Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Sevinc Fətəliyeva: Ermənistanın cinayətkar rəhbərliyi Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanılmasında maraqlıdır

Sevinc Fətəliyeva: Ermənistanın cinayətkar rəhbərliyi Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanılmasında maraqlıdır

13.10.2017 [17:25]

Müharibələrdə günahsız insanların, uşaqların qəsdən hədəfə alınması insanlığa sığmır.
Bu fikri AŞPA-da sərbəst debatlar zamanı Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyərək, həmkarlarının diqqətini bütün Azərbaycan xalqını narahat edən məsələyə çəkib.
O, hər gün Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin atəşə tutulması barədə hesabatlar alındığını, erməni tərəfinin təcavüzkar siyasətini, atəşkəs rejimini pozaraq münaqişənin həllində maraqlı olmadığını və bunu açıq şəkildə nümayiş etdirdiyini vurğulayıb, bu gün də günahsız insanların cəbhə xəttində qətlə yetirildiyini bildirib.
Qeyd edib ki, torpaqlarımızın işğalı ilə yanaşı, soydaşlarımıza qarşı etnik təmizləmə aparılıb.
S.Fətəliyeva erməni tərəfinin danışıqlar prosesinə mane olmaq üçün hərbi təxribatlar törətdiyini, mülki şəxslərin bu təxribatların qurbanı olduğunu diqqətə çatdırıb.
Milli Məclisin deputatı cari il iyulun 4-də Ermənistanın silahlı qüvvələrinin Füzuli rayonu Alxanlı kəndini ağır qumbaraatanlardan atəş tutmasından danışaraq bildirib: “Bu təxribat nəticədə kiçik Zəhra Quliyeva və nənəsi Sahiba Quliyeva həlak oldular. Bu, artıq hərbi cinayət çərçivəsini keçərək insanlıq, bir ailənin, ananın və xalqın faciəsinə çevrilib”.
Vurğulayıb ki, Ermənistanın mövcud cinayətkar rəhbərliyi Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanılmasında maraqlıdır. Ermənistan dünya ictimaiyyətinin qarşısında özünü rüsvay edib, işğalçı ölkənin rəhbəri belə cinayətləri törətdiyini açıq şəkildə bəyan edib. Milli Məclisin deputatı qeyd edib ki, dünya ictimaiyyəti uşaq qətllərinə reaksiya verməli, AŞPA üzvləri reallıqları anlamalıdır.
S.Fətəliyeva Avropa parlamentarilərinə təşkilatın dəyərlərini xatırladıb. O, həmkarlarını Ermənistanı öhdəliklərini və AŞPA-nın qəbul etdiyi qərarları icra etməyə və işğalçılıq siyasətinə son qoymağa məcbur etməyə çağırıb.

Paylaş:
Baxılıb: 223 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31