçot dərəcəsini 15 faizdən 13 faizə endirib

Mərkəzi Bankın sədri Elman Rüstəmov uçot dərəcəsinin və faiz dəhlizinin aşağı salınması haqqında qərarı şərh edib
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti fevralın 12-də uçot dərəcəsinin 15 faizdən 13 faizə, faiz dəhlizinin yuxarı həddinin 18 faizdən 16 faizə, aşağı həddinin isə 10 faizdən 8 faizə endirilməsi barədə qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov fevralın 12-də keçirdiyi mətbuat konfransında İdarə Heyətinin qərarını şərh edib.

Elman Rüstəmov bildirib ki, faiz dəhlizinin parametrləri haqqında qərar faktiki orta illik inflyasiyanın birrəqəmli trayektoriyaya daxil olması, inflyasiyanın azalmasına dair proqnozlar və xarici balansın yaxşılaşması nəzərə alınmaqla qəbul edilib. Bu müsbət meyillərin davam etməsindən asılı olaraq Mərkəzi Bank faiz dərəcələrinin real səviyyəsini pozitiv zonada saxlamaqla bundan sonra da azaldılmasını mümkün hesab edir. Qiymətləndirmələrə əsasən, yeni iqtisadi tsiklə adekvat olaraq neytral pul siyasətinə tədrici keçid iqtisadi aktivliyə müsbət təsir göstərəcək.

Faiz dəhlizinin parametrlərinin dəyişdirilməsi haqqında qərarı qəbul edərkən Mərkəzi Bankın İdarə Heyəti xarici və daxili mühitdə baş verən bir sıra prosesləri nəzərə alıb.

Xarici mühit

Mərkəzi Bankın sədri qeyd edib ki, 2014-cü ilin sonundan bəri həyata keçirilən dərin makroiqtisadi manevr və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan islahatlar, eləcə də dünya bazarında neftin qiymətinin yüksəlməsi Azərbaycanın tədiyə balansının yaxşılaşmasını təmin edib. 2017-ci ilin yekunu üzrə tədiyə balansının cari əməliyyatlar hesabında ÜDM-in 5 faizi qədər profisit gözlənilir. Xarici ticarət balansının profisiti 5 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən illə müqayisədə 10 dəfə, yəni 0,5 milyard ABŞ dolları çoxdur. İxrac 52 faiz, o cümlədən qeyri-neft ixracı 23 faiz artıb. Ticarət balansı ilə yanaşı xidmətlər, eləcə də ilkin və təkrar gəlirlər balansında da yaxşılaşma müşahidə olunub. Xidmətlər balansının kəsiri əhəmiyyətli dərəcədə azalıb, turizm xidmətləri üzrə, habelə kapital və maliyyənin hərəkəti hesabında da müsbət saldo əldə olunub.

Ölkənin tədiyə balansının yaxşılaşması şəraitində 2017-ci ildə strateji valyuta ehtiyatları 11 faizdən çox artıb. Proqnozlara görə, xarici mühitdə pozitiv meyillərin 2018-ci ildə də davam edəcəyi gözlənilir.

Valyuta bazarı

Tədiyə balansının yaxşılaşması nəticəsində ölkənin valyuta daxilolmalarının artmasının valyuta bazarında vəziyyəti sabitləşdirdiyini diqqətə çatdıran E.Rüstəmov deyib: “Bu şəraitdə həyata keçirilən makroiqtisadi siyasət tədbirləri nəticəsində manatın ABŞ dollarına qarşı məzənnəsi 4 faiz möhkəmlənib. 2017-ci ilin ikinci rübündən manatın məzənnəsi əlavə möhkəmlənmə təzyiqləri altında olub. Manatın məzənnəsinin sabitləşməsi de-dollarlaşma proseslərinə, maliyyə sabitliyinə və inflyasiya gözləntilərinin azaldılmasına müsbət təsir edib. Manatın real effektiv məzənnəsi isə 2014-cü ilin sonundan bəri 36 faiz ucuzlaşıb ki, bu da idxalın əvəzlənməsi və qeyri-neft ixracının stimullaşdırılmasına müsbət təsir edən amildir.

Monetar şərait

Ölkədə formalaşmış monetar siyasət barədə danışan Mərkəzi Bankın sədri qeyd edib ki, 2017-ci ildə pul siyasətinin əsas əməliyyat hədəfi olan manatla pul bazası 8,7 faiz artıb. Valyuta bazarında təklifin tələbi üstələməsi şəraitində fiskal sektorun likvidliyə olan tələbi monetar şəraitə təsir göstərən əsas amil olaraq qalmaqdadır.

İqtisadiyyatın pula olan tələbinin təmin edilməsi və likvidliyin effektiv idarə olunması məqsədilə Mərkəzi Bank müxtəlif müddətli (7 günədək, 14 günlük, 28 günlük və sair) çərçivə və açıq bazar əməliyyatlarını aktiv saxlayır. İqtisadiyyatda kredit aktivliyinin bərpa olunmaması şəraitində bank sistemində akkumlyasiya olunan izafi likvidlik Mərkəzi Bankın sterlizasiya alətlərinə yüksək tələbi şərtləndirir. Ümumilikdə təhlillər göstərir ki, yaradılmış monetar şərait istehlakla yığımın optimal balansın təmin edilməsinə müsbət təsir göstərib.

İnflyasiya prosesləri

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar ayında orta illik inflyasiyanın 5,5 faiz təşkil etdiyini bildirən E.Rüstəmov antiinflyasiya xarakterli pul siyasətinin, pul kütləsinin optimal səviyyədə idarə olunmasının və 2017-ci ilin ortalarından etibarən manatın məzənnəsinin sabitləşməsinin inflyasiyanın təkrəqəmli səviyyədə formalaşmasında mühüm rol oynadığını deyib. Vurğulayıb ki, məcmu tələblə təklifin nisbətinin dəyişimi, dünya ərzaq qiymətləri və inflyasiya gözləntiləri də qiymətlərin dinamikasına təsir edən başlıca amillərdən olub. Qiymətləndirmələrə görə, dezinflyasiya meyilləri bundan sonra da davam edəcək və 2018-ci ilin sonuna illik inflyasiyanın elan edilmiş hədəf çərçivəsində olması potensialı əhəmiyyətlidir. Mərkəzi Bank tərəfindən ev təsərrüfatları və biznes sektorunda aparılmış sorğular göstərir ki, məzənnənin sabitləşməsi və faktiki inflyasiyanın azalma dinamikası inflyasiyaya da təsir edib. İnflyasiyanın qarşıdakı dövrdə birrəqəmli səviyyədə qalması inflyasiya gözləntilərinin azalması və bunun iqtisadi konyunktur dəyişmələrə qarşı həssaslığının aşağı düşməsindən də asılı olacaq.

İqtisadi aktivlik

Mərkəzi Bankın sədri qeyd edib ki, 2017-ci ildə makroiqtisadi sabitliyin güclənməsi iqtisadi aktivliyin canlanmasına müsbət təsir edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il qeyri-neft sektorunda 2,7 faizlik iqtisadi artım baş verib, o cümlədən qeyri-neft sənayesində 3,7 faiz, kənd təsərrüfatında 4,2 faiz artım olub. Bu, dövlətin investisiya xərclərinin və qeyri-neft ixracının artması, habelə istehlakçı inamının yüksəlməsi ilə dəstəklənib. 2018-ci ildə də iqtisadi artım üzrə pozitiv dinamikanın qorunacağı gözlənilir.

Mərkəzi Bank bundan sonra da iqtisadiyyatda və maliyyə bazarlarında baş verən prosesləri diqqətlə izləməyə davam edəcək və öz səlahiyyətləri çərçivəsində sərəncamında olan alətlərlə qiymətlərin sabitliyini təmin etməyə çalışacaq.

Faiz dəhlizinin parametrləri Mərkəzi Bankın İdarə Heyətində növbəti dəfə aprel ayında müzakirə ediləcək.

Mərkəzi Bankın sədri Elman Rüstəmov sonda KİV nümayəndələrinin suallarını cavablandırıb.

 
  • Oxunub:  2340  |  
  • Tarix:  12-02-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Sənaye məhəllələrinin formalaşdırılması regionların sosial-iqtisadi mənzərəsini köklü şəkildə dəyişəcək

13:09
23 İyun
Tahir Rzayev: Ölkəmizdə sənaye istehsalı əhəmiyyətli dərəcədə artıb
13:08
23 İyun
MM-in deputatı: Bu gün qeyri-hökumət təşkilatları ictimai proseslərdə fəal iştirak edirlər
13:00
23 İyun
Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının yeni həmsədri təyin edilib
12:48
23 İyun
Flora Qasımova: Minsk qrupu tərəfindən görülən işlərin heç bir nəticəsi yoxdur
12:22
23 İyun
Bu gün Vyanada OPEC və qeyri-OPEC nazirlərinin 4-cü iclası keçiriləcək
12:20
23 İyun
Bakıda Azərbaycan Uroloq və Androloqlarının XXII konqresi işə başlayıb
12:08
23 İyun
Səfir: Azərbaycanla Özbəkistan arasında əmtəə dövriyyəsi bir neçə dəfə arta bilər
12:06
23 İyun
Bakıda yeniyetmələrin Olimpiya Oyunlarına İdman Gimnastikası üzrə təsnifat yarışlarına start verildi
11:28
23 İyun
23 iyun dövlət qulluqçularının peşə bayramıdır
11:24
23 İyun
Prezident İlham Əliyev Əlcəzairin ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
10:00
23 İyun
“İrəli" İctimai Birliyinin üzvləri beynəlxalq layihədə ölkəmizi təmsil edirlər
09:59
23 İyun
İctimai Nəzarət Şurasının üzvləri Tibb Universitetində imtahanın gedişini izləyiblər
09:56
23 İyun
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 87 dəfə pozub
18:02
22 İyun
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
17:51
22 İyun
Konvensiya layihəsində Xəzəryanı ölkələrin sualtı boru kəmərləri çəkmək hüququ əksini tapıb
17:37
22 İyun
Səyyar “ASAN xidmət” Lerikdə
17:20
22 İyun
“Cümhuriyyət dövründə səfərbərlik və hərbi çağırış (1918-1920)” kitabının təqdimatı olub
17:15
22 İyun
Memarlıq və İnşaat Universitetində açılan laboratoriya inşaatçı kadrların hazırlığına yeni istiqamət verəcək
17:02
22 İyun
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının İdarə Heyəti Şurasının üzvlərini qəbul edib
16:57
22 İyun
Əmək və əhalinin sosial müdafiəsi naziri Şirvan şəhərində vətəndaşları qəbul edib
16:56
22 İyun
Vyanada OPEC Nazirlər Şurasının 174-cü iclası işə başlayıb
16:54
22 İyun
Silahlı Qüvvələrin 100 illik yubileyi münasibətilə hərbi mahnılardan ibarət konsert keçiriləcək
16:23
22 İyun
BDU-nun rektoru Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin XIII konfransında çıxış edib
16:19
22 İyun
Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında təhsil sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə edilib
16:16
22 İyun
TAP-ın Yunanıstan marşrutunun demək olar ki hamısı təmizlənib
16:11
22 İyun
Veteranlar ordumuza inanır və həmişə onun yanındadır
16:09
22 İyun
“EaPConnect” layihəsinin rəhbəri Azərbaycanda elm və təhsilin inteqrasiyası istiqamətində görülən işləri yüksək qiymətləndirib
16:07
22 İyun
Professor İradə Hüseynova Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib
16:00
22 İyun
Kənd təsərrüfatı naziri Şəkidə bölgə vətəndaşlarının müraciətlərini dinləyib
15:40
22 İyun
"Azərbaycan Ordusu bu gün çətinliklərin öhdəsindən gələn hərbi təsisata çevrilib"
15:34
22 İyun
Gələn il Bakıda OPEC-in iki iclası keçiriləcək
15:30
22 İyun
Azərbaycan Silahlı Qüvvələri Günü Londonda qeyd olunub
15:28
22 İyun
ABŞ-da keçirilən beynəlxalq konfransda Qarabağ xalçalarından danışılıb
15:20
22 İyun
İsrailin Doqquzuncu televiziya kanalında İsrail-Azərbaycan strateji tərəfdaşlığı şərh edilib
15:11
22 İyun
"ASAN xidmət"in nümayəndə heyəti BMT Dövlət Xidmətləri Forumunda iştirak edir
15:07
22 İyun
Ərəstun Mehdiyev: Azərbaycan Ordusu torpaqlarımızın işğalından azad olunmasına tam zəmanət verir
15:03
22 İyun
Baş prokuror Ağstafa rayonunda vətəndaşları qəbul edib
14:44
22 İyun
Azərbaycan çox mühüm qlobal layihələr həyata keçirməklə regionun nümunəvi ölkəsinə çevrilməkdədir
14:26
22 İyun
Bakı Ali Neft Məktəbi ilə BMT-nin Təlim və Tədqiqat İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
14:10
22 İyun
ATƏT-ə üzv ölkələrin daimi nümayəndələri Milli Məclisdə olublar
13:36
22 İyun
Dövlət İdarəçilik Akademiyasında “Dovlət qulluğunun aktual problemləri” mövzusunda konfrans keçirilib
13:31
22 İyun
Elmar Məmmədyarov: İşğal faktının davam etməsi regional sülh və təhlükəsizliyə ciddi təhdid yaradır
13:15
22 İyun
Zakir Həsənov: Azərbaycan Ordusu Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə hazır və qadirdir
13:10
22 İyun
Həştərxanda Azərbaycan Ticarət Evi açılacaq
12:58
22 İyun
Mədəniyyət naziri Qəbələdə vətəndaşlarla görüşüb
12:51
22 İyun
Neft hasilatının artırılması bazarda tələb-təklifin tarazlaşdırılması məqsədilə tələbin ödənilməsi üçün zəruridir
12:23
22 İyun
Bakıda “Hərbi vətənpərvərlik: Silahlı Qüvvələrimiz və milli mənəvi dəyərlərimiz” adlı konfrans keçirilir
12:21
22 İyun
Bakı Slavyan Universitetində məzun günü qeyd olunub
12:09
22 İyun
Səhiyyə naziri şimal bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib
12:09
22 İyun
Əbdüləziz bin Osman əl-Tuveyciri: Naxçıvan elm və sivilizasiya məkanıdır
11:51
22 İyun
Heydər Əliyev Mərkəzinin parkında Beynəlxalq Yoqa Günü ilə bağlı məşğələ keçirilib
11:48
22 İyun
“E-Manat” terminalları “ASAN Ödəniş” dövlət informasiya sisteminə qoşulub
11:30
22 İyun
Bu gün Bakıda çimərlik futbolu üzrə Avropa Liqası turnirinə start veriləcək
11:17
22 İyun
Novruz Məmmədov: "Azərbaycana münasibətdə ədalət görmürəm"
11:12
22 İyun
Mühəndis Qoşunlarının hissə və bölmələri ilə taktiki-xüsusi təlim keçirilib
11:02
22 İyun
Pakistanın Baş naziri: Azərbaycanla əlaqələrimiz qarşılıqlı hörmət, inam və səmimiyyət üzərində qurulub
10:59
22 İyun
Baş nazir: "Azərbaycan Qərbə, Avropaya daha sıx bağlanmaq yolunu seçib"
10:39
22 İyun
ABŞ Konqresinin daha bir nüfuzlu üzvü Azərbaycanı Cümhuriyyətin 100 illiyi münasibətilə təbrik edib
10:30
22 İyun
Bakıda CAMCA Regional Forumu keçirilir
10:12
22 İyun
Anna Bossman: Üzv dövlətlər Azərbaycanın ən yaxşı təcrübəsindən yararlanacaq
10:08
22 İyun
UNESCO-da Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin uğurlu layihələrinin təqdimatı keçirilib
10:08
22 İyun
Bakıda Azərbaycan–Pakistan biznes konfransı keçiriləcək
10:00
22 İyun
Şafika Haddad: Hökumətlərarası şuranın üzvləri Azərbaycanın nailiyyətlərini ən yaxşı təcrübə kimi qiymətləndirib
09:57
22 İyun
İndrajit Banerje: Azərbaycan informasiya və kommunikasiya texnologiyalarına dair layihələri ilə digər dövlətlərə nümunədir
09:50
22 İyun
Azərbaycan BMT-də keçirilən üzv dövlətlərin polis rəhbərlərinin ikinci zirvə görüşündə təmsil olunub
09:49
22 İyun
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ombudsmanların XV Bakı beynəlxalq konfransının bir qrup iştirakçısı ilə görüş olub
09:41
22 İyun
Ermənistan silahlı qüvvələri atəşkəsi pozmaqda davam edir
17:55
21 İyun
Növbəti ixrac missiyası İsveçrəyə gedir
17:49
21 İyun
İsa Həbibbəyli: Görülən işlər Naxçıvanı İslam mədəniyyətinin paytaxtı kimi Azərbaycan dövlətçiliyinə layiq şəkildə bütün dünyaya təqdim edəcək
17:35
21 İyun
Azərbaycan ilə Əfqanıstan arasında əlaqələrin inkişafı yolları müzakirə edilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA