Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan elmi qloballaşan dünyanın elm sisteminin ayrılmaz tərkib hissəsinə çevrilib

Azərbaycan elmi qloballaşan dünyanın elm sisteminin ayrılmaz tərkib hissəsinə çevrilib

22.11.2017 [12:00]

Noyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında AMEA Rəyasət Heyətinin, Gənc Alim və Mütəxəssislər Şurasının, Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə “Müasir elm gənclərin baxışı ilə” mövzusunda elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ölkəmizdə və təmsil etdiyi qurumda həyata keçirilən uğurlu gənclər siyasətindən söz açıb, müstəqilliyimizin və dövlətçiliyimizin daha da möhkəmləndirilməsində gənclərin rolundan, onların elmə cəlb edilməsində görülən işlərdən danışıb. Akademik bu gün Azərbaycan elminin sürətlə inkişaf etdiyini, bu sahədə ciddi islahatların aparıldığını, qabaqcıl texnologiyaların tətbiq olunduğunu söyləyib. Müasir dövrdə Azərbaycan elminin qloballaşan dünyanın elm sisteminin ayrılmaz tərkib hissəsinə çevrildiyi vurğulanıb.
Bildirilib ki, konfransın təşkilinin məqsədi istedadlı gənclərin elmə cəlb olunmaları, onların karyera yüksəlişində problemlərinin həlli yollarının, eləcə də prioritet istiqamətlər üzrə inkişaf perspektivlərinin müəyyənləşdirilməsi və faydalı müzakirələrin aparılmasıdır.
Çıxış edənlər AMEA-da gənclər siyasətinin uğurla həyata keçirildiyini, 2017-ci ilin akademiya üçün səmərəli və məhsuldar il olduğunu söyləyib, gənc alim və mütəxəssislərin yaradıcı fəaliyyətinin stimullaşdırılması və onların xarici ölkələrin elmi mərkəzlərinə ezam edilmələri istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırıblar.
Konfrans çərçivəsində akademik institutların, elm-istehsalat müəssisələrinin və digər müvafiq qurumların gənc alim və mütəxəssislərinin iştirakı ilə “Elmi məktəblər və fundamental elmi axtarışlar”, “Elm, təhsil və innovasiya üçbucağı: inkişafın vəhdət modeli”, “Yüksək Texnologiyalar Parkı – innovativ ideyaların real məkanı”, “Azərbaycanda elmi təşkilatların birgə fəaliyyəti və koordinasiya problemləri” mövzuları ətrafında müzakirələr aparılıb.

Paylaş:
Baxılıb: 190 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31