Ana səhifə »  Qəzetin pdf formatı »  Azərbaycan ombudsmanı 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar beynəlxalq qurumlara bəyanat ünvanlayıb
A+   Yenilə  A-
Azərbaycan ombudsmanı 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar beynəlxalq qurumlara bəyanat ünvanlayıb

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova 1990-cı il 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar bəyanatla çıxış edib.

Ombudsman Aparatından AZƏRTAC-a verilən məlumata görə, bəyanat BMT-nin baş katibinə, Təhlükəsizlik Şurasına, insan hüquqları üzrə ali komissarına, İslam Əməkdaşlıq Təşkilatına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə, diaspor təşkilatlarına göndərilib.

Bəyanatda deyilir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun qoşunları qəfildən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin bir çox digər şəhər və rayonlarına yeridilib, hərbi gəmilərlə gətirilmiş desant qrupları, tanklar və digər ağır hərbi texnikadan istifadə etməklə dinc əhalini atəşə məruz qoyub, bununla da beynəlxalq hüquq normaları, keçmiş SSRİ-nin və Azərbaycan SSR-nin konstitusiyalarının müvafiq müddəaları kobudcasına pozulub, doğma yurdunun azadlığının və öz hüquqlarının müdafiəsinə qalxmış çoxmillətli xalqımıza qarşı, insanlıq əleyhinə qatı cinayət törədilib.

Bakıya daxil olan silahlı qoşunlar milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 147 nəfər silahsız mülki şəxsi, o cümlədən yaşlıları, qadınları və uşaqları amansızcasına öldürüb, paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 744 dinc, günahsız insan yaralanıb, yüzlərlə adam itkin düşüb, 841 nəfər qanunsuz həbs edilib. Hətta yaralıları çıxaran təcili tibbi yardım maşınlarına və həkimlərə də atəş açılıb, nəticədə tibb işçiləri şəhid olub, yaralanıblar. Yanvarın 20-də fövqəladə vəziyyət elan edildikdən sonra daha 21 nəfər öldürülüb. Hücum zamanı qadağan edilmiş silah və sursatdan istifadə olunub, ölçüyəgəlməz dağıntılar törədilib. Hadisə ilə bağlı məlumatın əhalidən gizlədilməsi məqsədilə respublika televiziyasının enerji bloku partladılıb.

O dövrdə bu qanlı hadisələrlə bağlı Azərbaycan xalqı adından ulu öndər Heydər Əliyev sərt bəyanat verərək 20 Yanvar faciəsində xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb edib.

Bu qanlı hadisələr xalqımızın iradəsini qıra bilməyib və azadlıq mübarizəsi 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpası ilə nəticələnib. Prezident Heydər Əliyevin tövsiyəsi ilə Azərbaycan Respublikasının Milli Məclisi xüsusi sessiya keçirib və bu qanlı hadisəyə siyasi-hüquqi qiymət verilib. 20 Yanvar tarixi respublikamızda hər il ümumxalq hüzn günü kimi qeyd olunur və şəhidlər ehtiramla yad edilir.

Faciə zamanı qətlə yetirilmiş, müxtəlif millətlərdən olan Azərbaycan Respublikası vətəndaşlarına ölkə Prezidentinin müvafiq Fərmanına əsasən “20 Yanvar Şəhidi” fəxri adı verilib, habelə “1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında” Sərəncama əsasən, müxtəlif tədbirlər həyata keçirilir, bu şəxslərə dövlət tərəfindən müavinət, şəhid ailələrinə isə Prezident təqaüdü verilir.

Hər il olduğu kimi, bu il də həmin qanlı hadisələrin dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə müvafiq Sərəncamla “20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilib və icra olunur.

Dinc əhalinin qırılmasına səbəb olan bu dəhşətli faciə nəticəsində BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlər kobud şəkildə pozulsa da, öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən olan 20 Yanvar hadisələrinə indiyədək beynəlxalq hüquqi qiymət verilməyib, qanlı aksiyanın sifarişçiləri və icraçıları cəzalandırılmayıb.

Beynəlxalq hüquqa əsasən, 20 Yanvar faciəsi insanlıq əleyhinə cinayət kimi tövsif edilməlidir. Belə ki, Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun 7-ci maddəsinə əsasən, insanların məhv edilməsi, məcburi yoxa çıxarılması, siyasi, irqi, etnik, mədəni və ya cinsi motivlərə görə təqib edilməsi, işgəncə, qəsdən güclü iztirablara səbəb olma və ya ağır bədən xəsarətləri, yaxud fiziki və ya psixi sağlamlığa mühüm ziyan vurmaqdan ibarət olan digər qeyri-insani hərəkətlər insanlıq əleyhinə cinayət kimi tövsif edilir.

O dövrdə sovet dövlətinin rəhbərliyi beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, həmin cinayətlə Ermənistana dəstək verib, nəticədə Azərbaycana qarşı uzunmüddətli erməni təcavüzü, etnik təmizləmə, soyqırımı baş verib, respublikamızın torpaqlarının 20 faizi zəbt edilib, Ermənistan ərazisindən, ölkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və ətraf yeddi rayondan əhali zorla qovulub, bu hadisələr kütləvi şəkildə dinc əhalinin fundamental hüquqlarının pozulması ilə nəticələnib və indiyədək bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşayır.

Azərbaycan tərəfi bu münaqişənin sülh yolu ilə həllinə mütəmadi olaraq səylər göstərir, təşəbbüslər irəli sürür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmasının, zəbt edilmiş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının zəruriliyini dəfələrlə və qətiyyətlə nüfuzlu beynəlxalq qurumların, o cümlədən BMT Baş Məclisinin tribunalarından bəyan edib.

Yuxarıda qeyd olunan faktlar göstərir ki, 28 il əvvəl törədilmiş 20 yanvar hadisələri beynəlxalq hüquqa əsasən, beynəlxalq cinayətlərin ən ağır növlərindən olan insanlıq əleyhinə cinayət kimi tövsif edilməsi üçün kifayət qədər hüquqi sənədlər, eyni zamanda, bu qətliamın icrasına əmr verənlərin və törədənlərin, ən əvvəl isə o vaxtki sovet dövləti rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunması üçün yetərincə əsaslar mövcuddur.

Beynəlxalq qurumlar və dünya ictimaiyyəti Azərbaycan xalqının haqlı tələblərini dəstəkləməklə bu qanlı aksiyaya insanlıq əleyhinə cinayət kimi tezliklə beynəlxalq hüquqi qiymət verilməli və cinayətkarlar layiqincə cəzalandırılmalıdır.

 
  • Oxunub:  3510  |  
  • Tarix:  12-01-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb

19:06
23 Aprel
"Qarabağ klanı"nın sonu çatdı, Ermənistanın yeganə çıxış yolu isə...
18:01
23 Aprel
Bakı polisi qanunçuluğun keşiyindədir
17:46
23 Aprel
Maksim Oreşkin: Azərbaycan məhsullarının Rusiyaya idxalı yaxın bir neçə ildə bir neçə dəfə artacaq
17:40
23 Aprel
Yeni nazir kollektivə təqdim edilib
17:25
23 Aprel
Azərbaycan Milli Elmlər Akademiyasının iki idarəsinin veb-saytının təqdimatı olub
17:09
23 Aprel
Şahin Mustafayev: Qarşıdakı 5 il ərzində Rusiyaya məhsul ixracını 3 dəfə artırmaq niyyətindəyik
17:08
23 Aprel
Serj Sarkisyan istefa verib
17:07
23 Aprel
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Tehrana səfər edib
16:56
23 Aprel
Azərbaycan və Rusiya gömrük-sərhəd prosedurlarını sadələşdirəcək
16:37
23 Aprel
Birinci rübdə Azərbaycan ilə Rusiya arasında ümumi ticarət dövriyyəsi 32 faiz artıb
16:28
23 Aprel
Bakı Metrosunun yeni qatarı sərnişin tutumuna görə digər qatarlardan daha üstündür
16:07
23 Aprel
Koişiro Matsuura: Əminəm ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlar qazanacaq
15:57
23 Aprel
Azərbaycan və Ukrayna diasporlarının əməkdaşlığının perspektivləri müzakirə olunub
15:44
23 Aprel
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 9 qanun layihəsinə baxılıb
15:41
23 Aprel
Yeni kənd təsərrüfatı naziri əsas fəaliyyət prinsiplərini açıqlayıb
15:34
23 Aprel
Azərbaycanda milli-mənəvi dəyərlərin qorunmasına və tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə böyük önəm verilir
15:21
23 Aprel
Xalq Artisti Mehdi Məmmədovun anadan olmasının 100 illiyi qeyd olunacaq
15:11
23 Aprel
Batumidə NATO-nun 97-ci Rouz-Rout seminarı işə başlayıb
15:09
23 Aprel
Yeni kənd təsərrüfatı naziri İnam Kərimov kollektivə təqdim edilib
14:55
23 Aprel
Əli Həsənov: Dövlət Departamentinin Azərbaycandakı vəziyyətə münasibəti həmişəki kimi yenə də tendensioz xarakter daşıyıb
14:52
23 Aprel
Azərbaycan maşınqayırma və turizm sahələrində Rusiya ilə əməkdaşlığı inkişaf etdirəcək
14:26
23 Aprel
BP və Azərbaycan yeni saziş imzalayacaq
14:22
23 Aprel
Azərbaycan ilə İran arasında rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
14:19
23 Aprel
Ukrayna nümayəndə heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14:16
23 Aprel
Pyer Alen Rafan: Azərbaycanda prezident seçkiləri yüksək səviyyədə keçib
14:09
23 Aprel
AŞPA-nın yaz sessiyası öz işinə başlayıb
14:05
23 Aprel
Hadi Rəcəbli: Növbəti yeddi ildə zəfərlərimiz daha çox olacaq
14:04
23 Aprel
Ziyad Səmədzadə: Qarşıdakı illərdə iqtisadiyyatın inkişafı uğurla davam edəcək
12:47
23 Aprel
Energetika Nazirliyinin əlaqələndiriciliyi ilə Strateji Yol Xəritəsi üzrə işçi qrup və alt qrupların iclasları keçirilib
12:40
23 Aprel
İndoneziyanın gənclər və idman naziri Azərbaycan Dillər Universitetində tələbələrin suallarını cavablandırıb
12:27
23 Aprel
Azərbaycan Dillər Universitetində autizm problemlərinə dair maarifləndirici tədbir təşkil olunub
12:22
23 Aprel
Bakıda gənc bədii gimnastların iştirakı ilə “AGF Junior Trophy” beynəlxalq turnirinə start verilib
12:19
23 Aprel
Formula 1 komandaları artıq Bakıdadır
12:05
23 Aprel
Rusiyanın iqtisadi inkişaf naziri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
11:56
23 Aprel
Müdafiə Nazirliyi: Düşmənin təxribatına qarşı müvafiq tədbirlər görüləcək
11:44
23 Aprel
Rusiyalı nazir: "Azərbaycanda hökm sürən sabitlik böyük önəm daşıyır"
11:37
23 Aprel
Bəxtiyar Aslanbəyli: İndiyədək “Şahdəniz" yatağından 89 milyard kubmetrdən çox qaz hasil olunub
11:31
23 Aprel
Masallıdakı Heydər Əliyev İncəsənət Məktəbində “Azərbaycan kino incəsənəti” mövzusunda mühazirə keçirilib
11:20
23 Aprel
Prezident İlham Əliyev Rusiyanın iqtisadi inkişaf nazirini qəbul edib
11:18
23 Aprel
Səyyar “ASAN xidmət” regionlarda fəaliyyətini davam etdirir
11:08
23 Aprel
Xoşbəxt Yusifzadə: Azərbaycan indiyədək AÇG-dən 256 milyon ton mənfəət nefti əldə edib
10:52
23 Aprel
Pərviz Şahbazov: İndiyədək AÇG yataqlarından 454 milyon ton neft və 144 milyard kubmetr qaz çıxarılıb
10:49
23 Aprel
Bakıda “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya” Forumu öz işinə başlayıb
10:30
23 Aprel
Türkiyənin Milli Suverenlik və Uşaqlar Günü qeyd olunur
09:57
23 Aprel
Ermənistan silahlı qüvvələri atəşkəsi 104 dəfə pozub
09:54
23 Aprel
Formula 1 yarışı ilə əlaqədar Bakının bir sıra yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılıb
09:37
23 Aprel
Daşkənddə keçirilən Türkiyənin uşaq bayramı günü mərasimində ölkəmiz də iştirak edib
09:30
23 Aprel
Azərbaycanlı məktəblilər İstanbulda beynəlxalq rəqs festivalında iştirak ediblər
09:24
23 Aprel
Stokholmda Azərbaycan musiqisi və mədəniyyəti nümayiş olunub
14:06
21 Aprel
Gəncədə YAP fəalları ağacəkmə aksiyasını uğurla davam etdirirlər
14:05
21 Aprel
Dilarə Cəbrayılova: Təhsilin keyfiyyətinin artırılması başlıca hədəflərindəndir
14:03
21 Aprel
“700 min ağac əkək” kampaniyası çərçivəsində YAP Pirallahı rayon təşkilatı ağacəkmə aksiyası keçirib
13:34
21 Aprel
Yeni baş nazirin fəaliyyəti bu faktorlara əsaslanacaq – Münasibət
12:42
21 Aprel
Novruz Məmmədov: Çalışacağam ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi yolu Azərbaycan Prezidentinin rəhbərliyi ilə davam etdirək
12:28
21 Aprel
Milli Məclis Novruz Məmmədovun Azərbaycanın Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verib
12:23
21 Aprel
Texniki sahələrdə təhsil alan və ya işləyən xanımlar “ADA” Universitetində bir araya gəliblər
12:20
21 Aprel
Milli Məclisin iclasında Novruz Məmmədovun Baş nazir vəzifəsinə təyin edilməsinə razılıq verilməsi barədə məsələ müzakirə edilir
12:14
21 Aprel
Sona Əliyeva: Ölkəmizdə aparılan siyasətin mərkəzində vətəndaşların maraqları dayanır
10:15
21 Aprel
Qoşulmama Hərəkatının Bakı konfransı: sülh, təhlükəsizlik və əməkdaşlıq naminə
10:08
21 Aprel
Prezidentin mətbuat xidmətinin məlumatı
22:36
20 Aprel
Yerevanda 200-dən çox nümayişçi həbs olunub
18:18
20 Aprel
“Bu fərman cəmiyyətin tələbinə, istəyinə hesablanmış bir addımdır” – Akif Nağı
18:17
20 Aprel
“Bu çox böyük işdir, alqışlayırıq” – Etimad Əsədov
18:14
20 Aprel
“Şəhid ailələri ilə bağlı fərman unikaldır” – Məlahət İbrahimqızı
17:57
20 Aprel
Rauf Əliyev: Ölkəmi zdəki quruculuq işləri hazırkı müasir inkişaf mərhələsinin reallıqlarıdır
17:53
20 Aprel
Fövqəladə Hallar Nazirliyinin nümayəndələri Bakı Slavyan Universitetində təlim keçiblər
17:50
20 Aprel
Ənənəvi İslam dəyərlərinin təbliği yad dini-ideoloji təsirlərin qarşısının alınmasında mühüm rol oynayır
17:47
20 Aprel
Prezident İlham Əliyevin strateji konsepsiyasında xalqın intellektual potensialının reallaşdırılması və innovasiyalı modernləşmə xüsusi yer tutur
17:44
20 Aprel
Deputat: Radikal müxalifət xalqın etimadını qazanmaq əvəzinə xarici himayədarlar axtarmağa çalışdı
17:41
20 Aprel
ADA Universitetində 40-dan çox ölkənin milli mədəniyyət nümunələri sərgilənib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA
Bakı
gündüz+13 +17
gecə+7 +10