Ana səhifə »  Qəzetin pdf formatı »  AŞPA-nın komitə sədri Sahibə Qafarova İtaliya rəsmiləri ilə miqrasiya məsələlərini müzakirə edib
A+   Yenilə  A-
AŞPA-nın komitə sədri Sahibə Qafarova İtaliya rəsmiləri ilə miqrasiya məsələlərini müzakirə edib

Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova AŞPA-nın faktaraşdırıcı missiyasının rəhbəri kimi İtaliyanın paytaxtı Romada səfərdə olub.
AZƏRTAC xəbər verir ki, Sahibə Qafarova “Avropada miqrantların və diaspor cəmiyyətlərinin radikallaşması” mövzusunda məruzəsini tamamlamaq məqsədilə bir sıra görüşlər keçirib.
Dekabrın 5-də Milli Məclisin deputatı İtaliya parlamentinin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Mişel Nikoletti ilə görüşüb. Görüşdə Sahibə Qafarova AŞPA-nın faktaraşdırıcı missiyasının səfərinin məqsədi haqqında məlumat verib. O bildirib ki, səfərin məqsədi özünün müəllifi olduğu “Avropada miqrantların və diaspor cəmiyyətlərinin radikallaşması” mövzusunda məruzəsi üzrə məsələlərin araşdırılması, İtaliyada bu sahədə mövcud olan vəziyyətlə bağlı fikir mübadiləsinin aparılmasıdır. Səfər çərçivəsində bir sıra rəsmi görüşlərin nəzərdə tutulduğunu bildirən Sahibə Qafarova bu görüşlərin məruzənin hazırlanmasına müsbət töhfələr verəcəyinə inandığını bildirib.
Sahibə Qafarovanın digər görüşü İtaliyada Müsəlman İcmaları Birliyinin rəhbəri, Florensiya şəhərinin imamı İzzəddin Elzir ilə olub. Görüşdə bu ölkədə miqrantlara, o cümlədən müsəlman icmalarına münasibətdə həyata keçirilən siyasət, onlara qarşı diskriminasiyanın qarşısının alınması istiqamətində görülən tədbirlər və bu sahədə vəziyyət, miqrantların inteqrasiyası, miqrantların diaspor cəmiyyətləri ilə əlaqələrinin genişləndirilməsi, diaspor cəmiyyətlərinin miqrantların inteqrasiyasında rolu və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
AŞPA-nın komitə sədri İtaliya parlamentinin üzvü, “Radikalizmin və cihad ekstremizminin qarşısının alınması üzrə tədbirlər” adlı məruzənin müəllifi Stefano Dambruoso ilə də görüşüb. Görüşdə sözügedən məruzə ilə yanaşı, radikalizmin yaratdığı təhdidlər, Avropada radikalizmin genişlənməsinin qarşısının alınması istiqamətində atılan addımlar, milli parlamentlərin bu məsələdə rolu, İtaliyada miqrasiya proseslərinin tənzimlənməsi ilə bağlı qanunvericilik bazası və digər mövzular müzakirə olunub.
Milli Məclisin deputatının İtaliya Penitensiar Departamenti rəhbərinin müavini Marko Del Gaudio, Yuvenal Ədliyyə Departamentinin rəhbəri Gemma Duccillo və Ədliyyə Nazirliyinin Beynəlxalq Fəaliyyət İdarəsinin rəhbəri Raffaella Pezzuto ilə görüşlərində isə İtaliyada miqrantların məskunlaşması və onların inteqrasiyasında dövlət siyasətinin nəticələri, qeyri-qanuni miqrasiyanın qarşısının alınmasında görülən tədbirlər haqqında fikir mübadiləsi aparılıb.
Görüşlərdə Sahibə Qafarova Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verərək bildirib ki, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilib, 1 milyondan artıq vətəndaşımız qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olub. Ermənistan azərbaycanlılara qarşı soyqırımı siyasəti həyata keçirib. S.Qafarova beynəlxalq təşkilatların qəbul etdikləri qətnamə və qərarlarda ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə edildiyini, Azərbaycanın sülh danışıqlarına sadiq olduğunu vurğulayaraq Ermənistan rəhbərliyinin müxtəlif təxribatlarla bu prosesi pozmağa çalışdığını diqqətə çatdırıb.
Sahibə Qafarova müəllifi olduğu məruzə haqqında məlumat verib, hazırda bir sıra Avropa dövlətlərində miqrantlara, o cümlədən müsəlmanlara qarşı ayrı-seçkiliyə, qeyri-humanist davranışa yol verildiyini, bunun qəbuledilməz olduğunu bildirib. O, Azərbaycanda həyata keçirilən multikulturalizm siyasətinin uğurlarından da geniş bəhs edib, Qərblə Şərqin qovuşuğunda yerləşən Azərbaycanın tarixən multikulturalizmin ünvanı olduğunu, fərqli dinlərin və millətlərin nümayəndələrinə qarşı tolerant münasibətin hökm sürdüyünü söyləyib.

 
  • Oxunub:  3300  |  
  • Tarix:  06-12-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Professor Nərgiz Paşayeva Oksford Universitetinin Kanslerinin Xeyriyyəçilər Komitəsinin daimi üzvlüyünə qəbul edildi

18:34
16 Oktyabr
26 il: Qələbələr salnaməsi
17:50
16 Oktyabr
Neft Fondu indiyədək qaçqın və məcburi köçkünlərlə bağlı tədbirlərə 2,24 milyard manat ayırıb
17:49
16 Oktyabr
Berlində Azərbaycan-Almaniya münasibətlərinə həsr olunan konfrans təşkil edilib
17:45
16 Oktyabr
Azərbaycanda idmançıların hüquqları hərtərəfli müdafiə olunur
17:44
16 Oktyabr
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş keçirilib
17:37
16 Oktyabr
Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ölkəmizdəki dini vəziyyət barədə məlumatlandırılıblar
17:34
16 Oktyabr
Sevinc Fətəliyeva: “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması” haqqında qanun layihəsi çox vacib sənəddir
17:30
16 Oktyabr
Avropa İttifaqı və Türkmənistan nəqliyyat-tranzit marşrutlarının inkişafı məsələlərini müzakirə ediblər
17:29
16 Oktyabr
BDU-nun “50+50” qrant proqramı müsabiqəsində 89 nəfər iştirak edir
17:24
16 Oktyabr
Sahibə Qafarova: Məqsəd uşaqların mənafelərinin üstün tutulması, onların hüquq və azadlıqlarının qorunmasıdır
17:21
16 Oktyabr
Göyçay: kənd təsərrüfatında məhsul istehsalı 1,8 faiz artıb
17:20
16 Oktyabr
Milli Məclisin iclasında bır sıra qanunlara əlavə və dəyişikliklər edilib
16:46
16 Oktyabr
Respublika Veteranlar Təşkilatının uğurlu fəaliyyətinin əsasında Azərbaycan dövlətinin yüksək diqqət və qayğısı dayanır
16:44
16 Oktyabr
Siyasi Sənədlər Arxivində “Müstəqilliyə gedən yol – tarixi həqiqətlər prizmasında” mövzusunda “dəyirmi masa” keçirilib
16:31
16 Oktyabr
Ölkə üzrə pambıq qəbulu məntəqələrinə 126 min tondan çox məhsul təhvil verilib
15:45
16 Oktyabr
9 ayda sahələrdən 3049,6 min ton dənli və dənli paxlalı bitki məhsulu toplanıb
15:44
16 Oktyabr
Fuad Nağıyev: Turizm sənayesi dövlətin və əhalinin gəlirlərinin formalaşmasına öz töhfəsini verəcək
15:38
16 Oktyabr
Formula 1 Azərbaycan Qran Prisi üçün bilet satışı başladı
15:32
16 Oktyabr
İrəvanda Frankofoniya sammiti: rəsmi Parisin tarixi səhvi və fransızların “həmyerliləri”
15:29
16 Oktyabr
Naxçıvanda “Arıçılıq məhsulları – bal festivalı” keçiriləcək
15:19
16 Oktyabr
Siyavuş Novruzov: Ölkəmizdə müharibə və əmək veteranlarına daim diqqət və qayğı göstərilir
15:07
16 Oktyabr
SOCAR: Bu il Azərbaycana 1,59 milyard kubmetr qaz idxal olunub
15:04
16 Oktyabr
Misirli politoloq: Prezident İlham Əliyevin yürütdüyü ölçülüb-biçilmiş və şəffaf xarici siyasət sayəsində ölkənin beynəlxalq aləmdə nüfuzu möhkəmlənib
14:56
16 Oktyabr
Türkiyənin “Yeni gün” qəzeti son 15 ildə Azərbaycanın qazandığı nailiyyətlərdən yazır
14:47
16 Oktyabr
Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib
14:44
16 Oktyabr
Kardinal Canfranko Ravazi: Azərbaycanla əməkdaşlığımız çox yüksək səviyyədədir
14:41
16 Oktyabr
On beş ilin salnaməsi faktlar və rəqəmlərlə
14:22
16 Oktyabr
Qadın güləşçilərimizin Türkiyə toplanışı davam edir
14:21
16 Oktyabr
Azərbaycan Avropa Şurasına üzv ölkələrin idman nazirlərinin toplantısında təmsil olunur
13:58
16 Oktyabr
Oqtay Əsədov şəhid ailələri ilə bağlı göstəriş verdi
13:56
16 Oktyabr
Tərtər rayonunun daha dörd kəndinə təbii qaz verilib
13:52
16 Oktyabr
Mənəvi dəyərlərin təbliğində fərdi ictimai amillər mövzusunda regional seminar keçirilib
13:50
16 Oktyabr
Bakıda Dünya Ərzaq Gününə həsr olunan tədbir keçirilir
13:44
16 Oktyabr
Sumqayıtda Aprel şəhidinin xatirəsinə həsr olunmuş bədii-sənədli film təqdim edilib
13:41
16 Oktyabr
Bakı Ali Neft Məktəbində Rasim Balayevin 70 illik yubileyi qeyd edilib
13:39
16 Oktyabr
Vüqar Rəhimzadə: “91-lər”in Ulu Öndərə müraciəti müstəqilliyimizin əbədiliyinin təmin edilməsində əhəmiyyətli rol oynadı
13:31
16 Oktyabr
Milli Məclisin növbəti plenar iclası keçirilir
13:22
16 Oktyabr
Eldar İbrahimov: Aqroparkların istifadəyə verilməsi kənd təsərrüfatı və ərzaq məhsullarının ixrac potensialının artmasına böyük təsiri olacaq
13:20
16 Oktyabr
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
13:19
16 Oktyabr
Azay Quliyev: Ermənistan sülhə məcbur edilməlidir
13:00
16 Oktyabr
The Washington Times: Azərbaycan dünya arenasında ABŞ-ın ən etibarlı müttəfiqlərindən biridir
12:59
16 Oktyabr
Zakir Həsənov Çexiyaya səfər edəcək
12:29
16 Oktyabr
Üç rübdə külək elektrik stansiyalarında 32 milyon kilovat/saatadək elektrik enerjisi istehsal edilib
12:26
16 Oktyabr
Xalçaçılıq milli sənətimiz və milli sərvətimizdir
11:51
16 Oktyabr
Cari ildə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 5,8 milyard kubmetrədək təbii qaz ötürülüb
11:49
16 Oktyabr
Üç rübdə Bakı–Tbilisi–Ceyhan kəməri ilə 25,1 milyon ton neft göndərilib
11:36
16 Oktyabr
Gənc müəllim: Tez-tez atəş səslərinin gəlməsinə baxmayaraq, şagirdlərin qorxmaması, dərsə həvəsi məni daha da ruhlandırır
11:33
16 Oktyabr
Bu il Azərbaycanda 29 milyon ton neft və 14 milyard kubmetrədək əmtəəlik qaz çıxarılıb
11:32
16 Oktyabr
San-Fransisko şəhəri Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı təbrik bəyannaməsi qəbul edib
11:31
16 Oktyabr
“Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin İcrasına Dəstək” layihəsinin açılış konfransı keçirilib
11:15
16 Oktyabr
Çinin nüfuzlu “Global Times” qəzeti AZƏRTAC ilə əməkdaşlıq etmək istəyir
11:02
16 Oktyabr
"CanSat Azərbaycan 2018" müsabiqəsinin qalibi Milli Aviasiya Akademiyasının komandası olub
10:42
16 Oktyabr
Statistika Komitəsi əmək statistiklərinin XX beynəlxalq konfransında təmsil olunur
10:40
16 Oktyabr
Bu gün Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçiriləcək
10:36
16 Oktyabr
Neft Fondunun 9 aydakı gəlir və xərcləri açıqlanıb
10:34
16 Oktyabr
Şəkidə fındıq istehsalı ötən illə müqayisədə 262 ton artıb
10:27
16 Oktyabr
Lerik şəhərində 48 mənzilli yaşayış binası tikiləcək
10:17
16 Oktyabr
Roman Nəsirov: Ukraynada yaşayan azərbaycanlılar qarşıdan gələn parlament seçkilərində fəallıq göstərəcəklər
10:16
16 Oktyabr
Azərbaycan Avropa İttifaqı ilə orta və uzunmüddətli proqnozlaşdırıla bilən şəraitdə fəaliyyət göstərmək istəyir
09:46
16 Oktyabr
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 29 dəfə pozub
09:09
16 Oktyabr
Azərbaycanın Misirdəki diaspor fəalları “Nil Mədəniyyət” televiziya kanalının qonağı olublar
19:21
15 Oktyabr
Azərbaycanın dinamik inkişaf göstəriciləri: qazanılan nailiyyətlər - 2003-2018
18:01
15 Oktyabr
Bakıda “Dini mərasimlər: tarix, ənənə və hüquq” mövzusunda konfrans keçirilib
17:59
15 Oktyabr
14 oktyabr - Ümumdünya Standartlar Gününə həsr olunmuş seminar keçirilib
17:56
15 Oktyabr
“Lerik şəhərinin içməli su təchizatı sisteminin yenidən qurulması və ilk dəfə olaraq kanalizasiya şəbəkəsinin yaradılması” layihəsinin icrası başa çatıb
17:42
15 Oktyabr
Lerik rayonunda Piran-Hamarat-Vijaker avtomobil yolunun yenidənqurmadan sonra açılışı olub
17:39
15 Oktyabr
2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollara yaxın investisiya qoyulub
17:30
15 Oktyabr
Bakıda Beynəlxalq fermer qadınlar günü qeyd olunub
16:57
15 Oktyabr
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə 202 Proqram qəbul edilib
16:33
15 Oktyabr
Penzada Müslüm Maqomayevin gənclik illərindən bəhs edən musiqili tamaşa göstərilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+18 +20
gecə+12 +15