Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / "Azərbaycanda iqtisadi islahatlar: nailiyyətlər və perspektivlər" mövzusunda "dəyirmi masa" keçirilib

"Azərbaycanda iqtisadi islahatlar: nailiyyətlər və perspektivlər" mövzusunda "dəyirmi masa" keçirilib

26.09.2017 [12:20]

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə birgə "Azərbaycanda iqtisadi islahatlar: nailiyyətlər və perspektivlər" mövzusunda "dəyirmi masa" təşkil edib.
AZƏRTAC xəbər verir ki, Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov "Azərbaycanda iqtisadi islahatlar və kadr potensialının formalaşdırılması: proses və nəticə" mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, qısa zaman ərzində uğurla inkişaf etdirilən innovativ, çox zaman unikal idarəetmə texnologiyaları və bunların tətbiqi nəticəsində Azərbaycan dünya liderləri sırasındadır. Dövlət İdarəçilik Akademiyasında bakalavr, magistr və doktorantlarla yanaşı, 2 minə yaxın dövlət qulluqçusunun hazırlanması həyata keçirilir.
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə son illər ölkəmizdə həyata keçirilən iqtisadi islahatların, yenidənqurma və quruculuq işlərinin ciddi nəticələr verdiyini qeyd edib. Vurğulayıb ki, ölkəmizdə iqtisadi islahatların yeni mərhələsinin başlanması ilə əlaqədar mühüm tədbirlər həyata keçirilir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı diqqətə çatdırıb ki, Azərbaycan iqtisadiyyatında islahatlar bəhrəsini verməkdədir. “İslahatların bu il ən böyük uğurları kimi tədiyə balansında müsbət dəyişiklik, manatın sabitliyi, strateji valyuta ehtiyatlarının artması, həmçinin biznesin və ev təsərrüfatlarının gözləntilərinin müsbətə doğru dəyişməsi qeyd edilə bilər”, - deyə V.Qasımlı bildirib.

Paylaş:
Baxılıb: 215 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31