Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / YAP-ın yaradılmasının 25 illiyi münasibətilə partiyanın Səbail rayon təşkilatının gördüyü işlər müzakirə edilib

YAP-ın yaradılmasının 25 illiyi münasibətilə partiyanın Səbail rayon təşkilatının gördüyü işlər müzakirə edilib

14.12.2017 [14:32]

Dekabrın 14-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının idarə heyətinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda YAP-ın yaradılmasının 25 illik yubileyi münasibətilə partiyanın Səbail rayon təşkilatının gördüyü işlər və gündəlikdə duran cari məsələlər müzakirə edilib.

YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev iclasda çıxış edərək ulu öndər Heydər Əliyevin qurucusu olduğu partiyanın müstəqilliyin əvvəllərində Azərbaycanı düşdüyü ağır ictimai-siyasi böhrandan, müstəqilliyin itirilməsi və vətəndaş müharibəsi təhlükəsindən xilas etməsindən, ölkəmizi dinamik inkişaf yoluna çıxarmasından danışıb. Diqqətə çatdırılıb ki, əbədiyaşar lider Heydər Əliyevin uzaqgörən siyasətini uğurla və qətiyyətlə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edən Azərbaycan regionun lider dövlətinə və dünya birliyində böyük nüfuz sahibinə çevrilib.

Sədr qeyd edib ki, partiyanın 25 illik yubileyi münasibətilə YAP Səbail rayon təşkilatının reallaşdırdığı silsilə tədbirlərin və aksiyaların əsas məqsədi ölkəmizin əldə etdiyi bu uğurların ölkə ictimaiyyəti, xüsusən gənclər arasında geniş təbliğ edilməsi olub. Bu istiqamətdə ulu öndər Heydər Əliyevin partiyanın "qızıl fondu" adlandırdığı "91-lər"lə görüş, iki "dəyirmi masa", ağacəkmə aksiyası, Böyük Qayıdış prosesinin başlanmasının rəmzi olan Cocuq Mərcanlı kəndinə, cəbhə bölgəsinə səfər təşkil edilib və digər tədbirlər keçirilib. Yüksək fəallıq şəraitində keçirilən bu tədbirlər partiyanın üzvləri ilə yanaşı, ölkə ictimaiyyəti tərəfindən də böyük maraqla qarşılanıb. Məmnunluqla qeyd edilib ki, partiyanın yubileyi münasibətilə YAP Səbail rayon təşkilatının tədbirlər planında əksini tapan bütün məsələlər həllini tapıb.

Sonra partiyanın yaradılmasında mühüm xidmətlərinə, ölkəmizin ictimai-siyasi həyatında fəal iştiraklarına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən yüksək fəxri adlar, orden və medallarla təltif olunan partiya üzvlərinin bir qrupuna YAP Səbail rayon təşkilatının fəxri fərmanları təqdim edilib.

İclasda 33 saylı şəhər poliklinikasının “Şəhər klinik”, Bakı şəhəri 1 saylı poliklinikasının "Pediatorlar", 15 saylı uşaq poliklinikasının "Təbiblər", Respublika Klinik Uroloji Xəstəxanasının "Uroloqlar" ərazi ilk partiya təşkilatlarının hesabatları dinlənilib.

Sonra Azərbaycan Bəstəkarlar İttifaqının "Bəstəkarlar", Azərbaycan Dövlət Teatr Xadimləri İttifaqının "Aktyorlar evi" ərazi ilk partiya təşkilatlarının müraciətlərinə baxılaraq, qeydiyyata alınması barədə qərar qəbul olunub.

Sonda cari məsələlər və qarşıda duran vəzifələr müzakirə edilib.

Paylaş:
Baxılıb: 176 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30