Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Energetika Nazirliyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Energetika Nazirliyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

17.01.2018 [14:26]

Milli dövlətçilik tariximizdə mühüm yer tutan 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Energetika Nazirliyində anım mərasimi keçirilib. Mərasim Azərbaycanın müstəqilliyi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman vətən övladlarının xatirəsinə bir dəqiqəlik sükutla başlanıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, energetika nazirinin müavini Samir Vəliyev 28 il əvvəl Azərbaycanın azadlığı, suverenliyi arzusu ilə ayağa qalxmış dinc insanlara qarşı Sovet imperiyasının silahlı birləşmələrinin törətdiyi cinayətlərdən danışaraq, 20 Yanvar hadisəsini faciə kimi yox, milli tariximizin şanlı qəhrəmanlıq səhifələrindən biri kimi qiymətləndirib. Bildirib ki, məhz həmin gün Azərbaycan xalqı istiqlal əzmini ortaya qoyaraq, bu dəyər uğrunda canından keçməyə hazır yüzlərlə övladının olduğunu bütün dünyaya nümayiş etdirdi.

Mərasimdə 20 Yanvar faciəsinə ilk siyasi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyi vurğulanaraq qeyd edilib ki, olduqca mürəkkəb bir vəziyyətdə Ulu Öndər ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, Bakıda törədilən qırğınlara siyasi qiymət verilməsi, günahkarların cəzalandırılması tələbini bütün dünyaya bəyan edib. Məhz ulu öndər Heydər Əliyevin səyləri nəticəsində 20 Yanvar faciəsi barədə həqiqətlər üzə çıxıb. İllər ötsə də, 20 Yanvar şəhidlərinin xatirəsi hər zaman bizimlədir. Azərbaycan dövləti şəhidlərimizin xatirəsini daim uca tutur, onların öz ölümləri ilə yaratdıqları qəhrəmanlıq nümunələrinin yeni nəsillərə çatdırılması, şəhid ailələrinin sosial müdafiəsi istiqamətində lazımi addımlar atılır.

Anım mərasimi 20 Yanvar faciəsindən bəhs edən sənədli filmin nümayişi ilə başa çatıb.

Paylaş:
Baxılıb: 240 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31