Ana səhifə »  Qəzetin pdf formatı »  Aparılan islahatlar Nazirlər Kabinetinin fəaliyyətinin təkmilləşdirilməsinə, səmərəliliyinin yüksəldilməsinə xidmət edir
A+   Yenilə  A-
Aparılan islahatlar Nazirlər Kabinetinin fəaliyyətinin təkmilləşdirilməsinə, səmərəliliyinin yüksəldilməsinə xidmət edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni situasiyaya və çağırışlara uyğun olaraq son vaxtlar həyata keçirilən struktur islahatları idarəetmə sistemində paralelliyin və təkrarçılığın aradan qaldırılmasına, təkmilləşməyə, dinamikliyə, mobilliyə, daha çevik, operativ idarəçilik mexanizminin formalaşmasına xidmət edir. İdarəetmə sistemi və icra mexanizmi sahələrində həyata keçirilən bu mühüm islahatlar qarşıya qoyulan məqsədlərə daha tez nail olmaq üçün atılan zəruri və məqsədyönlü addımlardır. Struktur islahatlarına xüsusi diqqət yetirən dövlətimizin başçısı İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, bu islahatların aparılmasına ehtiyac var. Ümumiyyətlə, daha çevik, operativ idarəetmə mexanizmi işlənməlidir. Bəzi hallarda bəzi qurumlar bir-birinin fəaliyyətini təkrarlayırlar. Buna yol vermək olmaz. Struktur islahatları mütləq aparılmalıdır. Biz daha da səmərəli işləməliyik və iqtisadi inkişaf templərini daxili resurslar hesabına, düşünülmüş siyasət, islahatlar, o cümlədən struktur islahatları nəticəsində təmin etməliyik.
AZƏRTAC xəbər verir ki, 2016-cı il sentyabrın 26-da keçirilən ümumxalq səsverməsində (referendumda) Azərbaycan Respublikasının Konstitusiyasında edilməsi nəzərdə tutulan dəyişikliklərin müzakirəsi zamanı qəbul olunacağı təqdirdə həmin dəyişikliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin fəaliyyətinin təkmilləşdirilməsində də mühüm rol oynayacağı ilə bağlı fikirlər səsləndirilmişdi.
Son bir neçə ay ərzində həmin fikirlər artıq reallaşır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 avqust tarixli Fərmanı ilə Nazirlər Kabineti Aparatının yeni strukturu təsdiq edilib və Aparatın işçilərinin say həddi (İşlər idarəsi istisna olmaqla) 200 ştat vahidi müəyyən edilib. Mövcud olan 11 şöbənin birləşdirilməsi nəticəsində 5 yeni şöbə yaradılıb. Həmçinin bir sıra şöbələrin adları dəyişdirilməklə fəaliyyət istiqamətləri təkmilləşdirilib. Nazirlər Kabineti Aparatının Prezidentin 2017-ci il 23 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş strukturu aşağıdakı kimidir: Baş nazirin xidməti; Baş nazirin birinci müavininin xidməti; Baş nazirin müavinlərinin xidmətləri; Nazirlər Kabineti Aparatının rəhbərinin xidməti; Nazirlər Kabineti Aparatı rəhbərinin müavininin xidməti; Hüquq şöbəsi; Maliyyə və iqtisadiyyat məsələləri şöbəsi; Humanitar və sosial məsələlər şöbəsi; Beynəlxalq əlaqələr şöbəsi; Sənaye və energetika məsələləri şöbəsi; Neft və kimya məsələləri şöbəsi; Kənd təsərrüfatı məsələləri şöbəsi; Ekologiya məsələləri şöbəsi; Təhlükəsizlik və müdafiə məsələləri şöbəsi; Kommunikasiya, tikinti və kommunal təsərrüfatı məsələləri şöbəsi; Regionların inkişafı məsələləri şöbəsi; Beynəlxalq maliyyə təşkilatları ilə iş şöbəsi; Qaçqınların və məcburi köçkünlərin məsələləri şöbəsi; Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi; Mətbuat xidməti; İşlər idarəsi.
Qeyd edək ki, Nazirlər Kabineti bu vaxta qədər sabiq Baş nazir Surət Hüseynovun 1994-cü ildə təsdiq etdiyi Müvəqqəti Reqlament əsasında fəaliyyət göstərirdi. Qeyd edilən Fərmanda Azərbaycan Prezidentinin verdiyi tapşırıqdan sonra “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası” və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə” layihələri qısa müddətdə hazırlandı və dövlətimizin başçısının 2017-ci il 10 oktyabr tarixli Fərmanı ilə təsdiq edildi.
Bu sənədlər Nazirlər Kabinetinin fəaliyyətinin təkmilləşdirilməsi, operativliyinin təmin edilməsi və səmərəliliyinin yüksəldilməsi məqsədilə qəbul olunub.
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası” Nazirlər Kabinetinin Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş və Azərbaycan Respublikası Prezidentinin aktları ilə ona həvalə olunmuş səlahiyyətlərin həyata keçirilməsi üçün onun fəaliyyətinin təşkili qaydalarını müəyyən edir. Bu Qaydada aşağıdakı məsələlər tənzimlənib:
- Nazirlər Kabinetinin səlahiyyətlərinin (o cümlədən normativ hüquqi aktların layihələrinin hazırlanması ilə bağlı fəaliyyətinin) həyata keçirilməsinin planlaşdırılması;
- Nazirlər Kabinetinin iclaslarının planlaşdırılması, hazırlanması və keçirilməsi;
- Nazirlər Kabinetinin və əlaqələndirici və məşvərətçi orqanların iclaslarında, Baş nazirin və onun müavinlərinin yanında keçirilən müşavirələrdə qəbul olunan, habelə Baş nazirin operativ məsələlərə dair qəbul etdiyi qərarların rəsmiləşdirilməsi;
- Nazirlər Kabinetinin aktlarında, iclaslarının protokollarında verilən tapşırıqların, habelə Azərbaycan Respublikası Prezidentinin, Baş nazirin və onun müavinlərinin tapşırıqlarının icrası qaydası;
- Nazirlər Kabinetində hüquqi aktların layihələrinin hazırlanması, təqdim edilməsi, baxılması və Nazirlər Kabinetinin aktlarının qəbul edilməsi, rəsmi dərc olunması və qüvvəyə minməsi;
- Baş nazirin və onun müavinlərinin sədrlik etdikləri əlaqələndirici və məşvərətçi orqanların fəaliyyətinin təşkili;
- Nazirlər Kabinetinin Azərbaycan Respublikasının Milli Məclisi qarşısında hesabatı;
- Azərbaycan Respublikası Milli Məclisinin və Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının Nazirlər Kabinetinə sorğuları;
- Nazirlər Kabinetinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğuları;
- Vətəndaşların qəbulu və müraciətlərinə baxılması.
Nazirlər Kabinetinin kollegial orqan olduğu nəzərə alınaraq, Qaydada Nazirlər Kabinetinin iclaslarının planlaşdırılması, hazırlanması və keçirilməsinə xüsusi diqqət ayrılıb. Belə ki, Baş nazir tərəfindən bəyənilmiş iclas gündəliyinin layihəsi və müvafiq materiallar iclasın tarixindən azı 5 iş günündən əvvəl Nazilər Kabinetinin üzvlərinə, habelə iclasda iştirak edəcək digər şəxslərə göndəriləcək. İclasda Nazirlər Kabinetinin üzvləri şəxsən iştirak etməlidirlər. Üzvlərin azı yarısı iştirak etdikdə Nazirlər Kabinetinin iclası səlahiyyətli hesab olunacaq. İclasda baxılan məsələlərə dair qərarlar üzvlərin sadə səs çoxluğu ilə qəbul olunacaq. Nazirlər Kabinetinin iclası, bir qayda olaraq, açıq keçiriləcək.
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə”də isə Aparatın fəaliyyət istiqamətinin müvafiq səlahiyyətlərin Nazirlər Kabineti tərəfindən həyata keçirilməsinin təşkil və təmin edilməsindən ibarət olduğu müəyyənləşib, həmçinin Aparatın vəzifələri, hüquqları və fəaliyyətinin təşkili ilə bağlı digər məsələlər öz əksini tapıb.

 
  • Oxunub:  2670  |  
  • Tarix:  16-10-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Mehriban Əliyeva: MDB Daxili İşlər Nazirləri Şurası vətəndaşların normal, dinc həyatını təmin etmək üçün çox mühüm vəzifəni həyata keçirir

10:47
23 İyul
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ağdamın işğalının 25-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
10:39
23 İyul
Türkiyənin Xarici İşlər naziri Azərbaycana gəlir
10:37
23 İyul
Angela Merkel Azərbaycana səfər edəcək
09:54
23 İyul
Ermənistan silahlı bölmələri sutka ərzində atəşkəs rejimini 98 dəfə pozub
09:19
23 İyul
Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 25 il keçir
18:28
21 İyul
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
18:07
21 İyul
Hikmət Babaoğlu: Prezident İlham Əliyevin Fransaya səfəri ölkəmizin milli maraqları baxımından olduqca önəmlidir
17:07
21 İyul
Qoşunların operativliyinin artırılması ilə bağlı tapşırıqlar verilib
17:05
21 İyul
Naxçıvanda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin əməkdaşları təltif olunub
17:03
21 İyul
Muxtar respublikaya yeni kənd təsərrüfatı texnikaları gətirilib
17:01
21 İyul
Təhsil Nazirliyinin kollegiyası müəyyənləşib
17:00
21 İyul
Siyasi ekspert: Azərbaycan Prezidentinin Fransaya səfəri böyük əhəmiyyətə malikdir
16:57
21 İyul
Gövhər Baxşəliyeva: Azərbaycanda dünya ölkələrinə nümunə göstəriləcək dövlət-din münasibətlərinin xüsusi modeli mövcuddur
16:55
21 İyul
Hadi Rəcəbli: Ölkəmizdə yeni iş yerlərinin yaradılması daim diqqət mərkəzindədir
16:26
21 İyul
“The Jerusalem Post”: Azərbaycanın Avropa İttifaqı və NATO ilə əlaqələri strateji xarakter daşıyır
16:23
21 İyul
Kənd Təsərrüfatı Nazirliyi: 17 regionda imtahan-qeydiyyat məntəqələri yaradılıb
16:16
21 İyul
Şəmsəddin Kuzenci: Azərbaycan dövləti mətbuata xüsusi diqqət göstərir
15:17
21 İyul
Fransalı jurnalist Azərbaycan qadınının cəmiyyətdə yeri və rolundan yazıb
14:10
21 İyul
X Qəbələ Beynəlxalq Musiqi Festivalını proqramı açıqlanıb
13:18
21 İyul
Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi üzrə tədbirlərin 31 faizinin icrası tamamlanıb
13:16
21 İyul
Moldova Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib
12:05
21 İyul
Bakıda Beynəlxalq Media Forumu keçirilir
12:03
21 İyul
Bəhruz Həsənov: Sosial şəbəkələr vasitəsilə Azərbaycana qarşı təxribat xarakterli yazılar dərc edənlərə qarşı ciddi addımlar atırıq
11:34
21 İyul
Səfir: Azərbaycan-Türkiyə münasibətləri "bir millət - iki dövlət" prinsipinə əsaslanıb
11:23
21 İyul
“Bakı-2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının loqosu təqdim olunub
11:22
21 İyul
Vüqar Səfərli: Dövlət mətbuata hərtərəfli diqqət göstərir
11:19
21 İyul
Əflatun Amaşov: Azərbaycan milli mətbuatı ötən 143 ildə çətin və şərəfli yol keçib
10:51
21 İyul
Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalının başlanmasına bir il qalıb
10:32
21 İyul
Ermənistan ordusu atəşkəs rejimini pozmaqda davam edir
10:25
21 İyul
Bəhruz Quliyev: Birinci vitse-prezident Mehriban Əliyeva MDB DİN rəhbərlərinə sabit və inkişaf edən Azərbaycanın həqiqətlərini çatdırdı
10:22
21 İyul
Pirallahıda məcburi köçkünlər üçün yeni məhəllə salınır
10:15
21 İyul
Milli Məclisin deputatları Riqada seminarda iştirak edəcəklər
17:52
20 İyul
Hikmət Babaoğlu: Azərbaycanın işğal edilmiş ərazilərinin geri qaytarılması bütün MDB ölkələrinin marağında olmalıdır
17:46
20 İyul
Vüqar Rəhimzadə: “Əkinçi”dən başlanan yol bugünkü uğurlarımızın bələdçisidir
17:30
20 İyul
Bakıda MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib
17:24
20 İyul
Paşinyanın Brüssel uğursuzluğu
17:10
20 İyul
Azərbaycanda mövcud olan dini tolerantlıq bütün dünyada örnək kimi qəbul edilir
16:59
20 İyul
Media nümayəndələri Milli Oftalmologiya Mərkəzinin Gəncə filialında oftalmoloji müayinədən keçiblər
16:57
20 İyul
Azərbaycan Tehran Konvensiyasının Tərəflər Konfransının növbədənkənar sessiyasında təmsil olunub
16:48
20 İyul
İcbari tibbi sığortanın ölkə üzrə tətbiqinə dəstək məqsədilə keçid planının hazırlanmasına başlanılır
16:36
20 İyul
Elçin Mirzəbəyli: Çap mediasının inkişafının əleyhinə olan “Media klubu”nda cəmləşənlərin istəyi öz korporativ maraqlarının təmin olunmasıdır
16:33
20 İyul
Media maarifçilik hərəkatının ön sırasındadır
16:28
20 İyul
Əli Əhmədov: Müasir cəmiyyətimizi söz və mətbuat azadlığı olmadan təsəvvür etmək mümkün deyil
16:26
20 İyul
Hikmət Babaoğlu : İnanmaq olmur ki, özünü Azərbaycan mətbuatının bir parçası hesab edən, məhz media adı altında fəaliyyət göstərməyə çalışan insanlar çap mediasının gərəksizliyini irəli sürürlər
16:24
20 İyul
Azərbaycan Prezidenti İlham Əliyevin və Fransa Prezidenti Emmanuel Makronun görüşü olub
16:14
20 İyul
Müvəqqəti işlər vəkili: ABŞ “Cənub Qaz Dəhlizi” layihəsinə güclü dəstəyini davam etdirəcək
16:10
20 İyul
“Dövlət və din modeli” mövzusunda müzakirələr aparılıb
15:49
20 İyul
Kənd təsərrüfatı naziri Şamaxıda vətəndaşları qəbul edib
15:47
20 İyul
İqtisadiyyat naziri Göygöldə vətəndaşları qəbul edib
15:43
20 İyul
Bakıda Azərbaycanın, Gürcüstanın və Almaniyanın özəlləşdirmə qurumları nümayəndələrinin iştirakı ilə seminar keçiriləcək
15:34
20 İyul
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qaxda vətəndaşları qəbul edib
15:23
20 İyul
Azərbaycan, Gürcüstan və Almaniya arasında daşınmaz əmlak idarəçiliyi və özəlləşdirmə sahəsində əməkdaşlıq genişlənir
15:01
20 İyul
Prezident Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri İtaliya mətbuatının diqqət mərkəzindədir
14:56
20 İyul
Prezident İlham Əliyevin Fransa Milli Assambleyasının sədri Fransua de Rüji ilə görüşü olub
14:37
20 İyul
Akif Aşırlı: Dövlətin çap mətbuatının inkişafına maliyyə dəstəyi göstərməsi birmənalı şəkildə təqdir olunmalıdır
14:21
20 İyul
Uşaqlarla bağlı sosial xidmətlərin inkişafı sahəsində görüləcək işlərə dair fikir mübadiləsi aparılıb
14:09
20 İyul
Aydın Quliyev: Azərbaycan mediası qərəzli və qisasçı şəxslərin mülahizələri əsasında yox, dövlətimizin mətbuata dəstək konsepsiyası əsasında inkişaf edir
13:59
20 İyul
Olimpiya Oyunlarının proqramına 6 yeni idman növü daxil edilib
13:25
20 İyul
Prezident İlham Əliyev Fransanın SADE şirkətinin prezidenti ilə görüşüb
13:22
20 İyul
Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının yeni sədri seçilib
13:17
20 İyul
YAP Sədrinin müavini Əli Əhmədov Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələri ilə görüşüb
13:06
20 İyul
“Tank biatlonu” müsabiqəsində iştirak edəcək Azərbaycan hərbçiləri Moskvaya yola düşüblər
12:45
20 İyul
Mətbuat nümayəndələri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
12:31
20 İyul
Əli Əhmədov: Azərbaycan inkişafını qısqananlar təxribatlar törətməyə cəhd etsə də, heç nəyə nail ola bilmirlər
12:29
20 İyul
Birinci vitse-prezident Mehriban Əliyeva MDB ölkələrinin Daxili İşlər Nazirləri Şurasının Bakı iclasının iştirakçılarını qəbul edib
12:25
20 İyul
Əbülfəs Qarayev Qazaxda vətəndaşlarla görüşüb
12:08
20 İyul
Fransanın “Bouygues Travaux Publics” şirkəti Azərbaycanda nəqliyyat, inşaat, metro tikintisi sahələrində işləməkdə maraqlıdır
11:59
20 İyul
Yusuf Məmmədəliyev: Azərbaycan dövləti gənclərə güvənir, qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün birgə çalışır
11:51
20 İyul
Prezident İlham Əliyevin “CIFAL” qrupunun prezidenti ilə görüşü olub
11:38
20 İyul
Stolüstü tennis üzrə qızlardan ibarət Azərbaycan millisi Avropa çempionu olub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+28 +32
gecə+23 +26