Görkəmli alim və hərbi xadim Kərim Kərimovun anadan olmasının 100 illik yubileyi qeyd edilib
16.11.2017 [15:02]
Noyabrın 16-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bu elmi qurumun, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin birgə təşkilatçılığı ilə görkəmli alim və hərbi xadim, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, AMEA-nın fəxri üzvü, general-leytenant Kərim Kərimovun anadan olmasının 100 illiyinə həsr edilən tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbirin Prezident İlham Əliyevin “Kərim Kərimovun 100 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 30 yanvar tarixli Sərəncamına əsasən təşkil olunduğunu söyləyib. Qeyd edilib ki, bütün ömrünü kosmik raket texnikasının inkişafına həsr etmiş K.Kərimovun fəaliyyəti XX əsrdə kosmosun fəth olunması tarixinin ayrılmaz hissəsini təşkil edir. İyirmi beş il ərzində Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasına başçılıq etmiş K.Kərimovun adı keçmiş SSRİ-də kosmosun öyrənilməsi sahəsində bir çox nadir elmi-texniki layihələrin həyata keçirilməsi ilə sıx bağlı olub. K.Kərimov hələ 1946-cı ildən ballistik raketlərin radioölçmə sistemlərinin yaradılması istiqamətində işlər aparıb. Onun elmi-texniki araşdırmaları nəticəsində raketlərin daxili parametrlərinə nəzarət edən “Don” radioölçmə sistemi yaradılıb və kosmik raketlərdə tətbiq olunub. Keçən əsrin 50-ci illərində kosmosa uçuşların intensivləşdirilməsində və süni peyklərin yaradılmasında, Günəş sistemi planetlərinin və Ayın avtomat qurğular və insan tərəfindən öyrənilməsi işinin təşkilində bir alim və mütəxəssis kimi K.Kərimovun böyük xidmətləri olub. Kosmik fəzanın tədqiqi məqsədi ilə güclü “Soyuz” raket daşıyıcılarının yaradılması, “Salyut” orbital stansiyasının qurulması bilavasitə onun rəhbərliyi altında həyata keçirilib. Məhz bu layihənin davamı kimi, kosmik fəzada çoxmodullu “Mir” orbital stansiyası yaradılıb.
Digər çıxış edənlər K.Kərimovun kosmik raket texnikasının inkişafındakı misilsiz xidmətlərindən söz açıblar. Bildirilib ki, bütün əmək fəaliyyətini Moskvada həyata keçirməli olan K.Kərimov doğma vətəni Azərbaycan ilə əlaqələrini kəsməyib, respublikanın elmi mərkəzləri, xüsusilə Azərbaycan Milli Aerokosmik Agentliyinin işləri ilə həmişə maraqlanıb, öz dəyərli tövsiyə və məsləhətləri ilə onlara kömək edib. K.Kərimov Azərbaycan Respublikasının ali mükafatı – “Şöhrət” ordeni ilə təltif edilib.
Mərasimdə görkəmli alimin xatirəsinə həsr olunan “Yüksəliş” sənədli filmi nümayiş olunub.
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 Mart 19:44
Xəbər lenti
18 Mart 19:40
Xəbər lenti
18 Mart 18:11
Xəbər lenti
18 Mart 17:36
Xəbər lenti
18 Mart 17:00
Siyasət
18 Mart 16:44
İqtisadiyyat
18 Mart 16:32
Xəbər lenti
18 Mart 16:23
Xəbər lenti
18 Mart 16:16
Xəbər lenti
18 Mart 16:14
Siyasət
18 Mart 16:06
Xəbər lenti
18 Mart 15:59
Xəbər lenti
18 Mart 15:58
Xəbər lenti
18 Mart 15:50
Siyasət
18 Mart 15:49
Xəbər lenti
18 Mart 15:47
Gündəm
18 Mart 15:40
Gündəm
18 Mart 15:38
Xəbər lenti
18 Mart 15:33
Xəbər lenti
18 Mart 15:16
Xəbər lenti
18 Mart 14:52
Xəbər lenti
18 Mart 14:28
Siyasət
18 Mart 14:25
Siyasət
18 Mart 13:53
Xəbər lenti
18 Mart 13:42
Xəbər lenti
18 Mart 13:26
Xəbər lenti
18 Mart 13:21
Xəbər lenti
18 Mart 13:08
Xəbər lenti
18 Mart 13:06
Xəbər lenti
18 Mart 13:04
Gündəm
18 Mart 12:48
Xəbər lenti
18 Mart 12:42
Xəbər lenti
18 Mart 12:41
Xəbər lenti
18 Mart 12:30
Xəbər lenti
18 Mart 12:14
Xəbər lenti
18 Mart 11:49
Xəbər lenti
18 Mart 11:21
Xəbər lenti
18 Mart 11:16
İqtisadiyyat
18 Mart 10:52
Xəbər lenti
18 Mart 10:49
İdman
18 Mart 10:46
Xəbər lenti
18 Mart 10:37
Siyasət
18 Mart 10:12
Xəbər lenti
18 Mart 10:08
Müsahibə
18 Mart 10:00
Xəbər lenti
18 Mart 09:39
Xəbər lenti
18 Mart 09:00
Gündəm
18 Mart 00:56
Siyasət
17 Mart 23:27
Xəbər lenti
17 Mart 23:14
Gündəm
17 Mart 23:08
Siyasət
17 Mart 22:51
Xəbər lenti
17 Mart 22:45
Dünya
17 Mart 22:35
Xəbər lenti
17 Mart 22:26
Gündəm
17 Mart 20:28
Gündəm
17 Mart 20:10
Xəbər lenti
17 Mart 20:08
Xəbər lenti
17 Mart 17:56
Xəbər lenti
17 Mart 16:30
İdman
17 Mart 15:22
Xəbər lenti
17 Mart 14:24
Xəbər lenti
17 Mart 13:36
Sosial
17 Mart 12:31
Mədəniyyət
17 Mart 12:12
Xəbər lenti
17 Mart 11:26
Xəbər lenti
17 Mart 11:05
Xəbər lenti
17 Mart 11:01
Dünya
16 Mart 20:30
Xəbər lenti
16 Mart 17:27