Ana səhifə »  Qəzetin pdf formatı »  Li Cunxan: Bakı-Tbilisi-Qars dəmir yolu “Bir kəmər, bir yol” strategiyasının səmərəliliyini artıracaq
A+   Yenilə  A-
Li Cunxan: Bakı-Tbilisi-Qars dəmir yolu “Bir kəmər, bir yol” strategiyasının səmərəliliyini artıracaq

Bu yaxınlarda istifadəyə verilən və Avropa ilə Asiya arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu təkcə Azərbaycan, Gürcüstan və Türkiyə üçün deyil, ümumilikdə, Avrasiya regionunda yerləşən ölkələr üçün də iqtisadi baxımdan yeni imkanlar açır. Dünyanın ən böyük ixracatçı və ikinci ən böyük idxalçı ölkəsi olan Çinin də bu dəmir yoluna marağı yüksəkdir. “Bir kəmər, bir yol” strategiyasının əhatə etdiyi ölkələr ilə iqtisadi-ticari əlaqələrin genişlənməsinə dəstək məqsədilə yaradılan İpək Yolu Beynəlxalq Ticarət Palatasının baş katibi Li Cunxan AZƏRTAC-a müsahibəsində Bakı-Tbilisi-Qars dəmir yolunun Avrasiya ölkələri üçün əhəmiyyəti, Çinin bu xətdən istifadə imkanları barədə danışıb.
-Cənab baş katib, xahiş edirik, əvvəlcə təmsil etdiyiniz palata haqqında oxucularımıza məlumat verin.
- İpək Yolu Beynəlxalq Ticarət Palatası tarixi İpək Yolu üzərində yerləşən ölkələrin milli ticarət assosiasiyalarının beynəlxalq birliyidir. Palatanın hazırda 76 ölkədən 91 ticarət palatası üzvü var. Yarandığı gündən bəri beynəlxalq səviyyədə “Bir kəmər, bir yol” layihəsi istiqamətində bir çox əməkdaşlıq əlaqələri qurub. Palatamızın ticarət, maliyyə, nəqliyyat, enerji və s. sahələr üzrə 8 komitəsi fəaliyyət göstərir. Bundan başqa, səkkiz praktiki əməkdaşlıq platformamız mövcuddur. Bunlara misal olaraq, İpək Yolu Beynəlxalq İnkişaf Fondu, İpək Yolu Beyin Mərkəzləri Assosiasiyası, Ticarət Sərgi Parkını göstərə bilərik. Qeyd edim ki, İpək Yolu Beynəlxalq Ticarət Palatası “Bir kəmər, bir yol” strategiyası üçün körpü rolu oynayır, bu istiqamətdə beynəlxalq əməkdaşlığa, iqtisadi və sosial inkişafa öz töhfələrini verir.
-Siz ötən il Bakıda səfərdə olmusunuz. Azərbaycanı necə gördünüz, ölkəmizlə bağlı təəssüratlarınız necədir?
-Əvvəlcə qeyd edim ki, Azərbaycan Cənubi Qafqaz regionunda çox önəmli bir ölkədir, Şimal ilə Cənubun, Şərq ilə Qərbin qovuşuğunda, Asiya və Avropa qitələri arasında körpü rolunu oynayır. Bu baxımdan Azərbaycan nəqliyyat və geosiyasi mövqe üstünlüyünə malikdir. Qədim İpək Yolu və müasir “Bir kəmər, bir yol” strategiyası üçün çox vacib rol oynayan Azərbaycanın nəqliyyat-logistika üstünlüyü açıq şəkildə özünü göstərir.
Ötən ilin aprelində palatamızın sədri cənab Li Ciancun ilə birlikdə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etmək üçün Azərbaycana səfər etdik. Li Ciancun forumda “Bir kəmər, bir yol” layihəsinin inkişafı ilə bağlı nitq söylədi. Səfər çərçivəsində Azərbaycanda yeni təsis olunan “Sahibkarlar Günü” tədbirində iştirak etdik, Azərbaycanın iqtisadiyyat naziri ilə fikir mübadiləsi aparmaq imkanımız oldu. Bundan başqa, Azərbaycan Ticarət və Sənaye Palatasında, Azərbaycan Sahibkarlar Konfederasiyasının fəaliyyəti ilə tanış olduq. Bu iki təşkilat İpək Yolu Beynəlxalq Ticarət Palatasının üzvüdür.
Qeyd etməliyəm ki, Azərbaycan Cənubi Qafqaz regionunda çox sürətli inkişaf edən vacib bir ölkədir. Ətrafında olan və mənim səfər etdiyim ölkələr içərisində Azərbaycanda sabitlik hökm sürməkdədir. Azərbaycanın təbiəti çox gözəldir. Xüsusilə dənizkənarı sahil çox cazibədardır. Azərbaycan memarlıq baxımından da diqqəti cəlb edir, xüsusən “Alov qüllələri” bizdə böyük təəssürat oyatdı. Azərbaycan məndə dərin təəssürat yaratdı.
-Azərbaycan ilə Çin arasında iqtisadi əlaqələrin hazırki vəziyyəti və inkişaf perspektivləri barədə nə düşünürsünüz?
-Ölkələrimizin xalqları arasında dostluq münasibətlərinin böyük tarixi var. Qədim İpək Yolu dövründə əsası qoyulan dostluq münasibətlərimiz bu günədək davam edir. Azərbaycan Çinin 2013-cü ildə irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olub. Bu baxımdan “Bir kəmər, bir yol” strategiyasının həyata keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır.
Azərbaycanın əlverişli geosiyasi mövqeyi və böyük iqtisadi imkanları bizim palatamız və iş adamları üçün cəlbedicidir. Bir müddət əvvəl istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti sayəsində Çindən Avropaya yüklərin daşınma müddəti xeyli azalıb. Bu o deməkdir ki, Çindən daşınan yüklər iki həftə müddətində Azərbaycandan keçərək Avropaya çatır. Bakı-Tbilisi-Qars layihəsi həm də Azərbaycanın dəmir yolu nəqliyyatı sahəsində çox mühüm rol oynadığını nümayiş etdirdi. Türkiyə, Azərbaycan və Gürcüstanı əhatə edən bu dəmir yolu bir çox ölkələrin iqtisadiyyatının inkişafına müsbət təsirini göstərəcək.
Bu dəmir yolu “Bir kəmər, bir yol” strategiyasının səmərəliliyini artıracaq. Ona görə də Çin bu dəmir yolu xəttinə böyük əhəmiyyət verir. Belə ki, Çin Azərbaycan vasitəsilə Avropaya daha sürətli çıxış əldə etmiş olur. Arzu edirik ki, təkcə Çin malları deyil, həm də Avropa yükləri bu yolla Çinə daşınsın.
-Son illər Azərbaycan təbii gözəlliyi, tarixi və müasir memarlığı, mətbəxi ilə turizm həvəskarlarının maraq göstərdiyi ölkəyə çevrilib. Siz Azərbaycanda səfərdə olmusunuz, iki ölkə arasında turizm sahəsində əməkdaşlığı necə görürsünüz?
- Qədim tarixi olan Baki çox gözəl şəhərdir. Paytaxtınızın gözəlliyi məni heyran etdi. Xatirə kimi bir çox şəkillər çəkdirmişəm.
Azərbaycanın zəngin turizm resursları ölkəyə daha çox əcnəbi turistin səfər etməyinə əsas verir. Düşünürəm ki, Azərbaycan ilə Çin turizm sahəsində əməkdaşlığı daha da genişləndirməlidirlər. İstərdik ki, çinli turistlərin Azərbaycana daha rahat səyahət edə bilmələri üçün hotellərdə, restoranlarda, turizm obyektlərində təlimatlar beynəlxalq dillər ilə yanaşı, həm də Çin dilində göstərilsin. Bu cür təcrübə bir çox Avropa ölkəsində, eləcə də Rusiyada var. Bildiyiniz kimi, son bir neçə ildir ki, xaricə gedən turistlərin sayına görə Çin birinci yerdədir. Ümid edirəm ki, yaxın zamanlarda gözəl Bakı çinli turistlərin əsas səyahət məkanı olacaq.
-Müsahibə üçün çox sağ olun.

 
  • Oxunub:  2910  |  
  • Tarix:  06-12-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Professor Nərgiz Paşayeva Oksford Universitetinin Kanslerinin Xeyriyyəçilər Komitəsinin daimi üzvlüyünə qəbul edildi

18:34
16 Oktyabr
26 il: Qələbələr salnaməsi
17:50
16 Oktyabr
Neft Fondu indiyədək qaçqın və məcburi köçkünlərlə bağlı tədbirlərə 2,24 milyard manat ayırıb
17:49
16 Oktyabr
Berlində Azərbaycan-Almaniya münasibətlərinə həsr olunan konfrans təşkil edilib
17:45
16 Oktyabr
Azərbaycanda idmançıların hüquqları hərtərəfli müdafiə olunur
17:44
16 Oktyabr
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş keçirilib
17:37
16 Oktyabr
Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ölkəmizdəki dini vəziyyət barədə məlumatlandırılıblar
17:34
16 Oktyabr
Sevinc Fətəliyeva: “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması” haqqında qanun layihəsi çox vacib sənəddir
17:30
16 Oktyabr
Avropa İttifaqı və Türkmənistan nəqliyyat-tranzit marşrutlarının inkişafı məsələlərini müzakirə ediblər
17:29
16 Oktyabr
BDU-nun “50+50” qrant proqramı müsabiqəsində 89 nəfər iştirak edir
17:24
16 Oktyabr
Sahibə Qafarova: Məqsəd uşaqların mənafelərinin üstün tutulması, onların hüquq və azadlıqlarının qorunmasıdır
17:21
16 Oktyabr
Göyçay: kənd təsərrüfatında məhsul istehsalı 1,8 faiz artıb
17:20
16 Oktyabr
Milli Məclisin iclasında bır sıra qanunlara əlavə və dəyişikliklər edilib
16:46
16 Oktyabr
Respublika Veteranlar Təşkilatının uğurlu fəaliyyətinin əsasında Azərbaycan dövlətinin yüksək diqqət və qayğısı dayanır
16:44
16 Oktyabr
Siyasi Sənədlər Arxivində “Müstəqilliyə gedən yol – tarixi həqiqətlər prizmasında” mövzusunda “dəyirmi masa” keçirilib
16:31
16 Oktyabr
Ölkə üzrə pambıq qəbulu məntəqələrinə 126 min tondan çox məhsul təhvil verilib
15:45
16 Oktyabr
9 ayda sahələrdən 3049,6 min ton dənli və dənli paxlalı bitki məhsulu toplanıb
15:44
16 Oktyabr
Fuad Nağıyev: Turizm sənayesi dövlətin və əhalinin gəlirlərinin formalaşmasına öz töhfəsini verəcək
15:38
16 Oktyabr
Formula 1 Azərbaycan Qran Prisi üçün bilet satışı başladı
15:32
16 Oktyabr
İrəvanda Frankofoniya sammiti: rəsmi Parisin tarixi səhvi və fransızların “həmyerliləri”
15:29
16 Oktyabr
Naxçıvanda “Arıçılıq məhsulları – bal festivalı” keçiriləcək
15:19
16 Oktyabr
Siyavuş Novruzov: Ölkəmizdə müharibə və əmək veteranlarına daim diqqət və qayğı göstərilir
15:07
16 Oktyabr
SOCAR: Bu il Azərbaycana 1,59 milyard kubmetr qaz idxal olunub
15:04
16 Oktyabr
Misirli politoloq: Prezident İlham Əliyevin yürütdüyü ölçülüb-biçilmiş və şəffaf xarici siyasət sayəsində ölkənin beynəlxalq aləmdə nüfuzu möhkəmlənib
14:56
16 Oktyabr
Türkiyənin “Yeni gün” qəzeti son 15 ildə Azərbaycanın qazandığı nailiyyətlərdən yazır
14:47
16 Oktyabr
Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib
14:44
16 Oktyabr
Kardinal Canfranko Ravazi: Azərbaycanla əməkdaşlığımız çox yüksək səviyyədədir
14:41
16 Oktyabr
On beş ilin salnaməsi faktlar və rəqəmlərlə
14:22
16 Oktyabr
Qadın güləşçilərimizin Türkiyə toplanışı davam edir
14:21
16 Oktyabr
Azərbaycan Avropa Şurasına üzv ölkələrin idman nazirlərinin toplantısında təmsil olunur
13:58
16 Oktyabr
Oqtay Əsədov şəhid ailələri ilə bağlı göstəriş verdi
13:56
16 Oktyabr
Tərtər rayonunun daha dörd kəndinə təbii qaz verilib
13:52
16 Oktyabr
Mənəvi dəyərlərin təbliğində fərdi ictimai amillər mövzusunda regional seminar keçirilib
13:50
16 Oktyabr
Bakıda Dünya Ərzaq Gününə həsr olunan tədbir keçirilir
13:44
16 Oktyabr
Sumqayıtda Aprel şəhidinin xatirəsinə həsr olunmuş bədii-sənədli film təqdim edilib
13:41
16 Oktyabr
Bakı Ali Neft Məktəbində Rasim Balayevin 70 illik yubileyi qeyd edilib
13:39
16 Oktyabr
Vüqar Rəhimzadə: “91-lər”in Ulu Öndərə müraciəti müstəqilliyimizin əbədiliyinin təmin edilməsində əhəmiyyətli rol oynadı
13:31
16 Oktyabr
Milli Məclisin növbəti plenar iclası keçirilir
13:22
16 Oktyabr
Eldar İbrahimov: Aqroparkların istifadəyə verilməsi kənd təsərrüfatı və ərzaq məhsullarının ixrac potensialının artmasına böyük təsiri olacaq
13:20
16 Oktyabr
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
13:19
16 Oktyabr
Azay Quliyev: Ermənistan sülhə məcbur edilməlidir
13:00
16 Oktyabr
The Washington Times: Azərbaycan dünya arenasında ABŞ-ın ən etibarlı müttəfiqlərindən biridir
12:59
16 Oktyabr
Zakir Həsənov Çexiyaya səfər edəcək
12:29
16 Oktyabr
Üç rübdə külək elektrik stansiyalarında 32 milyon kilovat/saatadək elektrik enerjisi istehsal edilib
12:26
16 Oktyabr
Xalçaçılıq milli sənətimiz və milli sərvətimizdir
11:51
16 Oktyabr
Cari ildə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 5,8 milyard kubmetrədək təbii qaz ötürülüb
11:49
16 Oktyabr
Üç rübdə Bakı–Tbilisi–Ceyhan kəməri ilə 25,1 milyon ton neft göndərilib
11:36
16 Oktyabr
Gənc müəllim: Tez-tez atəş səslərinin gəlməsinə baxmayaraq, şagirdlərin qorxmaması, dərsə həvəsi məni daha da ruhlandırır
11:33
16 Oktyabr
Bu il Azərbaycanda 29 milyon ton neft və 14 milyard kubmetrədək əmtəəlik qaz çıxarılıb
11:32
16 Oktyabr
San-Fransisko şəhəri Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı təbrik bəyannaməsi qəbul edib
11:31
16 Oktyabr
“Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin İcrasına Dəstək” layihəsinin açılış konfransı keçirilib
11:15
16 Oktyabr
Çinin nüfuzlu “Global Times” qəzeti AZƏRTAC ilə əməkdaşlıq etmək istəyir
11:02
16 Oktyabr
"CanSat Azərbaycan 2018" müsabiqəsinin qalibi Milli Aviasiya Akademiyasının komandası olub
10:42
16 Oktyabr
Statistika Komitəsi əmək statistiklərinin XX beynəlxalq konfransında təmsil olunur
10:40
16 Oktyabr
Bu gün Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçiriləcək
10:36
16 Oktyabr
Neft Fondunun 9 aydakı gəlir və xərcləri açıqlanıb
10:34
16 Oktyabr
Şəkidə fındıq istehsalı ötən illə müqayisədə 262 ton artıb
10:27
16 Oktyabr
Lerik şəhərində 48 mənzilli yaşayış binası tikiləcək
10:17
16 Oktyabr
Roman Nəsirov: Ukraynada yaşayan azərbaycanlılar qarşıdan gələn parlament seçkilərində fəallıq göstərəcəklər
10:16
16 Oktyabr
Azərbaycan Avropa İttifaqı ilə orta və uzunmüddətli proqnozlaşdırıla bilən şəraitdə fəaliyyət göstərmək istəyir
09:46
16 Oktyabr
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 29 dəfə pozub
09:09
16 Oktyabr
Azərbaycanın Misirdəki diaspor fəalları “Nil Mədəniyyət” televiziya kanalının qonağı olublar
19:21
15 Oktyabr
Azərbaycanın dinamik inkişaf göstəriciləri: qazanılan nailiyyətlər - 2003-2018
18:01
15 Oktyabr
Bakıda “Dini mərasimlər: tarix, ənənə və hüquq” mövzusunda konfrans keçirilib
17:59
15 Oktyabr
14 oktyabr - Ümumdünya Standartlar Gününə həsr olunmuş seminar keçirilib
17:56
15 Oktyabr
“Lerik şəhərinin içməli su təchizatı sisteminin yenidən qurulması və ilk dəfə olaraq kanalizasiya şəbəkəsinin yaradılması” layihəsinin icrası başa çatıb
17:42
15 Oktyabr
Lerik rayonunda Piran-Hamarat-Vijaker avtomobil yolunun yenidənqurmadan sonra açılışı olub
17:39
15 Oktyabr
2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollara yaxın investisiya qoyulub
17:30
15 Oktyabr
Bakıda Beynəlxalq fermer qadınlar günü qeyd olunub
16:57
15 Oktyabr
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə 202 Proqram qəbul edilib
16:33
15 Oktyabr
Penzada Müslüm Maqomayevin gənclik illərindən bəhs edən musiqili tamaşa göstərilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+18 +20
gecə+12 +15