Ana səhifə »  Qəzetin pdf formatı »  Regionlarda 2018-ci ildə ərazi vergi orqanlarının qarşısında duran vəzifələrə aid zona müşavirələri keçirilib
A+   Yenilə  A-
Regionlarda 2018-ci ildə ərazi vergi orqanlarının qarşısında duran vəzifələrə aid zona müşavirələri keçirilib

Sumqayıt, Şirvan, Yevlax və Qəbələ şəhərlərində ölkəmizin şəhər və rayonlarını əhatə edən ərazi vergi departament və idarələrinin rəhbər vəzifəli şəxslərin iştirakı ilə dövlət vergi orqanlarında vətəndaş müraciətlərinə baxılması vəziyyəti, ərazi vergi orqanları üzrə müəyyən olunmuş vergi proqnozlarının icrasının təmin olunması, eləcə də cari ilin 10 ayı ərzində görülmüş işlər və 2018-ci ildə ərazi vergi orqanlarının qarşısında duran vəzifələrə həsr olunmuş zona müşavirələri keçirilib.
Vergilər Nazirliyinin media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildiriblər ki, zona müşavirələrində çıxış edən vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərov 2017-ci ilin yanvar-oktyabr ayları ərzində ərazi vergi orqanları üzrə proqnoz tapşırıqlarına ümumilikdə 109,1 faiz əməl olunduğu, proqnoz tapşırıqlarının bütün şəhər və rayonlar üzrə icra edildiyi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafının davamlı olaraq təmin edilməsi nəticəsində iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsullarının istehsalı təşkil edən və 1999-cu ildən etibarən kənd təsərrüfatının torpaq vergisi istisna olmaqla, bütün vergilərdən tamamilə azad olunmasına baxmayaraq, son 10 il ərzində ərazi vergi orqanları üzrə vergi daxilolmalarının 7 dəfəyədək artaraq 86,6 milyon manatdan 600,8 milyon manata çatdırıldığını bildirib.
“Dövlət vergi orqanlarında vətəndaş müraciətlərinə baxılması vəziyyəti, vergi orqanları üçün müəyyən olunmuş proqnozların icrasının təmin olunması və vergi inzibatçılığına dair bəzi məsələlər haqqında” Vergilər Nazirliyinin Kollegiya Qərarı ilə cari ilin son iki ayında və 2018-ci ildə vətəndaş müraciətlərinə baxılması və dövlət vergi orqanları üzrə müəyyən edilmiş proqnoz tapşırıqlarının icrasının təmin edilməsi ilə bağlı verilmiş göstərişlərin mahiyyəti müşavirə iştirakçılarının nəzərinə çatdırılıb. Sonra Vergilər Nazirliyinin hər bir ərazi vergi orqanının fəaliyyətinin əsas istiqamətləri üzrə aparılmış konkret təhlillərin nəticələri, aşkar edilmiş nöqsanlar və onların aradan qaldırılması yolları barədə məruzələr müşavirə iştirakçılarına təqdim olunub.
Zona müşavirələrində hesabatla çıxış edən ərazi vergi orqanlarının rəhbərləri və digər vəzifəli şəxsləri fəaliyyətində yol verdikləri nöqsan və müəyyən olunmuş vəzifələrin icrasının təmin olunması üçün görülən tədbirlər barədə məlumat veriblər.
Müzakirələrdə vətəndaş müraciətlərinə baxılması zamanı vergiödəyicilərinin məmnunluq səviyyəsinin yüksəldilməsinin zəruriliyi, vergiödəyiciləri tərəfindən vergilərin könüllü surətdə ödənilməsinə keçidin sürətləndirilməsi, səyyar, xüsusilə kameral vergi yoxlamalarının, eləcə də operativ vergi nəzarəti tədbirlərinin sayının azaldılması, aparılan yoxlama və nəzarət tədbirlərinin səmərəliliyinin artırılması, şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, vergi orqanlarının müxtəlif strukturları arasında koordinasiyanın daha səmərəli təşkili, vergi borclarının alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin effektivliyinin artırılması, vergi orqanlarında vergi borclarının alınmasına cavabdeh olan strukturların, habelə vergiödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələri və şöbələrinin fəaliyyətində korrektələr edilməsinin, şəxsi heyətlə aparılan işlərin gücləndirilməsinin zəruriliyi xüsusi olaraq vurğulanıb. Vergi uçotunun dəqiqləşdirilməsi və şəffaflaşdırılması istiqamətində aparılan işlər zamanı ortaya çıxan çətinliklər, vergiödəyicilərinin bəzi kateqoriyaları, xüsusilə idxal və ixracla məşğul olan vergiödəyicilərinin dövlət tərəfindən müəyyən olunmuş vergiləri dövlət büdcəsinə vaxtında və tam həcmdə ödəmələrini təmin etməklə bağlı məsələlər ətraflı müzakirə olunub.
Yevlax şəhərində keçirilən tədbir çərçivəsində kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olan vergiödəyiciləri ilə ayrıca görüş keçirilib. Görüşdə kənd təsərrüfatı məhsullarının ixracının stimullaşdırılması üçün dövlət tərəfindən görülən tədbirlər barədə məlumat verən S.Ələkbərov bildirib ki, bu ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalının və onların digər ölkələrə ixracının artmasına ciddi təkan verib. Bununla yanaşı, belə vergiödəyiciləri arasında ciddi vergidən yayınma hallarının olduğu qeyd edilərək, bunun səbəbləri təhlil olunub, vergiödəyicilərinin qaldırdığı məsələlər və verdikləri təkliflər dinlənilib. Xüsusi olaraq vurğulanıb ki, bir sıra hallarda bəzi işbazlar vergidən yayınmaq və buna görə heç bir məsuliyyət daşımamaq məqsədilə kənd təsərrüfatı məhsullarının ixracı prosesinə bu işə səriştəsi olmayan insanları cəlb edir, onların əli ilə vergi qanunvericiliyini kobud surətdə pozaraq vergidən yayınmağa cəhd göstərirlər. Vergi orqanları tərəfindən belə faktlar aşkarlandıqda isə məlum olur ki, müvafiq sənədləri imzalamış və qanun qarşısında cavabdehlik daşıyan şəxslər əslində bütün işlərdən xəbərsizdirlər və onlara cüzi vəsait ödənilməklə külli miqdarda vergilərdən yayınma hallarına görə məsuliyyət belə şəxslərin üzərinə atılıb.
Bu kimi hallarla qarşılaşmamaq üçün görüş iştirakçılarına konkret tövsiyələr verilib, öz fəaliyyətlərini şəffaf və qanun çərçivəsində qurmalarının zəruriliyi onlara bir daha izah edilib.
Zona müşavirələrinin keçirildiyi şəhərlərdə nazir müavini S.Ələkbərov tərəfindən Azərbaycan Respublikasının Prezidentinə və Birinci vitse-prezidentinə müraciət ünvanlamış vətəndaşların qəbulları keçirilib, həmin vergiödəyicilərinin qaldırdığı məsələlərin həlli üçün konkret tədbirlər görülüb.

 
  • Oxunub:  1140  |  
  • Tarix:  20-11-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini ilə görüşüb

17:54
13 Dekabr
Bakıda Beynəlxalq Hidroqrafiya Təşkilatının Texniki Dəstək Qrupu ilə görüş keçirilib
17:49
13 Dekabr
Füzuli rayonunda Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib
17:46
13 Dekabr
Elman Məmmədov: Ermənistana beynəlxalq səviyyədə təzyiq olunsa, qısa zamanda razılaşmaya məcbur olacaq
17:44
13 Dekabr
Mahir Abbaszadə: Ermənistan işğal etdiyi torpaqlarımızda milli mədəni sərvətlərimizi talan edib
17:42
13 Dekabr
“Hərəyə bir ağac əkək” aksiyası çərçivəsində Şəki şəhərində 7 mindən çox müxtəlif növ ağac əkilib
17:34
13 Dekabr
YAP Goranboy rayon təşkilatı ağacəkmə aksiyası keçirib
17:29
13 Dekabr
Ulu öndər Heydər Əliyevin xatirəsi Belqradda da yad olunub
16:57
13 Dekabr
Hüseyn Cavidin müasirimizə çevrilməsində ulu öndər Heydər Əliyevin böyük xidmətləri olub
16:33
13 Dekabr
İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısı keçirilib YENİLƏNİB
16:28
13 Dekabr
Kapital bazarları vasitəsilə maliyyələşmənin yolları müzakirə olunub
15:52
13 Dekabr
Latviyanın xarici işlər naziri: Biz enerji təhlükəsizliyi məsələsində Azərbaycana güvənirik
15:30
13 Dekabr
Sofiyada keçirilən anım tədbirində Ulu Öndərin Azərbaycan xalqı qaşısındakı xidmətlərindən bəhs olunub
14:59
13 Dekabr
Azərbaycan, Türkiyə və Avstriya Avropa ilə Çin arasında dəmir yolunu inkişaf etdirəcək
14:53
13 Dekabr
"2017-ci ildə mediamız mətbuat işçilərinin cənab prezident İlham Əliyev tərəfindən məişət problemlərinin həll olunması, onlara mənzillərin verilməsi ilə yadda qaldı"
14:09
13 Dekabr
Bakıda keçiriləcək velosiped idmanının BMX növü üzrə dünya çempionatının Təşkilat Komitəsinin ilk iclası olub
12:52
13 Dekabr
Azərbaycan və Ermənistan dövlət sərhədində keçirilən monitorinq insidentsiz başa çatıb
12:47
13 Dekabr
YAP Şəmkir rayon təşkilatı “Hərəyə bir ağac əkək” kampaniyası çərçivəsində növbəti aksiyasını keçirib
12:41
13 Dekabr
Sevinc Hüseynova: İslahatlar əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsində vacib rol oynayır
12:32
13 Dekabr
Deputat: Heydər Əliyevin adı və fəaliyyəti Azərbaycanın etnosiyasi coğrafiyasından dəfələrlə böyükdür
12:30
13 Dekabr
BMT Baş Assambleyası: Ümumdünya Forumu mədəniyyətlərarası dialoqu təşviq etmək üçün əsas qlobal platformasıdır
12:29
13 Dekabr
Siyavuş Novruzov: Ermənilərin Azərbaycan abidələrini öz adlarına çıxarmağa cəhd etməsi ciddi problemlər yaradır
12:22
13 Dekabr
İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısı keçirilir
12:15
13 Dekabr
BMT-də keçirilən panel müzakirələrdə Azərbaycanın işğal edilmiş ərazilərindəki vəziyyət barədə məlumat verilib
11:54
13 Dekabr
Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsi üzrə maliyyə öhdəliklərinin 72 faizini icra edib
11:33
13 Dekabr
İkinci Ümumdünya Mədəniyyət və Turizm Konfransında ölkəmiz də iştirak edir
11:20
13 Dekabr
Kaliforniyada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş xeyriyyə aksiyası keçirilib
11:19
13 Dekabr
Azərbaycan-Vatikan əlaqələrinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb
11:13
13 Dekabr
Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı "Böyük İpək Yolu"nun rəqəmsallaşmasına töhfə verə bilər
11:10
13 Dekabr
Ukraynalı deputat: “Expo-2025”in Bakıda keçirilməsi üçün Azərbaycan böyük təcrübəyə malikdir
11:06
13 Dekabr
Azərbaycan səfiri etimadnaməsinin surətini Vatikanın dövlət katibinin müavininə təqdim edib
11:01
13 Dekabr
Azərbaycanın Macarıstandakı səfirliyində ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib
10:54
13 Dekabr
Ümummilli lider Heydər Əliyevin xatirəsi Brüsseldə də yad edilib
10:53
13 Dekabr
Ulu öndər Heydər Əliyevin xatirəsi Stokholmda anılıb
10:48
13 Dekabr
Kaxa Kaladze: Heydər Əliyev regionda reallaşdırılan irimiqyaslı layihələrin əsas təşəbbüskarıdır
10:46
13 Dekabr
Azərbaycan Parisdə SİGMA nazirlər konfransında təmsil olunacaq
10:44
13 Dekabr
Bu il Azərbaycandan 25 milyon tonadək neft ixrac olunub
10:41
13 Dekabr
11 ayda Azərbaycandan 6,8 milyard kubmetr təbii qaz ixrac edilib
10:39
13 Dekabr
Müdafiə Nazirliyi: Ermənistan ordusu atəşkəs rejimini 136 dəfə pozub
18:00
12 Dekabr
YAP Kəlbəcər rayon təşkilatı “Hərəyə bir ağac əkək» kampaniyasına start verib
17:59
12 Dekabr
Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilən daha bir anım tədbiri Polşada təşkil olunub
17:54
12 Dekabr
Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini ilə görüşüb
17:53
12 Dekabr
Sədaqət Vəliyeva: Ulu Öndər uzun illər boyu Azərbaycan xalqına yol göstərəcək, fayda verəcək qiymətli irs yaradıb
17:50
12 Dekabr
Pirallahı rayonunda Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilən anım mərasimi keçirilib
17:47
12 Dekabr
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
17:40
12 Dekabr
Dillər Universitetində Ulu Öndərin xatirəsinə həsr edilən kompozisiya nümayiş olunub
17:39
12 Dekabr
Azərbaycanlı deputatın hesabatı AŞPA-nın komitə iclasında qəbul edilib
17:37
12 Dekabr
İsa Həbbibəyli: Azərbaycançılıq ideologiyası məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır
16:50
12 Dekabr
Ümummilli lider Heydər Əliyevin xatirəsi Buxarestdə anılıb
16:11
12 Dekabr
Erkan Özoral: Heydər Əliyev türk dünyasının ən böyük liderlərindəndir
16:07
12 Dekabr
Xələf Xələfov: Gələn ilin əvvəllərindən Gürcüstanla delimitasiya üzrə danışıqları davam etdirəcəyik
15:46
12 Dekabr
Aktauda keçirilən anım tədbirində Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışılıb
15:44
12 Dekabr
Bakıda Azərbaycanın, İranın və Türkiyənin xarici işlər nazirlərinin görüşü keçiriləcək
15:34
12 Dekabr
Ulu öndər Heydər Əliyevin xatirəsi Misirdə də yad edilib
14:59
12 Dekabr
“Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan layihələrə investisiya qoyuluşunun həcmi açıqlanıb
14:54
12 Dekabr
Azərbaycan ədəbi-mədəni irsinin qorunması və inkişafında Ulu Öndərin böyük rolu olub
14:43
12 Dekabr
Moskvada “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildlik roman-tədqiqatın təqdimatı keçirilib
14:12
12 Dekabr
Heydər Əliyev: dahi xilaskar və dövlət qurucusu
14:08
12 Dekabr
Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilib
12:47
12 Dekabr
Maliyyə Nazirliyində ümummilli lider Heydər Əliyevin əziz xatirəsi anılıb
12:32
12 Dekabr
İstanbulda Ulu Öndərin xatirəsi yad olunub
12:05
12 Dekabr
Şinci Vada: Komatsu şəhəri ilə Xətai rayonu arasında yaranan dostluq əlaqələri xalqlarımıza böyük fayda gətirə bilər
11:45
12 Dekabr
Akif Əlizadə: Ulu öndər Heydər Əliyev hər zaman ölkəmizdə elmin, təhsilin, AMEA-nın inkişafına böyük diqqət və qayğı göstərib
11:14
12 Dekabr
Dilarə Seyidzadə: Ulu öndərin bizim üçün miras qoyduğu irs nəsillərdən-nəsillərə ötürüləcək və əbədi yaşayacaq
11:09
12 Dekabr
“Hərəyə bir ağac əkək" kampaniyası çərçivəsində YAP Pirallahı rayon təşkilatı ağacəkmə aksiyası keçirib
11:06
12 Dekabr
Azərbaycan 9 ayda Gürcüstan iqtisadiyyatına 378,3 milyon dollar sərmayə qoyub
11:02
12 Dekabr
Minlərlə insan ulu öndər Heydər Əliyevin xatirəsini yad etmək üçün Fəxri xiyabana axışır
10:59
12 Dekabr
Səməd Seyidov: Azərbaycanın getdiyi yol ümummilli lider Heydər Əliyevin miras qoyduğu böyük bir fəlsəfədir
10:54
12 Dekabr
Fuad Muradov: Azərbaycan gənclərinin vətənpərvərlik ruhunda böyüməsinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub
10:50
12 Dekabr
Bahar Muradova: Azərbaycanda qısa zamanda qazanılan uğurlar ilk növbədə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
10:27
12 Dekabr
Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA