Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Leonid Kalaşnikov: Rusiya və Azərbaycan arasında strateji əməkdaşlıq uğurla inkişaf edir

Leonid Kalaşnikov: Rusiya və Azərbaycan arasında strateji əməkdaşlıq uğurla inkişaf edir

11.12.2017 [17:04]

Dekabrın 11-də Azərbaycan Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin və Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin birgə iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkələrimiz arasındakı dostluq münasibətlərinin dərin tarixi köklərə əsaslandığını və hazırda yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, ulu öndər Heydər Əliyev Rusiya-Azərbaycan əlaqələrinin dərinləşməsi üçün böyük işlər görüb. Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir.

Komitə sədri ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın əhəmiyyətindən söz açıb, ikitərəfli münasibətlərdə mədəniyyət, elm və təhsil sahələrinin vacibliyindən danışıb. Bildirib ki, ölkəmiz Rusiya ilə əməkdaşlığa böyük önəm verir və ortaq maraqlar Azərbaycan-Rusiya əməkdaşlığını daha da gücləndirir.

Parlamentlərimizin əməkdaşlığının yüksək səviyyədə olduğunu vurğulayan Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov ölkələrimiz arasında fikir ayrılığının olmadığını deyib. Qeyd edilib ki, Rusiya və Azərbaycan arasında strateji əməkdaşlıq uğurla inkişaf edir. Ölkələrimizin ortaq sərhədi, tarixi var. Babalarımızın İkinci Dünya müharibəsində qələbəsi ortaq tarixi səhifələrimizdən biridir. Bu müharibədə Qələbənin əldə edilməsində Azərbaycanın böyük rolu olub. Bakı nefti olmasaydı, Sovet İttifaqı qələbə qazana bilməzdi.

Leonid Kalaşnikov, həmçinin qeyd edib ki, ölkələrimiz arasında humanitar sahədə də əməkdaşlıq yüksək səviyyədədir. Azərbaycanda M.V.Lomonosov adına Moskva Dövlət və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb universitetlərinin Bakı filialları fəaliyyət göstərir. Burada rus dilinin qorunub saxlanılması üçün görülən işlər bizi sevindirir.

İclasda çıxış edən Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Azərbaycanda rus icmasının rəhbəri Mixail Zabelin diqqətə çatdırıb ki, Azərbaycanda fəaliyyət göstərən rus diasporu Qafqazda ən böyük diasporlardan biridir. Burada 120 mindən çox rus yaşayır və onlar digər vətəndaşlarla bərabər hüquqlara malikdirlər. Azərbaycanda rus dili də geniş yayılıb. Lakin Ermənistanda isə demək olar ki, rus xalqının nümayəndələrinə rast gəlinmir, rus dilində danışılmır. Bütün bunlara baxmayaraq, bir sıra məsələlərdə Rusiyanın Ermənistanı dəstəkləməsi narahatlıq doğurur.

İclasda çıxış edən Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Araz Əlizadə, Rusiya Dövlət Dumasının üzvləri Viktor Vodolatski, İvan Belekov, Yuriy Mişeryakov, Dmitri Savelyev, Mixail Krotov və başqaları iki ölkə arasında münasibətlərin inkişaf perspektivləri barədə fikirlərini bölüşüblər, belə birgə tədbirlərin əhəmiyyətini qeyd ediblər.

İclasın sonunda iştirakçılara rus dilində “Azərbaycanda multikulturalizm” adlı broşür paylanıb.

Paylaş:
Baxılıb: 229 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31