Ana səhifə »  Qəzetin pdf formatı »  Prezident yanında Apellyasiya Şurası 2017-ci ildə ona ünvanlanan bütün şikayətlərə baxaraq müvafiq qərarlar qəbul edib
A+   Yenilə  A-
Prezident yanında Apellyasiya Şurası 2017-ci ildə ona ünvanlanan bütün şikayətlərə baxaraq müvafiq qərarlar qəbul edib

Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası qanunvericiliyin tələblərini, dövlət başçısının tövsiyələrini rəhbər tutaraq 2017-ci hesabat ilində ölkədə sahibkarlığın inkişafı, iş adamlarının hüquqlarının və qanuni maraqlarının qorunması istiqamətində zəruri tədbirlər həyata keçirib, Şuraya ünvanlanan bütün şikayətlərə baxaraq müvafiq qərarlar qəbul edib.

Bu fikri Prezident yanında Apellyasiya Şurasının sədri Eldar Nuriyev AZƏRTAC-a açıqlamasında bildirib.

Şura sədri qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə sahibkarlıq sahəsində yoxlamaların dayandırılması iş adamlarının fəaliyyətinə müdaxilələrin, süni maneələrin, korrupsiya və sui-istifadə hallarının qarşısının alınmasına zəmin yaradıb, qanun pozuntularının, Apellyasiya şuralarına ünvanlanan şikayətlərin sayının əhəmiyyətli dərəcədə azalmasına səbəb olub.

Bunun nəticəsidir ki, 2016-cı illə müqayisədə 2017-ci ildə Prezident yanında Apellyasiya Şurasına daxil olmuş ümumi müraciətlərin sayı 2,9 dəfə, bilavasitə sahibkarlar tərəfindən verilən şikayətlərin sayı 2,2 dəfə azalıb.

Hesabat ilində Prezident yanında Apellyasiya Şurasına hüquqi və fiziki şəxslərdən 317 müraciət daxil olub.

Onlardan 163 müraciət Şuranın səlahiyyətinə aid olmadığından araşdırılması üçün aidiyyəti qurumlara göndərilib. Həmin şikayətlər əsasən sahibkarlar tərəfindən verilməyən, sahibkarlıq fəaliyyətinə aid olmayan məsələlərlə, habelə cinayət təqibi, məhkəmə işləri, inzibati cərimələr, bank kreditləri, su, qaz, işıq təchizatı ilə əlaqədar olub.

Hesabat dövründə Prezident yanında Apellyasiya Şurasının səlahiyyətinə aid 154 müraciət daxil olub. Onlardan 120 şikayət prosedur qaydalara əməl olunmadan, mərkəzi və ya yerli icra hakimiyyətlərinin Apellyasiya şuralarında baxılmadan birbaşa Prezident yanında Apellyasiya Şurasına verildiyindən həmin orqanlara, onların Apellyasiya şuralarına göndərilib.

Apellyasiya şuralarına göndərilmiş həmin şikayətlərdən 93-ü yerlərdə qanuni həllini tapdığından, mübahisə aradan qalxdığından onlardan təkrar şikayət verilməyib, Şuraya ünvanlanmış 7 müraciət isə təşkilati məsələlər şikayəti təmin olunmuş sahibkarların təşəkkürləri barədə olub.

2017-ci ildə Prezident yanında Apellyasiya Şurasının icraatına 27 şikayət götürülüb. Müsbət haldır ki, həmin il Şurada baxılan işlərin sayı 2016-cı illə müqayisədə 12,9 faiz azalıb. Hesabat ilinin ikinci yarısının göstəriciləri daha uğurlu olub, 2016-cı ilin həmin dövrü ilə müqayisədə Şurada baxılmış şikayətlərin sayı 2,3 dəfə aşağı düşüb.

Ötən il Prezident yanında Apellyasiya Şurasının icraatına götürülmüş 20 şikayət üzrə müvafiq qərarlar qəbul edilib, 3 müraciət şikayətçilərə qanunvericiliyin tələbi izah edilməklə baxılmamış saxlanılıb, 2 müraciət baxışa çıxarılanadək öz həllini tapdığından geri götürülüb, 2 şikayət isə hazırda baxılma mərhələsindədir.

Araşdırmalardan məlum olur ki, şikayətlərin əksər hissəsi sahibkarların öz hüquq və vəzifələrini mükəmməl bilməməsi, qanunvericiliyin tələblərini, müəyyən edilmiş prosessual qaydaları pozması, hətta bəzən haqsız tələblər irəli sürməsi üzündən yaranıb.

Statistik məlumatlardan göründüyü kimi sahibkarların Prezident yanında Apellyasiya Şurasına ünvanladığı 163 müraciət Şuranın səlahiyyətinə aid olmayıb, 120 şikayət mərkəzi və ya yerli icra hakimiyyətlərinin Apellyasiya şuralarında baxılmadan birbaşa Prezident yanında Apellyasiya Şurasına verilib. Şuraların iclasında baxılmış 13 şikayət əsassız olduğundan təmin edilməyib, yaxud baxılmamış saxlanılıb. Bəzi şikayətlər qanunvericiliyin tələbi pozulmaqla eyni vaxtda həm məhkəməyə, həm də Apellyasiya Şurasına verilib.

Bununla belə, Prezident yanında Apellyasiya Şurasına göndərilən şikayətlər, baxılan işlərin təhlili göstərir ki, sahibkarların hüquqlarının pozulması halları hesabat ilində xeyli azalsa da, hələ də tam aradan qaldırılmayıb.

Bəzən mərkəzi və yerli icra hakimiyyətləri, onların Apellyasiya şuraları müraciətlərə baxarkən sahibkarların özlərini dinləmədən, şikayətin bütün hallarını tam, hərtərəfli araşdırmadan, toplanmış sənədlərə düzgün hüquqi qiymət vermədən əsassız qərarlar qəbul edirlər. Sahibkarların müraciətlərinin həllinə belə münasibət son nəticədə iqtisadi inkişafa mənfi təsir göstərir, qanun pozuntularına, haqlı narazılıqlara gətirib çıxarır, şikayətlərin sayının artması, əlavə iş yükünün yaranması ilə nəticələnir.

İş adamlarının şikayətləri düzgün araşdırılmadığına görə hesabat ilində mərkəzi və yerli icra hakimiyyətlərinin Apellyasiya şuralarının doqquz qərarı ləğv edilib, bir halda Şuranın hərəkətsizliyi qanunsuz sayılıb.

Qeyd edilən hallara qarşı mübarizənin gücləndirilməsi, qanun pozuntularının, nöqsan və çatışmazlıqların aradan qaldırılması, profilaktik tədbirlərin tətbiqi dairəsinin genişləndirilməsi, şikayətlərin vaxtında və hərtərəfli araşdırılması, sahibkarların haqlı tələblərinin təmin olunması məqsədilə bütün mərkəzi və yerli icra hakimiyyətlərinin Apellyasiya şuralarına zəruri tapşırıqlar verilib.

Hesabat dövründə Prezident yanında Apellyasiya Şurası tərəfindən mərkəzi və yerli icra hakimiyyətlərinin Apellyasiya şuralarının fəaliyyəti də ümumiləşdirilərək təhlil edilib.

Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə aparılan genişmiqyaslı iqtisadi islahatlar çərçivəsində iş adamlarına hərtərəfli dəstək verilməsi, onların müraciətlərinə diqqətlə yanaşılması, hüquqlarının tutarlı qorunması məqsədilə yaradılmış Apellyasiya şuralarının fəaliyyətə başlaması, çoxpilləli nəzarət mexanizminin qurulması, hər bir qanun pozuntusuna ciddi reaksiya verilməsi işin səmərəliliyini artırmış, müraciətlərin sayının nəzərəçarpacaq dərəcədə azalmasına imkan yaradıb.

Görülmüş tədbirlər nəticəsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya şuralarının hesabat göstəricilərində müsbət dinamika müşahidə edilib, mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya şuralarının 55,5 faizinə, yerli icra hakimiyyətlərinin Apellyasiya şuralarının 83,5 faizinə sahibkarlar tərəfindən, ümumiyyətlə, şikayət verilməyib.

2016-cı ildə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya şuralarına sahibkarlar tərəfindən verilmiş şikayətlərin sayı daha çox olub, bu göstəricilər müvafiq olaraq 50 və 58,2 faiz təşkil edib.

Hesabat dövründə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya şuralarına verilən şikayətlərin sayında da xeyli azalma müşahidə edilib. 2017-ci ildə bu orqanların Apellyasiya şuralarına cəmi 304 şikayət daxil olub. Həmin göstərici 2016-cı illə müqayisədə təqribən 1,7 dəfə azdır.

210 şikayət Şuranın səlahiyyətinə aid olmadığından və digər əsaslarla onlara baxılmasından imtina edilib, 21 şikayət Şuranın iclasına çıxarılanadək təmin olunduğundan geri götürülüb.

Hesabat ilində Apellyasiya şuralarının icraatına 73 şikayət qəbul edilib.

Həmin şikayətlərin 48 faizi (35 şikayət) təmin olunub, 37 faizi (27 şikayət) rədd edilib, 2,7 faizi (2 şikayət) üzrə yeni qərarlar qəbul edilib, 12,3 faizi (9 şikayət) hazırda baxılma mərhələsindədir.

Hesabat dövründə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının 9 əməkdaşı sahibkarların müraciətlərinin araşdırılmasında qanun pozuntularına yol verdiyinə görə intizam məsuliyyətinə cəlb olunub.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli Fərmanı ilə dövlət qulluğuna qəbulla bağlı müsahibələrin nəticələrindən verilən şikayətlərə baxılması səlahiyyəti Hesablama Palatası, İnsan hüquqları üzrə müvəkkil, Mərkəzi Seçki Komissiyası, Milli Televiziya və Radio Şurasının aparatları, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Katibliyi üzrə Prezident yanında Apellyasiya Şurasına, mərkəzi icra hakimiyyəti orqanları üzrə bu orqanların Apellyasiya şuralarına, məhkəmə orqanları və Məhkəmə-Hüquq Şurasının aparatı üzrə Ədliyyə Nazirliyinin Apellyasiya Şurasına tapşırılıb.

Ümumiləşdirmə zamanı məlum olub ki, hesabat dövründə dövlət qulluğuna qəbulla bağlı Prezident yanında Apellyasiya Şurasına şikayət daxil olmayıb, mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya şuralarına verilmiş dörd şikayətdən üçü təmin, biri rədd edilib.

Prezident yanında Apellyasiya Şurası, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya şuraları şikayətlərə baxılması sahəsində işin səmərəliliyinin artırılması, sahibkarlığın inkişafına mane olan halların aradan qaldırılması, iş adamlarının hüquqlarının müdafiəsi, haqlı tələblərinin operativ və obyektiv həlli istiqamətində fəaliyyətlərini davam etdirirlər.

Eldar Nuriyev
Azərbaycan Respublikasının Prezidenti

yanında Apellyasiya Şurasının sədri

 
  • Oxunub:  1500  |  
  • Tarix:  22-01-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Cənub Qaz Dəhlizi Azərbaycan iqtisadiyyatının inkişafına böyük töhfələr verəcək

15:50
17 Fevral
“Mağcan Cumabay anma ili”nin açılışı və TÜRKSOY-un mətbuat mükafatının təqdimatı keçirilib
15:40
17 Fevral
İrandan Ermənistana qaz kəmərinin çəkilməsi ideyası elə ideya olaraq da qalacaq
15:35
17 Fevral
Bakıda birinci Beynəlxalq İctimaiyyətlə Əlaqələr Yaradıcılığı Forumu işə başlayıb
14:48
17 Fevral
“Kaspi” qəzeti TÜRKSOY-un mətbuat mükafatı ilə təltif olunub
14:47
17 Fevral
Heydər Əsədov: arıçılara subsidiyaların verilməsinə yaxın vaxtlarda başlanacaq
14:46
17 Fevral
“Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin xatirəsinə turnir keçiriləcək
14:44
17 Fevral
YAP Yevlax rayon təşkilatı imzatoplama kampanyasınugurla davam etdirir
14:41
17 Fevral
YAP Cəbrayıl rayon təşkilatı imzatoplama kampaniyasını başa vurub
14:11
17 Fevral
Qida Təhlükəsizliyi Agentliyinin yaradılması məhsul üzərində nəzarəti həyata keçirməyə imkan verəcək
14:07
17 Fevral
Xaçmazlılar üçün ərzaq və kənd təsərrüfatı mallarını daha ucuz qiymətə almaq imkanı yaradılıb
14:06
17 Fevral
VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Azərbaycandakı tolerant mühit barədə məlumatlandırılıb
14:04
17 Fevral
Azərbaycan ilə Böyük Britaniya arasında hərbi əməkdaşlıq planı imzalanıb
14:02
17 Fevral
Ötən il Türkiyə Azərbaycandan təbii qaz idxalını artırıb
12:55
17 Fevral
“Azeri Light”ın bir barreli 66 dollardan baha satılır
12:53
17 Fevral
Balıqların artırılması və mühafizəsi işlərinin yerinə yetirilməsinə 3114,6 min manat vəsait sərf olunub
12:51
17 Fevral
“Fitch Ratings” SOCAR-ın reytinqini təsdiqləyib
12:50
17 Fevral
Antonio Lopes-İsturiz: Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq səviyyədə dəstəklənməsi getdikcə artır
12:41
17 Fevral
Universitet tələbələri tam orta məktəblərdə pedaqoji təcrübə keçəcəklər
12:40
17 Fevral
Yeniyetmələr arasında stolüstü tennis üzrə liqa yarışları davam edir
12:26
17 Fevral
Meksikada nazirin və ştat qubernatorunun olduğu helikopter qəzaya uğrayıb
12:22
17 Fevral
Budapeştdə Azərbaycan-Macarıstan əlaqələrinin inkişafı məsələləri müzakirə olunub
12:13
17 Fevral
Xaçmazlı məktəblilər arasından ədəbiyyat biliciləri seçilir
12:12
17 Fevral
Tennisçi Rocer Federer yenidən reytinq cədvəlinin birinci pilləsinə yüksəlib
12:10
17 Fevral
YAP Neftçala rayon təşkilatı imzatoplama kampaniyasını başa vurdu
12:08
17 Fevral
Zoologiya İnstitutunda mikroskopla təcrübi dərslər davam edir
12:07
17 Fevral
YAP Abşeron rayon təşkilatında imzatoplama kampaniyasına start verilib
12:05
17 Fevral
Misir ordusu: “Sinay 2018” antiterror əməliyyatı davam edir
11:54
17 Fevral
Neft hasilatının azaldılması Rusiya iqtisadiyyatına mənfi təsir göstərəcək
11:52
17 Fevral
Naxçıvanda Qara Qarayevin 100 illik yubileyi qeyd edilib
11:34
17 Fevral
“Baker Hughes”: ABŞ-dakı neft-qaz quyularının sayı dəyişməyib
11:31
17 Fevral
Milli valyutada qoyulmuş əmanətlərin məbləği 66,9 faiz artıb
11:30
17 Fevral
Bu gün futbol üzrə Azərbaycan çempionatının XVI turuna start veriləcək
11:29
17 Fevral
SOCAR keçən il neft və neft məhsullarının ticarət dövriyyəsinin həcmini 108 milyon tona çatdırıb
11:27
17 Fevral
Prezident İlham Əliyev “Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında” Sərəncam imzalayıb
11:24
17 Fevral
Nazir Angeliono Alfano: Azərbaycan İtaliyanın etibarlı tərəfdaşıdır
11:22
17 Fevral
Dünyada orta ömür 70 yaşdan yuxarı, bəzi ölkələrdə isə 84 yaş hesab olunur
11:21
17 Fevral
Sağlamlıq imkanları məhdud gənclər peşələrə yiyələnirlər
11:19
17 Fevral
Türkiyənin tanınmış modelləri Bakıya gəlir
11:13
17 Fevral
ABŞ-ın neft hasilatı rekord göstəriciyə çatıb
11:07
17 Fevral
Hərbi verilişlər hazırlayan televiziya əməkdaşları ilə görüş keçirilib
11:03
17 Fevral
ABŞ-ın neft ehtiyatları artır
11:02
17 Fevral
Neftin qiyməti bahalaşır
11:00
17 Fevral
AZƏRTAC Türkiyədə keçirilən beynəlxalq treninqdə təmsil olunub
10:59
17 Fevral
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək
10:57
17 Fevral
Ermənistan silahlı bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 125 dəfə pozub
20:19
16 Fevral
Cənub Qaz Dəhlizi Azərbaycan iqtisadiyyatının inkişafına böyük töfhələr verəcək
18:25
16 Fevral
YAP Nərimanov rayon təşkilatı imzatoplama kampaniyasına başlayıb
18:22
16 Fevral
Şirvanda YAP-ın namizədinə kütləvi şəkildə imza verirlər
18:17
16 Fevral
Kürdəmirdə YAP-ın namizədi üçün imzatoplama kampaniyasına start verilib
18:12
16 Fevral
YAP Səbail rayon təşkilatı imzatoplama kampaniyasına start verildi
18:09
16 Fevral
Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatında imzatoplama kampaniyası zamanı gənclər xüsusi fəallıq göstərirlər
18:01
16 Fevral
YAP Siyəzən rayon təşkilatı imzatoplama kampaniyasına yüksək fəallıq şəraitində başlayıb
17:56
16 Fevral
YAP Pirallahı rayon təşkilatı imzatoplama kampaniyasını ruh yüksəkliyi ilə həyata keçirir
17:50
16 Fevral
Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatı prezident seçkiləri ilə əlaqədar hazırlıq işlərinə start verib
17:48
16 Fevral
YAP Salyan rayon təşkilatı 700 imza toplamışdır
17:42
16 Fevral
YAP Qubadlı rayon təşkilatı seçici imzalarının toplanması prosesinə start verib
17:31
16 Fevral
Yeni Azərbaycan Partiyasının Xızı rayon təşkilatı imzatoplama kampaniyasına uğurlu start verib
17:29
16 Fevral
Yeni Azərbaycan Partiyasının Şabran rayon təşkilatı imzatoplama kampaniyasına uğurlu start verib
17:18
16 Fevral
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatında imzatoplama kampaniyasına başlanılmışdır
17:03
16 Fevral
Mədəniyyət və turizm naziri Göyçay şəhərində vətəndaşları qəbul edəcək
17:01
16 Fevral
Paytaxtətrafı məktəblərdə görüşlər başa çatıb
16:59
16 Fevral
İstehlakçı hüquqlarına dair konfrans və treninq təşkil olunub
16:54
16 Fevral
İtaliya KIV-ləri Cənub Qaz Dəhlizi Məşvərət Şurasının çərçivəsində nazirlərin dördüncü toplantısından yazır
16:48
16 Fevral
Azərbaycanın xarici işlər naziri Münxen Təhlükəsizlik Konfransında iştirak edir
16:47
16 Fevral
Güllə atıcılığı üzrə Bakı birinciliyinin qalibləri müəyyənləşib
16:40
16 Fevral
Türkiyə və ABŞ münasibətlərin normallaşması barədə razılığa gəliblər
16:19
16 Fevral
Bakıda xanəndə və instrumental ifaçıların respublika müsabiqəsi təşkil ediləcək
16:03
16 Fevral
Gənclər və idman naziri Cəlilabadda vətəndaşların qəbulunu keçirib
16:00
16 Fevral
Yasamal rayonunda imzatoplama kampaniyasına start verilib
15:58
16 Fevral
Yeni Azərbaycan Partiyasının Hacıqabul rayon təşkilatı imzatoplama kampaniyasına uğurlu start verib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28
HAVA HAQQINDA