Ana səhifə »  Qəzetin pdf formatı »  Faşizm üzərində qələbədə mühüm amillərdən biri xalqların birliyi olub
A+   Yenilə  A-
Faşizm üzərində qələbədə mühüm amillərdən biri xalqların birliyi olub

Bakıda “Xalqların birliyi faşizm üzərində qələbədə və sülhün qorunmasında əsas amil kimi” mövzusunda beynəlxalq konfrans keçirilir
Oktyabrın 12-də Bakıda Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, “Qələbənin Varisləri” Beynəlxalq İttifaqının Azərbaycan nümayəndəliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkil etdikləri “Xalqların birliyi faşizm üzərində qələbədə və sülhün qorunmasında əsas amil kimi” mövzusunda beynəlxalq konfrans başlayıb.
AZƏRTAC xəbər verir ki, dövlət və hökumət rəsmilərinin, 20-dən çox ölkədən yüksək səviyyəli qonaqların, Milli Məclisin deputatlarının, ictimai təşkilatların, veteranların, ziyalıların, gənclərin iştirak etdikləri tədbirdə əvvəlcə İkinci Dünya müharibəsində, Əfqanıstan və Qarabağ müharibələrində həlak olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Beynəlxalq konfransda Respublika Veteranlar Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək ikinci Dünya müharibəsində alman faşizmi üzərində qələbənin 75-ci ildönümünə hazırlıq çərçivəsində keçirilən konfransın əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu konfransın Azərbaycanda keçirilməsi heç də təsadüfi deyil. Azərbaycan ikinci Dünya müharibəsində alman faşizmi üzərində qələbənin əldə edilməsinə mühüm töhfələr verib.
Azərbaycandan 690 mindən çox insan müharibədə iştirak edib, onlardan 300 mindən çoxu həlak olub. On minlərlə soydaşımız yaralanıb, minlərlə insan itkin düşüb. 123 nəfər ən yüksək ada – Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Azərbaycanın adı oğul və qızlarının şücaəti, on minlərlə həmvətənimizin orden və medallara layiq görülməsi ilə də tarixə yazılıb. Bu, Azərbaycan xalqının qəhrəmanlığının bariz nümunəsidir. Xalqımız həmin müharibədə beş milli diviziyası ilə yanaşı, bütün potensialı ilə iştirak edib. Bakı neftinin böyük qələbənin qazanılmasındakı rolu tarixi fakt kimi hamıya məlumdur. Bundan başqa, bütün Azərbaycan “hər şey cəbhə üçün, hər şey qələbə üçün” devizi ilə işləyib və əsl fədakarlıq nümunələri göstərib.
Faşizm üzərində qələbədə mühüm amillərdən biri xalqların birliyi olub. Bu amala sadiq qalan Azərbaycan xalqı və dövləti bütün dünyada sülhün qorunmasında öz töhfəsini verir və gələcəkdə də buna hazırdır. Ancaq bu gün erməni faşizmi ilə qarşılaşmış, ərazisinin iyirmi faizi Ermənistanın işğalı altında olan Azərbaycana qarşı münasibətdə eyni prinsipə həmişə əməl edilmir. Konfransda belə bir əminlik ifadə olunub ki, ki, mövzusu faşizmin bütün forma və təzahürlərinə qarşı mübarizəyə həsr edilmiş bugünkü beynəlxalq konfrans regionda və dünyada sülhün bərqərar olunmasına öz töhfəsini verəcək.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev alman faşizmi üzərində böyük qələbədə danılmaz payı olan Azərbaycanın belə tədbirlərə ev sahibliyi etməsini yüksək qiymətləndirərək deyib: “Bu beynəlxalq konfrans dövlət və ictimai xadimləri, veteran və gənclər təşkilatlarının nümayəndələrini bir məkanda toplayıb. Müzakirəyə çıxarılan mövzu çox aktual və mühümdür. Xüsusən ona görə ki, son illərdə saxtakarlar ikinci Dünya müharibəsinin tarixini yenidən yazmağa, Böyük Vətən müharibəsinin xarakterinə yenidən nəzər salmağa, faşizmin darmadağın edilməsində xalqlarımızın həlledici rolunu kiçiltməyə çalışırlar. Əminəm ki, bugünkü tədbir konstruktiv ruhda keçəcək, tarixi həqiqəti təhrif etmək cəhdlərinə qarşı mübarizəyə dair praktiki təkliflər hazırlamağa imkan verəcək, müasir mərhələdə dünyada və regionumuzda mürəkkəb qlobal prosesləri anlamağa şərait yaradacaq. Əlamətdar haldır ki, bu konfrans Bakıda - müharibə illərində cəbhəni yanacaqla təchiz edən şəhərdə keçirilir. Marşal Georgi Jukov deyirdi: “Bakı neftçiləri cəbhəyə və ölkəyə vətənimizin qorunması üçün düşmən üzərində tezliklə qələbə çalmaq üçün lazım olan miqdarda yanacaq verirdilər”.
Azərbaycanın cəbhəyə təkcə neft məhsulları göndərmədiyini, yeddi yüz mindən çox həmvətənimizin Böyük Vətən müharibəsi meydanlarında mərdliklə və fədakarlıqla döyüşdüyünü xatırladan Prezident Administrasiyasının rəsmisi deyib ki, onların təxminən yarısı geri qayıtmayıb. O vaxt Azərbaycan əhalisinin ümumi sayı cəmi üç milyon dörd yüz min nəfər idi. Bu o deməkdir ki, respublika sakinlərinin orta hesabla təxminən hər beş nəfərindən biri əlinə silah götürüb döyüşürdü.
Vətənin müdafiəçilərinə, müharibə iştirakçılarına və onların ailə üzvlərinə Azərbaycanda dərin hörmət bəslənilir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə Qələbə bayramı hər il rəsmi səviyyədə qeyd edilir. Ulu öndər Heydər Əliyev müharibə veteranlarını xalqımızın qızıl fondu hesab edirdi. Sevindirici haldır ki, veteranlara qayğı bu gün də Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Respublikada müharibə iştirakçılarına sosial dəstək tədbirləri həyata keçirilir. Onlara Prezident təqaüdü verilir, veteranlar dövlət hesabına mənzil, avtomobil və bir sıra başqa güzəştlərlə təmin olunurlar. Prezident İlham Əliyevin Sərəncamı ilə hər il Qələbə günü ərəfəsində müharibə iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul qadınlarına, cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilir.
Ə.Mehdiyev qeyd edib ki, 2015-ci ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ən yüksək standartlara cavab verən yeni bina ilə təmin olunub. Bu təşkilatın maddi-texniki bazasını gücləndirmək məqsədilə Prezidentin ehtiyat fondundan vəsait ayrılıb. Bütün bunlar ömrünün ən yaxşı illərini faşizmə qarşı mübarizəyə həsr etmiş insanlara dövlətimizin qayğısını əyani təsdiqidir.
Prezident Administrasiyasının rəsmisi ikinci Dünya müharibəsi haqqında həqiqətlərin, ümumən tarixin ermənilər tərəfindən saxtalaşdırılması cəhdlərindən, nasist ideologiyasının Ermənistanda dövlət səviyyəsində yayılmasından da danışıb.
Sonra MDB dövlətləri Mərkəzi İcraiyyə Komitəsi sədrinin müavini Konozbeq Jusupbekov, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin rəhbəri Valentin Denisov, Milli Məclisin deputatı Rasim Musabəyov, “Qələbənin Varisləri” vətəndaş və təşkilatların Beynəlxalq İttifaqının müxtəlif ölkələrdəki nümayəndəliklərinin rəhbərləri və digərləri çıxış edərək, keçirilən tədbirin əhəmiyyətindən, ikinci Dünya müharibəsində alman faşizmi üzərində qələbədə və hazırda sülhün qorunmasında xalqlar birliyinin oynadığı tarixi roldan danışıblar.
Daha sonra “Qələbənin Varisləri” Beynəlxalq İttifaqının vitse-prezidenti, Moskva vilayəti müharibə və hərbi xidmət veteranları komitəsinin sədr müavini Alfred Qaponenko, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov, İkinci Dünya müharibəsi veteranı Aleksandr Qritçenko, Müstəqil Dövlətlərin Veteran İctimai Təşkilatları Beynəlxalq İttifaqının sədr müavini Vladimir Tkaçenko, Rusiya Qəhrəmanlar Assosiasiyasının üzvü Vladimir Alimov, “Qələbənin Varisləri” Beynəlxalq İttifaqının Voronej şəhər nümayəndəliyinin rəhbəri Valentina Şumlyanskaya çıxışlarında Azərbaycanın faşizm üzərində Qələbənin əldə edilməsində mühüm rolundan danışıblar.

 
  • Oxunub:  2370  |  
  • Tarix:  12-10-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
“Xidmətlərinə görə” böyük lentlə birlikdə Böyük Xaç Kavaleri ordeni İtaliyanın ən ali dövlət mükafatıdır

17:52
20 İyul
Hikmət Babaoğlu: Azərbaycanın işğal edilmiş ərazilərinin geri qaytarılması bütün MDB ölkələrinin marağında olmalıdır
17:46
20 İyul
Vüqar Rəhimzadə: “Əkinçi”dən başlanan yol bugünkü uğurlarımızın bələdçisidir
17:30
20 İyul
Bakıda MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib
17:24
20 İyul
Paşinyanın Brüssel uğursuzluğu
17:10
20 İyul
Azərbaycanda mövcud olan dini tolerantlıq bütün dünyada örnək kimi qəbul edilir
16:59
20 İyul
Media nümayəndələri Milli Oftalmologiya Mərkəzinin Gəncə filialında oftalmoloji müayinədən keçiblər
16:57
20 İyul
Azərbaycan Tehran Konvensiyasının Tərəflər Konfransının növbədənkənar sessiyasında təmsil olunub
16:48
20 İyul
İcbari tibbi sığortanın ölkə üzrə tətbiqinə dəstək məqsədilə keçid planının hazırlanmasına başlanılır
16:36
20 İyul
Elçin Mirzəbəyli: Çap mediasının inkişafının əleyhinə olan “Media klubu”nda cəmləşənlərin istəyi öz korporativ maraqlarının təmin olunmasıdır
16:33
20 İyul
Media maarifçilik hərəkatının ön sırasındadır
16:28
20 İyul
Əli Əhmədov: Müasir cəmiyyətimizi söz və mətbuat azadlığı olmadan təsəvvür etmək mümkün deyil
16:26
20 İyul
Hikmət Babaoğlu : İnanmaq olmur ki, özünü Azərbaycan mətbuatının bir parçası hesab edən, məhz media adı altında fəaliyyət göstərməyə çalışan insanlar çap mediasının gərəksizliyini irəli sürürlər
16:24
20 İyul
Azərbaycan Prezidenti İlham Əliyevin və Fransa Prezidenti Emmanuel Makronun görüşü olub
16:14
20 İyul
Müvəqqəti işlər vəkili: ABŞ “Cənub Qaz Dəhlizi” layihəsinə güclü dəstəyini davam etdirəcək
16:10
20 İyul
“Dövlət və din modeli” mövzusunda müzakirələr aparılıb
15:49
20 İyul
Kənd təsərrüfatı naziri Şamaxıda vətəndaşları qəbul edib
15:47
20 İyul
İqtisadiyyat naziri Göygöldə vətəndaşları qəbul edib
15:43
20 İyul
Bakıda Azərbaycanın, Gürcüstanın və Almaniyanın özəlləşdirmə qurumları nümayəndələrinin iştirakı ilə seminar keçiriləcək
15:34
20 İyul
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qaxda vətəndaşları qəbul edib
15:23
20 İyul
Azərbaycan, Gürcüstan və Almaniya arasında daşınmaz əmlak idarəçiliyi və özəlləşdirmə sahəsində əməkdaşlıq genişlənir
15:01
20 İyul
Prezident Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri İtaliya mətbuatının diqqət mərkəzindədir
14:56
20 İyul
Prezident İlham Əliyevin Fransa Milli Assambleyasının sədri Fransua de Rüji ilə görüşü olub
14:37
20 İyul
Akif Aşırlı: Dövlətin çap mətbuatının inkişafına maliyyə dəstəyi göstərməsi birmənalı şəkildə təqdir olunmalıdır
14:21
20 İyul
Uşaqlarla bağlı sosial xidmətlərin inkişafı sahəsində görüləcək işlərə dair fikir mübadiləsi aparılıb
14:09
20 İyul
Aydın Quliyev: Azərbaycan mediası qərəzli və qisasçı şəxslərin mülahizələri əsasında yox, dövlətimizin mətbuata dəstək konsepsiyası əsasında inkişaf edir
13:59
20 İyul
Olimpiya Oyunlarının proqramına 6 yeni idman növü daxil edilib
13:25
20 İyul
Prezident İlham Əliyev Fransanın SADE şirkətinin prezidenti ilə görüşüb
13:22
20 İyul
Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının yeni sədri seçilib
13:17
20 İyul
YAP Sədrinin müavini Əli Əhmədov Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələri ilə görüşüb
13:06
20 İyul
“Tank biatlonu” müsabiqəsində iştirak edəcək Azərbaycan hərbçiləri Moskvaya yola düşüblər
12:45
20 İyul
Mətbuat nümayəndələri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
12:31
20 İyul
Əli Əhmədov: Azərbaycan inkişafını qısqananlar təxribatlar törətməyə cəhd etsə də, heç nəyə nail ola bilmirlər
12:29
20 İyul
Birinci vitse-prezident Mehriban Əliyeva MDB ölkələrinin Daxili İşlər Nazirləri Şurasının Bakı iclasının iştirakçılarını qəbul edib
12:25
20 İyul
Əbülfəs Qarayev Qazaxda vətəndaşlarla görüşüb
12:08
20 İyul
Fransanın “Bouygues Travaux Publics” şirkəti Azərbaycanda nəqliyyat, inşaat, metro tikintisi sahələrində işləməkdə maraqlıdır
11:59
20 İyul
Yusuf Məmmədəliyev: Azərbaycan dövləti gənclərə güvənir, qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün birgə çalışır
11:51
20 İyul
Prezident İlham Əliyevin “CIFAL” qrupunun prezidenti ilə görüşü olub
11:38
20 İyul
Stolüstü tennis üzrə qızlardan ibarət Azərbaycan millisi Avropa çempionu olub
11:27
20 İyul
Vergilər naziri Belçikanın Azərbaycandakı səfiri ilə görüşüb
11:08
20 İyul
Əbülfəs Qarayev “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunda aparılan arxeoloji qazıntılarla tanış olub
11:02
20 İyul
Prezident İlham Əliyev Parisdə “Iveco France” şirkətinin prezidenti ilə görüşüb
11:01
20 İyul
Bəhruz Quliyev: Azərbaycan söz və fikir azadlığı baxımından dünya ölkələri üçün nümunə ola bilər
10:59
20 İyul
Prezident İlham Əliyevin Parisdə “Rothschild and Co” şirkətinin vitse-prezidenti ilə görüşü olub
10:56
20 İyul
Hikmət Hacıyev: Azərbaycan islamofobiya, ekstremizm və antisemitizm kimi təhlükəli təzahürlərə qarşı mübarizədə əməkdaşlıqda maraqlıdır
10:55
20 İyul
ATƏT-in media azadlığı məsələləri üzrə nümayəndəsi Azərbaycana səfər edəcək
10:50
20 İyul
Prezident İlham Əliyev Parisdə “Thales International” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
10:37
20 İyul
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Tbilisidə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib
10:20
20 İyul
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 86 dəfə pozub
18:12
19 İyul
İtaliya Azərbaycan iqtisadiyyatına 530 milyon dollardan çox investisiya yatırıb
17:57
19 İyul
Tbilisidə “Argus Xəzər-Qara dəniz nəqliyyat dəhlizi 2018” V Beynəlxalq Konfransı keçiriləcək
17:45
19 İyul
Şəki taxılçıları indiyədək zəmilərdən 200 min tondan çox məhsul toplayıblar
17:44
19 İyul
YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov: 22 iyul milli mətbuatın yaranması - milli oyanış və tərəqqiyə doğru atılan ilk addımdır
17:25
19 İyul
Tahir Rzayev: Bu ilin birinci rübündə əldə olunan nailiyyətlər ölkəmizi daha böyük uğurlara istiqamətləndirir
17:11
19 İyul
Naxçıvanda vətəndaşların dövlət qulluğuna qəbulunun mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi təmin olunub
17:08
19 İyul
Vüsal Hüseynov: Dövlət Miqrasiya Xidməti qarşıya qoyulmuş bütün vəzifələrin icrasına uğurla nail olacaq
17:02
19 İyul
Stolüstü tennisçilərimiz Avropa çempionatının finalına yüksəliblər
17:00
19 İyul
Bu gün üç Azərbaycan klubu UEFA Avropa Liqasında cavab oyununu keçirəcək
16:52
19 İyul
Bakıda “Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” mövzusunda konfrans keçirilib
16:35
19 İyul
Dövlət Komitəsi Milli Mətbuat Günü münasibətilə jurnalistlər üçün infotur təşkil edib
16:30
19 İyul
“Pirşağı Tullantı Sutəmizləyici Qurğusu” layihəsi davam etdirilir
16:28
19 İyul
Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2017-ci ilin ən yaxşı müəssisələri mükafatlandırılıb
16:22
19 İyul
Eldar İbrahimov: Azərbaycan demokratik dəyərlərə sadiq dövlətdir
16:17
19 İyul
Musa Quliyev: Azərbaycanın qazandığı nailiyyətlərin əsasında duran mühüm amillərdən biri möhkəm ictimai-siyasi sabitlikdir
16:13
19 İyul
Prezident Sercio Mattarella: Azərbaycan İtaliyanın neft üzrə birinci təchizatçısıdır
15:57
19 İyul
Prezident İlham Əliyev: Azərbaycan qazı Avropa İttifaqı məkanında öz yerini tutacaq
15:46
19 İyul
Samir Vəliyev: TAP üzrə işlər qrafikə uyğun davam edir və nəzərdə tutulan vaxtda başa çatacaq
15:40
19 İyul
Mikele Ceraçi: İtaliyanın 99,4 faiz idxalı Azərbaycan neftinin hesabına həyata keçirilir
15:26
19 İyul
Azərbaycanın Baş naziri Novruz Məmmədov və İtaliya Prezidenti Sercio Mattarella birgə işçi nahar ediblər
15:18
19 İyul
Nardaran Bilik Evi yerli gəncləri ziyalılarla bir araya gətirir
15:16
19 İyul
Vüsal Hüseynov: Əcnəbilərin əmək vizalarını “ASAN Viza” ilə almaları təmin edilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA