Ana səhifə »  Qəzetin pdf formatı »  “The Jerusalem Post”: “Ermənistan-Azərbaycan danışıqları: bu yol sülhə, yoxsa müharibəyə aparır?”
A+   Yenilə  A-
“The Jerusalem Post”: “Ermənistan-Azərbaycan danışıqları: bu yol sülhə, yoxsa müharibəyə aparır?”

Bir neçə gün bundan əvvəl Cenevrədə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Prezidenti Serj Sarkisyan arasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqlar aparılıb. ATƏT-in Minsk qrupunun, Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin bu danışıqlara dair birgə bəyanatında qeyd edilir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqlar prosesinin fəallaşdırılması üçün tədbirlər görmək barədə razılığa gəliblər.

AZƏRTAC xəbər verir ki, İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının başçısı, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qutun İsraildə ən nüfuzlu ingilisdilli nəşr olan “The Jerusalem Post” qəzetinin 19 oktyabr tarixli nömrəsində dərc edilmiş məqaləsi (http://www.jpost.com/Blogs/News-from-Arye-Gut/Armenian-Azerbaijani-negotiations-the-way-to-peace-or-war-507813) bu barədədir.

Bəyanatda deyilir: “Görüş konstruktiv şəraitdə keçib. Prezidentlər danışıqlar prosesinin fəallaşdırılması üçün tədbirlər görmək və təmas xəttində gərginliyin azaldılması üçün əlavə addımlar atmaq barədə razılığa gəliblər. Həmsədrlər uzun fasilədən sonra keçirilmiş bu birbaşa danışıqlardan razı qaldıqlarını bildiriblər. Onlar münaqişənin dinc yolla tənzimlənməsi üçün yenə də tərəflərlə birgə işləməyə hazırdırlar”.

Arye Qutun fikrincə, ATƏT-in Minsk qrupunun yuxarıda qeyd edilən bəyanatına baxmayaraq, substantiv danışıqlar baş tutmayıb. Məqalə müəllifi yazır: “Ermənistan prezidentinin hamını, o cümlədən Azərbaycanı, ATƏT-in Minsk qrupunun həmsədrlərini və dünya birliyini aldatmaq üçün göstərdiyi cəhd uğursuz olub. Çünki onları aldatmaq prinsipcə mümkün deyil. Bununla belə, Ermənistan prezidenti “böyük erməni möcüzəsi”nə inanır, lakin onun bu “istedadı” artıq Azərbaycan tərəfə yönəlməyib, o, ağır mənəvi və iqtisadi kollaps vəziyyətində olan həmqəbilələrinə güclü “psixoloji təsir göstərməyə” davam edir”.

Serj Sarkisyan İsveçrədə erməni diasporu qarşısında çıxışında deyib: “Bir neçə dəqiqə bundan əvvəl Azərbaycan Prezidenti ilə görüşümüz başa çatıb. Problemin həll variantları barədə hər hansı konkret razılaşma əldə edilməyib, yoxdur. Təbii ki, mənim kimi İlham Əliyev də problemin mürəkkəb olmasını çox yaxşı başa düşür. Lakin bu elə məsələdir ki, onun sadə həlli heç vaxt olmayacaq. Lakin mən istəyirəm ki, hamı əmin olsun: Qarabağın təhlükəsizliyini bu və ya digər şəkildə poza biləcək həll bizim üçün məqbul ola bilməz. Bizim üçün məqbul olan yeganə həll budur ki, Qarabağ Azərbaycanın tərkibində olmasın”.

Qut qeyd edir ki, prezident Serj Sarkisyanın bu bəyanatı və real hərəkətləri onun tamamilə məsuliyyətsiz və uzaqgörməz siyasətçi, Ermənistanın siyasi səhnəsinə təsadüfən gəlib çıxmış terrorçu olmasını bir daha sübut edir. İsrailli ekspert İsraildə ən nüfuzlu ingilisdilli nəşr olan “The Jerusalem Post” qəzetində dərc olunmuş məqaləsində yazır: “Sarkisyan özünün bütün çıxışlarında Ermənistanın təcavüzkar və işğalçı siyasətinə haqq qazandırmağa çalışır. Əslində isə o özünün siyasi və diplomatik səviyyəsinin aşağı olmasını bir daha təsdiq edir. Cenevrədə danışıqlar hələ başa çatmayıb, lazımınca təhlil edilməyib, Sarkisyan isə tez-tələsik belə bir bəyanatla çıxış edir ki, Qarabağ Azərbaycanın tərkibində olmayacaq. Tamamilə aydındır ki, Ermənistandakı indiki rejim Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasında maraqlı deyil və onun üçün ölkənin gələcəyi barədə fikirləşmək, o gələcəyi təmin etmək əvəzinə dünya erməni diasporunun şıltaqlıqlarını təmin etmək daha vacibdir. Ermənistandakı bu cinayətkar klan sadəcə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin status-kvonun saxlanmasında maraqlıdır.

Antiazərbaycan və antisemit, şovinizm və millətçilik hisslərinin hökm sürdüyü, faşist canilərin və onların əlaltılarının şəxsiyyətinə pərəstişin dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrildiyi bir ölkədə sülhə can atmaqdan söhbət belə ola bilməz. Müharibə - onların öz hakimiyyətlərini qoruyub saxlamaları üçün bir imkandır.

Sarkisyanın bu bəyanatı və onun davranışı erməni separatçıların Azərbaycana qarşı öz təcavüzkar və işğalçı hərəkətlərinə haqq qazandırmaq məqsədi güdən növbəti blefdir. Aydındır ki, Ermənistanın indiki rəhbərliyi atəşkəs müddətində yaranmış əvvəlki status-kvonu nəyin bahasına olursa-olsun saxlamağa çalışır. Lakin regionda baş verən hadisələr bir daha sübut edir ki, rəsmi Bakı regionda mövcud status-kvo ilə heç vaxt razılaşmayacaq və Ermənistan başa düşməlidir ki, Azərbaycanın səbri tükənməz deyil var. Hər bir məsələdə müəyyən qırmızı xətt var ki, həmin xətti keçəndən sonra geri qayıtmaq mümkün olmayacaq. Beynəlxalq hüquq normalarına uyğun olaraq Bakının həm özünü müdafiə etmək, həm də Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərini azad etmək hüququ var”.

Qutun fikrincə, zəngin tarixi təcrübə göstərir ki, hər hansı dövlət güc tətbiq edilməklə ələ keçirilmiş torpaqları çox nadir hallarda başqa dövlətə güzəşt edir. Dünya tarixində belə presedenti yoxdur. Arye Qut öz məqaləsində yazır: “Sarkisyan öz bəyanatı ilə Azərbaycanı bu problemin güc tətbiq etməklə həllinə sövq etmək istəyir. Ermənistan bu cür meydanoxuyucu mövqe tutmaqla ümid edir ki, rəsmi Moskvanın şəxsində böyük qardaşı yəqin ki, buna yol verməyəcək. Sarkisyan dünya erməni diasporunu aldatmaqda davam edərək deyib: biz bunun üçün əlimizdən gələni edəcəyik və eyni zamanda ölkəmizi iqtisadi cəhətdən möhkəmləndirməklə Ermənistanın inkişafını təmin edəcəyik. Bu, Ermənistan prezidentinin növbəti yalanı və saxtakarlığıdır. Sarkisyan praktiki olaraq öz xalqını unudub və öz hakimiyyətini, öz oliqarxiyasını möhkəmlətməklə məşğuldur. Bu gün sirr deyil ki, Sarkisyan rejimi Azərbaycanın işğal olunmuş ərazilərindən narkotrafik və digər məqsədlər üçün nəzarətsiz zonalar kimi istifadə etməklə öz ölkəsini qarət etmək hesabına varlanır və bütün bunlar Ermənistan Respublikasını və erməni xalqını milli fəlakətə aparır.

“Husisapail Network” adlı erməni nəşrində göstərilir ki, Ermənistanın əhalisi sürətlə azalır, ilbəil daha fəlakətli miqyas alan mühacirət əhalinin ölkədən kütləvi şəkildə qaçması dərəcəsinə çatıb. Azərbaycan torpaqlarını işğal etməsi səbəbindən Cənubi Qafqaz regionunda təcrid olunmuş Ermənistan praktiki olaraq Xəzər dənizinin neft və qaz ehtiyatları ilə bağlı mühüm geosiyasi və geoiqtisadi layihələrdən kənarda qalıb. Azərbaycan və Gürcüstan Cənubi Qafqazda bir sıra sahələrdə sıx əməkdaşlıq edərək qarşılıqlı səmərə qazanırlar, amma Ermənistan üçün gələcəkdə də bu regionda icra ediləcək hər hansı geosiyasi layihənin iştirakçısı olmaq perspektivi görünmür”.

Məqalə müəllifi qeyd edir ki, Ermənistan məşhur fransız nəzəriyyəçisi Raymond Aronun ideyalarına və fikirlərinə nəzər salsa yaxşı olardı. R. Aron hələ XX əsrin ikinci yarısında yazırdı, “Müharibə nəticəsində əldə edilə biləcək iqtisadi mənfəət sadəcə əmək məhsuldarlığının artırılmasının gətirəcəyi mənfəət ilə müqayisədə gülünc dərəcədə azdır. Sənaye sivilizasiyası həqiqətən siniflərin və millətlərin əməkdaşlığını həyata keçirməyə imkan verir, müharibə mənasız, sülh isə hamının maraqlarına uyğun olur”. Yəni, əgər Ermənistan qonşu dövlətlərlə sülh və həmrəylik şəraitində yaşasaydı, o, Cənubi Qafqazda izqoy dövlətə yox, bu regionun firavanlasan dövlətlərindən birinə çevrilə bilərdi.

Qutun fikrincə, beynəlxalq münasibətlər sistemində baş verən əsaslı dəyişiklərə baxmayaraq, siyasi liderlərin və hərbçilərin təfəkküründə əvvəlki stereotiplər – hərbi qüvvənin tətbiq edilməsi labüd sayıldığı dövrlərdə yaranmış stereotiplər hələ də qalmaqdadır. Məqalə müəllifi vurğulayır : “Raymon Aron məhz Sarkisyan kimi dövlət rəhbərləri haqqında danışır. Onun təfəkkürü köhnəlib, bu, XIX əsrin sonuna – XX əsrin əvvəlinə, yəni millətçi daşnakların süni şəkildə “Böyük Ermənistan” yaratmaq istədikləri dövrün təfəkkürüdür. İndi, XXI əsrdə -qlobal problemlərin bütün dünya birliyini narahat etdiyi və bəşəriyyətin dünyanı qlobal fəlakətlərdən necə xilas etmək haqqında düşündüyü bir vaxtda Ermənistan imperiya yaratmaq xülaysındadır və heç kəs ona izah edə bilmir ki, imperiyalar dövrü keçmişdə qalıb, indi irəli baxmaq, bəşəriyyətin qlobal problemlərini həll etmək və qonşu ölkələrlə sülh və həmrəylik şəraitində yaşamaq lazımdır. Belə olsa, Ermənistan onu əhatə edən dövlətlərlə münaqişə vəziyyəti ilə müqayisədə qat-qat çox mənfəət əldə edər”.

Arye Qutun fikrincə, danılmaz faktdır ki, Ermənistan özü özünü tələyə salıb və bu gün o, Cənubi Qafqazda ən zəif, ən asılı ölkədir. Qut yazır: “Son vaxtlar biz, bir tərəfdən, Ermənistanın rəhbərliyinin sosial-iqtisadi uğursuzluğunu, digər tərəfdən - onun siyasətinin tam iflasa uğramasını müşahidə edirik. Nəticədə Ermənistanda hakimiyyət orqanları tərəfindən “ağ soyqıırm” həyata keçirilir. Sarkisyanın riyakarlığının həddi-hüdudu yoxdur. Axı müdriklər demişkən, siyasətdə həqiqət gücə, riyakarlıq isə zəifliyə dəlalət edir. Sarkisyan özünü konstruktiv və tolerant insan kimi göstərməyə çalışır, lakin praktikada bu məqsədinə çata bilmir”.

Ekspertin fikrincə, Ermənistan prezidentinin bəyanatları ona dəlalət edir ki, Ermənistanın indiki rəhbərliyi ölkənin ağır geosiyasi vəziyyəti barədə deyil, öz hakimiyyətini qoruyub saxlamaq və möhkəmlətmək, öz klanının mənfəəti, həmçinin dünyanın inkişaf etmiş ölkələrində gözəl şəraitdə yaşayaraq Ermənistana iqtisadi baxımdan kömək edən erməni diasporuna necə yarınmaq və onun nazı ilə necə oynamaq barədə düşünür.

Arye Qut sonda yazır: “Erməni diasporu Ermənistanda xalqın dilənçi vəziyyətində yaşamasını, sərsəm “Böyük Ermənistan” ideyalarına görə övladları özgə torpağında həlak olan bu xalqın vəziyyətini vecinə də almır. ”Qızıl milyard” ölkələrindəki ermənilərin uşaqları “qızıl gənclik” kimi yaşadığı halda, Ermənistanda yaşayan sadə ermənilərin uşaqları onların uydurduğu ideyaların girovlarına çevrilib və malik olduqları yeganə dəyəri – öz həyatlarını itirirlər. Axı Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş torpaqlarını gec-tez qaytaracaq, hər iki tərəfdən həlak olan gəncləri isə artıq heç kəs qaytarmayacaq. Onların ölümünün baiskarı Serj Sarkisyan kimi “siyasətçilər” və XIX əsrin sonuna aid “ideyalarla” yaşayan erməni diasporudur.

 
  • Oxunub:  1860  |  
  • Tarix:  21-10-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Cənub Qaz Dəhlizi Azərbaycan iqtisadiyyatının inkişafına böyük töhfələr verəcək

15:50
17 Fevral
“Mağcan Cumabay anma ili”nin açılışı və TÜRKSOY-un mətbuat mükafatının təqdimatı keçirilib
15:40
17 Fevral
İrandan Ermənistana qaz kəmərinin çəkilməsi ideyası elə ideya olaraq da qalacaq
15:35
17 Fevral
Bakıda birinci Beynəlxalq İctimaiyyətlə Əlaqələr Yaradıcılığı Forumu işə başlayıb
14:48
17 Fevral
“Kaspi” qəzeti TÜRKSOY-un mətbuat mükafatı ilə təltif olunub
14:47
17 Fevral
Heydər Əsədov: arıçılara subsidiyaların verilməsinə yaxın vaxtlarda başlanacaq
14:46
17 Fevral
“Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin xatirəsinə turnir keçiriləcək
14:44
17 Fevral
YAP Yevlax rayon təşkilatı imzatoplama kampanyasınugurla davam etdirir
14:41
17 Fevral
YAP Cəbrayıl rayon təşkilatı imzatoplama kampaniyasını başa vurub
14:11
17 Fevral
Qida Təhlükəsizliyi Agentliyinin yaradılması məhsul üzərində nəzarəti həyata keçirməyə imkan verəcək
14:07
17 Fevral
Xaçmazlılar üçün ərzaq və kənd təsərrüfatı mallarını daha ucuz qiymətə almaq imkanı yaradılıb
14:06
17 Fevral
VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Azərbaycandakı tolerant mühit barədə məlumatlandırılıb
14:04
17 Fevral
Azərbaycan ilə Böyük Britaniya arasında hərbi əməkdaşlıq planı imzalanıb
14:02
17 Fevral
Ötən il Türkiyə Azərbaycandan təbii qaz idxalını artırıb
12:55
17 Fevral
“Azeri Light”ın bir barreli 66 dollardan baha satılır
12:53
17 Fevral
Balıqların artırılması və mühafizəsi işlərinin yerinə yetirilməsinə 3114,6 min manat vəsait sərf olunub
12:51
17 Fevral
“Fitch Ratings” SOCAR-ın reytinqini təsdiqləyib
12:50
17 Fevral
Antonio Lopes-İsturiz: Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq səviyyədə dəstəklənməsi getdikcə artır
12:41
17 Fevral
Universitet tələbələri tam orta məktəblərdə pedaqoji təcrübə keçəcəklər
12:40
17 Fevral
Yeniyetmələr arasında stolüstü tennis üzrə liqa yarışları davam edir
12:26
17 Fevral
Meksikada nazirin və ştat qubernatorunun olduğu helikopter qəzaya uğrayıb
12:22
17 Fevral
Budapeştdə Azərbaycan-Macarıstan əlaqələrinin inkişafı məsələləri müzakirə olunub
12:13
17 Fevral
Xaçmazlı məktəblilər arasından ədəbiyyat biliciləri seçilir
12:12
17 Fevral
Tennisçi Rocer Federer yenidən reytinq cədvəlinin birinci pilləsinə yüksəlib
12:10
17 Fevral
YAP Neftçala rayon təşkilatı imzatoplama kampaniyasını başa vurdu
12:08
17 Fevral
Zoologiya İnstitutunda mikroskopla təcrübi dərslər davam edir
12:07
17 Fevral
YAP Abşeron rayon təşkilatında imzatoplama kampaniyasına start verilib
12:05
17 Fevral
Misir ordusu: “Sinay 2018” antiterror əməliyyatı davam edir
11:54
17 Fevral
Neft hasilatının azaldılması Rusiya iqtisadiyyatına mənfi təsir göstərəcək
11:52
17 Fevral
Naxçıvanda Qara Qarayevin 100 illik yubileyi qeyd edilib
11:34
17 Fevral
“Baker Hughes”: ABŞ-dakı neft-qaz quyularının sayı dəyişməyib
11:31
17 Fevral
Milli valyutada qoyulmuş əmanətlərin məbləği 66,9 faiz artıb
11:30
17 Fevral
Bu gün futbol üzrə Azərbaycan çempionatının XVI turuna start veriləcək
11:29
17 Fevral
SOCAR keçən il neft və neft məhsullarının ticarət dövriyyəsinin həcmini 108 milyon tona çatdırıb
11:27
17 Fevral
Prezident İlham Əliyev “Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında” Sərəncam imzalayıb
11:24
17 Fevral
Nazir Angeliono Alfano: Azərbaycan İtaliyanın etibarlı tərəfdaşıdır
11:22
17 Fevral
Dünyada orta ömür 70 yaşdan yuxarı, bəzi ölkələrdə isə 84 yaş hesab olunur
11:21
17 Fevral
Sağlamlıq imkanları məhdud gənclər peşələrə yiyələnirlər
11:19
17 Fevral
Türkiyənin tanınmış modelləri Bakıya gəlir
11:13
17 Fevral
ABŞ-ın neft hasilatı rekord göstəriciyə çatıb
11:07
17 Fevral
Hərbi verilişlər hazırlayan televiziya əməkdaşları ilə görüş keçirilib
11:03
17 Fevral
ABŞ-ın neft ehtiyatları artır
11:02
17 Fevral
Neftin qiyməti bahalaşır
11:00
17 Fevral
AZƏRTAC Türkiyədə keçirilən beynəlxalq treninqdə təmsil olunub
10:59
17 Fevral
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək
10:57
17 Fevral
Ermənistan silahlı bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 125 dəfə pozub
20:19
16 Fevral
Cənub Qaz Dəhlizi Azərbaycan iqtisadiyyatının inkişafına böyük töfhələr verəcək
18:25
16 Fevral
YAP Nərimanov rayon təşkilatı imzatoplama kampaniyasına başlayıb
18:22
16 Fevral
Şirvanda YAP-ın namizədinə kütləvi şəkildə imza verirlər
18:17
16 Fevral
Kürdəmirdə YAP-ın namizədi üçün imzatoplama kampaniyasına start verilib
18:12
16 Fevral
YAP Səbail rayon təşkilatı imzatoplama kampaniyasına start verildi
18:09
16 Fevral
Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatında imzatoplama kampaniyası zamanı gənclər xüsusi fəallıq göstərirlər
18:01
16 Fevral
YAP Siyəzən rayon təşkilatı imzatoplama kampaniyasına yüksək fəallıq şəraitində başlayıb
17:56
16 Fevral
YAP Pirallahı rayon təşkilatı imzatoplama kampaniyasını ruh yüksəkliyi ilə həyata keçirir
17:50
16 Fevral
Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatı prezident seçkiləri ilə əlaqədar hazırlıq işlərinə start verib
17:48
16 Fevral
YAP Salyan rayon təşkilatı 700 imza toplamışdır
17:42
16 Fevral
YAP Qubadlı rayon təşkilatı seçici imzalarının toplanması prosesinə start verib
17:31
16 Fevral
Yeni Azərbaycan Partiyasının Xızı rayon təşkilatı imzatoplama kampaniyasına uğurlu start verib
17:29
16 Fevral
Yeni Azərbaycan Partiyasının Şabran rayon təşkilatı imzatoplama kampaniyasına uğurlu start verib
17:18
16 Fevral
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatında imzatoplama kampaniyasına başlanılmışdır
17:03
16 Fevral
Mədəniyyət və turizm naziri Göyçay şəhərində vətəndaşları qəbul edəcək
17:01
16 Fevral
Paytaxtətrafı məktəblərdə görüşlər başa çatıb
16:59
16 Fevral
İstehlakçı hüquqlarına dair konfrans və treninq təşkil olunub
16:54
16 Fevral
İtaliya KIV-ləri Cənub Qaz Dəhlizi Məşvərət Şurasının çərçivəsində nazirlərin dördüncü toplantısından yazır
16:48
16 Fevral
Azərbaycanın xarici işlər naziri Münxen Təhlükəsizlik Konfransında iştirak edir
16:47
16 Fevral
Güllə atıcılığı üzrə Bakı birinciliyinin qalibləri müəyyənləşib
16:40
16 Fevral
Türkiyə və ABŞ münasibətlərin normallaşması barədə razılığa gəliblər
16:19
16 Fevral
Bakıda xanəndə və instrumental ifaçıların respublika müsabiqəsi təşkil ediləcək
16:03
16 Fevral
Gənclər və idman naziri Cəlilabadda vətəndaşların qəbulunu keçirib
16:00
16 Fevral
Yasamal rayonunda imzatoplama kampaniyasına start verilib
15:58
16 Fevral
Yeni Azərbaycan Partiyasının Hacıqabul rayon təşkilatı imzatoplama kampaniyasına uğurlu start verib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28
HAVA HAQQINDA