Ana səhifə »  Qəzetin pdf formatı »  Azərbaycanda korrupsiyaya qarşı kəsərli mübarizə tədbirləri ötən il də qətiyyətlə davam etdirilib
A+   Yenilə  A-
Azərbaycanda korrupsiyaya qarşı kəsərli mübarizə tədbirləri ötən il də qətiyyətlə davam etdirilib

Yanvarın 17-də Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2017-ci il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, mətbuat konfransında çıxış edən baş prokurorun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə milli iqtisadiyyatın liberallaşdırılması və rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, şəffaflığın daha da artırılması və azad rəqabətin tam təmin olunması, daha yüksək hədəflərə nail olmaq üçün ölkədə aparılan islahatlara, inkişaf proseslərinə maneə törədən mənfi halların tam aradan qaldırılması, daha çevik və keyfiyyətli idarəetməni təmin edilməsi məqsədilə ardıcıl hüquqi və institusional islahatların 2017-ci ildə də uğurla həyata keçirildiyini bildirib. Bildirilib ki, bunun nəticəsində Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və digər mötəbər beynəlxalq qurumlar Azərbaycanda gedən proseslərə yüksək qiymət verib. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 2017-ci ildə iki pillə irəliləyərək dünyada 35-ci yerdə qərarlaşıb. Dünya Enerji Şurasının ötən il üçün tərtib etdiyi “energetika trilemmasının indeksi” üzrə isə reytinqdə isə Azərbaycan bir sıra yeni sənayeləşmiş ölkələri geridə qoyaraq Yaponiyadan sonrakı 31-ci yerdədir.

K.Əliyev xüsusi vurğulayıb ki, prokurorluq orqanları korrupsiya ilə mübarizəni öz fəaliyyətinin prioritet xətti kimi müəyyənləşdirib. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi isə əvvəlki illərdə olduğu kimi, fəaliyyətini 2017-ci ildə də uğurla davam etdirib.

Diqqətə çatdırılıb ki, ötən il Baş İdarə tərəfindən vətəndaşların 7809 müraciətinə baxılıb, cinayət xarakterli 280 material araşdırılıb. Həmin materiallardan 181-i (65 faiz) üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb. Habelə 99 (35 faiz) material üzrə digər prokuror təsir aktlarının tətbiqi təmin edilib.

Hesabat dövründə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə 4183 müraciət daxil olub. 2016-cı illə müqayisədə ötən il “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlərin sayı 1309 vahid (23,8 faiz) azalıb. Bu da “ASAN xidmət” mərkəzlərinin fəaliyyət dairəsinin genişlənməsi, göstərilən xidmət növlərinin sayının artması ilə əlaqədardır. “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlər əsasında 23 cinayət işi başlanıb. Aidiyyəti dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həlli təmin edilib, vətəndaşların pozulmuş hüquqları bərpa olunub. Aşkarlanan qanun pozuntularının aradan qaldırılması məqsədilə müvafiq təşkilatlara təqdimatlar göndərilib.

Hesabat dövründə Baş İdarənin əməliyyat qurumları öz vəzifələrini uğurla icra ediblər. Onların keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 5, habelə əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 17 olmaqla, ümumilikdə 22 cinayət işi başlanıb.

K.Əliyev qeyd edib ki, ötən il Baş İdarədə dövlət və özəl sektorda çalışan 305 vəzifəli şəxs barəsində barəsində 214 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Məhkəmələrə göndərilmiş 305 şəхs bаrəsində 214 cinayət işindən 127 şəxs barəsində 83 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 67 şəxs barəsində 56 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 35 şəxs barəsində 25 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 17 şəxs barəsində 7 iş rüşvət alma (passiv rüşvətxorluq), 19 şəxs barəsində 11 iş rüşvət vermə (aktiv rüşvətxorluq), 8 şəxs barəsində 7 iş vəzifə saxtakarlığı, qalanları isə digər korrupsiya cinayətləri ilə bağlı olub.

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 83 milyon 486 min manat ziyanın ibtidai araşdırma mərhələsində 27 milyon 575 min manatının (33,03 faizinin) ödənilməsi təmin edilib. Həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 15 milyon 381 min manat məbləğində əmlak üzərinə həbs qoyulması ilə yanaşı, qanunla nəzərdə tutulmuş digər tədbirlər görülüb.

Hesabat dövründə Baş İdarə rəisi və digər vəzifəli şəxslər tərəfindən ümumilikdə 1635 vətəndaş qəbul edilib.

Bildirilib ki, ötən il korrupsiyaya qarşı mübarizə sahəsində Baş İdarənin əməkdaşları tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib. Belə ki, 20 xüsusat üzrə inzibati pozuntu aşkarlandığından İnzibati Xətalar Məcəlləsinin 43-cü, 44-cü və 54-cü maddələrinin tələblərinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarlar qəbul edilərək, baxılması üçün aidiyyəti üzrə dövlət orqanlarına göndərilib. Araşdırmalar nəticəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə bir daha təkrar törədilməməsi üçün müxtəlif dövlət qurumları və vəzifəli şəxslərə göndərilən 88 təqdimat nəticəsində 53 vəzifəli şəxsin intizam məsuliyyətinə cəlb edilməsi təmin olunub.

K.Əliyev qeyd edib ki, insan hüquq və azadlıqlarının, onların layiqli həyat səviyyəsinin təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan edən Konstitusiyamızın ruhu ilə səsləşən dövlət siyasəti və reallaşdırılan islahatlar ədalət, qanunçuluq, hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi prinsipləri ilə yanaşı, humanizm prinsiplərinə də söykənir. Ulu öndər Hеydər Əliyеvin təşəbbüsü ilə 1993-cü ildə Аzərbаycаndа ölüm cəzasının icrasına moratorium qoyulması, 1998-ci ildə isə ölüm cəzasının ləğv edilərək cəzanın sistemindən çıxarılması, Prezident İlham Əliyev tərəfindən mütəmadi şəkildə imzalanan və indiyədək minlərlə insanı əhatə etmiş əfv sərəncamları, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilən və 40 minə yaxın insanı əhatə edən 4 amnistiya aktı humanizm dəyərlərinin dövlət siyasətinin təməllərindən olmasının əyani sübutlarındandır.

Hesabat dövründə - fevralın 10-da dövlətimizin başçısının imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncam dövlət idarəçiliyinin əsas prinsiplərindən biri olan humanizm siyasətinə sadiqliyin və korrupsiyaya qarşı kəsərli mübarizəyə dair qətiyyətli siyasi iradənin növbəti bariz nümunəsi olub. Sənəddə Azərbaycan Respublikasının Prokurorluğuna edilmiş tövsiyələrdən irəli gələrək Sərəncamda əks olunmuş vəzifələrin icrası məqsədilə 2017-ci il 31 may tarixli əmrlə Baş Prokurorluq üzrə bir sıra əmrlərə dəyişikliklər edilib. Bu gün Baş İdarə dövlətimizin başçısı tərəfindən imzalanmış bu Sərəncama, həmin sənəddən irəli gələrək qanunvericiliyə edilmiş dəyişikliklərə uyğun olaraq korrupsiyaya qarşı mübarizə sahəsində öz fəaliyyətini davam etdirir.

Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov bildirib ki, Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq standartlara cavab verən institusional, qanunvericilik və inzibati tədbirlər həyata keçirilib. “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” ötən il dövlət orqanları tərəfindən 86 faiz icra edilib. Milli Fəaliyyət Planının icra vəziyyəti ilk dəfə olaraq Elektron Monitorinq Sistemi ilə qiymətləndirilib və dövlət orqanlarının hesabatları hər bir bənd və dövlət orqanı üzrə onlayn rejimdə dəyərləndirilib.

“Elektron hökumət” portalına inteqrasiya olunan qurumların sayı 91-ə, elektron xidmətlərin sayı isə 437-yə çatdırılıb. İqtisadi sahədə törədilən cinayətlərə görə məsuliyyətin yüngülləşdirilməsi və dekriminalaşdırılması ilə əlaqədar Cinayət Məcəlləsinə dəyişikliklər edilib. Tikilməkdə olan və ya tikilmiş və istismara qəbul edilməmiş çoxmənzilli binalarda mənzillərin bir neçə şəxsə satılması kimi mənfi halların qarşısının alınması məqsədilə Mülki Məcəlləyə dəyişikliklər olunub. Etik davranış qaydalarının əhatə dairəsinin genişləndirilməsi ilə əlaqədar Milli Məclisin deputatlarının və bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında qanunlar qəbul edilib.

K.Cəfərov diqqətə çatdırıb ki, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən sistemli institusional islahatlar çərçivəsində “ASAN xidmət” mərkəzlərinin sayı 12-yə çatdırılıb və fəaliyyət istiqamətləri genişləndirilib. Bu günədək “ASAN xidmət” mərkəzlərinə 20 milyona yaxın müraciət daxil olub. Vətəndaş məmnunluğunun əmsalı 100 faizə yaxındır. Bütün dövlət xidmətlərinin “ASAN xidmət” standartlarına uyğunluğunu yoxlamaq məqsədilə dövlət orqanlarının xidmətləri “ASAN xidmət indeksi”ni təşkil edən parametrlər üzrə qiymətləndirilib. İndeksin nəticələri, mövcud problemlər və onların təkmilləşdirilməsi istiqamətində təkliflər aidiyyəti dövlət orqanlarına verilib. Korrupsiyanın qarşısının alınması sahəsində il ərzində sistemli təlim və maarifləndirmə tədbirləri həyata keçirilib. Avropa Şurası və Avropa İttifaqı ilə birgə əməkdaşlıq şəraitində dövlət qulluqçuları və tələbələr üçün etik davranış qaydaları və antikorrupsiya mövzuları üzrə tədris proqramı hazırlanıb, yerli təlimçi bazası formalaşdırılıb, regionlarda müxtəlif hədəf qrupları üçün təlimlər keçirilib.

Komissiyanın katibi “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017–2019-cu illər üçün Milli Fəaliyyət Planı”na müvafiq olaraq dövlət orqanlarının bu sahədə fəaliyyətlərinin effektiv əlaqələndirilməsini təmin edən mexanizmin yaradılması, qanunvericiliyin beynəlxalq standartlara tam uyğunlaşdırılması, institusional potensialın və hesabatlılıq sisteminin gücləndirilməsi sahələrində mühüm nailiyyətlərin əldə edildiyini vurğulayıb.

Tədbirdə iştirak edən qeyri-hökumət təşkilatlarının nümayəndələrindən “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev və “Şəffaflıq Azərbaycan” təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva çıxışlarında korrupsiyaya qarşı mübarizə sahəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 2017-ci il ərzində gördüyü işləri müsbət dəyərləndiriblər.

Mətbuat konfransında bildirilib ki, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyi nəzərə alınaraq hesabat dövründə Baş İdarə tərəfindən bu sahədə ixtisaslaşmış beynəlxalq qurumlar və digər ölkələrin müvafiq hüquq mühafizə orqanları ilə əlaqələrin daha da genişləndirilməsinə xüsusi diqqət yetirilib. Belə ki, iyunun 6-dan 7-dək Azərbaycan Hökumətinin dəstəyi ilə Bakıda üzvlərinin böyük əksəriyyəti İslam dövlətlərindən olan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumları rəhbərlərinin və ombudsmanlarının üçüncü iclası keçirilib. Yüksək səviyyəli tədbirə ölkəmizlə yanaşı, Türkiyə, İran, Qazaxıstan, Pakistan, Əfqanıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın dövlət qurumlarının, eləcə də ECO, Beynəlxalq Anti-Korrupsiya Akademiyasının (IACA) rəhbər vəzifəli şəxsləri qatılıblar. Tədbirdə Baş İdarə rəisi, digər yerli və xarici nümayəndələr hesabat məruzələri ilə çıxış ediblər. Konfrans çərçivəsində Türkiyə, Pakistan, İran və digər dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirilib. Tədbirin sonunda ECO-ya üzv dövlətlərdə korrupsiyaya qarşı mübarizəyə dair Bakı Bəyannaməsi qəbul edilib.

Bildirilib ki, oktyabrın 9-11-də Baş İdarənin inzibati binasında Azərbaycan Respublikası Prokurorluğunun və Beynəlxalq Prokurorlar Assosiasiyasının, həmçinin Avropa İttifaqı və Avropa Şurasının birgə təşkilatçılığı ilə kibercinayətkarlıqla mübarizəyə dair konfrans keçirilib. Konfransda Şərqi Avropa, Balkan regionu və Mərkəzi Asiya ölkələrinin hüquq mühafizə orqanlarının 50-dək əməkdaşı, beynəlxalq ekspertlər, Beynəlxalq Prokurorlar Assosiasiyasının rəsmi şəxsləri, həmçinin ölkəmizin hüquq mühafizə orqanları nümayəndələri iştirak ediblər. Tədbirdə kibercinayətlər və informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilən çirkli pulların yuyulması və digər cinayətlərin ibtidai istintaqı və cinayət təqibi, elektron sübutların əldə edilməsi, ortaya çıxan problemlər və onların həlli yolları və s. mövzular müzakirə olunub.

Qeyd edilib ki, Azərbaycan Respublikası Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (QREKO) 3-cü dəyərləndirmə raundunu tamamlayıb. Avropa Şurasının MONEYVAL Komitəsinin sentyabrın 25-29-da keçirilən plenar iclasında dördüncü raund qiymətləndirilməsi ilə əlaqədar Azərbaycan üzrə tərəqqi hesabatı qəbul edilib. Hesabatda ölkəmizdə bu sahədə əhəmiyyətli irəliləyişin olması qeyd edilib.

Bundan başqa, fevralın 20-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planının IV Monitorinq Raundu çərçivəsində ölkəmiz üzrə qəbul edilmiş hesabat təqdim olunub.

Həmçinin oktyabrın 25-27-də həmin beynəlxalq təşkilatın Azərbaycan Respublikası Prokurorluğu və Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya ilə birgə təşəbbüsü əsasında Baş İdarənin inzibati binasında keçirilmiş OECD-nin Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsinin (ACN) Hüquq Mühafizə Orqanları Şəbəkəsinin “Korrupsiya cinayətlərinin istintaqı və cinayət təqibi: cinayət yolu ilə əldə edilmiş gəlirlərin müsadirəsi, əmlakın bərpası və prokurorların müstəqilliyi” mövzusunda beynəlxalq konfransına Şərqi Avropa və Mərkəzi Asiya regionundakı 20-dən artıq ölkənin korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış qurumlarının rəhbər şəxsləri, bilavasitə korrupsiya cinayətlərinin istintaqı və cinayət təqibini həyata keçirən müstəntiq və prokurorlar, antikorrupsiya məsələləri üzrə ixtisaslaşmış beynəlxalq ekspertlər, OECD-nin rəsmiləri, eləcə də ölkəmizin hüquq mühafizə orqanlarının nümayəndələri olmaqla 70-dən artıq iştirakçı qatılıb.

Tədbir çərçivəsində Baş İdarənin əməkdaşları tərəfindən keçirilən təqdimatlarda ölkəmizin bu sahədə əldə etdiyi müsbət iş təcrübəsi diqqətə çatdırılıb. Bununla yanaşı, təmsilçilərimizlə Latviya, Rumıniya, Ukrayna və digər ölkələrin nümayəndə heyətləri arasında ikitərəfli görüşlər keçirilib. Baş İdarə tərəfindən ibtidai istintaqı aparılan cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımla bağlı sorğuların icra vəziyyəti və əməkdaşlıq məsələləri müzakirə edilib.

Bundan başqa, Avropa İttifaqının Avropa Qonşuluq Siyasətinin “Şərq tərəfdaşlığı” və TAİEX (Texniki Yardım və İnformasiya Mübadiləsi) aləti çərçivəsində, Korrupsiyaya Qarşı Avropa Tərəfdaşları Təşkilatı (EPAC) və Korrupsiyaya Qarşı Avropa Ələqələndiricilər Şəbəkəsi (EACN), Avropa Şurasının Korrupsiyaya Qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO), Beynəlxalq Prokurorlar Assosiasiyası (IAP), Beynəlxalq Antikorrupsiya Akademiyası (IACA), Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat (GUAM) və digər qurumlarla səmərəli əməkdaşlıq davam etdirilib.

Bildirilib ki, hesabat dövründə Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla yanaşı, bu sahədə qabaqcıl və müsbət təcrübəyə malik ölkələrin ixtisaslaşmış antikorrupsiya qurumları ilə də ikitərəfli səmərəli əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində zəruri tədbirlər görülüb. Belə ki, Azərbaycanın və Bolqarıstanın Baş prokurorluqları arasında imzalanmış, Baş İdarənin və “ASAN xidmət”in fəaliyyətlərinin öyrənilməsini nəzərdə tutan birillik birgə fəaliyyət planına uyğun hər iki ölkə prokurorluqlarının nümayəndə heyətlərinin qarşılıqlı işgüzar səfərləri olub.

Bununla yanaşı, ötən il Bolqarıstan Respublikasının baş prokuroru Sotir Tsatsarovun rəhbərliyi iilə nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri zamanı nümayəndə heyəti dövlətimizin başçısı İlham Əliyev tərəfindən qəbul edilib. Görüş çərçivəsində ölkələrimizin hüquq mühafizə orqanları arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin münasibətlərimizin gələcək inkişafına müsbət töhfə verməsi bildirilib.

Diqqətə çatdırılıb ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiyaya qarşı mübarizədə qeyri-hökumət təşkilatları ilə sıx münasibətlərin qurulmasına xüsusi önəm verilib. Baş İdarənin fəaliyyəti, bu sahədə son vaxtlar qəbul edilmiş qanunvericiliyin tələbləri, beynəlxalq əməkdaşlıq nəticəsində həyata keçirilən tədbirlər, həmin tədbirlərin reallaşmasında dövlət qurumlarının və vətəndaş cəmiyyətinin rolu və digər mühüm məsələlər ilə əlaqədar Baş İdarə əməkdaşlarının KİV-lərdə məqalələri dərc edilib.

Tədbirdə Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salan, habelə əhalinin haqlı narazılığına səbəb olan rüşvətxorluq və korrupsiya kimi mənfi təzahürlərə qarşı daha ciddi mübarizə aparılması sahəsində verdiyi göstərişlərə uyğun olaraq, korrupsiya hüquqpozmalarını doğuran səbəb və şəraitin müəyyən edilməsi və cinayətlərin qarşısının alınması istiqamətində Baş İdarə tərəfindən bundan sonra da sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirlərinin davam etdiriləcəyi xüsusi vurğulanıb.

Sonda QHT və KİV nümayəndələrinin sualları ətraflı cavablandırılıb.

 
  • Oxunub:  3060  |  
  • Tarix:  17-01-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Xəzəryanı ölkələr üçün mühüm tranzit rolu oynayır və bu rol ildən-ilə artmaqdadır

16:20
18 Avqust
Bu il Azərbaycan MDB ölkələrinə 600 milyon dollarlıq məhsul ixrac edib
16:12
18 Avqust
“Jewish Journal”: Nə Koçaryan, nə də Sarkisyan ədalət mühakiməsindən yaxa qurtara bilməyəcəklər
16:06
18 Avqust
Azərbaycanın yeniyetmə şahmatçıları Avropa birinciliyində mübarizə aparacaqlar
16:03
18 Avqust
Azərbaycan cari ildə Avropa İttifaqı ölkələrinə 5,4 milyard dollarlıq məhsul ixrac edib
13:26
18 Avqust
YAP-ın Sədr müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Ədalət və İnkişaf Partiyasının VI Qurultayında iştirak edir
11:28
18 Avqust
Elçin Quliyev: Son 15 ildə Azərbaycan sərhədçiləri tərəfindən 29 minə yaxın axtarışda olan şəxs saxlanılıb
11:14
18 Avqust
Hərbi Hava Qüvvələrinin helikopter bölmələrinin taktiki-uçuş məşqləri keçirilib
10:44
18 Avqust
DSX-nin rəhbərliyi və şəxsi heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
09:59
18 Avqust
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 81 dəfə pozub
09:39
18 Avqust
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 99 il ötür
18:03
17 Avqust
Prezident İlham Əliyev Lənkəranda yol tikintisinə 9,1 milyon manat ayırıb
17:59
17 Avqust
Bərdənin 2 kəndində içməli su infrastrukturunun yaradılması işləri görülür
17:51
17 Avqust
Taxılçılıqda keyfiyyətli toxuma olan tələbatın daxili istehsal hesabına tam ödənilməsi prioritet vəzifələrdəndir
17:29
17 Avqust
Baş Prokurorluq, DİN və DTX Gəncə hadisələri ilə bağlı birgə məlumat yayıblar
16:55
17 Avqust
Xəzərin hüquqi statusu: Aktau sammitinin tarixi və geosiyasi özəllikləri
16:48
17 Avqust
Ramin Quluzadə: Azərbaycanda startapların maliyyələşdirilməsi üçün investorlar klubu yaradılacaq
16:41
17 Avqust
SOCAR Bakıda ikinci sıxılmış təbii qaz yanacaqdoldurma məntəqəsini açıb
16:37
17 Avqust
Yeni tədris ilində orta məktəblərdə keçiriləcək ilk dərslərin mövzuları açıqlanıb
16:32
17 Avqust
XVI Yay Paralimpiya Oyunlarına hazırlıq məsələləri müzakirə edilib
16:25
17 Avqust
Elmar Məmmədyarov Malayziyanın ölkəmizdəki səfiri Dato Roslan Tan Sri Abdul Rəhmanla görüşüb
16:01
17 Avqust
Azərbaycan Xəzərlə bağlı problemlərin həllinə daim öz töhfəsini verir
15:55
17 Avqust
Səyavuş Heydərov: Əsas vəzifəmiz vətəndaşlarımızı, xüsusilə gənclərimizi yad dini ideologiyaların təsirindən qorumaqdır
15:46
17 Avqust
Əmək və əhalinin sosial müdafiəsi naziri İsmayıllı rayonunda vətəndaşları qəbul edib
15:45
17 Avqust
Gənclər və idman naziri vətəndaşlarla görüşüb
15:20
17 Avqust
Vergilər Nazirliyinin əməkdaşları Koreya Respublikasında təlimdə iştirak edəcək
15:02
17 Avqust
Çay İstehsalçıları və İxracatçıları Assosiasiyası fermerlərə dəstək üçün görüşləri davam etdirir
14:28
17 Avqust
“Qarabağ”-“Şerif” oyunun başlama saatı açıqlanıb
14:09
17 Avqust
Sərhəd Qoşunlarının yaradılması müstəqil dövlət quruculuğunun əsas tərkib hissələrindən biridir
13:58
17 Avqust
Fermer Cavanşir Paşayev: İndiyə kimi pomidor becərib ziyana düşən adam görməmişəm
13:56
17 Avqust
Polşanın “Ambasador” jurnalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı məqalə dərc edilib
12:37
17 Avqust
DSX-nin Yevlaxdakı hərbi hissəsində gənc əsgərlər Vətənə sədaqət andı içiblər
12:27
17 Avqust
İlin əvvəlindən 7,8 milyard manatlıq qiymətli kağız buraxılışı qeydiyyata alınıb
12:24
17 Avqust
UEFA Avropa Liqasının play-off mərhələsində bütün rəqiblər müəyyənləşib
12:22
17 Avqust
Muxtar respublika əhalisi payız-qış mövsümündə də fasiləsiz içməli su ilə təmin olunacaq
12:10
17 Avqust
Qazaxıstan Xəzər dənizinin statusu barədə Konvensiyanı tezliklə ratifikasiya edəcək
11:58
17 Avqust
Taxıl sahələrində yüksək məhsuldarlığa nail olmaq üçün nə etməli – mütəxəssis məsləhəti
11:56
17 Avqust
“ADNSU Yay məktəbi - 2018” uğurla davam edir
11:32
17 Avqust
Şəhərsalma və Arxitektura Komitəsi ilə “Caspian European Club” əməkdaşlığı genişləndirir
10:49
17 Avqust
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 92 dəfə pozub
10:17
17 Avqust
Ürəkləri fəth edən səs
10:09
17 Avqust
Naftalanda qolf meydançası, tennis kortu və atçılıq meydanı yaradılacaq
18:34
16 Avqust
Nazirlər Kabinetinin Twitter səhifəsi açıldı
18:00
16 Avqust
Ali məktəblərdə boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi keçirilir
17:53
16 Avqust
Bu il dəmir yolu ilə 1,5 milyondan çox sərnişin daşınıb
17:21
16 Avqust
Dövlət Baytarlıq Xidməti heyvandarlıq təsərrüfatlarında dezinfeksiya tədbirləri həyata keçirir
17:15
16 Avqust
Müdafiə naziri Cəmşid Naxçıvanski adına Hərbi Liseydə aparılan təmir-tikinti işlərinin gedişini yoxlayıb
16:21
16 Avqust
Ermənistanın qonşu dövlətlərə qarşı ərazi iddiası işğalçılığın nümayişidir
16:17
16 Avqust
Qurban bayramı münasibətilə avqust ayı üzrə pensiyaların maliyyələşdirilməsi təmin edilib
16:16
16 Avqust
Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət İmtahan Mərkəzi mətbuat xidmətlərinin birgə məlumatı
15:54
16 Avqust
Hikmət Babaoğlu: Ermənistan digər region ölkələrinin də ərazilərini ələ keçirmək məqsədi güdür
15:47
16 Avqust
“Con Batçelor Şou” amerikalı radio dinləyicilərini Gəncə şəhəri barədə ətraflı məlumatlandırıb
15:42
16 Avqust
Beş Xəzəryanı ölkənin Prezidentinə “Caspian Energy Award” mükafatı təqdim olunacaq
15:24
16 Avqust
İldə 7-9 milyon ədəd nərəkimi balıq körpəsi yetişdirilərək təbii su hövzələrinə buraxılır
15:21
16 Avqust
Rüfət Quliyev: Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya regionda daha geniş əməkdaşlığa yol açır
15:10
16 Avqust
Akademik Xoşbəxt Yusifzadə “Azərbaycan polisinin 100 illiyi” yubiley medalı ilə təltif olunub
14:14
16 Avqust
Sentyabrda Bakıda HR Forum keçiriləcək
13:52
16 Avqust
Hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı artıb
13:24
16 Avqust
Prezident İlham Əliyev DSX-nin hərbi qulluqçularını və mülki işçilərini təltif edib
12:54
16 Avqust
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Yevlaxda vətəndaşları qəbul edib
12:46
16 Avqust
Bu gün “Qarabağ” klubunun UEFA Avropa Liqasındaki rəqibi məlum olacaq
12:42
16 Avqust
Banklarda tətbiq ediləcək istehlak kreditləri üzrə vahid kredit şərtləri müzakirə olunub
12:07
16 Avqust
Məleykə Abbaszadə: Bu il 29 abituriyent 700 bal toplayıb
12:01
16 Avqust
“SABAH” qrupları tələbələrinin Bakı Şəhəri üzrə Təhsil İdarəsində təcrübə proqramı başa çatıb
11:47
16 Avqust
Əmək və əhalinin sosial müdafiəsi naziri əlilliyi olan şəxslərə göstərilən xidmətlərlə tanış olub
11:45
16 Avqust
Görkəmli estrada müğənnisi Müslüm Maqomayevin xatirəsi anılacaq
11:16
16 Avqust
Cari ildə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 4,3 milyard kubmetrdən çox qaz ötürülüb
11:11
16 Avqust
Yeddi ayda BTC ilə 19,4 milyon ton neft göndərilib
11:07
16 Avqust
“Tokio-2020” Olimpiya Oyunları üçün könüllülərin toplanmasına başlanıb
11:05
16 Avqust
Bu il Azərbaycanda 22,5 milyon ton neft və 10,4 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
10:56
16 Avqust
Xəzərin hüquqi statusu haqqında Konvensiya Azərbaycanın həyata keçirdiyi layihələrin önəmini daha da artıracaq

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA