Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan layihələrə investisiya qoyuluşunun həcmi açıqlanıb

“Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan layihələrə investisiya qoyuluşunun həcmi açıqlanıb

12.12.2017 [14:59]

Cari ildə “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan layihələrə investisiya qoyuluşunun həcmi açıqlanıb.

AZƏRTAC-ın sorğusuna cavab olaraq “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətindən (CQD) bildirilib ki, cari ilin əvvəlindən dekabrın 12-dək “Cənub Qaz Dəhlizi” layihələrində CQD-nin mülkiyyətində olan iştirak paylarının maliyyələşdirilməsinə 2,3 milyard ABŞ dolları məbləğində investisiya qoyulub.

Qeyd edək ki, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan “Cənub Qaz Dəhlizi”nin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG), TANAP və TAP layihələri təşkil edir. Bu boru xətti Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan “Cənub Qaz Dəhlizi” vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli nəzərdə tutulur. Azərbaycan təbii qazının 2018-ci ilin ortalarında Türkiyəyə, 2020-ci ilədək isə Avropaya çatdırılması planlaşdırılır.

Paylaş:
Baxılıb: 187 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31