Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bakıda “Texnologiyalar və İnnovasiyalar: İqtisadi islahatlar və inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib

Bakıda “Texnologiyalar və İnnovasiyalar: İqtisadi islahatlar və inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib

15.12.2017 [14:00]

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “Texnologiyalar və İnnovasiyalar: İqtisadi islahatlar və inkişaf perspektivləri” mövzusunda birgə konfrans keçirib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanda innovativ inkişaf perspektivlərinin müzakirəsinə həsr olunmuş konfransda dövlət, özəl və xarici qurumlardan 100-dək mütəxəssis iştirak edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı çıxışında bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahat prosesi innovasiyayönümlü inkişaf üzərində qurulub. Ölkəmizdə innovativ layihələrin dəstəkləndiyini bildirən V.Qasımlı elmin kommersiyalaşdırılması istiqamətində görülən işlərin səmərəli nəticələr verdiyini vurğulayıb. Qeyd edilib ki, yüksək texnologiyalar və innovasiya siyasətinə diqqətin artırılması Azərbaycan elminin dünyada baş verən elmi-texnoloji proseslərdə aparıcı mövqe tutmasına təkan verəcək.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə qeyd edib ki, innovativ inkişaf üçün ölkəmizdə müvafiq institusional qurumlar yaradılıb, bu prosesə dəstək vermək üçün əlverişli mühit formalaşdırılır. Prezident İlham Əliyev tərəfindən təsdiq edilən Strateji Yol xəritələri ölkəmizin innovativ inkişafının daha da sürətləndirilməsinə xidmət edir. Bu fəaliyyət ölkənin elmi, istehsalat, tədris, iqtisadi və kadr potensialının qarşılıqlı əlaqəsinin güclənməsinə və nəticədə yeni elmi ixtiraların, müasir texnologiyaların və məhsulların, perspektiv həllərin meydana çıxmasına səbəb olacaq.

Konfransda “İslahatların innovasiyaların və İKT-nin inkişafında rolu” və “İnnovativ məhsullar və IT xidmətlərin ixrac potensialı” mövzularında panel müzakirələr təşkil edilib.

Müzakirələrdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, “Azərkosmos” ASC, “ASAN xidmət”, “B.EST Solutions”, “Deloitte consulting”, “Microsoft” şirkətlərinin, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkının, İnnovasiyalar Mərkəzinin nümayəndələri təqdimatlarla çıxış edib, iştirakçıların suallarını cavablandırıblar.

Paylaş:
Baxılıb: 206 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31