Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Nazir: Gələn ilin dövlət büdcəsi layihəsi hazırlanarkən 2018-2021-ci illərin qlobal iqtisadi prosesləri nəzərə alınıb

Nazir: Gələn ilin dövlət büdcəsi layihəsi hazırlanarkən 2018-2021-ci illərin qlobal iqtisadi prosesləri nəzərə alınıb

21.11.2017 [14:01]

Gələn ilin dövlət büdcəsinin layihəsi hazırlanarkən 2018-2021-ci illərin makroiqtisadi proqnozları və qlobal iqtisadi prosesləri nəzərə alınıb.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında görülən iqtisadi siyasət tədbirləri ötən müddətdə hədəflənən nəticələrə nail olunduğunu göstərir. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə ölkə iqtisadiyyatında geriləmənin sürəti 3,9 faiz bənddən 0,6 faiz bəndə qədər azalıb. Məqsədyönlü siyasət nəticəsində ölkədə qeyri-neft sektoru üzrə 2,5 faizlik real artıma nail olunub. Bundan başqa, ticarət və tədiyyə balansı üzrə müsbət saldoya doğru meyillər güclənib. Ticarət dövriyyəsində 4,4 milyard dollar müsbət saldo əldə edilib. O cümlədən dövlətin qeyri-neft sektorunun inkişafına artan maliyyə dəstəyi və qeyri-neft ixracının stimullaşdırılması, valyuta ehtiyatlarından qənaətlə istifadə edilməsi, ölkəyə valyuta axınının artması, digər fiskal və monetar tədbirlərin həyata keçirilməsi hesabına 2017-ci ilin əvvəlinə nisbətən 9 ayda icmal büdcənin kəsiri 12 faiz bənd azalıb.
Samir Şərifov 2018-ci ilin dövlət büdcəsi hazırlanarkən ölkənin müdafiə qabiliyyətinin daha da yüksəldilməsi, kənd təsərrüfatı sahəsinin inkişafı, məşğulluğun artırılması və sosialyönümlü tədbirlərin, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı zəruri xərclərin prioritet olaraq qaldığını qeyd edib.

Paylaş:
Baxılıb: 202 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30