Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Akif Əlizadə: Ulu öndər Heydər Əliyev hər zaman ölkəmizdə elmin, təhsilin, AMEA-nın inkişafına böyük diqqət və qayğı göstərib

Akif Əlizadə: Ulu öndər Heydər Əliyev hər zaman ölkəmizdə elmin, təhsilin, AMEA-nın inkişafına böyük diqqət və qayğı göstərib

12.12.2017 [11:45]

«Müasir müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil dövlətimizin dünyada tanıdılmasında da Ulu öndərimiz tarixi xidmətlər göstərib». Bu fikirləri AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib.
A.Əlizadə bildirib ki, Ulu öndər Heydər Əliyev XX əsrin Azərbaycana, xalqımıza, dünyaya bəxş etdiyi ən böyük vətəndaş, dahi şəxsiyyət, müdrik siyasi xadim və əbədi liderdir. O, Ümummilli liderin respublikamızın gələcəyi naminə göstərdiyi böyük fəaliyyətin nəticələrinin zaman keçdikcə daha aydın göründüyünü söyləyib.
«Bu fəaliyyət xalqın gələcəyi üçün uzaqgörənliklə düşünülüb, ən yüksək dəyərlər səviyyəsində qiymətləndirilib və milli inkişafın strateji proqramı kimi qəbul olunub. Hazırda Ulu öndərin milli quruculuq proqramı zamana və şəraitə uyğun olaraq uğurla həyata keçir. Ulu öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu ilin avqust plenumundakı çıxışında qaldırdığı məsələlər, çıxışı zamanı söylədiyi fikirlər Onun strategiyasını, uzaqgörənliyini o vaxtdan müəyyənləşdirdi. Həmin plenumda Azərbaycanın bugünkü inkişafının təməli qoyuldu”. Ulu öndər hər zaman ölkəmizdə elmin, təhsilin, AMEA-nın inkişafına böyük diqqət və qayğı göstərib. Ümumilikdə, Azərbaycan elminin inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır»- deyə, AMEA prezidenti vurğulayıb.

Paylaş:
Baxılıb: 213 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31