Ana səhifə »  Qəzetin pdf formatı »  Culfa rayonunun Dizə kəndi 2018-ci ildə abadlaşan ilk yaşayış məntəqəsi oldu
A+   Yenilə  A-
Culfa rayonunun Dizə kəndi 2018-ci ildə abadlaşan ilk yaşayış məntəqəsi oldu

Bu gün muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatlar, aparılan quruculuq işləri sakinlərin rahat yaşayışına hesablanıb. Yaşayış məntəqələrində, xüsusilə kəndlərdə yaradılan müasir infrastruktur Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi qayğının daha bir ifadəsidir. Tikinti-quruculuq işləri əhalinin məskunlaşmasına öz töhfəsini verir, insanlar doğma yurd yerlərinə daha sıx bağlanırlar.

Dizə kənd avtomobil yolu yenidən qurulub

Yanvarın 15-də Culfa rayonundakı Dizə kənd avtomobil yolu əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Bildirilib ki, uzun müddət istismar olunduğu üçün yolda yenidənqurma işlərinin aparılmasına ehtiyac yaranıb. Kənddə kompleks tikinti işləri aparılarkən 8,9 kilometrlik yol da yenidən qurulub. Yenidənqurma işləri zamanı bütün mühəndis texniki tələblərə əməl edilib, yol yatağı genişləndirilərək asfalt örtük salınıb, 49 su keçidi qoyulub, 135 metrlik beton kanal çəkilib. Avtomobillərin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə 5,8 kilometrlik yol hamarlanıb və qum-çınqıl qatı verilib.

2018-ci ildə ilk məktəb binası Dizə kəndində

istifadəyə verilib

Muxtar respublikanın inkişafının əsasında təhsil quruculuğu dayanır. Ötən il muxtar respublikada 10 məktəb binası istifadəyə verilib. Bu il də məktəb binalarının tikintisinə xüsusi diqqət yetirilir.

Yanvarın 15-də Dizə kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbin açılışını edib, yaradılan şəraitlə maraqlanıb.

Bildirilib ki, 3 mərtəbəli yeni məktəb binasında müasir tədrisin tələblərinə uyğun şərait yaradılıb, elektron lövhələr, kompüterlər və digər müasir tədris avadanlıqları quraşdırılıb. 234 yerlik məktəbdə 3-ü elektron lövhəli olmaqla 12 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, şahmat sinfi, kitabxana, kompüter sinfi, müəllimlər otağı, hərbi kabinə, idman zalı və bufet vardır.

Ali Məclisin Sədri birinci sinifdə və məktəbəqədər hazırlıq qrupunda tədrisin təşkili ilə maraqlanıb. Bildirilib ki, bu il birinci sinifdə 14 şagird təhsil alır. Məktəbəqədər hazırlıq qrupuna isə 12 uşaq qəbul olunub.

Hərbi kabinəyə baxış zamanı qeyd olunub ki, məktəbdə şagirdlərin hərb sənətinə marağının artırılması diqqətdə saxlanılır. Ötən il bir şagird Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunub. Bu il isə məktəbdən 5 şagird liseyə sənəd verəcəkdir.

Elektron lövhəli sinifdə ümumtəhsil məktəbləri ilə Naxçıvan Dövlət Tarix Muzeyi arasında keçirilən distant dərs izlənilib.

Kitabxana fondunda 1573-ü dərslik və 1585-i bədii ədəbiyyat olmaqla 3158 kitab vardır. Burada oxunması zəruri olan kitablardan ibarət guşə yaradılıb. Kompüter sinfində 19 lisenziyalı və müvafiq proqram təminatı olan kompüter quraşdırılıb, kompüterlərin internetə çıxışı təmin edilib. Kimya, biologiya və fizika laboratoriyalarında müasir təcrübə avadanlıqları qoyulub.

Ali Məclisin Sədri ötən il gənc naxçıvanlı şahmatçının FİDE ustası adına layiq görüldüyünü bildirib, şagirdlərin şahmata maraqlarının artırılmasının vacibliyini qeyd edib, kimya və biologiya müəllimlərinin təkmilləşdirmə kurslarında iştirakı, dərslərin qavrama yolu ilə öyrədilməsi və elektron dərsliklərdən istifadə ilə bağlı tapşırıqlar verib.

Daha sonra Ali Məclisin Sədri məktəbin müəllimləri ilə görüşüb, Dizə kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə onları təbrik edərək deyib: Yeni ildə ilk məktəb binası Dizə kəndində istifadəyə verilir. Hansı ölkədə təhsil inkişaf edirsə, həmin ölkənin bütün sahələrində inkişaf təmin olunur. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Hər bir ölkənin, hər bir millətin aparıcı qüvvəsi onun təhsilidir”. Həqiqətən də bütün sahələrdə inkişafı təmin etmək, yaxşı mütəxəssis hazırlamaq istəyiriksə, onda gənc nəslə yaxşı təhsil verməliyik. Təhsilin əsası da orta məktəblərdə qoyulur. Ona görə də Dizə kənd tam orta məktəbində şagirdlərin təhsilinə ciddi diqqət yetirilməli, onlar bacarıq və həvəslərinə uyğun ixtisaslara, müxtəlif peşə sahələrinə yönləndirilməlidirlər. Məktəbdə bu tədbirlərin həyata keçirilməsi üçün lazımi şərait yaradılıb.

Ali Məclisin Sədri deyib: Dizə kənd tam orta məktəbinin yaxşı təhsil ənənələri vardır. Ötən tədris ilində qazanılan nailiyyətlər onu deməyə əsas verir ki, kollektiv məktəbin təhsil ənənələrini davam etdirir. Məktəbin məzunları yüksək bal toplayaraq ali məktəblərə qəbul olunublar. Bütün bunlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, məktəbin bir müəllimi “Ən yaxşı müəllim” mükafatına layiq görülmüş, kənd məktəbi üçün müasir bina tikilmişdir. Kollektiv yaradılan şəraitdən istifadə edərək nailiyyətlərini daha da artırmalıdır.

Ali Məclisin Sədri qazanılan nailiyyətlərə görə kollektivə təşəkkür edib, onlara tədrisdə uğurlar arzulayıb.

Müəllim Firuzə Əliyeva minnətdarlıq edərək deyib: Muxtar respublikanın bütün yaşayış məntəqələrində, eləcə də kəndlərdə geniş quruculuq işləri aparılır. Təhsil quruculuğu həyata keçirilən tədbirlərin əsasını təşkil edir, hər il yeni məktəb binaları istifadəyə verilir. Bu gün açılışı olan Dizə kənd tam orta məktəbi də muxtar respublikada təhsilə göstərilən qayğının nəticəsidir. Yaradılan müasir tədris şəraiti müəllim kollektivinin qarşısında mühüm vəzifələr qoyur, məsuliyyətimizi artırır. Əmin edirik ki, bundan sonra daha səylə çalışacaq, ölkəmiz üçün vətənpərvər və yüksək biliyə malik gənclər yetişdirəcəyik.

Dizədə kənd mərkəzi istifadəyə verilib

Yanvarın 15-də Dizə Kənd Mərkəzinin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzin açılışını bildirən lenti kəsib.

Kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, bələdiyyə, rabitə evi, feldşer-mama, polis sahə və baytarlıq məntəqələri, kitabxana, klub, statistika otağı və 42 yerlik iclas zalı vardır.

Kənd kitabxanasında 6877 kitab vardır. Qeyd olunub ki, sakinlərin kitab mütaliəsinə marağı böyükdür. Hazırda kitabxananın 151 oxucusu vardır. Yaradılan müasir şərait, xüsusilə kitab fondunun yeni ədəbiyyatlarla zənginləşdirilməsi oxucular tərəfindən rəğbətlə qarşılanır.

Ali Məclisin Sədri Dizə kəndində ədəbiyyata böyük maraq göstərildiyini bildirib, bu kəndin yetirməsi gənc şairə Gülsadə İbrahimlinin hələ orta məktəbdə oxuyarkən dövlət qayğısı ilə iki kitabının çap olunduğunu xatırladıb, kitabxana işinin təşkili ilə bağlı tövsiyələr verib.

Baytarlıq məntəqəsinə baxış zamanı qeyd olunub ki, kənddə heyvandarlıq və arıçılıq inkişaf etdirilir. Heyvanların baş sayının artırılmasında süni mayalanma işinə xüsusi diqqət yetirilir.

Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının sədri Ədalət Əhmədov deyib ki, hazırda ərazi ilk təşkilatının 152 üzvü vardır. Onlardan 65-i qadın, 48-i isə gəncdir. Kənddə görülən kompleks quruculuq işləri sakinlər tərəfindən razılıqla qarşılanır. Sabitlik, inkişaf və tərəqqi insanların sabaha olan inamını artırır, partiyamızın sıraları genişlənir. Çünki hər kəs yaxşı bilir ki, görülən bu işləri Yeni Azərbaycan Partiyası həyata keçirir. Partiya üzvləri bundan sonra da kəndin inkişafında, bugünkü abadlığın və müasirliyin qorunub saxlanmasında yaxından iştirak edəcəklər.

Rabitə evində poçt bölməsi və 384 yerlik ATS quraşdırılıb. Kənddə sürətli internetə çıxış imkanı yaradılıb, dayanıqlı rabitə xidməti təmin olunub. Hazırda kənddə 192 telefon və 48 internet istifadəçisi vardır.

Kənddə səhiyyə xidməti hərtərəfli təşkil olunub. Feldşer-mama məntəqəsi 4 otaqdan ibarətdir. Burada ilkin tibbi xidmətin göstərilməsi üçün lazımi avadanlıqlar, ilkin tibbi yardım və peyvənd çantası qoyulub. Bildirilib ki, kənddə hamilə qadınlara patronaj xidməti və peyvənd işi diqqətdə saxlanılır, səhiyyə maarifinə xüsusi əhəmiyyət verilir.

Xidmət mərkəzində 5 sakin daimi işlə təmin olunub

Həmin gün Dizə kəndində xidmət mərkəzi də istifadəyə verilib.

Ali Məclisin Sədri açılışı bildirən lenti kəsib, mərkəzin fəaliyyəti ilə maraqlanıb.

Bildirilib ki, xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və sənaye malları mağazaları, 2 anbar fəaliyyət göstərir. Mərkəzdə 5 nəfər işlə təmin olunub. Mağazada kənddə fəaliyyət göstərən ailə təsərrüfatlarının istehsal etdikləri məsulların satışına daha çox üstünlük verilir.

Xidmət mərkəzi ilə tanışlıqdan sonra kənd sakinləri ilə görüş olub. Ali Məclisin Sədri Dizə kəndinin abad yaşayış məntəqələrinin sırasına qoşulması münasibətilə kənd sakinlərini təbrik edərək deyib: 2018-ci ildə muxtar respublikanın ilk abadlaşan yaşayış məntəqəsi Dizə kəndi oldu. Aparılan quruculuq işləri Dizə kəndini müasir yaşayış məntəqəsinə çevirmişdir. Kənddə sakinlərin rahat yaşayışı tam təmin olunub. Dizə kəndinin məhsuldar torpaqları, zəhmətkeş insanları və yaxşı təsərrüfat ənənələri vardır. Həyata keçirilən tədbirlər bundan sonra da kəndin inkişafına töhfə verəcəkdir. Sakinlər yaradılan bu şəraitdən istifadə edərək təsərrüfatlarını daha da genişləndirməli, torpaqlardan səmərəli istifadə olunmalı, bol məhsul istehsal edilməlidir.

Kənd sakini Abbas Tağıyev sakinlər adından minnətdarlıq edərək deyib: Dizə kəndinin müasir yaşayış məntəqəsinə çevrilməsi ölkəmizin inkişafının, dövlət başçısı tərəfindən həyata keçirilən quruculuq xəttinin bəhrəsidir. Kəndimizdə kompleks quruculuq işləri aparılıb. Yol mədəniyyətdir: bu gün kəndimizin müasir yolu vardır. Torpaq kəndlinin iş yeridir: bu gün kəndimizdə hər bir ailənin pay torpağı vardır. Eyni zamanda müasir məktəb binası övladlarımızın daha yaxşı təhsil almasına imkan verəcəkdir. Kənd və xidmət mərkəzləri isə sakinlərə göstərilən xidmətin səviyyəsini xeyli yaxşılaşdıracaqdır. Bundan başqa kənddə hər bir evə içməli su xətti çəkilib. Elektrik enerjisi və təbii qaz fasiləsiz verilir, əhaliyə müasir rabitə xidməti göstərilir. Bu şəraitin qarşısında sakinlərin üzərinə bir vəzifə düşür: o da daha çox işləyərək ölkəmizin inkişafında pay sahibi olmaqdan ibarətdir. Mən 6 il bundan əvvəl Ali Məclis Sədrinin qayğısı ilə taxılçılığın inkişafı üçün dövlətdən kredit götürüb 4 hektarda buğda əkdim. O zaman söz vermişdim ki, təsərrüfatımı genişləndirəcəm. Hazırda 84 hektar sahədə taxıl əkirəm. Kartofçuluqla da məşğul oluram. Xüsusilə dəmyə taxıl əkini sahələrini genişləndirirəm. Dövlət tərəfindən subsidiyaların verilməsi, texnika və gübrə təminatı həm təsərrüfatımı genişləndirməyə, həm də bol qazanc götürməyimə imkan verir. Bütün bunlar dövlətimizin yaratdığı şəraitin nəticəsidir. Xoşbəxtik ki, bizdən sonra gələn nəsil də güclü və qüdrətli dövlətin vətəndaşları olacaqlar.

Ali Məclisin Sədri nümunəvi təsərrüfat yaratdığına görə Abbas Tağıyevə təşəkkür edib.

X X X

Kənddə quruculuq işləri aparılarkən 380 metr fiberoptik kabel xətti çəkilib, 5000 metr rabitə xətti təmir edilib. Həmçinin 1700 metr yüksəkgərginlikli və 210 metr yeraltı elektrik xətti çəkilib, 5503 metr elektrik xətti yenilənib. Yeni tikililərə 190 metrlik qaz xətti çəkilib, 4408 metrlik qaz xəttində təmir-bərpa işləri aparılıb. Əhalinin içməli su təminatı da yaxşılaşdırılıb, 320 metr yeni içməli su xətti çəkilib, 1340 metr içməli su xətti təmir olunub. Həyətyanı sahələri sel sularının zərərli təsirindən qorumaq üçün 600 metr istiqamətləndirici bənd tikilib.

 
  • Oxunub:  2670  |  
  • Tarix:  15-01-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Xəzəryanı ölkələr üçün mühüm tranzit rolu oynayır və bu rol ildən-ilə artmaqdadır

16:20
18 Avqust
Bu il Azərbaycan MDB ölkələrinə 600 milyon dollarlıq məhsul ixrac edib
16:12
18 Avqust
“Jewish Journal”: Nə Koçaryan, nə də Sarkisyan ədalət mühakiməsindən yaxa qurtara bilməyəcəklər
16:06
18 Avqust
Azərbaycanın yeniyetmə şahmatçıları Avropa birinciliyində mübarizə aparacaqlar
16:03
18 Avqust
Azərbaycan cari ildə Avropa İttifaqı ölkələrinə 5,4 milyard dollarlıq məhsul ixrac edib
13:26
18 Avqust
YAP-ın Sədr müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Ədalət və İnkişaf Partiyasının VI Qurultayında iştirak edir
11:28
18 Avqust
Elçin Quliyev: Son 15 ildə Azərbaycan sərhədçiləri tərəfindən 29 minə yaxın axtarışda olan şəxs saxlanılıb
11:14
18 Avqust
Hərbi Hava Qüvvələrinin helikopter bölmələrinin taktiki-uçuş məşqləri keçirilib
10:44
18 Avqust
DSX-nin rəhbərliyi və şəxsi heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
09:59
18 Avqust
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 81 dəfə pozub
09:39
18 Avqust
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 99 il ötür
18:03
17 Avqust
Prezident İlham Əliyev Lənkəranda yol tikintisinə 9,1 milyon manat ayırıb
17:59
17 Avqust
Bərdənin 2 kəndində içməli su infrastrukturunun yaradılması işləri görülür
17:51
17 Avqust
Taxılçılıqda keyfiyyətli toxuma olan tələbatın daxili istehsal hesabına tam ödənilməsi prioritet vəzifələrdəndir
17:29
17 Avqust
Baş Prokurorluq, DİN və DTX Gəncə hadisələri ilə bağlı birgə məlumat yayıblar
16:55
17 Avqust
Xəzərin hüquqi statusu: Aktau sammitinin tarixi və geosiyasi özəllikləri
16:48
17 Avqust
Ramin Quluzadə: Azərbaycanda startapların maliyyələşdirilməsi üçün investorlar klubu yaradılacaq
16:41
17 Avqust
SOCAR Bakıda ikinci sıxılmış təbii qaz yanacaqdoldurma məntəqəsini açıb
16:37
17 Avqust
Yeni tədris ilində orta məktəblərdə keçiriləcək ilk dərslərin mövzuları açıqlanıb
16:32
17 Avqust
XVI Yay Paralimpiya Oyunlarına hazırlıq məsələləri müzakirə edilib
16:25
17 Avqust
Elmar Məmmədyarov Malayziyanın ölkəmizdəki səfiri Dato Roslan Tan Sri Abdul Rəhmanla görüşüb
16:01
17 Avqust
Azərbaycan Xəzərlə bağlı problemlərin həllinə daim öz töhfəsini verir
15:55
17 Avqust
Səyavuş Heydərov: Əsas vəzifəmiz vətəndaşlarımızı, xüsusilə gənclərimizi yad dini ideologiyaların təsirindən qorumaqdır
15:46
17 Avqust
Əmək və əhalinin sosial müdafiəsi naziri İsmayıllı rayonunda vətəndaşları qəbul edib
15:45
17 Avqust
Gənclər və idman naziri vətəndaşlarla görüşüb
15:20
17 Avqust
Vergilər Nazirliyinin əməkdaşları Koreya Respublikasında təlimdə iştirak edəcək
15:02
17 Avqust
Çay İstehsalçıları və İxracatçıları Assosiasiyası fermerlərə dəstək üçün görüşləri davam etdirir
14:28
17 Avqust
“Qarabağ”-“Şerif” oyunun başlama saatı açıqlanıb
14:09
17 Avqust
Sərhəd Qoşunlarının yaradılması müstəqil dövlət quruculuğunun əsas tərkib hissələrindən biridir
13:58
17 Avqust
Fermer Cavanşir Paşayev: İndiyə kimi pomidor becərib ziyana düşən adam görməmişəm
13:56
17 Avqust
Polşanın “Ambasador” jurnalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı məqalə dərc edilib
12:37
17 Avqust
DSX-nin Yevlaxdakı hərbi hissəsində gənc əsgərlər Vətənə sədaqət andı içiblər
12:27
17 Avqust
İlin əvvəlindən 7,8 milyard manatlıq qiymətli kağız buraxılışı qeydiyyata alınıb
12:24
17 Avqust
UEFA Avropa Liqasının play-off mərhələsində bütün rəqiblər müəyyənləşib
12:22
17 Avqust
Muxtar respublika əhalisi payız-qış mövsümündə də fasiləsiz içməli su ilə təmin olunacaq
12:10
17 Avqust
Qazaxıstan Xəzər dənizinin statusu barədə Konvensiyanı tezliklə ratifikasiya edəcək
11:58
17 Avqust
Taxıl sahələrində yüksək məhsuldarlığa nail olmaq üçün nə etməli – mütəxəssis məsləhəti
11:56
17 Avqust
“ADNSU Yay məktəbi - 2018” uğurla davam edir
11:32
17 Avqust
Şəhərsalma və Arxitektura Komitəsi ilə “Caspian European Club” əməkdaşlığı genişləndirir
10:49
17 Avqust
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 92 dəfə pozub
10:17
17 Avqust
Ürəkləri fəth edən səs
10:09
17 Avqust
Naftalanda qolf meydançası, tennis kortu və atçılıq meydanı yaradılacaq
18:34
16 Avqust
Nazirlər Kabinetinin Twitter səhifəsi açıldı
18:00
16 Avqust
Ali məktəblərdə boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi keçirilir
17:53
16 Avqust
Bu il dəmir yolu ilə 1,5 milyondan çox sərnişin daşınıb
17:21
16 Avqust
Dövlət Baytarlıq Xidməti heyvandarlıq təsərrüfatlarında dezinfeksiya tədbirləri həyata keçirir
17:15
16 Avqust
Müdafiə naziri Cəmşid Naxçıvanski adına Hərbi Liseydə aparılan təmir-tikinti işlərinin gedişini yoxlayıb
16:21
16 Avqust
Ermənistanın qonşu dövlətlərə qarşı ərazi iddiası işğalçılığın nümayişidir
16:17
16 Avqust
Qurban bayramı münasibətilə avqust ayı üzrə pensiyaların maliyyələşdirilməsi təmin edilib
16:16
16 Avqust
Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət İmtahan Mərkəzi mətbuat xidmətlərinin birgə məlumatı
15:54
16 Avqust
Hikmət Babaoğlu: Ermənistan digər region ölkələrinin də ərazilərini ələ keçirmək məqsədi güdür
15:47
16 Avqust
“Con Batçelor Şou” amerikalı radio dinləyicilərini Gəncə şəhəri barədə ətraflı məlumatlandırıb
15:42
16 Avqust
Beş Xəzəryanı ölkənin Prezidentinə “Caspian Energy Award” mükafatı təqdim olunacaq
15:24
16 Avqust
İldə 7-9 milyon ədəd nərəkimi balıq körpəsi yetişdirilərək təbii su hövzələrinə buraxılır
15:21
16 Avqust
Rüfət Quliyev: Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya regionda daha geniş əməkdaşlığa yol açır
15:10
16 Avqust
Akademik Xoşbəxt Yusifzadə “Azərbaycan polisinin 100 illiyi” yubiley medalı ilə təltif olunub
14:14
16 Avqust
Sentyabrda Bakıda HR Forum keçiriləcək
13:52
16 Avqust
Hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı artıb
13:24
16 Avqust
Prezident İlham Əliyev DSX-nin hərbi qulluqçularını və mülki işçilərini təltif edib
12:54
16 Avqust
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Yevlaxda vətəndaşları qəbul edib
12:46
16 Avqust
Bu gün “Qarabağ” klubunun UEFA Avropa Liqasındaki rəqibi məlum olacaq
12:42
16 Avqust
Banklarda tətbiq ediləcək istehlak kreditləri üzrə vahid kredit şərtləri müzakirə olunub
12:07
16 Avqust
Məleykə Abbaszadə: Bu il 29 abituriyent 700 bal toplayıb
12:01
16 Avqust
“SABAH” qrupları tələbələrinin Bakı Şəhəri üzrə Təhsil İdarəsində təcrübə proqramı başa çatıb
11:47
16 Avqust
Əmək və əhalinin sosial müdafiəsi naziri əlilliyi olan şəxslərə göstərilən xidmətlərlə tanış olub
11:45
16 Avqust
Görkəmli estrada müğənnisi Müslüm Maqomayevin xatirəsi anılacaq
11:16
16 Avqust
Cari ildə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 4,3 milyard kubmetrdən çox qaz ötürülüb
11:11
16 Avqust
Yeddi ayda BTC ilə 19,4 milyon ton neft göndərilib
11:07
16 Avqust
“Tokio-2020” Olimpiya Oyunları üçün könüllülərin toplanmasına başlanıb
11:05
16 Avqust
Bu il Azərbaycanda 22,5 milyon ton neft və 10,4 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
10:56
16 Avqust
Xəzərin hüquqi statusu haqqında Konvensiya Azərbaycanın həyata keçirdiyi layihələrin önəmini daha da artıracaq

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA