Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Şəhidlər ölməz, Vətən basılmaz!” seriyasından ilk kitabın təqdimatı keçirilib

“Şəhidlər ölməz, Vətən basılmaz!” seriyasından ilk kitabın təqdimatı keçirilib

16.01.2018 [17:19]

Yanvarın 16-da Beynəlxalq Mətbuat Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi “Respublika Xatirə Kitabı” redaksiyası ilə “Bakı-Xəbər” qəzetinin birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından ilk kitabın - “Gözlə gələcəyəm” sənədli povestinin təqdimatı keçirilib. Əsərin müəllifi tanınmış publisist İradə Sarıyevadır. Nəşrin rəyçisi “Bakı-Xəbər” qəzetinin baş redaktoru, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aydın Quliyev, redaktoru Zülfüqar Şahsevənlidir. Kitab redaktorun “Gedirsən, tez qayıt gəl, gözü yolda qalan var...” sərlövhəli qeydləri ilə başlanır.

AZƏRTAC xəbər verir ki, mərasim iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov kitab haqqında məlumat verib. Bildirib ki, sənədli povestdə Vətən uğrunda döyüşlərdə şəhid olmuş, 23 yaşlı kəşfiyyatçı-snayper, gizir Aydın Abdullayevin ömür yolundan söhbət açılır. Son dərəcə təsirli epizodlarla zəngin olan povesti şəhidlərimizin xatirəsinə yazılmış elegiyaya bənzətmək olar.

Zülfüqar Şahsevənli povestin çox kövrək hisslərlə qələmə alındığını söyləyib. Diqqətə çatdırıb ki, istedadlı qələm sahibi İradə Sarıyeva bir şəhidin harayına səs verərək, onun həyatını əks etdirib, gələcək nəslə örnək qoyduğunu vurğulayıb.

Tədbirdə Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Maarifə Hacıyeva, tədqiqatçı-jurnalist Şəmistan Nəzirli, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupu rəhbərinin müavini Eldar Səmədov və başqaları gizir Aydın Abdullayevin şərəfli döyüş yolunu işıqlandıran bu cür kitabların gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətini vurğulayıblar.

Çıxış edənlər Aydın Abdullayevin bir idmançı kimi qazandığı qələbələrin, döyüş cəbhəsində göstərdiyi qəhrəmanlığın povestdə çox böyük məsuliyyət hissi və peşəkarlıqla qələmə alındığını söyləyiblər.

Tədbirdə layihə rəhbəri, “Respublika Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədovanın ssenarisi əsasında çəkilmiş, şəhidin ömür yolunu işıqlandıran “Gözlə gələcəyəm” adlı film nümayiş olunub.

Sonda şəhidin atası Əmirsoltan Abdullayev tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Paylaş:
Baxılıb: 214 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Analitik

MEDİA

Xəbər lenti

İcma etiraz edir

19 Mart 10:45

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31