Ana səhifə »  Qəzetin pdf formatı »  Rafael Hüseynov: Avropa Şurası gələcək mövcudluğu üçün ikili standartlar siyasətindən əl çəkməlidir
A+   Yenilə  A-
Rafael Hüseynov: Avropa Şurası gələcək mövcudluğu üçün ikili standartlar siyasətindən əl çəkməlidir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində Büro və Daimi Komitənin ötən sessiyadan sonra keçən müddətdə görülən işlər barədə hesabatı dinlənilib və onun ətrafında geniş müzakirələr aparılıb.

Parlament Assambleyası Bürosu və Daimi Komitəsinin “İnkişaf haqqında hesabatı” ətrafında müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da çıxış edərək diqqəti bir sıra mühüm məsələlərə çəkib. O, əvvəlcə Avropa Şurasının keçən müddətdəki fəaliyyətini xatırladaraq, keçmişdə buraxılmış nöqsanlara daha ciddi münasibət bildirməyin vacib olduğunu söyləyib.

Rafael Hüseynov deyib: “Bu ilin mayında Avropa Şurasının həyatında əlamətdar hadisə baş verəcək. Təşkilat mövcudluğunun 69-cu ilini başa vurub ömrünün 70-ci ilinə qədəm qoyacaq və 2019-cu ildə qeyd edəcəyimiz mühüm ildönümünə yaxınlaşırıq. 70 il zahirən tarix üçün qısa bir zaman olsa da, 1949-cu ildən bəri keçmiş onillər dünya və Avropa tarixinin elə mürəkkəb dövrüdür ki, əslində mahiyyəti etibarı ilə daha uzun bir zaman kəsiyi kimi qiymətləndirilməlidir. Avropa Şurası da söz yox ki, bu müddət ərzində dünyanın siyasi mənzərəsinin dəyişməsinə öz ciddi töhfələrini verib. Yuvarlaq ildönümləri isə həmişə arxaya baxmağı, keçilən yolun təhlillərini aparmağı tələb edir. Bu baxımdan, Parlament Assambleyasında, ilk növbədə, öz fəaliyyətlərinə tənqidi yanaşma, daha düzgün idarəçiliyin yollarını aramaq istiqamətində səylər diqqətəlayiqdir”.

Azərbaycanlı deputat Avropa Şurasının lazım olanda qətiyyət göstərdiyini, təşkilatın Nizamnamə tələblərini pozanları kəskin şəkildə cəzalandırdığını, lakin təəssüf ki, bu qətiyyətin heç də bütün üzvlərə qarşı nümayiş etdirilmədiyini bildirib. “Ötən sessiyalarda biz bunun bariz nümunəsinin şahid olduq ki, Assambleya Nizamnamə tələblərinə yetərincə uyğun gəlməyən hərəkətlərə görə lazım biləndə hətta öz ali rəhbərliyinə qarşı da necə sərt mövqe tutur. Ötən hesabat dövründə gördük ki, Assambleya lazım biləndə hansısa konkret ölkəyə qarşı sanksiyaların tətbiqi və davam etdirilməsində necə prinsipial mövqe nümayiş etdirməyə qadirdir. Hətta müəyyən maddi çətinliklərlə qarşılaşsa da, bu xəttindən əl çəkmir. Bütün bunlar ən əvvəl onu sübut edir ki, Avropa Şurası istəyəndə, iradə göstərəndə məqsədinə nail ola bilir. Amma təəccüb doğuran odur ki, niyə Avropa Şurası belə mövqeyi həmişə deyil, yalnız müəyyən hallarda göstərməyi mümkün hesab edir. Niyə hansısa ölkəyə və konkret şəxslərə qarşı Avropa Şurası kəskin münasibət bildirməyi mümkün sayır, ancaq eyni hərəkətləri etmiş, bəzənsə daha böyük pozuntulara yol verənlərə qarşı heyrət doğuran yumşaqlıq nümayiş etdirir. Nümunə üçün uzağa getməyə ehtiyac yoxdur. Ermənistan işğalçı dövlətdir və Avropa Şurası bunu hələ 13 il əvvəl qəbul etdiyi qətnaməsində də təsdiq edib. Deyirsiniz işğalın həlli problemi ilə başqa təşkilat məşğul olmalıdır, bunu başa düşdük. Bəs qəbul etdiyiniz bu və bu qəbil qətnamələrə nümayişkaranə şəkildə etinasız yanaşan, Avropa Şurasının Nizamnamə tələblərini ardıcıl şəkildə pozan bu ölkəyə qarşı niyə indiyədək heç bir cəza tədbiri tətbiq edilmir? Belə ikili standartlar varkən, əlbəttə, təşkilatın nüfuzuna zərbə dəyir. Təbii olaraq, belə ehtimallar yaranır ki, ayrı-ayrı dövlətlərə və şəxslərə qarşı burada qəbul edilmiş sərt qərarlar da yalnız obyektiv deyil, həm də subyektiv səbəblərlə bağlıdır. Çünki yalnız obyektiv səbəblər işləsəydi, onda hamıya münasibət eyni olmalı idi”, - deyə R.Hüseynov bildirib.

Milli Məclisin deputatı Avropa Şurası rəhbərliyini çox əhəmiyyətli bir məqama da diqqət yönəltməyə çağırıb. Son dövrdə bir sıra ölkələrin məhz ikili standartlar siyasətinə etiraz əlaməti olaraq təşkilatın sıralarını tərk etmək niyyətlərinin səslənməsinin ciddi siqnal olduğunu bəyan edən Rafael Hüseynov bu narahatedici amildən nəticələr çıxarmağın gərək olduğunu vurğulayıb.

“İnkişaf haqda növbəti hesabatımızı müzakirə edərkən buna da diqqət yönəldək ki, niyə əvvəllər müxtəlif ölkələr ciddi-cəhdlə təşkilatımıza üzv olmağa can atırdılar, indi isə əksinə təşkilatdan uzaqlaşmaq istəyən dövlətlərin sayı artmağa başlayır. Bunu da unutmayaq ki, təşkilatdan ayrılma, qopma prosesləri başlansa, daha bunun qarşısını hansısa islahatlarla, qabaqlayıcı tədbirlərlə almaq mümkün olmayacaq. Avropa Şurası isə həm qitənin, həm dünyanın siyasi mənzərəsinin daha mükəmməl olmasına bundan sonra da faydalar verə bilmək təcrübəsinə də, potensialına da, imkanlarına da malikdir. Avropa Şurasını bu imkanların reallaşdırılması fürsətindən məhrum etməyək. Əsas iş prinsipi böyük güclərin və lobbilərin maraqlarına deyil, daim böyük həqiqətlərə xidmət olsun, obyektiv, ədalətli, ikili standartlarsız”, - deyə R.Hüseynov qeyd edib.

 
  • Oxunub:  3360  |  
  • Tarix:  23-01-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Xəzəryanı ölkələr üçün mühüm tranzit rolu oynayır və bu rol ildən-ilə artmaqdadır

16:20
18 Avqust
Bu il Azərbaycan MDB ölkələrinə 600 milyon dollarlıq məhsul ixrac edib
16:12
18 Avqust
“Jewish Journal”: Nə Koçaryan, nə də Sarkisyan ədalət mühakiməsindən yaxa qurtara bilməyəcəklər
16:06
18 Avqust
Azərbaycanın yeniyetmə şahmatçıları Avropa birinciliyində mübarizə aparacaqlar
16:03
18 Avqust
Azərbaycan cari ildə Avropa İttifaqı ölkələrinə 5,4 milyard dollarlıq məhsul ixrac edib
13:26
18 Avqust
YAP-ın Sədr müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Ədalət və İnkişaf Partiyasının VI Qurultayında iştirak edir
11:28
18 Avqust
Elçin Quliyev: Son 15 ildə Azərbaycan sərhədçiləri tərəfindən 29 minə yaxın axtarışda olan şəxs saxlanılıb
11:14
18 Avqust
Hərbi Hava Qüvvələrinin helikopter bölmələrinin taktiki-uçuş məşqləri keçirilib
10:44
18 Avqust
DSX-nin rəhbərliyi və şəxsi heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
09:59
18 Avqust
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 81 dəfə pozub
09:39
18 Avqust
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 99 il ötür
18:03
17 Avqust
Prezident İlham Əliyev Lənkəranda yol tikintisinə 9,1 milyon manat ayırıb
17:59
17 Avqust
Bərdənin 2 kəndində içməli su infrastrukturunun yaradılması işləri görülür
17:51
17 Avqust
Taxılçılıqda keyfiyyətli toxuma olan tələbatın daxili istehsal hesabına tam ödənilməsi prioritet vəzifələrdəndir
17:29
17 Avqust
Baş Prokurorluq, DİN və DTX Gəncə hadisələri ilə bağlı birgə məlumat yayıblar
16:55
17 Avqust
Xəzərin hüquqi statusu: Aktau sammitinin tarixi və geosiyasi özəllikləri
16:48
17 Avqust
Ramin Quluzadə: Azərbaycanda startapların maliyyələşdirilməsi üçün investorlar klubu yaradılacaq
16:41
17 Avqust
SOCAR Bakıda ikinci sıxılmış təbii qaz yanacaqdoldurma məntəqəsini açıb
16:37
17 Avqust
Yeni tədris ilində orta məktəblərdə keçiriləcək ilk dərslərin mövzuları açıqlanıb
16:32
17 Avqust
XVI Yay Paralimpiya Oyunlarına hazırlıq məsələləri müzakirə edilib
16:25
17 Avqust
Elmar Məmmədyarov Malayziyanın ölkəmizdəki səfiri Dato Roslan Tan Sri Abdul Rəhmanla görüşüb
16:01
17 Avqust
Azərbaycan Xəzərlə bağlı problemlərin həllinə daim öz töhfəsini verir
15:55
17 Avqust
Səyavuş Heydərov: Əsas vəzifəmiz vətəndaşlarımızı, xüsusilə gənclərimizi yad dini ideologiyaların təsirindən qorumaqdır
15:46
17 Avqust
Əmək və əhalinin sosial müdafiəsi naziri İsmayıllı rayonunda vətəndaşları qəbul edib
15:45
17 Avqust
Gənclər və idman naziri vətəndaşlarla görüşüb
15:20
17 Avqust
Vergilər Nazirliyinin əməkdaşları Koreya Respublikasında təlimdə iştirak edəcək
15:02
17 Avqust
Çay İstehsalçıları və İxracatçıları Assosiasiyası fermerlərə dəstək üçün görüşləri davam etdirir
14:28
17 Avqust
“Qarabağ”-“Şerif” oyunun başlama saatı açıqlanıb
14:09
17 Avqust
Sərhəd Qoşunlarının yaradılması müstəqil dövlət quruculuğunun əsas tərkib hissələrindən biridir
13:58
17 Avqust
Fermer Cavanşir Paşayev: İndiyə kimi pomidor becərib ziyana düşən adam görməmişəm
13:56
17 Avqust
Polşanın “Ambasador” jurnalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı məqalə dərc edilib
12:37
17 Avqust
DSX-nin Yevlaxdakı hərbi hissəsində gənc əsgərlər Vətənə sədaqət andı içiblər
12:27
17 Avqust
İlin əvvəlindən 7,8 milyard manatlıq qiymətli kağız buraxılışı qeydiyyata alınıb
12:24
17 Avqust
UEFA Avropa Liqasının play-off mərhələsində bütün rəqiblər müəyyənləşib
12:22
17 Avqust
Muxtar respublika əhalisi payız-qış mövsümündə də fasiləsiz içməli su ilə təmin olunacaq
12:10
17 Avqust
Qazaxıstan Xəzər dənizinin statusu barədə Konvensiyanı tezliklə ratifikasiya edəcək
11:58
17 Avqust
Taxıl sahələrində yüksək məhsuldarlığa nail olmaq üçün nə etməli – mütəxəssis məsləhəti
11:56
17 Avqust
“ADNSU Yay məktəbi - 2018” uğurla davam edir
11:32
17 Avqust
Şəhərsalma və Arxitektura Komitəsi ilə “Caspian European Club” əməkdaşlığı genişləndirir
10:49
17 Avqust
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 92 dəfə pozub
10:17
17 Avqust
Ürəkləri fəth edən səs
10:09
17 Avqust
Naftalanda qolf meydançası, tennis kortu və atçılıq meydanı yaradılacaq
18:34
16 Avqust
Nazirlər Kabinetinin Twitter səhifəsi açıldı
18:00
16 Avqust
Ali məktəblərdə boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi keçirilir
17:53
16 Avqust
Bu il dəmir yolu ilə 1,5 milyondan çox sərnişin daşınıb
17:21
16 Avqust
Dövlət Baytarlıq Xidməti heyvandarlıq təsərrüfatlarında dezinfeksiya tədbirləri həyata keçirir
17:15
16 Avqust
Müdafiə naziri Cəmşid Naxçıvanski adına Hərbi Liseydə aparılan təmir-tikinti işlərinin gedişini yoxlayıb
16:21
16 Avqust
Ermənistanın qonşu dövlətlərə qarşı ərazi iddiası işğalçılığın nümayişidir
16:17
16 Avqust
Qurban bayramı münasibətilə avqust ayı üzrə pensiyaların maliyyələşdirilməsi təmin edilib
16:16
16 Avqust
Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət İmtahan Mərkəzi mətbuat xidmətlərinin birgə məlumatı
15:54
16 Avqust
Hikmət Babaoğlu: Ermənistan digər region ölkələrinin də ərazilərini ələ keçirmək məqsədi güdür
15:47
16 Avqust
“Con Batçelor Şou” amerikalı radio dinləyicilərini Gəncə şəhəri barədə ətraflı məlumatlandırıb
15:42
16 Avqust
Beş Xəzəryanı ölkənin Prezidentinə “Caspian Energy Award” mükafatı təqdim olunacaq
15:24
16 Avqust
İldə 7-9 milyon ədəd nərəkimi balıq körpəsi yetişdirilərək təbii su hövzələrinə buraxılır
15:21
16 Avqust
Rüfət Quliyev: Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya regionda daha geniş əməkdaşlığa yol açır
15:10
16 Avqust
Akademik Xoşbəxt Yusifzadə “Azərbaycan polisinin 100 illiyi” yubiley medalı ilə təltif olunub
14:14
16 Avqust
Sentyabrda Bakıda HR Forum keçiriləcək
13:52
16 Avqust
Hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı artıb
13:24
16 Avqust
Prezident İlham Əliyev DSX-nin hərbi qulluqçularını və mülki işçilərini təltif edib
12:54
16 Avqust
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Yevlaxda vətəndaşları qəbul edib
12:46
16 Avqust
Bu gün “Qarabağ” klubunun UEFA Avropa Liqasındaki rəqibi məlum olacaq
12:42
16 Avqust
Banklarda tətbiq ediləcək istehlak kreditləri üzrə vahid kredit şərtləri müzakirə olunub
12:07
16 Avqust
Məleykə Abbaszadə: Bu il 29 abituriyent 700 bal toplayıb
12:01
16 Avqust
“SABAH” qrupları tələbələrinin Bakı Şəhəri üzrə Təhsil İdarəsində təcrübə proqramı başa çatıb
11:47
16 Avqust
Əmək və əhalinin sosial müdafiəsi naziri əlilliyi olan şəxslərə göstərilən xidmətlərlə tanış olub
11:45
16 Avqust
Görkəmli estrada müğənnisi Müslüm Maqomayevin xatirəsi anılacaq
11:16
16 Avqust
Cari ildə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 4,3 milyard kubmetrdən çox qaz ötürülüb
11:11
16 Avqust
Yeddi ayda BTC ilə 19,4 milyon ton neft göndərilib
11:07
16 Avqust
“Tokio-2020” Olimpiya Oyunları üçün könüllülərin toplanmasına başlanıb
11:05
16 Avqust
Bu il Azərbaycanda 22,5 milyon ton neft və 10,4 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
10:56
16 Avqust
Xəzərin hüquqi statusu haqqında Konvensiya Azərbaycanın həyata keçirdiyi layihələrin önəmini daha da artıracaq

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA