Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / YAP-ın Pirallahı rayon təşkilatının təşəbbüsü ilə 20 Yanvar faciəsinin ildönümü münasibətilə qanvermə aksiyası keçirildi

YAP-ın Pirallahı rayon təşkilatının təşəbbüsü ilə 20 Yanvar faciəsinin ildönümü münasibətilə qanvermə aksiyası keçirildi

18.01.2018 [17:49]

YAP-ın Pirallahı rayon təşkilatının təşkilatçılığı və 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının kollektivinin fəallığı ilə 20 Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə qanvermə aksiyası keçirildi. Bu humanitar aksiyada rayon idarə, müəssisə və təşkilatlarının kollektivləri, ictimaiyyət nümayəndələri və fəal gənclər iştirak etdilər.

Tədbirdə çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov Sovet ordusunun Azərbaycanda həyata keçirdiyi bu qətliamı tarixin ağ ləkəsi kimi dəyərləndirdi. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdiyini bildirdi. Diqqətə çatdırıldı ki, azadlıq yolunda özünü qurban vermiş şəhidlərimizin fədakarlığı xalqımızın qəlbində daim yaşayacaq, gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsi olacaqdır.

B. Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutu Mərkəzi Qan Bankının həkim briqadasının həyata keçirdiyi qanvermə tədbirində 200-ə yaxın rayon sakini iştirak edərək talassemiyalı və hemofiliyalı xəstələrə yardım üçün könüllü olaraq qan verdi.Aksiyada yüksək fəallıqla iştirak edən donorlar qanvermənin xeyirxah və savab iş olduğunu bildirərək, bu aksiyalarda iştirak etmənin hər bir kəsin vətəndaşlıq borcu olduğunu bildirdilər.

YAP-ın Pirallahı rayon təşkilatı qanvermə aksiyası başa çatdıqdan sonra 20 Yanvar şəhid ailələri və əlillərinin ailələri ilə görüş keçirmiş və onlara partiya adından maddi yardımlar göstərilmişdir.

Paylaş:
Baxılıb: 234 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30