Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Rövşən Rzayev: Brüssel Forumunda separatizmin dünya üçün ciddi təhlükə olmasına dair mühüm bəyanatlar verildi

Rövşən Rzayev: Brüssel Forumunda separatizmin dünya üçün ciddi təhlükə olmasına dair mühüm bəyanatlar verildi

23.11.2017 [15:34]

Brüsseldə keçirilən “Separatizm beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir” mövzusunda Beynəlxalq Forum bütün dünya ölkələri üçün çox əhəmiyyətli tədbirdir. Burada çox aktual bir mövzu barədə müzakirələr aparıldı.
Bu fikri AZƏRTAC-a açıqlamasında Forumda iştirak edən Milli Məclisin deputatı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə heyətinin üzvü Rövşən Rzayev deyib.
Rövşən Rzayev qeyd edib ki, Forumda terrorizmin və separatizmin dünya üçün təhlükəyə çevrilməsi barədə ciddi bəyanatlar verildi. Dünya dövlətləri və beynəlxalq təşkilatlar terrorizmə, separatizmə qarşı səmərəli mübarizə aparmalı və bununla bağlı ciddi tədbirlər görməlidirlər.
Milli Məclisin deputatı Forumda ölkəmizin mövqeyinin diqqətə çatdırıldığını, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun çıxışının böyük maraqla qarşılandığını bildirib. O deyib ki, Forumda iştirak edən tanınmış ekspertlər separatizmin sülhə və təhlükəsizliyə təhdid olması ilə bağlı çox önəmli fikirlər bildirdilər. Forum çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panelin keçirilməsi və ekspertlərin bu barədə mövqelərini səsləndirmələri də çox önəmli məqamlardan biri idi.

Paylaş:
Baxılıb: 243 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30