Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ankarada Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb

Ankarada Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb

20.01.2018 [10:22]

20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Ankara şəhərində anma mərasimi keçirilib.

AZƏRTAC xəbər verdi ki, mərasimdə rəsmi şəxslər, Türkiyə Böyük Millət Məclisinin deputatları, Azərbaycan və Türkiyəni təmsil edən elm və mədəniyyət adamları, QHT və KİV təmsilçiləri, Ankarada təhsil alan azərbaycanlı tələbələr və kursantlar, paytaxt ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad olunduqdan sonra ruhlarına dualar oxunub. Qanlı Yanvar gecəsi çəkilmiş dəhşətli kadrları əks etdirən sənədli film nümayiş olunub.

Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünivar, Türkiyə Prezidentinin müşaviri Yalçın Topçı və başqaları çıxış ediblər.

Çıxışlarda 1990-cı il yanvarın 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin Bakıya qanunsuz olaraq qoşun yeritməsi bir xalqın bütün hüquqlarına qarşı qəsd kimi dəyərləndirilib, ölkəmizin müstəqilliyi uğrunda şəhid olan qəhrəman övladlarımız haqqında ən xoş ifadələr səsləndirilib.

Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskva şəhərindəki daimi nümayəndəliyində səsləndirdiyi siyasi bəyanat əsasında bu qanlı hadisənin əsl mahiyyəti dünya ictimaiyyətinə çatdırılıb, cinayətkarlar ifşa olunub. O dövrdə Azərbaycan və Türkiyə arasında ikitərəfli əlaqələr olmasa da, qardaş ölkənin ictimaiyyəti Azərbaycanda baş verən qanlı hadisələri böyük narahatlıqla qarşılayıb, yerli KİV-lər, eləcə də televiziya və radio kanalları “Bakıda qırğın”, “Bolşeviklər Azərbaycanı yenidən işğal etdi”, “Sovet ordusu Azərbaycana divan tutdu” və s. sərlövhəli məlumatlar yayıb.

Tədbir çərçivəsində 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən fotolar nümayiş olunub.

Paylaş:
Baxılıb: 246 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30