Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Heydər Əliyev Fondunun dəvəti ilə Moskvanın uşaq evinin sakinləri Azərbaycanda olub

Heydər Əliyev Fondunun dəvəti ilə Moskvanın uşaq evinin sakinləri Azərbaycanda olub

24.10.2017 [12:56]

Heydər Əliyev Fondunun dəvəti ilə oktyabrın 16-da Azərbaycana gələn Rusiyanın “Naş dom” ailə tərbiyəsinə dəstək mərkəzinin sakinlərinin səfər proqramı başa çatıb.
Fonddan AZƏRTAC-a bildiriblər ki, valideyn himayəsindən məhrum olan uşaqlar Bakıda qonaq olduqları müddətdə paytaxtın görməli yerlərini gəzib, müxtəlif istirahət və əyləncə proqramlarında iştirak ediblər, eləcə də Quba rayonuna gediblər.
Heydər Əliyev Mərkəzi ilə tanışlıq zamanı qonaqlara Heydər Əliyev Muzeyi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı, Azərbaycan tarixi və incəsənəti barədə ətraflı məlumat verilib. Mərkəzdəki “Azərbaycan inciləri: tarixin axarında”, “Kukla incəsənətdə”, “Modernizm və Moda” sərgiləri də onlarda xoş təəssürat yaradıb.
Moskvalı qonaqlar üçün İçərişəhərə də gəzinti təşkil edilib. Burada onlar Şirvanşahlar sarayında olub, Qız qalasının tarixi barədə məlumat əldə ediblər.
Yeniyetmələr Bakının Nizami rayonundakı 1 saylı uşaq evinin sakinləri ilə birlikdə müxtəlif dərnəklərə qatılıb, rəqs, musiqi, rəsm və digər sahələrdə məşğələlərdə iştirak ediblər.
“Naş dom” ailə tərbiyəsinə dəstək mərkəzinin sakinləri IDEA Heyvanlara Qayğı Mərkəzində də olublar. Uşaqlara mərkəzin iş şəraiti, heyvanlara qayğı üzrə görülən işlər barədə ətraflı məlumat verilib.
Azərbaycana səfərlərinin sonunda isə uşaqlar Qubaya və Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna ekskursiya ediblər. Moskvalı uşaqlar Quba Soyqırımı Memorial Kompleksinə gedib, Qubanın turizm məkanları ilə tanış olub, Qobustan qayaüstü rəsmlərinin tarixi barədə məlumat alıblar. Onlar Azərbaycana ilk səfərlərinin çox yaddaqalan olduğunu, belə gözəl məmləkətə yenidən gəlməyi arzuladıqlarını deyiblər.
Xatırladaq ki, Heydər Əliyev Fondunun dəstəyi ilə bu ilin avqust ayında Bakının uşaq evlərinin sakinləri də Rusiya paytaxtında olublar.
Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum uşaqları hər zaman ailə qayğısı ilə əhatə edir. Fondun həyata keçirdiyi bu layihə isə uşaqların səmərəli istirahəti, dünyagörüşünün artırılması və yeni dostlar qazanmalarına imkan yaradır.

Paylaş:
Baxılıb: 217 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31