Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İctimaiyyət nümayəndələri Dövlət Neft və Sənaye Universitetində qış imtahan sessiyasının gedişini izləyiblər

İctimaiyyət nümayəndələri Dövlət Neft və Sənaye Universitetində qış imtahan sessiyasının gedişini izləyiblər

15.01.2018 [19:56]

Yanvarın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimai Etimad Şurasının üzvləri, Milli Məclisin deputatları, QHT və KİV nümayəndələri bu ali məktəbdə qış imtahan sessiyasının gedişini izləyiblər.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, İctimai Etimad Şurasının sədri, Milli Məclisin deputatı Aydın Mirzəzadə, şuranın üzvü, Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, QHT və KİV nümayəndələri auditoriyalarda imtahan prosesi ilə tanış olublar. Onlara məlumat verilib ki, universitetdə 2017-2018-ci tədris ilinin qış imtahan sessiyasında 11 minədək tələbə iştirak edir. Yanvarın 15-də isə ADNSU-da 79 qrup yazılı, 44 qrup isə yazılı-şifahi formada imtahan verib. İlk dəfə ADNSU-da imtahanlarda şəffaflığın təmin edilməsi məqsədilə yaradılmış İmtahan Müşahidə Mərkəzi fəaliyyətə başlayıb.

Milli Məclisin deputatları Aydın Mirzəzadə və Hikmət Babaoğlu ADNSU-da aparılan islahatları, imtahanların şəffaf və obyektiv keçirilməsi üçün yaradılan şəraiti yüksək qiymətləndiriblər.

Paylaş:
Baxılıb: 225 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30