Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan səfiri Vatikanın xarici işlər üzrə dövlət katibi ilə görüşüb

Azərbaycan səfiri Vatikanın xarici işlər üzrə dövlət katibi ilə görüşüb

14.12.2017 [10:14]

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Müqəddəs Taxt-Tacın xarici işlər üzrə dövlət katibi Pol Riçard Qallager ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-Vatikan arasındakı münasibətlərin yüksək səviyyəsi, ikitərəfli görüşlərin müntəzəmliyi razılıqla qeyd olunub.

Azərbaycan Respublikasının Prezidenti və Birinci vitse-prezidentinin Vatikana səfərləri xoş təəssüratlarla xatırlanıb. Ölkəmizin Vatikanda bərpa işlərinə töhfələri yüksək qiymətləndirilib.

Səfir Rəhman Mustafayev ölkəmizdə hökm sürən tolerantlıqdan, son illər mədəniyyətlərarası dialoq platformasına çevrilməsindən, bu sahədəki təcrübəsindən söz açıb. Qeyd edib ki, Azərbaycanda müxtəlif xalqların, dinlərin nümayəndələri bir ailə kimi mehriban yaşayırlar.

Diplomat bildirib ki, ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcək.

Tərəflər əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

R.Mustafayev ölkəmizin tarixi, mədəniyyəti və təbiətinə dair nəşrləri Pol Riçard Qallagerə hədiyyə edib.

Görüşdə Fransadakı səfirliyimizin konsulu Zaur Fərhadov da iştirak edib.

Paylaş:
Baxılıb: 200 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31