
Azərbaycanın Qaz İxrac edən Ölkələr Forumunun (“Gas Exporting Countries Forum” – GECF) tamhüquqlu üzv olması üçün yaxşı imkanları var.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qaz İxrac edən Ölkələr Forumunun baş katibi Yury Sentyurin “Нефтегазовая Вертикаль” jurnalına müsahibəsində deyib.
“İraq, Qazaxıstan və Azərbaycanın GECF-in tamhüquqlu üzvü olması yaxşı imkanları var. Hazırda qurumda müşahidəçi üzvü olan ölkələrlə danışıqlar aparılır”, - deyə o bildirib.
Xatırladaq ki, Azərbaycan Qaz İxrac edən Ölkələrin Forumuna daxil olan dövlətlərin nazirlərinin 2015-ci ildə keçirilmiş 17-ci iclasında yekdilliklə təşkilata müşahidəçi qismində qəbul edilib. Forumun 12 əsas - Əlcəzair, Boliviya, Misir, Ekvatorial Qvineya, İran, Liviya, Nigeriya, Qətər, Rusiya, Trinidad və Tobaqo, Venesuela və BƏƏ və 7 müşahidəçi - Azərbaycan, Qazaxıstan, Niderland, Norveç, İraq, Oman və Peru üzvü var.
- Oxunub: 3030 |
- Tarix: 11-01-2018 |
-
Çap et |