Ana səhifə »  Qəzetin pdf formatı »  Daşkənddə “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfrans keçirilir
A+   Yenilə  A-
Daşkənddə “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfrans keçirilir

Oktyabrın 18-də Daşkənddə “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin, Özbəkistan Nazirlər Kabineti yanında Dini İşlər üzrə Komitəsi və Özbəkistan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə keçirilən konfransda Milli Məclisin deputatları, tanınmış elm, mədəniyyət və din xadimlərindən ibarət nümayəndə heyəti, Türkiyənin din xadimləri iştirak edirlər. Nümayəndə heyətinə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, aqrar siyasət komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu, deputat Cavanşir Paşazadə və digərləri daxildir.
Konfransa Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərindən, Qaraçay-Çərkəz Respublikasından və digər müsəlman subyektlərindən, həmçinin bir sıra beynəlxalq təşkilatlardan nümayəndələr də qatılıblar.
Tədbirdə Özbəkistan tərəfdən Baş nazir Abdulla Aripov, Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Usmanxon Alimov, Nazirlər Kabineti yanında Dini İşlər üzrə Komitənin sədri Ortikbek Yusupov və digərləri iştirak edirlər.
Konfrans müqəddəs Qurandan ayələrin oxunması ilə başlayıb.
Özbəkistan Prezidentinin müşaviri Alişer Sultanov dövlət başçısı Şavkat Mirziyayevin konfrans iştirakçılarına müraciətini oxuyub.
Müraciətdə deyilir ki, dövlətlərimiz və xalqlarımız ta qədimdən dostluq edib və bundan sonra da edəcəklər. Daşkənd, Səmərqənd, Buxara və Xivə şəhərləri İslam mədəniyyətinin mərkəzləri kimi məşhurdur. Özbəkistanın İmam Buxari, Maturidi, Termezi kimi məşhur şəxsiyyətləri olub və onları bütün dünyada tanıyırlar. Ölkəmiz milli mənəvi dəyərlərə hörmət edən ölkə kimi tanınıb. Hazırda Özbəkistanda 130 xalq və millətin, 16 konfessiyanın nümayəndələri sabitlik və əmin-amanlıq şəraitində yaşayırlar. Daşkənddə İslam İnstitutu və İslam Universiteti fəaliyyət göstərir.
Konfransda çıxış edən şeyxülislam Allahşükür Paşazadə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev 2017-ci ili ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edib və bu istiqamətdə müxtəlif tədbirlər keçirilir. Əməkdaşlığımızın tarixi qədimdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Özbəkistanın birinci Prezidenti İslam Kərimov ölkələrimiz arasında münasibətləri daha yüksəkliyə qaldırıblar. Bu əlaqələr hazırda prezidentlər İlham Əliyev və Şavkat Mirziyayev tərəfindən uğurla davam etdirilir.
Sonra Mübariz Qurbanlı Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.
Müraciətdə deyilir ki, Özbəkistanda - müxtəlif mədəniyyətlərin sülh şəraitində mövcud olduğu, qarşılıqlı anlaşma və tolerantlıq mühitinin hökm sürdüyü bir ölkədə nüfuzlu dövlət, elm və din xadimlərinin, beynəlxalq təşkilatların rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri bu tədbirin keçirilməsi qanunauyğun bir haldır. Ölkələrimiz İslam mədəniyyətinin və dünya mədəni-tarixi irsinin mərkəzi sayılır. Müsəlman intibahında mühüm rol oynayan Azərbaycan və Özbəkistan Şərqlə Qərb arasında birləşdirici körpü olaraq müxtəlif mədəniyyətlərin, dinlərin və konfessiyaların inkişafına əvəzsiz töhfə verib. Bu günlərə qədər qorunub saxlanılan tolerantlıq və mədəni-etnik rəngarənglik mühiti xalqlarımızın mənəvi zənginliyini göstərən tarixi nailiyyətdir.
Müraciətdə qeyd olunur ki, bu gün tolerantlıq və multikulturalizm kimi tarixi ənənələrə sadiq qalan dövlətlərimiz öz xarici siyasətlərində İslam dünyası ilə və başqa dövlətlərlə münasibətlərin möhkəmlənməsinə eyni səviyyədə mühüm əhəmiyyət verir.
Qeyd edilir ki, bu gün dünyada insan sivilizasiyası üçün real təhlükə sayılan ziddiyyətli proseslər və hadisələr baş verir. Müxtəlif regionlarda etnik və dini zəmində münaqişələr yaranır, terrorizm, separatizm, ksenofobiya, islamofobiya meyilləri güclənir, dindən siyasi məqsədlər üçün istifadə etməyə cəhd göstərilir. Bəşəriyyət yalnız birgə səylərlə bu təhlükələrə qarşı dura bilər. Bizi sevindirir ki, Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilən ildə xalqlarımız arasında olan dostluq münasibətləri dövlətlərimizin İslam həmrəyliyi və dinlərarası dialoqun tərəfdarı olduğuna bir daha sübutdur.
Konfrans işini davam etdirir.

 
  • Oxunub:  1530  |  
  • Tarix:  18-10-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumu keçirilib

18:01
20 Noyabr
Sarayevoda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin konfransı keçirilib
17:58
20 Noyabr
Avropa İttifaqı ilə Azərbaycan arasında 8 Tvinninq layihəsinin icrasına hazırlıq gedir
17:56
20 Noyabr
Hikmət Babaoğlu: YAP-ın güc aldığı yeganə mənbə xalqdır
17:47
20 Noyabr
Səfir: Latviya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib
17:19
20 Noyabr
Əli Həsənov: Etnik separatizmlə oynamaq olmaz
17:13
20 Noyabr
Tomas Qreminger: Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüşü təqdir edirəm
17:09
20 Noyabr
Prezident İlham Əliyev: Biz çox istəyirik ki, bütün müsəlman aləmi daha da sıx birləşsin
16:42
20 Noyabr
Əli Həsənov: “Azərbaycan Qərbin etibarlı tərəfdaşı hesab olunur”
16:39
20 Noyabr
Əfşan Xan: IV Ümumrespublika Forumunda uşaqların fəallıqla iştirakı ilhamvericidir
15:31
20 Noyabr
Musa Quliyev: Yeni Azərbaycan Partiyası dövrün tələbindən yaranmış bir partiyadır
15:27
20 Noyabr
Mingəçevirdə YAP-ın yaranmasının 25-ci ildönümü münasibətilə tədbir keçirilib
15:10
20 Noyabr
Sergey Lavrov: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylərimizi davam etdirəcəyik
15:07
20 Noyabr
Siyavuş Novruzov: Bu gün Azərbaycanda Yeni Azərbaycan Partiyasına rəqib ola biləcək siyasi qüvvə yoxdur
15:02
20 Noyabr
Elmar Məmmədyarov: Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsinin artırılması üçün geniş potensial var
14:59
20 Noyabr
Bakıda Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirlərinin görüşü olacaq
14:50
20 Noyabr
Brüsseldə “Avropa Azərbaycanlılarının Qarabağ Forumu” keçirilir
14:47
20 Noyabr
Azərbaycan-Rusiya əlaqələrinin perspektiv inkişaf istiqamətləri müzakirə edilib
14:35
20 Noyabr
Azərbaycan dövlətinin uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı gördüyü işlər təqdirəlayiqdir
14:22
20 Noyabr
Regionlarda 2018-ci ildə ərazi vergi orqanlarının qarşısında duran vəzifələrə aid zona müşavirələri keçirilib
14:11
20 Noyabr
Azərbaycan ilə Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə zərf imzalanıb
12:47
20 Noyabr
Dünya Mətbuat Şuraları Assosiasiyasının Hindistanda keçirilən toplantısında Azərbaycan da təmsil olunub
12:40
20 Noyabr
Qafqaz Müsəlmanları İdarəsinin sədri Rusiyaya səfərə gedir
12:33
20 Noyabr
Azərbaycanın və Rusiyanın xarici işlər nazirlərinin görüşü keçirilir
12:30
20 Noyabr
Prezident İlham Əliyev: Düşmən təxribatına qurban olmuş günahsız övladlarımızın qanı yerdə qalmayacaq, erməni təcavüzünə son qoyulacaq
12:27
20 Noyabr
Hicran Hüseynova: Gənc nəslimiz vətənpərvərlik ruhunda tərbiyə edilməlidir
12:18
20 Noyabr
BTQ-nin istifadəyə verilməsi ilə Bakı Limanında ilk mərhələdə 1 milyon ton yükün aşırılması proqnozlaşdırılır
12:11
20 Noyabr
Sergey Lavrov: Azərbaycan və Rusiya strateji tərəfdaşlardır
12:08
20 Noyabr
Azərbaycan diplomatiyası 25 ildə: riskli və mürəkkəb şəraitdə uğurun sirri
12:04
20 Noyabr
Taleh Ziyadov: Bakı Limanı dünya limanlarını Bakıda qarşılamağa hazırdır
11:30
20 Noyabr
Rusiyanın xarici işlər naziri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
11:25
20 Noyabr
Bakıda Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumu keçirilir
11:16
20 Noyabr
Bakı Limanı MDB-də ilk "Yaşıl Liman" statusu almağı hədəfləyən limandır
11:11
20 Noyabr
Bu gün Brüsseldə “Avropa Azərbaycanlılarının Qarabağ Forumu” öz işinə başlayacaq
11:08
20 Noyabr
Mir Cəlal Paşayevin zəngin yaradıcılığı Los-Ancelesdə təqdim olunub
11:04
20 Noyabr
Ə­li Əhmədov: Ölkəmizin g­ücünün və qüdrətinin ­artmasını vacib amil ­hesab edirik
11:02
20 Noyabr
Novruz Məmmədov: Azərbaycan gələcəkdə ABŞ ilə parlaq əməkdaşlığa ümid edir
10:54
20 Noyabr
Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunun iştirakçıları ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad ediblər
10:26
20 Noyabr
Bahar Muradova: YAP müasir və güclü Azərbaycan quruculuğu işində hər zaman aparıcı siyasi qüvvə olub və olacaq
10:14
20 Noyabr
Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 128 dəfə pozub
09:56
20 Noyabr
QDİƏT-in baş katibi: Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropa ilə Asiyanı bir-birinə qovuşduran ən uğurlu layihədir
09:45
20 Noyabr
Gürcü politoloq: Avropa İttifaqı Ermənistandan tək Metsamor AES-i bağlamağı deyil, işğala son qoymağı da tələb etməlidir
09:35
20 Noyabr
ANAMA Cocuq Mərcanlıda aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb
09:31
20 Noyabr
“İslam Həmrəyliyi İli”ndə məscid, kilsə və sinaqoqlara iki mindən çox kitab hədiyyə edilib
18:00
18 Noyabr
Rəssamlar İttifaqında 150-dən çox fırça ustasının əsərləri sərgilənir
17:53
18 Noyabr
Deputat: NATO-nun Türkiyəyə qarşı bu hərəkəti millətin dəyərlərinə hörmətsizlikdir
17:46
18 Noyabr
Brüsseldə “Avropa Azərbaycanlılarının Qarabağ Forumu” təşkil olunacaq
17:39
18 Noyabr
Komanda-qərargah hərb oyunlarının növbəti mərhələsi Hərbi Dəniz Qüvvələrində keçirilib
17:34
18 Noyabr
Tur-aksiya iştirakçıları Qubada erməni daşnaklarının törətdikləri soyqırımı faktları ilə tanış olublar
17:29
18 Noyabr
Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib
16:30
18 Noyabr
Ağsuda Yeni Azərbaycan Partiyasının 25 illiyi qeyd olunub
15:26
18 Noyabr
YAP Binəqədi rayon təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş təntənəli tədbir keçirildi
14:30
18 Noyabr
İstanbulda Asiya Parlament Assambleyasının plenar sessiyası keçiriləcək
14:23
18 Noyabr
Azərbaycan-Pakistan diplomatik münasibətlərinin qurulmasının 25-ci ildönümü Kəraçidə qeyd edilib
14:04
18 Noyabr
Azərbaycanın “Dubay Ekspo 2020”də iştirakı haqqında müqavilə imzalanıb
13:48
18 Noyabr
Strateji Yol xəritələrinin icrası iqtisadi islahatların dönməz və sistemli xarakter almasına töhfə olub
13:17
18 Noyabr
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 46-cı kitabı çapdan çıxıb
11:49
18 Noyabr
Tahir Rzayev: Sahibkarlar yeni layihələrin həyata keçirilməsində fəal iştirak edirlər
11:38
18 Noyabr
Kamal Abdullayev: Azərbaycan öz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunədir
11:33
18 Noyabr
Fuad Muradov: Torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizə KİV-lərdə daha böyük diqqət ayrılmalıdır
11:24
18 Noyabr
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi daha bir aksiya keçirir
10:49
18 Noyabr
Özbəkistanın müdafiə naziri Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında olub
10:41
18 Noyabr
Bakının “Avro-2020”yə hazırlığı müzakirə olunub
10:33
18 Noyabr
Bakıda “Böyük tələbə layihəsi”nin 25 illiyi qeyd edilib
10:29
18 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 123 dəfə pozub
17:55
17 Noyabr
Azərbaycan Texniki Universitetin İdman Sarayının əsaslı təmirdən sonra açılışı olub
17:43
17 Noyabr
Elman Nəsirov: Ermənistan bu gün dalana dirənmiş siyasətin ağır nəticələri ilə üz-üzə qalıb
17:39
17 Noyabr
MDB dövlətləri Məşvərət Şurasının iclasında ölkəmizdə əmək və sosial müdafiə sahəsində aparılan islahatlara dair məlumatlar maraqla qarşılanıb
17:34
17 Noyabr
IDEA Heyvanlara Qayğı Mərkəzində sahibsiz itlərin sterilizasiyası üzrə aksiya keçirilir
17:33
17 Noyabr
Prezident İlham Əliyev: Xoş niyyətlə gələn bütün qonaqlara öz qapılarımızı açırıq
17:00
17 Noyabr
Siyavuş Novruzov: Azərbaycanın müstəqilliyinin qorunması və inkişaf etdirilməsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA