Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Vüsal Qasımlı: Azərbaycanda strateji idarəetmə mexanizminin tətbiqinə başlanılır

Vüsal Qasımlı: Azərbaycanda strateji idarəetmə mexanizminin tətbiqinə başlanılır

16.10.2017 [15:31]

Azərbaycanda strateji idarəetmə mexanizminin tətbiqinə başlanılır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin mətbuat xidmətindən bildiriblər ki, bu barədə qurumun icraçı direktoru Vüsal Qasımlı Rusiya və Gürcüstandan olan tanınmış alimlərlə görüşündə deyib.
İcraçı direktor Azərbaycanda yeni iqtisadi model quruculuğu barədə danışaraq, xüsusilə Strateji Yol xəritələrinin icrasına toxunub. Bildirib ki, Azərbaycanda strateji idarəetmə mexanizminin tətbiqinə başlanılır. Azərbaycan təkcə mükəmməl strategiya sənədinə sahib deyil, həm də onun monitorinq və qiymətləndirilməsi şəffaf və hesabatlı aparılır. Bu isə cavabdeh qurumları motivasiya edir. İslahatın nəticələri ictimaiyyət və beynəlxalq qurumların iştirakı ilə müzakirə olunur. Neft amilinin təsirinin azaldığı halda Azərbaycanın dünya reytinqlərində irəliləməsi bilavasitə islahatların nəticəsidir.
Rusiya Elmlər Akademiyasının müxbir üzvü professor Georgi Kleyner deyib ki, Azərbaycanın islahat təcrübəsi öyrənilməyə layiqdir. Rusiyalı akademik öz ölkəsində və Azərbaycanda aparılan iqtisadi islahatları müqayisə edərək elmi ictimaiyyətin əməkdaşlığının vacibliyini önə çəkib.
Gürcüstan Elmlər Akademiyasının həqiqi üzvü Vladimir Papavanın sözlərinə görə, Azərbaycanda iqtisadi islahatların sistemli xarakter daşıması Strateji Yol xəritələrinin tərtib edilməsi ilə daha da təkmilləşib. Akademik Papava Gürcüstanda da həyata keçirilən strateji planlaşdırma və idarəetmə barədə məlumat verib.
Görüşün sonunda Vüsal Qasımlı qonaqların Azərbaycanda aparılan iqtisadi islahatlarla bağlı suallarını cavablandırıb.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

Paylaş:
Baxılıb: 192 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31