Ana səhifə »  Qəzetin pdf formatı »  Bakı Slavyan Universitetinin rektoru: İndi tələbələr özlərinə daha çox güvənirlər
A+   Yenilə  A-
Bakı Slavyan Universitetinin rektoru: İndi tələbələr özlərinə daha çox güvənirlər

Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyevanın Trend-ə müsahibəsi

- Bakı Slavyan Universitetinin bügunkü uğurlarının səbəbini nədə görürsünüz?

- Bugünkü şəraitdə hər bir universitetin uğurlu fəaliyyəti öz əlindədir. Adambaşına maliyyələşmə prinsipinin tətbiqi, tələbə qəbulu planının müəyyənləşdirilməsində universitetlərin rəyinin əsas götürülməsi, bu gün ali məktəblərə beynəlxalq əməkdaşlıq, yaradıcı layihələr üçün gözəl şəraitin yaradılması universitetlərə öz fəaliyyətini yeni relslər üzərində qurmağa imkan verib.

Universitetimizdə son bir il yarım müddətində bir sıra aktual məsələlərə həsr olunmuş 20-dən çox elmi, elmi-praktik konfrans keçirilib. Bu konfransların işində ikitərəfli müqavilələr əsasında Rusiyanın 30-dək tanınmış universitetinin, Türkiyənin Qazi, Uludağ, Qafqaz, Ankara, Akdeniz, Almaniyanın Humboldt, İngiltərənin Kembric, Oksford universitetlərinin professorları iştirak ediblər. Rusiya, Bolqarıstan, Ukrayna, Belarus, Polşa, Çexiya və digər slavyan ölkələrinin, eləcə də Yunanıstanın tanınmış simaları, dövlət xadimləri universitetimizin qonağı olublar. Ötən tədris ilində keçirdiyimiz iki beynəlxalq elmi konfransın əhəmiyyətini xüsusi vurğulamaq istəyirəm. BSU və Beynəlxalq Rus Dili və Ədəbiyyatı Müəllimləri Assosiasiyasının (MAPRYAL) birgə qrant layihəsi əsasında təşkil edilmiş və respublikamızda rus dilinin tədrisi, rusdilli məktəblərin problemlərinə, o cümlədən, tədris vəsaitlərinin hazırlanmasına həsr olunmuş beynəlxalq konfransda Rusiya Təhsil Akademiyasının və MAPRYAL-ın prezidenti ilə yanaşı, 30-dək xarici mütəxəssisin iştirakı geniş müzakirələrə meydan açdı. İkinci vacib tədbir milli kimlik məsələsinə həsr edilmişdi. Bu beynəlxalq konfransı BSU qrant layihəsi əsasında Kembric Universiteti ilə birgə keçirib.

Hazırda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ərəfəsində yalnız BSU-nun professor-müəllim heyətinin deyil, həm də digər ali məktəblərin müəllimlərinin, doktorantların, tələbə və magistrantların, eləcə də orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda ənənəvi - IX Beynəlxalq konfransı yüksək səviyyədə keçirməyə hazırlaşırıq.

Universitet həyatını daha maraqlı edən tələbə təşkilatlarının fəaliyyəti, tələbələrin iştirakı ilə hazırlanan və keçirilən saysız-hesabsız kütləvi tədbirlərdir. Fəxrlə deyə bilərəm ki, akt zallarımız, tədris-mədəniyyət mərkəzlərimiz, konfrans zallarımız bir gün də olsun boş qalmır. BSU tələbələrini fərqləndirən cəhət onların təşəbbüskarlığı və kreativliyidir. Universitet rəhbərliyi onların bütün təşəbbüslərini dəstəkləyir və istiqamətləndirir.

- Bu gün semestr imtahanları hansı şəraitdə keçirilir?

- Bakı Slavyan Universitetinin özünəməxsus fəaliyyəti həm də onun yaranış tarixi ilə bağlıdır. Öncə onu deməliyəm ki, 1946-cı ildən fəaliyyət göstərən Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun bazasında Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakı Slavyan Universiteti yaradılmışdır. Bu gün Bakı Slavyan Universitetinin Bolqarıstan, Yunanıstan, Polşa, Çexiya, Belarus, Ukrayna, Rusiya və digər ölkələrin universitetləri ilə sıx əlaqələri, o cümlədən, tələbə-müəllim mübadiləsi mövcuddur; bu ölkələrin universitetləri ilə birgə beynəlxalq tədbirlərin keçirilməsinə, idarəetmə və tədrisdə elektron fəaliyyətin tətbiqi məsələlərinə son dövrdə daha çox diqqət verilir. Həyata keçirdiyimiz tədbirlərin əsas məqsədi bugünkü gəncliyi kamil vətəndaşlar kimi formalaşdırmaq, onların yiyələnəcəkləri peşəyə dərindən bələd olmalarına şərait yaratmaqdır.
Qeyd edim ki, hər bir ali məktəbin səviyyəsi yəqin ki, ilk növbədə, onun hazırladığı kadrların səviyyəsi ilə ölçülür. Müəllimlərimiz çalışırlar ki, tələbələrimizin yüksək hazırlıq səviyyəsinə müasir təlim texnologiyalarının, yeni yanaşma və innovasiyaların geniş tətbiqi hesabına nail olsunlar. Həm də bu gün hər bir tələbəmiz çox yaxşı bilir ki, imtahanlarda qiymətləndirilmənin yeganə meyarı bilikdir. Buna görə də obyektivliyi, ədalətli qiymətləndirməni təmin etmək məqsədilə imtahanlar video-kameralarla, ağıllı lövhələrlə təchiz edilmiş auditoriyalarda keçirilir. Valideynlər evdən övladlarının imtahanlarını onlayn izləyə bilirlər. İmtahanda iştirak edən nəzarətçilər qeyri-ixtisas müəllimləridir. Yoxlama prosesində tələbələrə dərs deyən müəllimlərin özləri iştirak etmirlər. İmtahanların cavabları elə həmin gün universitetin saytına yerləşdirilir. Sessiya dövründə İmtahan qərargahı fəaliyyət göstərir, hər bir fakültənin nəzdində Münaqişə komissiyası, eyni zamanda, universitet üzrə Münaqişə komissiyası fəaliyyət göstərir. Qiymətlərindən narazı olan tələbələr bu komissiyalara müraciət edirlər. Tələbələrin valideynləri də komissiyaya müraciət zamanı İmtahan qərargahında iştirak edə bilirlər. Onlar imtahanların tam şəffaf, obyektiv keçirilməsinə əmin olurlar.

- BSU-da tələbələr Münaqişə komissiyasının fəaliyyətindən razıdırlarmı?

- İndi tələbələr daha güvənli tələbə həyatı yaşayırlar. Çünki bilirlər ki, qovulma, kursda qalma halları yoxdur. Hər bir tələbənin vəziyyəti, qiyməti onun özünün fəaliyyətindən asılıdır. Yəni daim üzrsüz səbəbdən dərsə gəlməyən tələbələr nəzarətdə saxlanılır, onların qaibləri jurnalda qeyd olunur. Bunun əsasında semestrin nəticələrinə keçid balı toplayırlar. Həmin balın üzərinə onların imtahanda topladıqları ballar əlavə olunur, nəticədə tələbənin ümumi balı müəyyənləşir. Bu ballar əsasında onlara təqaüdlər də ayrılır. Məncə, belə gözəl şəraitdə təhsil alan tələbə yüksək göstəricilərə nail ola bilir və heç bir ədalətsiz mövqe ilə rastlaşmır. Çünki bu gün tələbələrimiz də ayıq-sayıqdırlar, onlar artıq öz hüquqlarını yaxşı bilirlər.

- BSU-da tələbələr üçün xaricolunma, qovulma, kursda qalma təhlükəsinin olmadığını bildirdiniz. Bu, universitet rəhbərliyinin tələbələrlə daha yumşaq davranmasının nəticəsi kimi izah edilə bilərmi?

- Xeyr. Bu, Azərbaycan universitetlərində mövcud olan kredit sistemi ilə tədrisin təşkili qaydaları ilə bağlıdır. Bu sistemə uyğun olaraq, kəsirləri olan tələbələr alt qruplarda, Yay məktəblərində təhsil alır, öz kəsirlərini ləğv etmək üçün əlavə imkan qazanırlar. “Qaydalar”a görə tələbə yalnız universitetdaxili nizam-intizamı ciddi şəkildə pozduqda ali məktəbdən xaric edilir.

- Bəs maddi imkanı yol vermədiyindən alt qruplarda təhsil ala bilməyən tələbələrə qarşı hansı addımlar atılır?

- 14 iyun 2017-ci ildə Nazirlər Kabineti kredit sistemi ilə tədrisin təşkili ilə bağlı qaydalara dəyişikliklər etdi. Bu qaydalara uyğun olaraq, tələbələr fənni təkrar dinləmədən təkrar imtahana buraxıla bilərlər. Bu, payız və yaz sessiyaları bitəndən sonra növbəti semestr başlananadək mümkündür. Alt qruplarda otura bilməyən tələbələr cüzi ödəniş etməklə kredit borclarını ləğv edə bilirlər və kredit borcları həddən artıq deyilsə, ödəniş aparmadan dərslərdə iştirak etmək hüququna malikdirlər.
- Bu gün BSU ali məktəblərlə rəqabətə necə davam gətirə bilir? Universitetin hazırladığı kadrlar mövcud əmək bazarının tələblərinə cavab verirlərmi?

- Universitetimiz özünəməxsus və unikal ixtisaslar üzrə mütəxəssis hazırlığını həyata keçirir. Slavyan ölkələri üzrə regionşünaslar, slavyan dilləri üzrə tərcüməçilər, təhsil rus dilində aparılan Azərbaycan məktəbləri və məktəbəqədər təlim müəssisələri üçün məzunlarımıza ciddi ehtiyac duyulur. Biz məzunlarımızın əmək bazarında yer tutması üçün mütəxəssis hazırlığı məsələlərinə kompleks yanaşma tətbiq edirik. Təkcə tədris prosesinin müasir tələblər baxımından yüksək səviyyədə qurulması ilə iş bitmir. Keçən tədris ilində Tədris şöbəsinin bazasında Təcrübə və məzunların karyera inkişafı şöbəsini yaratdıq. Məqsəd əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlığı proqramlarını hazırlamaq, pedaqoji və istehsalat təcrübələrini yüksək səviyyədə təşkil etmək, baza müəssisələri, bizə maraqlı olan təşkilatlarla sıx əlaqələr formalaşdırmaqdır.

- Bakı Slavyan Universiteti hansı yenilikləri etmək fikrindədir?

- Biz bir çox yeniliklər etmək barədə düşünürük. Onların əksəriyyətinin artıq layihəsi hazırdır. Bizim əsas məqsədimiz dünyanın aparıcı ali məktəbləri arasında tərtib olunan reytinq cədvəllərinə düşməkdir. Bunun üçün qarşımızda bir çox vəzifələr durur. Bunlardan biri elektron universitet layihəsidir. Bu, təkcə tədris prosesinin, idarəetmənin elektronlaşdırılması deyil. Məqsəd professor-müəllim heyətinin müvafiq səriştə və kompetensiyalara malik olmalarından, tədrisə qabaqcıl təlim texnologiyalarını gətirmələrindən, tələbələrin elektron tədris resurslarından asan istifadə etmə imkanlarına malik olmalarından və s. ibarətdir. Elektron universitetin qurulması bu gün əsrin tələbidir, universitetlərin inkişaf yoludur. Elektron universitet yaratmaq üçün müəyyən qaydada işlərə başlamışıq. Artıq universitetin bütün müəllim və tələbə heyətinin məlumat bazası yaradılıb. Həm sosial problemləri olan, həm ən yüksək, orta bal toplayan, həm də regionlardan gələn tələbələrin siyahısını hazırlamışıq, tələbələrin hansı ixtisaslara daha çox meyl etdiklərini müəyyən etmişik və bu siyahıları ayrı-ayrılıqda bazaya daxil etmişik.

Bu gün qarşımızda duran əsas məsələlərdən biri müəllimlərin reytinqi cədvəlinin müəyyənləşdirilməsi və bunun əsasında onlara əməkhaqqının verilməsidir. Gələn ildən bunu həyata keçirəcəyik. Hazırda bunun üçün müəllimlərin tədrisdə nailiyyətləri və elmi fəaliyyətləri ilə bağlı məlumat bankı tərtib edirik. Daha bir layihə xarici ölkələrin universitetləri ilə qrant əsasında müştərək tədbirlərin (məcmuələrin, məqalələrin yazılması, konfransların keçirilməsi, bir sıra onlayn layihələrin işlənməsi, "Skayp" vasitəsilə qeyri-ənənəvi dərslərin təqdimatı və s.) həyata keçirilməsidir.

- Elektron universitetin yaradılması tələbələrə distant təhsil almağa imkan verəcək?

- Elektron təhsil bütün ixtisaslara aid olacaq. Elektron universitet layihəsinin icrası təbii ki, distant (məsafədən) təhsilə zəmin yaradacaq. Bu yolla təhsil formasına icazə verilsə, biz də buna hazır olacağıq. Bir şeyi əminliklə bildirə bilərəm ki, bugünkü maddi-texniki bazamız, tədris binasında quraşdırılan texnologiyalar, internet şəbəkəsi, müəllim və tədrisə yardımçı heyət üçün treninqlər distant təhsilin təşkili üçün imkan yaradıb. Təbii ki, daha yeni avadanlıqlar əldə edilməli, bu formaya keçidlə yanaşı, elmi-metodiki baza da gücləndirilməlidir. Hesab edirəm ki, mövcud şəraitdə distant təhsil yalnız qiyabi oxuyan tələbələrimiz üçün məqbuldur. Elə bir vaxt gələcək və elə şərait yaranacaq ki, tələbə evdə oturub dərslərini də oxuya biləcək, lazım olan materialları da əldə edəcək, suallarına da cavab tapa biləcək. Onsuz da müəllimlər öz mühazirə mətnlərini, tapşırıqları, imtahan suallarını elektron şəkildə tələbələrə çatdırırlar. Kafedralarımız bu istiqamətdə fəaliyyətlərini gücləndirir. Distant təhsilin müəyyən məqamları artıq tədrisdə öz əksini tapıb.
- BSU müəllimlərinin hazırkı əməkhaqları onları maddi baxımdan təmin etmək üçün yetərli sayıla bilərmi?

- Fikrimcə, bəli. Ötən il bizim dosentlərin əməkhaqları 150, professorların 300 manat, adi müəllimlərin əməkhaqları isə 60 manat artdı. Məncə, ölkədəki orta aylıq əməkhaqqı baxımından bizim müəllimlərin məvacibi normaldır. Müəllimlərin maaşı çox yüksək olmasa da, çox aşağı da deyil. Bu sahədə dövlət siyasəti əməkhaqqı ilə bağlı gələcəyə nikbin yanaşmağımıza imkan yaradır və ümidlər verir.

- BSU-nu daha çox hansı bilik səviyyəsində olan abituriyentlər seçirlər?

- Yüksək bal toplayan abituriyentlərin hansı universiteti seçməsi həmin məktəbin Azərbaycan ali məktəbləri sırasındakı mövqeyindən, cəmiyyətdəki imicindən asılıdır. Bu il BSU-ya 300-dən artıq bal toplayan abituriyentlər qəbul olunub. 400-500 və 500-600 arası bal toplayan tələbələrimizin sayı əvvəlki illərə nisbətən yüksəlib. 600-dən artıq bal toplayan tələbələrimiz var. Neçə illər əvvəl bizim universitetin tələbələri hətta 200 bal toplayıb qəbul ola bilirdilər. Neçə illər ərzində bizim universitetin qəbul planı həmişə kəsirdə qalıb. Amma ötən il və bu il qəbul planı 100 faiz yerinə yetməsə də, tələbə qəbulumuz normal olub. Qəbul planının dolmamasının səbəbi bizim özümüzdən asılı olmayıb. Vaxtilə - 1990-cı illərdə rus bölmələri, rusdilli məktəblərin fəaliyyəti zəiflədi. Yaxın illər ərzində rus bölməsi üzrə də tələbə qəbulu planında problem olmayacaq. İndiyədək rus bölməsi üzrə qəbul planı kəsirdə qalırdı, çünki rus bölməsini bitirən abituriyentlərin sayı az idi. Ümid edirik ki, gələn il qəbul planımız yüksək səviyyədə yerinə yetiriləcək.

- Hazırda universitetin bir yataqxanası var. Rayondan və xaricdən gələn tələbələrin müvəqqəti yaşayış yeri ilə təmin edilməsinə yardım etmək üçün hansısa yeni addımların atılması gözlənilirmi?

- Əslində BSU-nun ümumilikdə 4 yataqxanası var. Onun üçündə məcburi köçkünlər yerləşdirilib. Qalan digər yataqxananın da bir mərtəbəsində 26 köçkün ailəsi yaşayır. Həmin yataqxanada həm əcnəbi, həm yerli tələbələr, həm də xaricdən universitetimizə dəvət edilmiş müəllimlər yaşayırlar. Ötən il yataqxanada cari təmir işləri aparmışıq. Bu yaxınlarda bizə belə bir gözəl xəbər verilib ki, yataqxanadakı köçkünlər başqa mənzillərə köçürüləcəklər. Bu isə bizim üçün əlavə imkanlar deməkdir, yəni əcnəbi tələbə və müəllimlərimizin sayını artıra, eyni zamanda, əməkdaşlıq etdiyimiz xarici universitetlərin tələbələri üçün Yay məktəbləri təşkil edə bilərik. BSU-nun xaricdə fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin xətti ilə tələbələr üçün Yay və Qış məktəblərinin təşkilini planlaşdırırıq.

 
  • Oxunub:  1710  |  
  • Tarix:  16-01-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Cənub Qaz Dəhlizi Azərbaycan iqtisadiyyatının inkişafına böyük töhfələr verəcək

15:50
17 Fevral
“Mağcan Cumabay anma ili”nin açılışı və TÜRKSOY-un mətbuat mükafatının təqdimatı keçirilib
15:40
17 Fevral
İrandan Ermənistana qaz kəmərinin çəkilməsi ideyası elə ideya olaraq da qalacaq
15:35
17 Fevral
Bakıda birinci Beynəlxalq İctimaiyyətlə Əlaqələr Yaradıcılığı Forumu işə başlayıb
14:48
17 Fevral
“Kaspi” qəzeti TÜRKSOY-un mətbuat mükafatı ilə təltif olunub
14:47
17 Fevral
Heydər Əsədov: arıçılara subsidiyaların verilməsinə yaxın vaxtlarda başlanacaq
14:46
17 Fevral
“Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin xatirəsinə turnir keçiriləcək
14:44
17 Fevral
YAP Yevlax rayon təşkilatı imzatoplama kampanyasınugurla davam etdirir
14:41
17 Fevral
YAP Cəbrayıl rayon təşkilatı imzatoplama kampaniyasını başa vurub
14:11
17 Fevral
Qida Təhlükəsizliyi Agentliyinin yaradılması məhsul üzərində nəzarəti həyata keçirməyə imkan verəcək
14:07
17 Fevral
Xaçmazlılar üçün ərzaq və kənd təsərrüfatı mallarını daha ucuz qiymətə almaq imkanı yaradılıb
14:06
17 Fevral
VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Azərbaycandakı tolerant mühit barədə məlumatlandırılıb
14:04
17 Fevral
Azərbaycan ilə Böyük Britaniya arasında hərbi əməkdaşlıq planı imzalanıb
14:02
17 Fevral
Ötən il Türkiyə Azərbaycandan təbii qaz idxalını artırıb
12:55
17 Fevral
“Azeri Light”ın bir barreli 66 dollardan baha satılır
12:53
17 Fevral
Balıqların artırılması və mühafizəsi işlərinin yerinə yetirilməsinə 3114,6 min manat vəsait sərf olunub
12:51
17 Fevral
“Fitch Ratings” SOCAR-ın reytinqini təsdiqləyib
12:50
17 Fevral
Antonio Lopes-İsturiz: Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq səviyyədə dəstəklənməsi getdikcə artır
12:41
17 Fevral
Universitet tələbələri tam orta məktəblərdə pedaqoji təcrübə keçəcəklər
12:40
17 Fevral
Yeniyetmələr arasında stolüstü tennis üzrə liqa yarışları davam edir
12:26
17 Fevral
Meksikada nazirin və ştat qubernatorunun olduğu helikopter qəzaya uğrayıb
12:22
17 Fevral
Budapeştdə Azərbaycan-Macarıstan əlaqələrinin inkişafı məsələləri müzakirə olunub
12:13
17 Fevral
Xaçmazlı məktəblilər arasından ədəbiyyat biliciləri seçilir
12:12
17 Fevral
Tennisçi Rocer Federer yenidən reytinq cədvəlinin birinci pilləsinə yüksəlib
12:10
17 Fevral
YAP Neftçala rayon təşkilatı imzatoplama kampaniyasını başa vurdu
12:08
17 Fevral
Zoologiya İnstitutunda mikroskopla təcrübi dərslər davam edir
12:07
17 Fevral
YAP Abşeron rayon təşkilatında imzatoplama kampaniyasına start verilib
12:05
17 Fevral
Misir ordusu: “Sinay 2018” antiterror əməliyyatı davam edir
11:54
17 Fevral
Neft hasilatının azaldılması Rusiya iqtisadiyyatına mənfi təsir göstərəcək
11:52
17 Fevral
Naxçıvanda Qara Qarayevin 100 illik yubileyi qeyd edilib
11:34
17 Fevral
“Baker Hughes”: ABŞ-dakı neft-qaz quyularının sayı dəyişməyib
11:31
17 Fevral
Milli valyutada qoyulmuş əmanətlərin məbləği 66,9 faiz artıb
11:30
17 Fevral
Bu gün futbol üzrə Azərbaycan çempionatının XVI turuna start veriləcək
11:29
17 Fevral
SOCAR keçən il neft və neft məhsullarının ticarət dövriyyəsinin həcmini 108 milyon tona çatdırıb
11:27
17 Fevral
Prezident İlham Əliyev “Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında” Sərəncam imzalayıb
11:24
17 Fevral
Nazir Angeliono Alfano: Azərbaycan İtaliyanın etibarlı tərəfdaşıdır
11:22
17 Fevral
Dünyada orta ömür 70 yaşdan yuxarı, bəzi ölkələrdə isə 84 yaş hesab olunur
11:21
17 Fevral
Sağlamlıq imkanları məhdud gənclər peşələrə yiyələnirlər
11:19
17 Fevral
Türkiyənin tanınmış modelləri Bakıya gəlir
11:13
17 Fevral
ABŞ-ın neft hasilatı rekord göstəriciyə çatıb
11:07
17 Fevral
Hərbi verilişlər hazırlayan televiziya əməkdaşları ilə görüş keçirilib
11:03
17 Fevral
ABŞ-ın neft ehtiyatları artır
11:02
17 Fevral
Neftin qiyməti bahalaşır
11:00
17 Fevral
AZƏRTAC Türkiyədə keçirilən beynəlxalq treninqdə təmsil olunub
10:59
17 Fevral
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək
10:57
17 Fevral
Ermənistan silahlı bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 125 dəfə pozub
20:19
16 Fevral
Cənub Qaz Dəhlizi Azərbaycan iqtisadiyyatının inkişafına böyük töfhələr verəcək
18:25
16 Fevral
YAP Nərimanov rayon təşkilatı imzatoplama kampaniyasına başlayıb
18:22
16 Fevral
Şirvanda YAP-ın namizədinə kütləvi şəkildə imza verirlər
18:17
16 Fevral
Kürdəmirdə YAP-ın namizədi üçün imzatoplama kampaniyasına start verilib
18:12
16 Fevral
YAP Səbail rayon təşkilatı imzatoplama kampaniyasına start verildi
18:09
16 Fevral
Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatında imzatoplama kampaniyası zamanı gənclər xüsusi fəallıq göstərirlər
18:01
16 Fevral
YAP Siyəzən rayon təşkilatı imzatoplama kampaniyasına yüksək fəallıq şəraitində başlayıb
17:56
16 Fevral
YAP Pirallahı rayon təşkilatı imzatoplama kampaniyasını ruh yüksəkliyi ilə həyata keçirir
17:50
16 Fevral
Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatı prezident seçkiləri ilə əlaqədar hazırlıq işlərinə start verib
17:48
16 Fevral
YAP Salyan rayon təşkilatı 700 imza toplamışdır
17:42
16 Fevral
YAP Qubadlı rayon təşkilatı seçici imzalarının toplanması prosesinə start verib
17:31
16 Fevral
Yeni Azərbaycan Partiyasının Xızı rayon təşkilatı imzatoplama kampaniyasına uğurlu start verib
17:29
16 Fevral
Yeni Azərbaycan Partiyasının Şabran rayon təşkilatı imzatoplama kampaniyasına uğurlu start verib
17:18
16 Fevral
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatında imzatoplama kampaniyasına başlanılmışdır
17:03
16 Fevral
Mədəniyyət və turizm naziri Göyçay şəhərində vətəndaşları qəbul edəcək
17:01
16 Fevral
Paytaxtətrafı məktəblərdə görüşlər başa çatıb
16:59
16 Fevral
İstehlakçı hüquqlarına dair konfrans və treninq təşkil olunub
16:54
16 Fevral
İtaliya KIV-ləri Cənub Qaz Dəhlizi Məşvərət Şurasının çərçivəsində nazirlərin dördüncü toplantısından yazır
16:48
16 Fevral
Azərbaycanın xarici işlər naziri Münxen Təhlükəsizlik Konfransında iştirak edir
16:47
16 Fevral
Güllə atıcılığı üzrə Bakı birinciliyinin qalibləri müəyyənləşib
16:40
16 Fevral
Türkiyə və ABŞ münasibətlərin normallaşması barədə razılığa gəliblər
16:19
16 Fevral
Bakıda xanəndə və instrumental ifaçıların respublika müsabiqəsi təşkil ediləcək
16:03
16 Fevral
Gənclər və idman naziri Cəlilabadda vətəndaşların qəbulunu keçirib
16:00
16 Fevral
Yasamal rayonunda imzatoplama kampaniyasına start verilib
15:58
16 Fevral
Yeni Azərbaycan Partiyasının Hacıqabul rayon təşkilatı imzatoplama kampaniyasına uğurlu start verib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28
HAVA HAQQINDA