Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Sofiyada keçirilən anım tədbirində Ulu Öndərin Azərbaycan xalqı qaşısındakı xidmətlərindən bəhs olunub

Sofiyada keçirilən anım tədbirində Ulu Öndərin Azərbaycan xalqı qaşısındakı xidmətlərindən bəhs olunub

13.12.2017 [15:30]

Sofiyada Azərbaycanın Bolqarıstandakı səfirliyi və Müqəddəs Kliment Oxridski adına Sofiya Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, anım tədbirində Bolqarıstandakı Azərbaycan diasporunun nümayəndələri, Bolqarıstan vətəndaşı olan həmvətənlərimiz, “Azərbaycanın Dostları” Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova fenomenal şəxsiyyət ümummilli lider Heydər Əliyevin xalqa sevgi və xidmət amalına söykənən ideyaları ilə min illərin sınağından çıxmış mədəniyyətimizi, tariximizi və milli dövlətçiliyimizi qoruduğunu bildirib.

Səfir 1969-cu ildə Ulu Öndərin hakimiyyətə gəlişi ilə ölkədəki tənəzzül prosesinin qarşısının alındığını və inkişafa nail olunduğunu xatırladıb. Bildirib ki, Ulu Öndər 1993-cü ildə müstəqilliyini itirmək təhlükəsi ilə üzləşən Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişi ilə ölkəni fəlakətlərdən xilas etdi, Azərbaycanın demokratik, hüquqi və sürətlə inkişaf edən dövlətə çevrilməsinə nail oldu.

Müstəqilliyinin ilk illərində Azərbaycan cəmiyyətinin parçalanma təhlükəsi ilə üzləşdiyini, milli birlik və həmrəylik ideyalarından uzaq düşdüyünü qeyd edən diplomat məhz belə bir çətin şəraitdə Ulu Öndərin milli dövlətçiliyi xilas etmək naminə 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdaraq Azərbaycan xalqını uçurumdan hifz etdiyini vurğulayıb. Bildirib ki, Ümummilli Liderin müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycan dövlətinin uğurlarının bünövrəsini qoydu və dövlətimizin dünya birliyinin tamhüquqlu üzvünə çevrilməsinə zəmin yaratdı.

Səfir qısa zaman kəsiyində həyata keçirilən diplomatik addımlar sayəsində “Əsrin müqaviləsi”nin imzalandığını, regional və qlobal enerji təminatçısına çevrilmiş Azərbaycanın dünya birliyinə fəal inteqrasiya olunduğunu qeyd edib. N.Qurbanova müdrik və uzaqgörən siyasətin məntiqi nəticəsi olaraq Azərbaycanın qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilişi kimi qlobal layihələrin aparıcı qüvvəsinə çevrildiyini diqqətə çatdırıb.

Ümummilli Liderin siyasi mühitin əlverişli məqamlarından hər zaman milli kimlik və şüurun oyanışı naminə diplomatik tərzdə istifadə etməyi bacardığını xatırladan səfir Ulu Öndərin cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətindəki düşüncələrinin xalqımızın birliyinin siyasi və elmi-nəzəri əsaslarını formalaşdırdığını qeyd edib. Səfir dahi siyasi xadim Heydər Əliyevin dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid amalımız ətrafında birləşdirilməsinin ideya müəllifi olduğunu, xaricdə yaşayan soydaşlarımızın müqəddəs Azərbaycan torpağına bağlılığına söykənən azərbaycançılıq ideologiyasının əsasını qoyduğunu vurğulayıb və bu gün azərbaycançılığın həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün birləşdirici ünsürə çevrildiyini ifadə edib. O, məhz Ulu Öndərin qayğısı ilə müstəqil Azərbaycanın müxtəlif dövrlərdə dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış soydaşlarımızın fəxarət və mənəvi dayaq yerinə çevrildiyini diqqətə çatdırıb.

N.Qurbanova bildirib ki, bu gün ümummilli lider Heydər Əliyevin siyasi kursu onun layiqli davamçısı Azərbaycanın Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycanın beynəlxalq arenada nüfuzu və mövqeyi daha da güclənib. Hər bir soydaşımız güclü sosial-iqtisadi inkişafı ilə Azərbaycanın regionun lideri dövlətinə çevrilməsi, dönməz müstəqilliyi ilə fəxr hissi duyur.

Sonra ümummilli lider Heydər Əliyevin həyatından, onun azərbaycançılıq ideyaları və xaricdə yaşayan həmvətənlərimizə olan qayğı və diqqətindən bəhs edən film nümayiş etdirilib.

Mərasimin sonunda səfirliyin inzibati binasında ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar ehsan süfrəsi açılıb.

Paylaş:
Baxılıb: 217 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30