Ana səhifə »  Qəzetin pdf formatı »  “The Jerusalem Post”: Ermənistan terrorçuların populyarlaşdırılmasını dəstəkləməklə faşizmi dövlət siyasətinə çevirib
A+   Yenilə  A-
“The Jerusalem Post”: Ermənistan terrorçuların populyarlaşdırılmasını dəstəkləməklə faşizmi dövlət siyasətinə çevirib

Son vaxtlar dünyanın bəzi ölkələrində faşizmin və terrorizmin populyarlaşdırılması, başqa xalqlara və millətlərə münasibətdə dözümsüzlük müşahidə olunur. BMT Baş Assambleyası bunu nəzərə alaraq yaxın vaxtlarda “Faşizmin qəhrəmanlaşdırılması, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onunla bağlı olan dözümsüzlüyün təşviqinə xidmət edən neonasizm və onun digər növlərinə qarşı mübarizə” adlı qətnamə qəbul edib. Təəssüflə qeyd etmək istəyirəm ki, bu qətnamə bir qədər gecikib, onu bir neçə il bundan əvvəl qəbul etmək lazım idi.

AZƏRTAC xəbər verir ki, İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının başçısı, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut bu fikirləri İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetinin 13 dekabr tarixli nömrəsində dərc edilmiş “Ermənistan terrorçuları tərifləməklə faşizmi dövlət siyasətinə çevirib” sərlövhəli məqaləsində yazıb (bax: http://www.jpost.com/Blogs/News-from-Arye-Gut/By-promoting-terrorists-Armenia-made-propaganda-of-fascism-state-policy-517647 ).

Məqalə müəllifi vurğulayır ki, başqa xalqlarla müqayisədə faşizmdən, terrorizmdən və antisemitizmdən daha çox əziyyət çəkənlərdən biri yəhudi xalqıdır. İsrailli analitik vurğulayır: “İsrailin bu qətnamə barəsində mövqeyi birmənalı və dəyişməzdir. Bu sənəd bütün bəşəriyyətin xeyrinədir, çünki Almaniyada faşizmin təbliğ edilməsinin nəticələri hələ atalarımızın və babalarımızın xatirindədir. Holokost yəhudi xalqının yaddaşında həkk olunmuş dəhşətli və dözülməz sözdür. Bu, yəhudi xalqının vəhşiləşmiş faşist rejimi tərəfindən alçaldılması, təhqir edilməsi, vəhşilik, barbarlıq, kütləvi qırğındır. Biz başqa xalqların öz tarixini necə şərh etmək barədə suveren hüquqlarına, öz tarixi keçmişinə və öz mili qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi məsələlərinəm müdaxilə etmirik. Lakin Holokost kimi dəhşətli cinayətlərdə əli olmuş insanların milli qəhrəmanlara çevrilməsini görəndə biz susmamalıyıq. İndi, gah Ermənistanda, gah Ukraynada və ya başqa bir yerdə nasizm baş qaldıranda israillilər bunu dinməzcə müşahidə edə bilməzlər və etməməlidirlər. Ona görə ki, nasizm, terrorizm və faşizm oddan daha sürətlə yayılmaq xassəsinə malikdir, onun qarşısını almaq və yanğın başlayana qədər onu dayandırmaq lazımdır, sonra gec ola bilər”.

Qutun fikrincə, Azərbaycanda da bu qətnaməyə müsbət münasibət bildirilib. Bu, gözlənilən idi, çünki Azərbaycanda multikulturalizm və tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, Azərbaycan xalqına xas olan tolerantlıq və multikulturalizm onun əsrlər boyu müxtəlif millətlərin və dinlərin nümayəndələri ilə ortaq dil tapmasına imkan verir. Azərbaycan xalqlar və konfessiyalara arasında sabitlik, əməkdaşlıq və qarşılıqlı anlaşma adasıdır. Bu gün Avropa ölkələrinin çoxunda və ərəb ölkələrində millətçilik, ksenofobiya və şovinizm təzahür etdiyi, antisemitizmin tüğyan etdiyi bir vaxtda Azərbaycanda belə faktlar yoxdur və heç vaxt olmayıb. Burada bütün milli azlıqlar kimi yəhudi icması da həmişə cəmiyyətin inteqral hissəsi olub.

Hamıya məlumdur ki, İkinci Dünya müharibəsində qələbə qazanılmasında Azərbaycan nefti çox böyük rol oynayıb. Faşizmin üzərində qələbə qazanılmasına Azərbaycan xalqı da böyük töhfə verib və İkinci Dünya Müharibəsində qələbə naminə Azərbaycan böyük qurbanlar verib. Bu müharibədə əksəriyyəti yəhudilər olan çoxsayı qaçqınlar və məcburi köçkünlər Azərbaycanda sığınacaq tapır Onların arasında mənim ailəmin üzvləri də olub. Bu insanlar Azərbaycan xalqının humanizmi və tolerantlığı sayəsində xilas olublar”.

Arye Qutun fikrincə, heç də bütün ölkələrdə vəziyyət belə olmayıb. Başqa dövlətlər nəzərə salanda orada tamam fərqli mənzərə görünür. Məqalə müəllifi yazır: “Məsələn Cənubi Qafqazın digər dövlətində - Ermənistanda tamamilə bunun əksi olan vəziyyət müşahidə olunur. Doğrudur, Ermənistan gözdən pərdə asmaq üçün o da yuxarıda adı çəkilən qətnaməyə səs verir, laklın bununla bərabər Ermənistanda faşizm ideologiyası, irqi ayriseçkilik dövlət səviyyəsində təbliğ olunur, faşist Almaniyası ilə sıx əməkdaşlıq etmiş erməni millətçilərinı abidələr ucaldılır, küçələrə, meydanlara, tədris müəssisələrinə, strateji mərkəzlərə və başqa obyektlərə onların adları verilir. Bu ölkədə faşizmin, antisemitizmin və terrorizmin populyarlaşdırılıması dövlət siyasətinin tərkib hissəsinə çevrilib. Ermənistanda antiazərbaycan siyasəti ilə yanaşı antisemitizm də tüğyan edir”.

Politoloq Moşe Bekker haqlı olaraq yazır: “1998-ci ildə erməni politoloq, professor İqor Muradyan “Ermənistanın səsi” qəzetində dərc edilmiş məqaləsində açıq-aşkar nasizm ideologiyasını dəstəkləyirdi. Onun sözlərinə görə, yəhudi-erməni qarşıdurması semitlərlə arilər arasında münaqişədir. O, qondarma erməni soyqırımında yəhudiləri ittiham etməklə kifayətlənməyib sübut etməyə çalışır ki, Dağlıq Qarabağ münaqişəsinin arxasında məhz yəhudi xalqı və İsrail dövləti dayanır. Dörd il sonra Yerevanda Romen Yepiskopyanın “Milli sistem” adlı kitabı çapdan çıxdı. Bu kitab Ermənistan yazıçılarının rəsmi birliyi tərəfindən buraxılmışdı. Müəllif bu “elmi əsər”də ermənilərin başına gələn bütün müsibətlərdə yəhudiləri ittiham edir və eyni zamanda yəhudi xalqının tarixində ən dəhşətli səhifə olan Holokostu inkar edir, onu “Yəhudilərin arilərə qara yaxmaq məqsədilə uydurması” adlandırır. Həmişə olduğu kimi, bu dəfə də anlayışlar saxtalaşdırılır”.

Qut qeyd edir ki, Ermənistan özünün müsibətlərində yəhudiləri ittiham etməklə paralel olaraq faşist Almaniyasının SS generalı Qarigin Njdenin, “Dro” ləqəbi ilə tanınmış Drastamat Kanoyanın, terrorçu Monte Melkonyanların və onlara oxşar başqalarının “milli qəhrəmanlar” kimi populyarlaşdırılması siyasəti yürüdür, onların xatirəsini və adlarını əbədiləşdirir.

Arye Qut İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində yazır: “Vaxtılə Qaregin Njde tərəfindən formalaşdırılmış şovinist erməni millətçi ideologiyası, irqçilik meyli müasir mərhələdə Ermənistan respublikaçılar partiyasının və Serj Sarkisyan başda olmaqla Ermənistan hökumətinin ideologiyasının əsasıdır. 2016-cı ilin may ayında Sarkisyan Yerevanda faşist Njdenin heykəlinin açılışında şəxsən iştirak edib. ən dəhşətlisi və insanı hiddətləndirən odur ki, “Njdeizm” adlı faşist ideologiyası tədris müəssisələrinin proqramını daxil edilib və Ermənistanın gənc nəsli bu “dəyərlər” ruhunda tərbiyə edilir.

Siz deyin, nasist, faşist və antisemit Qaregin Njdeyə Yerevanda abidə qoyulmasına necə münasibət bildirək. Bu ölkə bəşəriyyətə qarşı cinayət törətməkdə təqsirli bilinmiş faşist canini özünü qəhrəmanı adlandıra bilərmi? Erməni faşist və antisemit general Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi biabırçılıq və Holokost qurbanlarının xatirəsinə təhqirdir. Şəxsən mənim üçün – babasının ailəsinin bütün üzvləri Ukraynada faşistlər tərəfindən məhv edilmiş bir insan üçün bu, dözülməz ağrıdır. Məhz bu səbəbdən bu mənim üçün də şəxsi faciədir”.

Məqalə müəllifi vurğulayır ki, belə hadisələri gec işə düşən bomba adlandırmaq olar, çünki bu ideologiya əsasında böyüyən gənclər gələcəkdə faşizm və terror işini davam etdirəcəklər. Arye Qut yazır: “Ermənistan hökumətinin maliyyə dəstəyi ilə “Qaregin Njde və onun təlimi” adlı kitab nəşr edilib, onun haqqında bir neçə milyon ABŞ dollarına başa gəlmiş film çəkilib. ABŞ-ın və Rusiyanın maliyyə yardımı Ermənistanda nasizmin, faşizmin və terrorizmin populyarlaşdırılmasına xərclənir. Ermənistanın bu dövlət siyasəti İkinci Dünya Müharibəsində faşizmə qarşı mübarizədə həlak olmuş milyonlarla insana, onların yaxınlarına və veteranlara, xüsusən faşizm üzərində qələbədə müstəsna xidmətləri oımuş keçmiş SSRİ vətəndaşlarına hədsiz hörmətsizlik nümunəsidir. Burada belə bir sualı yaranır: Doğrudanmı erməniləri Njde və Dro kimi faşistlərdən başqa qəhrəmanları olmayıb? Ermənistanda faşizm ilə yanaşı dövlət səviyyəsində terrorizmin qəhrəmanlaşdırılması siyasəıti yürüdülür. Terrorizmə fikir versək görərik ki, onunla dözümsüzlük və ekstremizm ideologiyası arasında az fərq var”.

Politoloq Moşe Bekker haqlı olaraq yazır: “1975-ci ildə yaradılmış ASALA – Ermənistanın gizli azadlıq ordusu antisemitizm və antitürkizm ideyalarının davamçısı oldu. Onun məqsədi ənənəvi erməni torpaqlarını “azad etmək”, Türkiyə hökuməti tərəfindən reparasiya ödənilməsinə nail olmaq və qondarma 1915-ci il soyqırımının Türkiyə hökuməti tərəfindən açıq etiraf edilməsidir. 1980-ci ildə ASALA-nın rəhbəri İraqda doğulmuş Akop Akopyan (Əbu Cihad) oldu. Akopyan 1972-ci ildə Münxendə İsrailin olimpiya yığma komandasının üzvlərinin qətlə yetirilməsində fəal iştirak edib. Beləliklə, millətçilik məntiqi erməni şovinistlərini dünya birliyi tərəfindən pislənilmiş beynəlxalq terrorçu alyansın sıralarına gətirib çıxarıb”.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev bu yaxınlarda verdiyi bəyanatda maraqlı faktlar göstərib: “1983-cü ildə Fransada Orli hava limanında terror törətmiş ASALA terrorçusu Varujan Qarabedyan 2000-ci ildə müəmmalı şəkildə Fransada həbsdən azad edildi və Ermənistanda qəhrəman kimi qarşılandı və təltif olundu. Varujan Qarabedyan hazırda Ermənistanın hərbi diktatura rejiminin kriminal dayaqlarından biridir”.

Hikmət Hacıyevin göstərdiyi digər misal Amerika Erməni Milli Komitəsinin rəhbərlərindən olan Murad Topalyanla bağlıdır. O deyib: “M.Topalyan ABŞ-ın siyasi rəhbər dairələri ilə sıx əlaqələrə malik ola-ola, ABŞ ərazisində ASALA-nın xətti ilə terror əməllərini təşkil edir və yönləndirirdi. Terror əməlləri sübut edildikdən sonra həmin şəxs minimal həbs cəzası aldı və hazırda yenə də Amerika Erməni Milli Komitəsinin rəhbərlərindən biri kimi fəaliyyət göstərir, ABŞ siyasi dairələri ilə sıx əlaqə saxlayır və lobbist fəaliyyəti həyata keçirir, antiazərbaycan təbliğat aparır və hətta ABŞ Konqresinin üzvlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərini təşkil edir və maliyyələşdirir. Murad Topalyan və onun digər tərəfdaşları Ermənistanın “milli qəhrəmanları” sırasındadır”.

Amerikalı jurnalist, siyasi icmalçı Piter Teys bu yaxınlarda yazıb: “Ermənistan öz qonşusu Azərbaycana qarşı terrora başlayıb. Nəticədə Azərbaycan xalqı itkilər və müsibətlərlə üzləşib”. Piter Teys təəssüflənir ki, Aİ və ABŞ kimi aparıcı dünya güc mərkəzləri Ermənistan tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş terrorun cavabında susurlar. Piter Teys vurğulayıb: “Mən dünya birliyini Serj Sarkisyanın faşist rejiminin əməllərinə münasibət bildirməyə çağırıram. Ermənilər Dağlıq Qarabağ ərazisindən dünya bazarına narkotik maddələr göndərirlər. Bundan Qərb də əziyyət çəkir. Ermənilər Azərbaycanın etnik mədəniyyətinə və ətraf mühitinə ciddi ziyan vurublar. Ermənistan Avropa üçün və bütün dünya üçün təhlükədir”.

Rusiyalı müəllif Olqa Suxova da bu barədə yazıb. O, Rusiyanın nasistlərlə əməkdaşlıq etmiş erməni lideri Njdeyə Armavir şəhərində xatirə lövhəsi vurulması ilə əlaqədar şəhər sakinlərinin hiddətləndiyini bildirir. Şəhər fəalları hər il bu lövhənin çıxarılmasını tələb edirlər. Kubanlı tarixçi Sergey Novikov isə yazır: “Bu insana xatirə lövhəsi vurulması nasional-sosializmin təbliği deməkdir”. Məqalə müəllifi soruşur: “Belə iş olarmı? Böyük Vətən müharibəsi qəhrəmanlarına xatirə lövhəsi ilə yanaşı nasistlərlə əməkdaşlıq etmiş erməni liderinə də xatirə lövhəsi vurulsun?”

Njde 1942-ci ildə Berlində yaradılmış “Erməni milli şurası”na daxil olub və öz həmyerlilərini SSRİ-yə qarşı silahlı mübarizəyə çağırıb. Njde faşistlərlə əməkdaşlıq etdiyini görə 25 il azadlıqdan məhrum edilib və həbs olunub, 1955-ci ildə həbsxanada xəstəlikdən ölüb. İndi isə 57 ildən sonra birdən-birə Armavirdə (Njdenin bu şəhərə heç bir aidiyyəti yoxdur, sadəcə burada onun həmyerliləri yaşayır), erməni məbədinin ərazisində bu adamın şərəfinə xatirə lövhəsi vurulub. Bir ildən sonra isə həmin memorial üzərində 1918-ci ildə Azərbaycanda mart qırğınında əli olan başqa şəxslərin: azərbaycanlılarla yanaşı 3 000-dən çox yəhudini məhv etmiş çar ordusunun general-mayoru Andranik Ozanyanın və Amazasp Babacanyanın da adları yazılır.

Qutun fikrincə, faşizmin və terrorizmin populyarlaşdırılması üçün erməni millətçilərin bu cür fəaliyyəti nəticəsində son illərdə dünyanın bir sıra dövlətlərində Ermənistanın və erməni millətçilərinin adları terrorizm və faşizm ilə assosiasiya doğurur. Müəllif yazır: “Bu günlərdə hətta Rusiya Müdafiə Nazirliyinin rəsmi orqanı olan “Zvezda” telekanalında göstərilmiş bir süjetdə rəsmi Yerevan faşistlərinin əl-altılarını qəhrəmanlar kimi qələmə verməkdə ittiham edilib. Lakin bu da Ermənistan prezidentini və onun komandasını dayandırmır, onlar terrorçuların və faşistlərin populyarlaşdırılmasını, beləliklə bütün dünyaya meydan oxumağı davam etdirirlər.

Njde, Drastaman Kanoyan və başqalarından sonra Sarkisyan və onun komandası daha bir beynəlxalq terrorçunu populyarlaşdırmağı qərara alıblar. Ermənistan prezidenti lap yaxın günlərdə Ermənistanın Dilican şəhərində “milli qəhrəman” Monte Melkonyan adına Hərbi İdman Məktəbinin rəsmi açılış mərasimi münasibətilə keçirilən tədbirdə iştirak edib.

Adı məktəblərə, küçələrə verilmiş bu “milli qəhrəman” tərəfindən törədilmiş “igidlikləri” xatırlatmaq istərdik. Melkonyan bütün dünyada məşhur terrorçu, ASALA terror təşkilatının üzvü olub. Melkonyan Azərbaycandan əlavə İtaliya və Yunanıstan kimi Avropa ölkələrində də terror aktları həyata keçirib. 1985-ci ilin noyabrında Melkonyan Parisdə həbs edilib, qanunsuz silah saxlanmasına və sənədlərin saxtalaşdırılmasına görə 6 il həbs cəzasına məhkum edilib, lakin 1989-cu ildə o, müəmmalı şəkildə həbsdən azad edilib və Cənubi Yəmənə sürgün olunub.

1991-ci ildə bu terrorçu Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə gəlib, orada milliyyətcə azərbaycanlı olan qocaların, qadınların və uşaqların kütləvi şəkildə qətlə yetirilməsində ən fəal formada iştirak edib. 1993-cü ilin iyun ayında qaniçən erməni terrorçu döyüş əməliyyatları zamanı Azərbaycan hərbi qulluqçuları tərəfindən məhv edilib.

Məqalə müəllifi yazır: “Dünya birliyi artıq indi belə bir məsələ üzərində fikirləşməlidir: terrorçunun adını daşıyan bu hərbi idman tədris müəssisəsində kimləri hazırlamaq niyyətindədirlər? Cavab aydındır: bu məktəb təkcə Dağlıq Qarabağ üçün deyil, həm də ermənilərin yığcam şəkildə yaşadığı bütün ölkələr üçün potensial təxribatçılar və terrorçular hazırlayacaq. Bu terrorçular erməni millətçilərin xoşuna gəlməyən dövlətlərlə və bu cür şəxslərlə “hesabı çürüdəcəklər”.

Arye Qut vurğulayır ki, Serj Sarkisyan faşizmin əsas məqsədlərindən birini - terrorçu “Daşnaksutyun” partiyasının və Njde, Dro və Melkonyan kimi “qəhrəmanların” Ermənistanı monoetnik dövlətə çevirmək ideyalarını həyata keçirir.

İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının başçısı, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc edilmiş məqaləsinin sonunda yazır: “Bütün bunlar belə deməyə əsas verir ki, Ermənistan terroru dövlət səviyyəsində dəstəkləyən ölkədir. Əgər dünya birliyi Ermənistanda faşizmin və terrorizmin təbliğinin cavabında bundan sonra da susmaqda davam edərsə, onda sabah Yerevanın mərkəzində Njdenin heykəli ilə yanaşı Hitlerə də abidə qoyulsa, heç kəs heyrətlənməsin”.

 
  • Oxunub:  3630  |  
  • Tarix:  14-12-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
2018-ci il Azərbaycan üçün uğurlu olub, ölkəmiz hərtərəfli və dinamik inkişaf edib

20:35
15 Yanvar
Şahin Mustafayev: Azərbaycan dünya ticarətində öz yerini tutmaq üçün çox fəal mövqedədir
20:33
15 Yanvar
Mədəniyyət Nazirliyinin strukturu və idarə edilməsi təkmilləşdirilir
20:31
15 Yanvar
Balakəndə skautlar arasında intellektual yarış keçirilib
20:29
15 Yanvar
Ümumdünya Gömrük Təşkilatının baş katibi Bakıda logistika və gömrük müəssisələrinin fəaliyyəti barədə məlumatlandırılıb
20:27
15 Yanvar
Dubayda Azərbaycan Ticarət Evi açılıb
20:19
15 Yanvar
Nizami Cəfərov: 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunması qüdrətli söz ustadlarından olan şairin yaradıcılığına böyük ehtiramdır
20:18
15 Yanvar
İsa Həbibbəyli: 2019-cu ilin "Nəsimi ili"nin elan edilməsi böyük tarixi və ədəbi-elmi əhəmiyyətə malikdir
20:16
15 Yanvar
Prezident İlham Əliyev Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb
17:54
15 Yanvar
Nizami rayonunda 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı tədbir keçirilib
17:45
15 Yanvar
Nazirlər Kabineti Aparatının növbəti iclası keçirilib
17:44
15 Yanvar
Çingiz Qənizadə: Struktur islahatları nəticəsində dövlət xidmətləri daha əlçatan və keyfiyyətli olacaq
17:40
15 Yanvar
Azərbaycan İlahiyyat İnstitutunda “Qan yaddaşımız” mövzusunda tədbir təşkil olunub
17:38
15 Yanvar
Ekspert: İslahatların mühüm xüsusiyyətlərindən biri dövlət idarəçiliyinin indiki vəziyyətini sosial-iqtisadi inkişafın mövcud səviyyəsinə uyğunlaşdırmaqdır
17:04
15 Yanvar
Əlahiddə Çevik Polis Alayında əməliyyat müşavirəsi keçirilib
17:02
15 Yanvar
Cənubi Koreya qəzetlərində qanlı Yanvardan bəhs edən məqalələr dərc olunub
16:38
15 Yanvar
Vüqar Bayramov: Struktur islahatları biznes mühitinin daha da yaxşılaşmasına müsbət təsir göstərəcək
16:16
15 Yanvar
YAP Nəsimi rayon təşkilatında 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərlə görüş keçirilib
15:47
15 Yanvar
Türkiyə Prezidentinin köməkçisi: Dağlıq Qarabağ münaqişəsinin həlli regionun inkişafını təmin edəcək
15:05
15 Yanvar
Dövlət Komitəsində vətəndaşlarla növbəti görüş keçirilib
14:57
15 Yanvar
Musa Quliyev: 2018-ci ildə də Azərbaycanda sosial sahəyə xüsusi diqqət ayrılıb
14:55
15 Yanvar
Yorqos Statakis: TAP layihəsinin reallaşdırılması Yunanıstan hökumətinin əsas məqsədlərindən biridir
14:19
15 Yanvar
BP: “Çıraq” platforması ötən il 98 faizdən çox səmərəliliklə işləyib
14:03
15 Yanvar
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
13:59
15 Yanvar
Bakıda V Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçiriləcək
13:54
15 Yanvar
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ötən il də diqqət mərkəzində saxlanılıb
13:49
15 Yanvar
Bakı Slavyan Universitetində qış imtahan sessiyasının gedişini izləmək üçün mediatur təşkil olunub
13:46
15 Yanvar
Azərbaycan Texniki Universitetinin İctimai Nəzarət Şurasının üzvləri imtahan prosesini izləyiblər
12:36
15 Yanvar
Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO toplantısında iştirak edəcək
11:40
15 Yanvar
Hikmət Babaoğlu: Struktur islahatları yerli özünüidarəetmə institutlarının səmərəliliyinin artmasına böyük töhfə verəcək
11:28
15 Yanvar
Xalq yazıçısı Anarın yeni kitabı işıq üzü görüb
11:24
15 Yanvar
Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 120 milyon manatlıq maddi ziyanın 87 milyon manatı ödətdirilib
11:23
15 Yanvar
Şahmat Federasiyası Şərur rayonunda görüş keçirib
11:03
15 Yanvar
Dövlət Sosial Müdafiə Fondunda seminar-müşavirə keçirilib
10:53
15 Yanvar
Ötən il 431 şəxs barəsində 278 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib
10:47
15 Yanvar
Keçən il Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşların 8058 müraciətinə baxılıb
10:46
15 Yanvar
Ekspert: Qeyri-neft sektorunda aparılan islahatlar makroiqtisadi göstəricilərin daha da yaxşılaşmasına zəmin yaradır
10:44
15 Yanvar
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub
21:27
14 Yanvar
İnkişaf, tərəqqi və sabitliyin bəhrəsi – müasir Azərbaycan kəndləri
21:16
14 Yanvar
Azərbaycan Gömrük Xidməti ilə Ümumdünya Gömrük Təşkilatının əməkdaşlıq əlaqələri nəzərdən keçirilib
21:12
14 Yanvar
Ümumdünya Gömrük Təşkilatının baş katibi “ASAN xidmət”in fəaliyyəti ilə tanış olub
21:08
14 Yanvar
Prezident Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb
21:04
14 Yanvar
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılıb
20:59
14 Yanvar
Prezident İlham Əliyev “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılmasına dair Fərman imzalayıb
20:55
14 Yanvar
Ekspert: Azərbaycan Prezidenti ilə vətəndaşların canlı təmaslarına müasir dövlət idarəçiliyi sistemində böyük önəm verilir
20:54
14 Yanvar
Vüsal Qasımlı: Struktur islahatları idarəetməni daha çevik, yığcam və məqsədyönlü edəcək
20:48
14 Yanvar
Prezident İlham Əliyev: Vətəndaşlardan gələn hər bir təklifə baxılır və imkan daxilində yerinə yetirilir
20:45
14 Yanvar
Pompeo Yaxın Şərqdə: Vaşinqtonun regionla bağlı strateji planlarının bəzi aspektləri
20:43
14 Yanvar
Mübariz Qurbanlı: Azərbaycan 2018-ci ildə iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə çox mühüm nailiyyətlər əldə etdi
20:40
14 Yanvar
Tahir Rzayev: Prezident İlham Əliyev Azərbaycanın inkişafı, beynəlxalq aləmdə mövqeyinin daha da güclənməsi istiqamətində mühüm tədbirlər həyata keçirir
20:38
14 Yanvar
Məlahət İbrahimqızı: Qazanılan nailiyyətlər 2019-cu ildə ölkəmizin daha böyük uğurlar əldə etməsi üçün ciddi baza yaradır
20:36
14 Yanvar
Pərvin Kərimzadə: “Nəsimi ili” mənəviyyatımıza, ədəbiyyatımıza olan böyük qayğının təzahürüdür
17:44
14 Yanvar
Ermənistandakı cinayətkar rejimin əməllərinə göz yuman beynəlxalq təşkilatların ədalətdən danışmağa mənəvi haqları yoxdur
17:21
14 Yanvar
Azərbaycan ilə Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib
16:53
14 Yanvar
“İşsizin DOSTu” proqramı üzrə ictimai işlərə cəlb olunanlarla əmək müqaviləsi bağlanacaq
16:49
14 Yanvar
Vüqar Rəhimzadə: Əgər işğalçı ölkədə 20 ildə baş verən qanunsuzluqlar öz ədalətli qiymətini almayacaqsa...
16:40
14 Yanvar
Azərbaycan ilə Ümumdünya Gömrük Təşkilatı arasında əməkdaşlıq məsələləri müzakirə olunub
16:16
14 Yanvar
Azərbaycan Prezidenti: Ölkəmiz öz hesabına, öz daxili imkanları hesabına bütün lazım olan məsələləri həll edir
16:01
14 Yanvar
Jalə Əliyeva: 2019-cu ilin “Nəsimi ili” elan edilməsi dövlətimizin ədəbiyyata, mədəniyyətə verdiyi yüksək dəyərin növbəti parlaq nümunəsidir
15:37
14 Yanvar
Prezident İlham Əliyev: Yaxın gələcəkdə Azərbaycanda elə bir şəhər olmayacaq ki, orada ən müasir tibbi mərkəz olmasın
15:16
14 Yanvar
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı fevralın 20-də keçiriləcək
15:10
14 Yanvar
Prezident İlham Əliyev Qaradağ rayonunun Qobustan qəsəbəsində yeni inşa olunan xəstəxananın açılışında iştirak edib
14:49
14 Yanvar
Prezident İlham Əliyevin inkişaf və quruculuq siyasəti ölkəmizə bundan sonra da böyük nailiyyətlər qazandıracaq
14:22
14 Yanvar
BMT-nin iqlim sammiti keçiriləcək
14:15
14 Yanvar
Paytaxtda abadlaşdırılan növbəti həyət istifadəyə verilib
14:11
14 Yanvar
Mədəniyyət ocaqlarında 20 Yanvar faciəsinin ildönümü müxtəlif tədbirlərlə qeyd olunacaq
14:09
14 Yanvar
Güllə atıcılığı üzrə Bakı çempionatına yekun vurulub
14:04
14 Yanvar
Elçin Əhmədov: Prezident İlham Əliyev Ermənistanın cinayətkar rejimini və ona dəstək verənləri faktlarla ifşa etdi
12:58
14 Yanvar
Bu gün SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 89 yaşı tamam olur
12:54
14 Yanvar
Ümumdünya Gömrük Təşkilatı Azərbaycanın gömrük sahəsində korrupsiya ilə mübarizə təcrübəsini öyrənir
12:50
14 Yanvar
Səfər Mehdiyev: Gömrük Komitəsinin əməkdaşları mötəbər universitetlərdə gömrük işinin təşkili sahəsində kurslarda bilik və bacarıqlarını təkmilləşdirir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA