Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bakıda Yaponiyanın milli bayramı qeyd edilib

Bakıda Yaponiyanın milli bayramı qeyd edilib

05.12.2017 [20:54]

Dekabrın 5-də Yaponiyanın Azərbaycandakı səfirliyi ölkənin milli bayramı - İmperatorun ad günü münasibətilə rəsmi qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, rəsmi qəbulda əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Səfir Teruyuki Katori bildirib ki, Yaponiya İmperatoru yapon xalqının birlik rəmzidir və onun doğum günü milli bayram kimi qeyd olunur.
Azərbaycan ilə Yaponiya arasında əlaqələrdən danışan səfir bu il diplomatik münasibətlərin 25 illiyinin qeyd edildiyini söyləyib. O vurğulayıb ki, ötən dövr ərzində ölkələrimiz arasındakı münasibətlər davamlı şəkildə inkişaf edib. Siyasi, iqtisadi, təhsil, mədəniyyət sahələrində, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq daha da dərinləşib. Yüksək səviyyəli qarşılıqlı səfərlər əməkdaşlığımızın bütün istiqamətlərdə inkişafına töhfə verir.
Səfir qeyd edib ki, dekabrın 1-dən Azərbaycanın ümumvətəndaş pasportunun sahibləri üçün vizanın verilməsi şərtlərinin asanlaşdırılmasına başlanılıb.
Azərbaycan hökuməti adından Yaponiya xalqını milli bayram münasibətilə təbrik edən vergilər naziri Mikayıl Cabbarov deyib ki, Azərbaycan hər sahədə Yaponiya ilə əməkdaşlıq imkanlarını öyrənməyə hazırdır. Nazir qeyd edib ki, Azərbaycan-Yaponiya əlaqələrində məhsuldarlıq müşahidə edilir, ikitərəfli ticarət dövriyyəsi dinamik şəkildə artır.
Azərbaycanda həyata keçirdiyi bir çox layihələrə görə Yaponiya hökumətinə minnətdarlıq edən nazir ölkələrimizin müxtəlif sahələrdə fəal əməkdaşlıq etdiyini vurğulayıb. O, əmin olduğunu bildirib ki, ikitərəfli münasibətlər gələcəkdə daha da möhkəmlənəcək və genişlənəcək.
Tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, diplomatlar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Paylaş:
Baxılıb: 223 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31