Ana səhifə »  Qəzetin pdf formatı »  Arye Qut: “Azərbaycan sabitlik, firavanlıq məkanı və bütün konfessiyaların nümayəndələrinin dinc yanaşı yaşadığı yerdir”
A+   Yenilə  A-
Arye Qut: “Azərbaycan sabitlik, firavanlıq məkanı və bütün konfessiyaların nümayəndələrinin dinc yanaşı yaşadığı yerdir”

İsrail ilə Azərbaycanın münasibətləri strateji tərəfdaşlıq xarakter daşıyır. İsrail Azərbaycana həmişə böyük diqqət və səmimiyyətlə yanaşıb, Azərbaycanın ərazi bütövlüyünə hörmət bəslədiyini dəfələrlə bəyan edib. İsrail dünyada Azərbaycan neftinin əsas alıcılarından biridir. Öz növbəsində Azərbaycanda da kənd təsərrüfatı, hərbi sənaye və telekommunikasiya sahələrində İsrailin müasir yüksək texnologiyalarına ehtiyac var və bu siyahını davam etdirmək olar. Eyni zamanda hər iki ölkə təhsil, humanitar və mədəniyyət sahələrində layihələri inkişaf etdirirlər.
AZƏRTAC xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail dövlətindəki nümayəndəliyinin başçısı, beynəlxalq münasibətlər sahəsində tanımış israilli ekspert Arye Qut bu fikirləri Azərbaycan Dillər Universitetində oxuduğu “Azərbaycan-İsrail münasibətləri: multikulturalizm və tolerantlıq amili” mövzusunda mühazirəsində səsləndirib. Tədbir Universitetin elmi-tədqiqat multikulturalizm laboratoriyası və İsraili və Yaxın Şərqi öyrənən Mərkəz tərəfindən təşkil edilib.
Azərbaycanın tarixi reallıqlarını yaxşı bilən Arye Qut tələbələr qarşısında çıxışında müfəssəl sənədli təqdimatın köməyi ilə Azərbaycanın yəhudi icmasının həyatı nümunəsində müsəlmanların, yəhudilərin və xristianların dinc-yanaşı yaşamasına dair nadir təcrübəni tələbə auditoriyasına şərh edərək bildirib ki, bu təcrübə bütün dünyada geniş yayılmalıdır.
Arye Qut vurğulayıb: “Azərbaycan bir sıra dinlərin və xalqların nümayəndələri üçün vətən olub və bu gün də belədir. Qədim Azərbaycan torpağında iudaizm və islam, atəşpərəstlik və xristianlıq yanaşı mövcud olub. Bu torpaq bu gün də tolerantlıq və dini dözümlülük nümayiş etdirir. Azərbaycan tolerantlığının parlaq nümunələrindən biri də bu ölkədə yəhudi icmasının nümayəndələrinə qardaşcasına səmimi münasibət bəslənməsidir. Bir faktı xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanda heç vaxt antisemitizm olmayıb, yəhudilər burada özlərini heç vaxt qərib kimi hiss etməyib, sıxıntı çəkməyiblər. Azərbaycanda yəhudilər özlərini Vətəndə olduğu kimi hiss ediblər. Hətta bu və ya digər səbəblər üzündən başqa ölkələrdə daimi yaşamağa köçüb getməli olanlar da Azərbaycan haqqında düşünəndə, Azərbaycan nitqini, Azərbaycan musiqisini eşidəndə bu xalqa, bu respublikaya, Bakıya görə qəribsəyir, gözləri yaşarır. Axı yəhudilər tarix boyu müxtəlif təhlükələrlə üzləşəndə burada sığınacaq tapıblar. Azərbaycan bizim ikinci doğma evimizdir. Mən bunu şəxsi nümunəmdə təsdiq edə bilərəm”.
Ekspert özünün sənədli təqdimatı çərçivəsində tədbirdə iştirak edən tələbələrin diqqətini buna cəlb edib ki, Ermənistanla silahlı münaqişəyə və Ermənistanın Azərbaycana qarşı təcavüzünə baxmayaraq, Odlar Yurdu sivilizasiyalararası və konfessiyalararası dialoq nümunəsidir. Yəni hətta Azərbaycana münasibətdə bu haqsız, qanlı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də azərbaycanlıların qəlbində başqa xalqlara rəhmsizlik hissi yarada bilməyib və Azərbaycan yenə də bütün xalqlara səmimi yanaşmaqda davam edir.
Arye Qut deyib: “Azərbaycandakı yəhudi icması bu dialoqda mühüm inteqrasiyaedici rol oynayır. Bu gün, millətlərarası və dinlərarası münaqişələrin alovlandığı bu qəddar dünyada Azərbaycan sabitlik, firavanlıq məkanı və bütün konfessiyaların nümayəndələrinin dinc yanaşı yaşadığı yerdir. Azərbaycan bütün dünyaya aydın şəkildə anladır ki, o, Azərbaycan cəmiyyətinin həyat tərzi olan tolerantlıq və multikulturalizm siyasəti yürüdür və əslən Azərbaycandan olub indi ölkə hüdudlarından kənarda yaşayanların çoxu bu tolerantlıq amili ilə fəxr edir”.
İsrailli ekspert deyib: “Azərbaycan rəhbərliyi ölkənin yəhudi icmasının ənənələrinə və həyatına qayğıkeş və səmimi münasibət göstərir. Qədim Qırmızı Qəsəbə İsrail hüdudlarından kənarda bütün dünyada dağ yəhudilərinin yığcam şəkildə yaşadığı yeganə nadir məkan, Azərbaycanın əsl qürur yeridir. Qırmızı Qəsəbədə görə biləcəkləriniz Azərbaycanda dini konfessiyaların – müsəlmanların və yəhudilərin sıx əməkdaşlığının və tərəfdaşlığının nəticəsidir. Bu gün bizdə müxtəlif dinlərə mənsub olan insanların dinc yanaşı yaşamasının və bir-birinə hörmət bəsləməsinin mümkünlüyün göstərən real və həqiqi nümunə var”.
Qutun fikrincə, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda yaşayan bütün icmalara, o cümlədən yəhudi icmasına sözün həqiqi mənasında diqqətli, həssas və səmimi münasibət göstərir. A.Qut deyib: “Prezident Əliyev dünyəvi dövlətin, tolerantlığın tərəfdarı olmasına görə, Azərbaycanda yaşayan bütün konfessiyalara və xalqlara, o cümlədən yəhudilərə hörmətli münasibətinə görə həm İsrail cəmiyyətinin çox hissəsinin, həm də dünyadakı yəhudi icmalarının hörmətini və ehtiramını qazanıb. Prezident İlham Əliyevin dünya birliyinin mühüm, güclü və müstəqil aktoruna çevrilməkdə olan Azərbaycanın iqtisadiyyatını inkişaf etdirməyə yönəlmiş səylərini İsraildə yüksək qiymətləndirirlər.
İsrail Azərbaycanın ərazi bütövlüyünü fəal dəstəkləyir, Ermənistanın işğalçı və təcavüzkar hərəkətlərini pisləyir. İsrail Azərbaycanın real və həqiqi tərəfdaşı kimi artıq 25 il ərzində Ermənistanın işğalı altında olan Dağlıq Qarabağın və ona bitişik yeddi rayonun qaytarılması məsələsində Azərbaycanı dəstəklədiyini nümayiş etdirib.
İsrailli ekspert Arye Qut çıxışın sonunda deyib: “Bu gün danılmaz faktdır ki, Avrasiya ərazisində heç bir ölkənin İsrail ilə münasibətləri Azərbaycan Respublikasının İsrail ilə münasibətləri qədər sıx və səmimi deyil. Bu münasibətlər İsrailin müsəlman ölkəsi ilə əməkdaşlıq münasibətlərinin modeli ola bilər. Bir neçə il bundan əvvəl Bakının mərkəzində yeni sinaqoqlar və Cənubi Qafqazda ən böyük Yəhudi Təhsil Mərkəzi inşa edilib. Hazırda məhz Azərbaycanda dünyada birinci Dağ Yəhudiləri Muzeyi tikilir və yaradılır. Burada yəhudilərlə azərbaycanlılar əsrlər boyu doğma qardaşlar kimi yaşayır, onları ortaq tale və ortaq tarix birləşdirir. Azərbaycan həqiqi mınada sivilizasiyalararası dialoqun əsl nümunəsidir. Mənə ikinci elə bir ölkə göstərin ki, - istər müsəlman ölkəsi olsun, istər xristian ölkəsi – orada prezidentin himayəsi altında iki sinaqoq və Yəhudi Təhsil Mərkəzi tikilmiş olsun. Düşünürəm ki, ikinci belə ölkəni sadəcə tapmazsınız”.
Sonra ekspert Azərbaycan Dillər Universitetinin tələbələrini maraqlandıran suallara cavab verib.

 
  • Oxunub:  1020  |  
  • Tarix:  19-10-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumu keçirilib

10:15
21 Noyabr
Xəzər dənizinin su bioloji resurslarının mühafizə olunması Komissiyasının 1-ci Təsisedici Hökumətlərarası Sessiyası öz işinə başlayıb
18:01
20 Noyabr
Sarayevoda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin konfransı keçirilib
17:58
20 Noyabr
Avropa İttifaqı ilə Azərbaycan arasında 8 Tvinninq layihəsinin icrasına hazırlıq gedir
17:56
20 Noyabr
Hikmət Babaoğlu: YAP-ın güc aldığı yeganə mənbə xalqdır
17:47
20 Noyabr
Səfir: Latviya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib
17:19
20 Noyabr
Əli Həsənov: Etnik separatizmlə oynamaq olmaz
17:13
20 Noyabr
Tomas Qreminger: Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüşü təqdir edirəm
17:09
20 Noyabr
Prezident İlham Əliyev: Biz çox istəyirik ki, bütün müsəlman aləmi daha da sıx birləşsin
16:42
20 Noyabr
Əli Həsənov: “Azərbaycan Qərbin etibarlı tərəfdaşı hesab olunur”
16:39
20 Noyabr
Əfşan Xan: IV Ümumrespublika Forumunda uşaqların fəallıqla iştirakı ilhamvericidir
15:31
20 Noyabr
Musa Quliyev: Yeni Azərbaycan Partiyası dövrün tələbindən yaranmış bir partiyadır
15:27
20 Noyabr
Mingəçevirdə YAP-ın yaranmasının 25-ci ildönümü münasibətilə tədbir keçirilib
15:10
20 Noyabr
Sergey Lavrov: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylərimizi davam etdirəcəyik
15:07
20 Noyabr
Siyavuş Novruzov: Bu gün Azərbaycanda Yeni Azərbaycan Partiyasına rəqib ola biləcək siyasi qüvvə yoxdur
15:02
20 Noyabr
Elmar Məmmədyarov: Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsinin artırılması üçün geniş potensial var
14:59
20 Noyabr
Bakıda Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirlərinin görüşü olacaq
14:50
20 Noyabr
Brüsseldə “Avropa Azərbaycanlılarının Qarabağ Forumu” keçirilir
14:47
20 Noyabr
Azərbaycan-Rusiya əlaqələrinin perspektiv inkişaf istiqamətləri müzakirə edilib
14:35
20 Noyabr
Azərbaycan dövlətinin uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı gördüyü işlər təqdirəlayiqdir
14:22
20 Noyabr
Regionlarda 2018-ci ildə ərazi vergi orqanlarının qarşısında duran vəzifələrə aid zona müşavirələri keçirilib
14:11
20 Noyabr
Azərbaycan ilə Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə zərf imzalanıb
12:47
20 Noyabr
Dünya Mətbuat Şuraları Assosiasiyasının Hindistanda keçirilən toplantısında Azərbaycan da təmsil olunub
12:40
20 Noyabr
Qafqaz Müsəlmanları İdarəsinin sədri Rusiyaya səfərə gedir
12:33
20 Noyabr
Azərbaycanın və Rusiyanın xarici işlər nazirlərinin görüşü keçirilir
12:30
20 Noyabr
Prezident İlham Əliyev: Düşmən təxribatına qurban olmuş günahsız övladlarımızın qanı yerdə qalmayacaq, erməni təcavüzünə son qoyulacaq
12:27
20 Noyabr
Hicran Hüseynova: Gənc nəslimiz vətənpərvərlik ruhunda tərbiyə edilməlidir
12:18
20 Noyabr
BTQ-nin istifadəyə verilməsi ilə Bakı Limanında ilk mərhələdə 1 milyon ton yükün aşırılması proqnozlaşdırılır
12:11
20 Noyabr
Sergey Lavrov: Azərbaycan və Rusiya strateji tərəfdaşlardır
12:08
20 Noyabr
Azərbaycan diplomatiyası 25 ildə: riskli və mürəkkəb şəraitdə uğurun sirri
12:04
20 Noyabr
Taleh Ziyadov: Bakı Limanı dünya limanlarını Bakıda qarşılamağa hazırdır
11:30
20 Noyabr
Rusiyanın xarici işlər naziri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
11:25
20 Noyabr
Bakıda Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumu keçirilir
11:16
20 Noyabr
Bakı Limanı MDB-də ilk "Yaşıl Liman" statusu almağı hədəfləyən limandır
11:11
20 Noyabr
Bu gün Brüsseldə “Avropa Azərbaycanlılarının Qarabağ Forumu” öz işinə başlayacaq
11:08
20 Noyabr
Mir Cəlal Paşayevin zəngin yaradıcılığı Los-Ancelesdə təqdim olunub
11:04
20 Noyabr
Ə­li Əhmədov: Ölkəmizin g­ücünün və qüdrətinin ­artmasını vacib amil ­hesab edirik
11:02
20 Noyabr
Novruz Məmmədov: Azərbaycan gələcəkdə ABŞ ilə parlaq əməkdaşlığa ümid edir
10:54
20 Noyabr
Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunun iştirakçıları ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad ediblər
10:26
20 Noyabr
Bahar Muradova: YAP müasir və güclü Azərbaycan quruculuğu işində hər zaman aparıcı siyasi qüvvə olub və olacaq
10:14
20 Noyabr
Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 128 dəfə pozub
09:56
20 Noyabr
QDİƏT-in baş katibi: Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropa ilə Asiyanı bir-birinə qovuşduran ən uğurlu layihədir
09:45
20 Noyabr
Gürcü politoloq: Avropa İttifaqı Ermənistandan tək Metsamor AES-i bağlamağı deyil, işğala son qoymağı da tələb etməlidir
09:35
20 Noyabr
ANAMA Cocuq Mərcanlıda aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb
09:31
20 Noyabr
“İslam Həmrəyliyi İli”ndə məscid, kilsə və sinaqoqlara iki mindən çox kitab hədiyyə edilib
18:00
18 Noyabr
Rəssamlar İttifaqında 150-dən çox fırça ustasının əsərləri sərgilənir
17:53
18 Noyabr
Deputat: NATO-nun Türkiyəyə qarşı bu hərəkəti millətin dəyərlərinə hörmətsizlikdir
17:46
18 Noyabr
Brüsseldə “Avropa Azərbaycanlılarının Qarabağ Forumu” təşkil olunacaq
17:39
18 Noyabr
Komanda-qərargah hərb oyunlarının növbəti mərhələsi Hərbi Dəniz Qüvvələrində keçirilib
17:34
18 Noyabr
Tur-aksiya iştirakçıları Qubada erməni daşnaklarının törətdikləri soyqırımı faktları ilə tanış olublar
17:29
18 Noyabr
Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib
16:30
18 Noyabr
Ağsuda Yeni Azərbaycan Partiyasının 25 illiyi qeyd olunub
15:26
18 Noyabr
YAP Binəqədi rayon təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş təntənəli tədbir keçirildi
14:30
18 Noyabr
İstanbulda Asiya Parlament Assambleyasının plenar sessiyası keçiriləcək
14:23
18 Noyabr
Azərbaycan-Pakistan diplomatik münasibətlərinin qurulmasının 25-ci ildönümü Kəraçidə qeyd edilib
14:04
18 Noyabr
Azərbaycanın “Dubay Ekspo 2020”də iştirakı haqqında müqavilə imzalanıb
13:48
18 Noyabr
Strateji Yol xəritələrinin icrası iqtisadi islahatların dönməz və sistemli xarakter almasına töhfə olub
13:17
18 Noyabr
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 46-cı kitabı çapdan çıxıb
11:49
18 Noyabr
Tahir Rzayev: Sahibkarlar yeni layihələrin həyata keçirilməsində fəal iştirak edirlər
11:38
18 Noyabr
Kamal Abdullayev: Azərbaycan öz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunədir
11:33
18 Noyabr
Fuad Muradov: Torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizə KİV-lərdə daha böyük diqqət ayrılmalıdır
11:24
18 Noyabr
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi daha bir aksiya keçirir
10:49
18 Noyabr
Özbəkistanın müdafiə naziri Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında olub
10:41
18 Noyabr
Bakının “Avro-2020”yə hazırlığı müzakirə olunub
10:33
18 Noyabr
Bakıda “Böyük tələbə layihəsi”nin 25 illiyi qeyd edilib
10:29
18 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 123 dəfə pozub
17:55
17 Noyabr
Azərbaycan Texniki Universitetin İdman Sarayının əsaslı təmirdən sonra açılışı olub
17:43
17 Noyabr
Elman Nəsirov: Ermənistan bu gün dalana dirənmiş siyasətin ağır nəticələri ilə üz-üzə qalıb
17:39
17 Noyabr
MDB dövlətləri Məşvərət Şurasının iclasında ölkəmizdə əmək və sosial müdafiə sahəsində aparılan islahatlara dair məlumatlar maraqla qarşılanıb
17:34
17 Noyabr
IDEA Heyvanlara Qayğı Mərkəzində sahibsiz itlərin sterilizasiyası üzrə aksiya keçirilir
17:33
17 Noyabr
Prezident İlham Əliyev: Xoş niyyətlə gələn bütün qonaqlara öz qapılarımızı açırıq

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA