Ana səhifə »  Qəzetin pdf formatı »  Nizami Kino Mərkəzində “Pəncərədən düşən işıq” sənədli filminin təqdimat mərasimi olub
A+   Yenilə  A-
Nizami Kino Mərkəzində “Pəncərədən düşən işıq” sənədli filminin təqdimat mərasimi olub

Heydər Əliyev Fondunun vitse-prezidenti, filmin ideya müəllifi və baş prodüseri Leyla Əliyeva mərasimdə iştirak edib
Oktyabrın 17-də Nizami Kino Mərkəzində “Pəncərədən düşən işıq” sənədli filminin təqdimat mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, filmin ideya müəllifi və baş prodüseri Leyla Əliyeva mərasimdə iştirak edib.
Çəkilişləri Heydər Əliyev Fondunun və Bakı Media Mərkəzinin dəstəyi ilə həyata keçirilən filmin nümayişindən əvvəl Leyla Əliyeva, ekran əsərinin ssenari müəllifi və rejissoru Oleq Şommer, filmin qəhrəmanlarından biri olan Vüsalə Kərimova səhnəyə çıxdılar.
Filmin üzərində təxminən bir il işlədiklərini diqqətə çatdıran Oleq Şommer dedi ki, bu, onlar üçün təkcə film çəkilişləri olmayıb, bu ekran əsərinin yaradılmasında iştirak edən hər kəs ona öz qəlbinin bir parçasını qoyub. “İdeya Leyla Əliyevanın “Əgər hər kəs özünü yaxşı insan hesab edirsə, niyə ətrafda bu qədər pislik var?” sualından yarandı”, - deyən rejissor qeyd etdi ki, filmin mövzusu olan Xeyir və Şər əbədi mövzudur. İnsanlar hər zaman Xeyirlə Şərin qarşıdurmasında Xeyirin necə qalib gəlməsini düşünüblər. Dünyanı bürüyən təcavüzkarlığın artıq həddi keçdiyini qeyd edən Oleq Şommer məhz buna görə bu mövzuya müraciət etdiklərini bildirdi. O dedi ki, filmin qəhrəmanları şərlə mübarizə aparır və çox hallarda qalib gəlirlər. Lakin “ruhun xərçəngi” kimi bir anlam var və ona qalib gəlmək o qədər də asan deyil, çünki onun heç bir resepti yoxdur. Bu zaman isə filmin qəhrəmanları olan uşaqlar həyatın çətinlikləri ilə üz-üzə gələrək böyüklərin qarşısında cəsarət, nikbinlik və müdriklik nümunəsi göstərirlər.
Filmin qəhrəmanlarından birinin səhnədə dayanan Vüsalə Kərimova olduğunu deyən rejissor qeyd etdi ki, bu qızda olan həyatsevərlik hamı üçün nümunədir. Oleq Şommer filmin nümayişindən əldə edilən vəsaitin həm də bu filmə bu gün zalda tamaşa edən uşaqların müalicəsinə sərf olunacağını vurğuladı. Rejissor Heydər Əliyev Fonduna və Bakı Media Mərkəzinə xüsusi təşəkkürünü bildirdi.
Təqdimat mərasimində çıxış edən filmin ideya müəllifi və baş prodüseri Leyla Əliyeva ekran əsərinin əhəmiyyətindən danışdı: “Bu filmin Xeyir və Şər haqqında olduğunu demək istəmirəm, film Xeyir haqqındadır. Ona görə ki, dünyada ən böyük qüvvə - sevgi, xeyir və inamdır. Bu filmi hər kəs özünün istədiyi kimi qəbul edəcək. Ümidvaram ki, hər kəs orada özünə aid olan məqamlar görəcək”, - deyən Leyla Əliyeva heç kəsin heç bir cəhətdən başqalarından yaxşı və ya pis olmadığını vurğuladı.
Heydər Əliyev Fondunun vitse-prezidenti əminliklə söylədi ki, hər kəsin bu həyatda öz rolu var və biz kiməsə kömək edəndə özümüzə kömək edirik. Eyni qayda ilə biz kimisə hətta fikrən də olsa incidəndə, ilk növbədə, özümüzü incidirik. Film üzərində işləyənlərə minnətdarlığını bildirən Leyla Əliyeva hamını ekran əsərini izləməyə dəvət etdi.
Filmin süjet xətti Xeyir və Şər üzərində qurulub. Xeyir və Şərin əbədi qarşıdurmasında Xeyirin qalib gəlməsi üçün nə etmək lazımdır? Filmin qəhramanları bu suala cavab verməyə çalışırlar. Onların arasında 20 ildən çox həbsxana həyatı yaşayan və hazırda hər gününü yaxşılıq etməklə başlayan, bununla da “iblislər”in yenidən ona hakim olmamasına çalışan şəxsi görürük. Eyni zamanda, filmdə həkimlər uşaqları onkoloji xəstəlikdən xilas edərək aydın şəkildə Şərlə mübarizə aparırlar və çox hallarda qalib gəlirlər.
Ekran əsərinin digər qəhrəmanı əlil arabasında gəzməsinə baxmayaraq, normal həyat tərzi yaşayır: ali məktəbdə oxuyur, bal rəqsləri ilə məşğul olur, Olimpiya Oyunlarına hazırlaşır, paraşütdən tullanır, bununla da cətinliklərin öhtəsindən gələ bilir.
Filmdə əsərləri 50 dilə tərcümə olunan fransız yazıçı və dramaturq Erik Emmanuel Şmittin həyatı dəyərləndirməyə dair müsahibəsi də yer alıb. Beləliklə, film həyatın həqiqi dəyərlərindən bəhs edərək, hər kəsin Şərə qarşı bir peyvənd vurdura biləcəyi, “həyatı daha gözəl etmək hər birimizin əlindədir” fikrini çatdırır.
Təqdimat mərasimində Bakının və Moskvanın uşaq evlərinin sakinləri də iştirak etdilər.
Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Fondun həyata keçirdiyi “Uşaq diplomatiyası” proqramı çərçivəsində Moskvadakı “Naş dom” adlı ailə tərbiyəsinə dəstək mərkəzinin Bakıya gəlmiş yetirmələri və Bakının uşaq evlərinin sakinləri ilə görüşdü, onlarla səmimi söhbət etdi və uşaqlara uğurlar arzuladı.
Moskvadan gələn uşaqlar üçün Bakıda keçirəcəkləri 8 gün ərzində maraqlı proqram hazırlanıb. Onlar ölkəmizlə daha yaxından tanış olmaq və həmyaşıdları ilə dostluq əlaqələri qurmaq imkanı qazanacaqlar. Proqram çərçivəsində bu ilin yay aylarında Azərbaycanın uşaq evlərinin sakinləri Rusiya paytaxtında olublar.
Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqları hər zaman qayğısı ilə əhatə edib. “Uşaq diplomatiyası” proqramı da bu istiqamətdə görülən işlərdən biridir.

 
  • Oxunub:  3030  |  
  • Tarix:  17-10-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilaskarıdır

17:13
20 İyun
Mərkəzi Elmi Kitabxana “Vikipediya”da “Azərbaycan Xalq Cümhuriyyəti ayı”nın nəticələrini təqdim edib
17:10
20 İyun
Tarix Muzeyində “Ordum varsa, yurdum var!” adlı sərgi hazırlanır
17:02
20 İyun
Zakir Həsənov: Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrdə həyata keçirdiyi islahatlar uğurla davam etdirilir
16:44
20 İyun
Qida Təhlükəsizliyi Agentliyinin idxal-ixrac əməliyyatları ilə məşğul olan sahibkarlara müraciəti
16:27
20 İyun
Elmar Məmmədyarov Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək
16:24
20 İyun
Azərbaycandan elektrik enerjisinin ixracı 2,9 dəfəyədək artıb
16:15
20 İyun
Mariya Zaxarova: Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək üçün əlindən gələni edəcək
16:06
20 İyun
Pərviz Şahbazov: Vyana görüşündə neft hasilatının səviyyəsi ilə bağlı müzakirələr aparılacaq
15:45
20 İyun
Azərbaycanda ümumi enerji istehlakı 13,9 milyon ton neft ekvivalenti olub
15:40
20 İyun
Təmsilçilərimizin UEFA Avropa Liqasındakı rəqibləri bəlli olub
14:54
20 İyun
Azərbaycan Vyetnamla Protokol imzalayıb
14:40
20 İyun
Xarici İşlər Nazirliyin 20 iyun - Dünya Qaçqınlar Günü ilə əlaqədar açıqlama yayıb
14:22
20 İyun
Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Çində səfərdədir
14:19
20 İyun
20 iyun Ümumdünya Qaçqınlar Günüdür
14:09
20 İyun
Daşkənddə keçirilən regional seminarda Azərbaycan da təmsil olunub
14:07
20 İyun
Ötən il Azərbaycandan Vyetnama ixracın həcmi 55 milyon ABŞ dolları olub
12:43
20 İyun
Əli Əhmədov: Qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində müəyyən irəliləyişlər əldə olunub
12:40
20 İyun
Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə bağlı təntənəli mərasim keçirilir
12:18
20 İyun
Varşavanın Kral Sarayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub
12:01
20 İyun
İlk Milli Səhiyyə Forumunda ən son tibbi yeniliklər müzakirə olunub
11:44
20 İyun
Zakir Həsənov: "Azərbaycan Ordusu ən müasir raket və artilleriya sistemlərinə malikdir"
11:36
20 İyun
Milli Məclisin növbədənkənar sessiyada son plenar iclasının vaxtı məlum olub
11:14
20 İyun
Qazaxda “Ehtiyat səyyar ASAN 2 xidməti”ndən 3 mindən çox sakin yararlanıb
11:06
20 İyun
Etibar Nəcəfov: Azərbaycan milli azlıqların müdafiəsi ilə bağlı bütün öhdəliklərini yerinə yetirir
10:59
20 İyun
Müdafiə naziri səhra məşğələlərinin gedişini izləyib
10:51
20 İyun
Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı keçirilir
10:46
20 İyun
Heydər Əliyev Fondunun təqdim etdiyi azərbaycanlı dirijor beynəlxalq müsabiqədə
10:24
20 İyun
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 87 dəfə pozub
10:02
20 İyun
Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri parada hazırlıq məqsədilə Bakı səmasında növbəti uçuşlar edib
09:58
20 İyun
Zakir Həsənov: "Azərbaycan ordusu istənilən döyüş əmrini yerinə yetirməyə tam hazır və qadirdir"
09:18
20 İyun
Ölkə üzrə bu günədək 451 ton yaş barama tədarük olunub
09:14
20 İyun
Parisdə türk dünyası ilə bağlı silsilə tədbirlər keçirilib
08:50
20 İyun
Əlcəzair nümayəndə heyətinin Azərbaycana ilk səfəri əlamətdar tarixi hadisələrlə üst-üstə düşür
08:38
20 İyun
Azərbaycan ilə Tacikistan arasında mədəni əməkdaşlığın geniş perspektivləri var
08:22
20 İyun
Azərbaycan ilə Braziliya arasında parlamentlərarası münasibətlərin genişləndirilməsi müzakirə olunub
08:18
20 İyun
Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti Çində səfərdə olacaq
17:47
14 İyun
Eldar İbrahimov: 15 iyun 1993-cü il əsl qurtuluş, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir
17:45
14 İyun
Baş nazirin müavini: Yaxın illərdə bütün ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə başlanacaq
17:39
14 İyun
Kanada sammiti: G7-nin riskləri və qeyri-müəyyənlikləri
17:35
14 İyun
Tarix Muzeyində “Milli qurtuluşumuzda Heydər Əliyev və ordu amili” mövzusunda tədbir keçirilib
17:22
14 İyun
TANAP-ın açılışı: "Enerjinin İpək yolu"nun geosiyasi əhəmiyyəti
17:20
14 İyun
Abel Məhərrəmov: 15 İyun Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixində mühüm yer tutur
17:17
14 İyun
Bayram günlərində Bakı metrosu xüsusi rejimdə çalışacaq
17:14
14 İyun
Moskvada MDB İqtisadi Şurasının 78-ci iclası keçirilib
17:07
14 İyun
XİN: Qondarma Dağlıq Qarabağ rejiminin “sənədi”nin BMT-də yayılması xəbəri yalan və cəfəngiyatdır
17:01
14 İyun
İlin əvvəlindən əhalinin sayı 25018 nəfər artıb
16:35
14 İyun
Daşkənddə Sona Vəliyevanın özbək dilində şeirlər kitabının təqdimatı olub
16:27
14 İyun
Azərbaycan üzrə hazırlanacaq Ölkə Tərəfdaşlığı Strategiyası üçün prioritet istiqamətlər müzakirə edilib
16:18
14 İyun
Nazir: Azərbaycan Türkiyəyə təbii qazı ən əlverişli qiymətlərlə tədarük edir
16:14
14 İyun
Vüqar Rəhimzadə: Azərbaycan və Türkiyə XXI əsrin enerji xəritəsini birlikdə cızır
16:11
14 İyun
BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatı: Azərbaycanda qida təhlükəsizliyinə xüsusi diqqət yetirilməlidir
16:05
14 İyun
Denis Daniilidis: "Cənub Qaz Dəhlizi"nin işə salınması Azərbaycan və Avropa İttifaqı üçün xoşbəxt məqamdır
15:54
14 İyun
Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfəyədək artıb
15:44
14 İyun
Azərbaycan Texniki Universitetində yaz imtahan sessiyasında yeddi mindən çox tələbə iştirak edir
15:20
14 İyun
Filadelfiyada Cümhuriyyətin 100 illiyi ilə əlaqədar Azərbaycan bayrağı ucaldılıb
15:16
14 İyun
Azərbaycanın Baş naziri Parisdə Fransa Prezidentinin diplomatik müşaviri ilə görüşüb
15:08
14 İyun
Sevinc Fətəliyeva: TANAP Avropa üçün yeni enerji mənbələrinin əsasını qoyub
14:57
14 İyun
Əli Əhmədov: Ermənistan prezidentinin işğal altındakı ərazilərimizə səfəri qanunsuzdur
14:52
14 İyun
Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən xilas olub
14:51
14 İyun
Baş nazirin müavini: Rəqiblərimiz "sosial şəbəkə" pərdəsi arxasında gizlənib tərbiyəsizlik edirlər
14:47
14 İyun
ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının nümayəndə heyəti Azərbaycanda səfərdədir
14:35
14 İyun
Əli Əhmədov: Azərbaycan güclü ölkəyə çevrilib, güclü ordusu var
14:34
14 İyun
Dövlət İdarəçilik Akademiyasında Milli Qurtuluş Günü qeyd edilib
14:28
14 İyun
Bakıda ilk dəfə "CANSO-2020" Ümumdünya aeronaviqasiya sammiti keçiriləcək
14:23
14 İyun
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Milli Qurtuluş Günü qeyd olunub
14:17
14 İyun
Sosial xidmət və reabilitasiya müəssisələrinin fəaliyyəti təkmilləşdirilməlidir
14:16
14 İyun
Tibb Universitetində Milli Qurtuluş Günü qeyd olunub
14:09
14 İyun
Bakı Ali Neft Məktəbində Milli Qurtuluş Günü qeyd edilib
14:05
14 İyun
Dövlət Statistika Komitəsində Milli Qurtuluş Günü qeyd olunub
12:39
14 İyun
Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin III Plenumu keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA