Ana səhifə »  Qəzetin pdf formatı »  Prezident İlham Əliyev: Sumqayıt dünya miqyasında böyük müasir sənaye mərkəzinə çevrilir
A+   Yenilə  A-
Prezident İlham Əliyev: Sumqayıt dünya miqyasında böyük müasir sənaye mərkəzinə çevrilir

Sumqayıt dünya miqyasında böyük müasir sənaye mərkəzinə çevrilir.

Trend-in məlumatına görə, bunu Sumqayıt Kimya Sənaye Parkında yeni müəssisələrin təməlqoyma və açılış mərasimlərində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev müəssisənin kollektivi ilə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib: “Bu gün Sumqayıt Kimya Sənaye Parkında bir neçə müəssisə fəaliyyətə başlayır, bir neçə müəssisənin isə təməli qoyulub. Bu, çox gözəl, əlamətdar hadisədir. Bu, bir daha onu göstərir ki, Sumqayıt Kimya Sənaye Parkının yaradılması çox düzgün və vaxtında verilmiş qərardır. Bu gün dörd müəssisənin açılışı qeyd olunur, üç müəssisənin isə təməli qoyulub”.

İlham Əliyev bildirib ki, Sumqayıt Kimya Sənaye Parkının yaradılması Azərbaycanda sənaye sahəsində aparılan siyasətin təzahürüdür: “Bu ərazidə dövlət tərəfindən bütün lazımi tədbirlər görülmüşdür. Beş yüz hektar sahədə bütün kommunikasiya, rabitə, nəqliyyat, bir sözlə, bütün infrastruktur layihələri dövlət tərəfindən icra edilmişdir. Özəl sektor isə öz növbəsində ölkəmiz üçün vacib olan sahələrə investisiya qoyuluşunu təmin edib. Sumqayıt Kimya Sənaye Parkının timsalında biz dövlət-özəl sektor tərəfdaşlığının gözəl nəticələrini görürük. Bu müəssisələrdə minlərlə insan işlə təmin olunur. Hazırda parkın 15 rezidenti var. Qoyulan və qoyulacaq sərmayələrin məbləği milyardlarla dollar həcmindədir. Əgər biz hələ ki, inşası davam edən bütün layihələri də nəzərə alsaq, 2,7 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulur”.

Prezident deyib ki, bu gün ölkə iqtisadiyyatı, sənaye potensialı üçün vacib olan müəssisələr fəaliyyətə başlayır: “O müəssisələr ki, idxaldan asılılığı aradan götürəcək. Bu, məni çox sevindirir. Çünki bizim əsas məqsədlərimizdən biri də odur ki, yerli istehsal artsın, iş yerləri yaradılsın və idxaldan asılılıq azalsın. Bu gün böyük şüşə zavodunun təməli qoyuldu. Bu zavod fəaliyyətə başlayandan sonra artıq Azərbaycanda şüşə idxalı dayandırılacaq. Əksinə, Azərbaycan özü şüşələri ixrac edəcək. Nəzərə alsaq ki, bu gün Bakıda və digər şəhərlərdə yüzlərlə yaşayış binası, müasir göydələnlər tikilir, şüşəyə tələbat çox böyük olacaq.

Siz bilirsiniz ki, biz son vaxtlar xalçaçılığın inkişafına çox böyük diqqət göstəririk və artıq qısa müddət ərzində on xalça fabriki açılıbdır. Gələn il də on fabrik açılacaq və bütövlükdə otuz xalça fabrikinin yaradılması nəzərdə tutulur. Əlbəttə ki, bu fabriklərin uğurlu fəaliyyəti üçün yerli xammal lazımdır və əyirici-boyaq fabrikinin təməli də bu gün qoyulub. Bu, dövlət investisiyası hesabına yaradılacaq müəssisədir. Beləliklə, biz bütün xalçaçıları, həm bu fabriklərdə çalışan, eyni zamanda, fərdi qaydada işləyən xalça ustalarımızı öz xammalımızla təmin edəcəyik.

Bu gün, eyni zamanda, siqaret fabrikinin təməli qoyulubdur. Bu fabrikin də çox böyük əhəmiyyəti var. Biz indi siqaret idxalından asılıyıq. Əlbəttə, biz hamımız istəyirik ki, Azərbaycanda siqaret istehlakı azalsın, insanlar bu pis vərdişdən əl çəksinlər. Ancaq hələ ki, bu, belə deyil. Əlbəttə, daxili istehsal xarici istehsalı əvəzləməlidir. Bu fabrikdə istehsal olunacaq məhsul daxili tələbatın əlli faizini bağlayacaq. Əminəm ki, gələcəkdə biz daxili tələbatımızı 100 faiz ödəyəcəyik və eyni zamanda, xarici bazarlara ixrac edəcəyik”.

Dövlət başçısı vurğulayıb ki, bu gün Azərbaycanda tütünçülük çox sürətlə inkişaf edir: “Əlbəttə ki, tütünçülüyün son məhsulu olan siqaret istehsalı da Azərbaycanda yaradılır.

Pestisid zavodunun tikintisi artıq öz həllini tapıb. Bu da çox vacib sahədir. Mənim göstərişimlə bu sahəyə böyük diqqət ayrılır. Çünki bu günə qədər biz yenə də idxaldan asılıyıq. İndi daxili tələbatı bu parkda yaradılan zavod tam ödəyəcək. Gələcəkdə - növbəti mərhələdə isə ixrac imkanı da yaradılacaq. Bu, kənd təsərrüfatının inkişafına çox böyük təkan verəcək. Çünki kənd təsərrüfatı sənaye istehsalı ilə bərabər, bizim əsas, prioritet istiqamətimizdir. Düzgün aqrotexniki tədbirlərin görülməsi nəticəsində biz məhsuldarlığı böyük dərəcədə artıra bilərik”.

İlham Əliyev deyib ki, bu müasir və çox böyük imkanlara malik olan Data Mərkəzinin açılması da çox əlamətdar hadisədir: “Bu, dünyanın ən son texnologiyalarına əsaslanan mərkəzdir. Azərbaycan bu sahədə də dünya miqyasında liderlik nümayiş etdirir. Bildiyiniz kimi, blokçeyn texnologiyası bu gün dünyada çox böyük diqqətə malik olan bir sahədir. Bir çox ölkələr, şirkətlər bu texnologiyanı öz ölkələrinə gətirmək üçün çalışırlar, fəaliyyət göstərirlər. Burada da Azərbaycan ön sıralardadır. Belə böyük və müasir, bütün dünya standartlarına cavab verən Data Mərkəzinin yaradılması onu göstərir ki, biz gələcəyə baxırıq, biz ölkəmizi dünyada gedən mütərəqqi proseslərə uyğun şəkildə inkişaf etdiririk. Bu, həm elm mərkəzidir, həm sənaye müəssisəsidir və həm də böyük biznes sahəsidir.

Bir sözlə, bir gündə Sumqayıtda, görün, yeddi müəssisəyə təkan verilir, onların fəaliyyəti təmin edilir. Əgər biz Sumqayıt Kimya Parkının digər rezidentlərini də əlavə etsək, görərik ki, bu, doğrudan da dünya miqyasında böyük bir sənaye mərkəzidir. Çünki hazırda “SOCAR Polymer” və karbamid zavodlarının tikintisi davam edir. Bu iki layihənin ümumi sərmayə həcmi 1 milyard 700 milyon dollardır. Bu, bizə imkan verəcək ki, həm yerli istehsalı, yerli xammalı təmin edək, həm də ki, böyük ixrac imkanları yaradılacaq.

Qeyd etdiyim kimi, bu sənaye parkında bütövlükdə 15 rezident var. Həm xarici, həm də daxili investorlar burada fəaliyyət göstərirlər. Əgər biz vaxtında bu qərarı qəbul etməsəydik və dövlət öz tərəfindən bütün lazımi tədbirləri görməsəydi, o cümlədən maliyyə dəstəyini göstərməsəydi, əlbəttə ki, bu gün bu park da olmayacaqdı və biz bu gözəl imkanlardan məhrum ola bilərdik. Əminəm ki, Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti gələcəkdə daha da genişləndiriləcəkdir. Burada böyük ərazilər var, yeni layihələr təqdim olunur, yeni layihələr nəzərdən keçirilir. Ona görə bu parkın çox böyük gələcəyi var”.

Prezident qeyd edib ki, Sumqayıt bu gün Cənubi Qafqazda Bakıdan sonra ikinci böyük sənaye şəhəridir: “Burada yaradılan sənaye müəssisələri ən yüksək standartlara cavab verir. Bu, yeni iş yerlərinin yaradılması deməkdir. Mənə verilən məlumata görə, hazırda Kimya Sənaye Parkında 8 mindən çox insan işləyir - həm tikintidə, həm də müəssisələrin idarə olunmasında. Gələcəkdə bu rəqəm daha da artacaq. Deməli, Sumqayıtda işsizliklə bağlı bütün məsələlər öz həllini tapacaq. Biz gələcəkdə də Sumqayıtın hərtərəfli inkişafı üçün öz dəstəyimizi verəcəyik.

O ki qaldı, sənaye zonalarının yaradılmasına, bu proses ölkəmizdə geniş vüsət alıb. Neftçala Sənaye Məhəlləsi fəaliyyətə başlayıb, Hacıqabul, Masallı, Sabirabad rayonlarında oxşar zonalar yaradılır. Mingəçevir Yüngül Sənaye Parkında birinci böyük fabrikin açılışı gələn ilin əvvəlində nəzərdə tutulur. Yəni, Azərbaycanda sənayeləşmə prosesi sürətlə gedir. Bunun təməlində bizim siyasətimiz, xarici və yerli investorların inamı dayanır. Çünki ancaq sabit olan ölkələrə investisiya cəlb olunur. Azərbaycan o ölkələrdəndir ki, çox gözəl beynəlxalq nüfuza malikdir, iqtisadi cəhətdən uğurla inkişaf edir. Davos Forumunun hesablamalarına görə, ölkə iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə biz 35-ci yerdəyik. Bu gün Sumqayıtda bu 7 müəssisənin, bundan əlavə, bu müəssisələri qidalandıran yarımstansiyaların fəaliyyətə başlaması bizim düzgün siyasətimizi bir daha göstərir və biz 2017-ci ili uğurla başa vururuq”.

Dövlətimizin başçısı əlavə edib: “Sumqayıtın ümumi inkişafı məni çox sevindirir. Mən on səkkizinci dəfədir ki, Sumqayıtda səfərdəyəm. Bu il ikinci dəfədir ki, gəlmişəm. Şəhərdə bütün infrastruktur layihələri demək olar ki, başa çatmaq üzrədir. Fasiləsiz içməli su ilə təminat 94 faizə çatıbdır, qazlaşma 100 faizdir, elektrik enerjisi ilə heç bir problem yoxdur, yeni yollar salınır. Biz bu il Bilgəh-Sumqayıt sahilboyu yeni yolun salınmasını təmin etdik. Sosial obyektlər, məktəblər, xəstəxanalar, Olimpiya kompleksi, Paralimpiya mərkəzi, “ASAN xidmət” mərkəzi yaradılıb. Bu gün biz “Kimyaçı” Mədəniyyət Sarayının əsaslı təmirdən sonra açılışını qeyd edəcəyik. Yəni, həm sosial, həm iqtisadi sahədə, sənaye sahəsində çox böyük inkişaf var. Sumqayıt bulvarı isə, - mən bunu bulvarın açılışında da demişəm”, - bir möcüzədir. Çünki qısa müddət ərzində belə bulvarın salınması doğrudan da çox böyük hadisədir. İnsanların rahat yaşaması, işlə təmin olunması üçün bütün işlər görülür. Bir daha demək istəyirəm ki, Sumqayıt dünya miqyasında böyük müasir sənaye mərkəzinə çevrilir. Bir məsələni də qeyd etməliyəm ki, bütün müəssisələr ən yüksək ekoloji standartlara malikdir. Bunu mən xüsusi tapşırmışdım. Çünki bilirsiniz ki, vaxtilə Sumqayıtın ekoloji vəziyyəti çox ağır idi. Hətta bütün beynəlxalq reytinqlərdə dünyanın ekoloji cəhətdən ən problemli şəhərlərindən biri idi. Bu gün isə Sumqayıt ekoloji cəhətdən bəlkə də ən gözəl və təmiz şəhərlərdən biridir. Bax, biz buna nail ola bilmişik. Buna görə Sumqayıtın ekoloji vəziyyətinin daim yaxşılaşdırılması diqqət mərkəzindədir və bu gün buranın təmiz havası, gözəl iqlimi əminəm ki, sumqayıtlılar üçün də çox önəmlidir.

Biz ili uğurla başa vururuq. On bir ayda sənaye istehsalı qeyri-neft sahəsində 3,5 faiz, qeyri-neft iqtisadiyyatımız 2,4 faiz, kənd təsərrüfatı 4 faizdən çox artıbdır. Budur, əsas iqtisadi göstəricilərimiz. Valyuta ehtiyatlarımız da artır, maliyyə vəziyyətimiz də çox sabitdir. Bu gün Azərbaycan belə gözəl əsərlər yaradır və xalqımıza bəxş edir.

Burada, bu görüşdə iştirak edən bütün vətəndaşlar bu gün açılışında və təməlinin qoyuluşunda iştirak etdiyim müəssisələrin nümayəndələridir. Mən sizi təbrik edirəm, sizə uğurlar arzulayıram. Sizi qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edirəm. Sağ olun”.

 
  • Oxunub:  2580  |  
  • Tarix:  15-12-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan iqtisadi sahədə tarixi nailiyyətlər əldə edib

16:27
20 Aprel
Hikmət Babaoğlu: "Prezidentin fərmanı bundan sonra atılacaq addımların xəbərçisidir"
16:22
20 Aprel
Prezident İlham Əliyev paytaxta gətirilən yeni metro qatarlarında yaradılan şəraitlə tanış olub
16:19
20 Aprel
Estoniyada Azərbaycanın kənd təsərrüfatının rəqəmsallaşması istiqamətində əldə etdiyi uğurlardan danışılıb
15:54
20 Aprel
Agentlik sədri: Erməniçilik, dəfələrlə qeyd etdiyimiz kimi, mif yaradıcılığına, mifomaniyaya çox meyllidir
15:38
20 Aprel
Pakistanda keçirilən “International Rawal Expo 2018” beynəlxalq sərgisində Azərbaycan şirkəti də təmsil olunub
15:20
20 Aprel
Bahar Muradova: Prezidentin ölmüş və itkin düşmüş hərbçilərin ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərmanı çox əlamətdar haldır
15:17
20 Aprel
Səlim Müslümov İƏT baş katibinin müavini ilə görüşüb
15:11
20 Aprel
Parlamentin komitə iclasında ombudsmanın 2017-ci il üzrə illik məruzəsi barədə müzakirələr aparılıb
14:51
20 Aprel
Ziyafət Əsgərov: Son 15 ildə qazandığımız nailiyyətlər Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə bağlıdır
14:48
20 Aprel
Tokioda keçiriləcək Olimpiya və Paralimpiya oyunlarında Azərbaycan idmançılarının iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
14:45
20 Aprel
Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqi Azərbaycan əsgərini daha da ruhlandırıb
14:43
20 Aprel
Jalə Əliyeva: Bölgələrimiz bütünlükdə Azərbaycanın nəhəng inkişafının aynasıdır
14:41
20 Aprel
Bakıda yeni kartinq mərkəzi istifadəyə verilib
14:39
20 Aprel
Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan layihələrə investisiya qoyuluşunun həcmi açıqlanıb
14:36
20 Aprel
Türkiyənin “Daily Sabah” qəzetində ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımları barədə məqalə dərc edilib
14:33
20 Aprel
Bakıda Bolqarıstan məhsullarının satıldığı mağazalar və ticarət evi açıla bilər
14:31
20 Aprel
Rövşən Rzayev: Ermənistanın gənc nəsli başa düşür ki, bu hakimiyyətlə gələcəyini qura bilməyəcək
14:27
20 Aprel
Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsi üzrə maliyyə öhdəliklərinin 78 faizdən çoxunu icra edib
14:21
20 Aprel
Sədaqət Vəliyeva: Bu Fərman Prezidentimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayanmasının daha bir sübutudur
14:16
20 Aprel
Milli Məclis komitələrinin birgə iclasında 16 məsələyə baxılıb
14:10
20 Aprel
NATO generalı: Azərbaycan Alyansın etibarlı tərəfdaşıdır
13:01
20 Aprel
Azərbaycan nümayəndə heyəti MDB Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edir
12:37
20 Aprel
Sahibə Qafarova: Son 15 ildə Azərbaycanda müşahidə olunan dinamik inkişaf meyilləri mühüm əhəmiyyətə malikdir
12:32
20 Aprel
Sevinc Hüseynova: Dövlət başçısının imzaladığı fərman cəmiyyətimiz tərəfindən rəğbətlə qarşılanır
12:29
20 Aprel
Avropa azərbaycanlıları Ermənistanın təxribatları ilə əlaqədar beynəlxalq təşkilatlara bəyanat ünvanlayıblar
12:18
20 Aprel
Ombudsmanın 2017-ci il üzrə illik məruzəsi Milli Məclisdə dinləniləcək
12:15
20 Aprel
Romana Yerkoviç: Xorvatiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
11:50
20 Aprel
Akademik Zərifə xanım Əliyeva ölkəmizdə oftalmologiya sahəsinin inkişafına böyük töhfələr verib
11:47
20 Aprel
«Armenianreport.com» :”Belarus və Qazaxıstan hələ də Azərbaycanı müdafiə edirlər”
11:45
20 Aprel
“Antimilli qüvvələrin, hətta ermənilər tərəfindən maliyyələşməsi faktları var”
11:42
20 Aprel
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
11:31
20 Aprel
Bakıda Birinci Türk Dünyası Ortopedik və Travmatoloji Konqres keçirilir
11:25
20 Aprel
Bu gün Ciddədə OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclası keçiriləcək
11:23
20 Aprel
AZƏRTAC-ın fotomüxbiri beynəlxalq müsabiqənin gümüş medalına layiq görülüb
11:20
20 Aprel
ADA Universitetində "Made in Azerbaijan" brendinin təşviqinə dair mühazirə dinlənilib
11:18
20 Aprel
Elçin Əhmədov: Prezident İlham Əliyev Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyini bəyan etdi
11:17
20 Aprel
Kamran İmanov: Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını ifşa edir
11:16
20 Aprel
Bakıda IV Beynəlxalq Bariatrik-Metabolik Cərrahiyyə Konqresi öz işinə başlayıb
11:13
20 Aprel
Sarkisyanın 10 illik diktaturası ərzində Ermənistan olduqca çətin vəziyyətə düşüb
11:07
20 Aprel
Dəmir Yolları Əməkdaşlıq Təşkilatının baş direktorlar konfransının iclası keçirilib
11:04
20 Aprel
Tanınmış şairə Sona Vəliyevanın “Qar ətri” kitabı ingilis dilində işıq üzü görüb
10:59
20 Aprel
Vyetnamın VİTV kanalı: Prezident İlham Əliyevin seçkilərdə qələbəsi xalqın onun siyasətinə verdiyi qiymətin nəticəsidir
10:50
20 Aprel
Ermənistan silahlı bölmələri atəşkəs rejimini pozmaqda davam edir
10:48
20 Aprel
Rusiya və Azərbaycan DİN-ləri mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığı müzakirə ediblər
10:45
20 Aprel
Minskdə MDB İnformasiya Şurasının iclasında xəbərin doğruluğu və etibarlılığı məsələləri müzakirə olunub
10:44
20 Aprel
Vüqar Bayramov: “Azərbaycanda özəlləşdirmə pozitiv çoxtərəfli təsirlərə malikdir”
10:42
20 Aprel
Rob Sobhani: Azərbaycan sabit ölkə olaraq bundan sonra da etibarlı tərəfdaş kimi qəbul ediləcək
18:57
19 Aprel
“Azərbaycan reytinqlərdə bir çox inkişaf etmiş ölkələrini geridə qoyur” – Fikrət Yusifov
18:56
19 Aprel
“Ermənistan cəmiyyətində Sarkisyan hakimiyyətinə nifrət böyükdür” – Elçin Mirzəbəyli
18:48
19 Aprel
Şəhid və itkin düşənlərin vərəsələri kimlər sayılır –EKSPERT RƏYİ
18:46
19 Aprel
“Prezidentin bu fərmanı bizi çox sevindirdi” – Qarabağ qazisi
18:09
19 Aprel
Səlim Müslümov: Fərmana əsasən birdəfəlik ödəmələr hərbi qulluqçuların vərəsəlik hüququ olan ailə üzvlərinə veriləcək
18:08
19 Aprel
Vüqar Rəhimzadə: Xalqımız son 15 ildə görülən işlərə öz yüksək qiymətini verdi
18:04
19 Aprel
YAP Nəsimi rayon təşkilatının fəalları 5 nömrəli respublika xüsusi internat məktəbini ziyarət ediblər
18:03
19 Aprel
Sevinc Fətəliyeva: Gələcəkdə Azərbaycanı daha böyük nailiyyətlər gözləyir
17:56
19 Aprel
“Dəniz Kuboku-2018” beynəlxalq müsabiqəsinin planlaşdırılması üzrə işçi görüş olub
17:55
19 Aprel
Polkovnik Əzizağa Qəni-zadə: Ermənilərin bu vəhşi əməlləri onlara baha başa gələcək
17:52
19 Aprel
Elman Məmmədov: Beynəlxlaq qurumlar Ermənistanda baş verən proseslərə ikili standartlar mövqeyindən yanaşırlar
17:46
19 Aprel
Cəlil Xəlilov: Azərbaycan Prezidenti bir daha təsdiq etdi ki, Vətən naminə canlarından keçən insanlar heç vaxt unudulmayacaq
17:41
19 Aprel
Memarlıq və İnşaat Universiteti Yıldız Texniki Universiteti ilə əməkdaşlıq edəcək
17:39
19 Aprel
Hikmət Babaoğlu “Xalq müstəqil dövlətimizi yalnız prezident İlham Əliyevin irəli apara biləcəyinə inanır”
17:20
19 Aprel
İsmayıllıda ümumi məhsul istehsalı 36 milyon 29 min manat təşkil edib
17:10
19 Aprel
“Əsgərə məktub” layihəsi çərçivəsində növbəti tədbir Tərtər şəhərində keçirilib
16:36
19 Aprel
Küveyt qəzetində Aida İmanquliyevanın həyat və yaradıcılığına dair məqalə dərc olunub
16:34
19 Aprel
Elçin Mirzəbəyli: Serj Sarkisyan rejimi etiraz aksiyalarından ciddi narahatlıq keçirir
16:21
19 Aprel
Aydın Hüseynov: Azərbaycan Prezidentinin son 15 ildə yürütdüyü siyasət milli maraqlarımızı tam təmin edir
16:07
19 Aprel
Bakı Ali Neft Məktəbi Poltava Milli Texniki Universiteti ilə əməkdaşlığı genişləndirir
16:03
19 Aprel
Milli ideya – keçmişin dərk edilməsi və gələcəyə istiqamətlənmə
15:33
19 Aprel
Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb
15:31
19 Aprel
Formula 1 İspaniya Qran Prisi cədvəl üzrə keçiriləcək

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA
Bakı
gündüz+14 +18
gecə+7 +10