Ana səhifə »  Qəzetin pdf formatı »  Prezident İlham Əliyev Neftçala rayonunun əkin sahələrinə suvarma suyunun verilməsi mərasimində iştirak edib
A+   Yenilə  A-
Prezident İlham Əliyev Neftçala rayonunun əkin sahələrinə suvarma suyunun verilməsi mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Kür çayından Neftçala magistral kanalı vasitəsilə Neftçala rayonunun əkin sahələrinə suvarma suyunun verilməsi mərasimində iştirak edib.
Salyan və Neftçala rayonlarının əkin sahələrini suvarma suyu ilə təmin etmək üçün 1949-cu ildə başlanğıcını Kür çayından götürən Akuşa kanalı torpaq məcrada inşa olunub. Hazırda Akuşa kanalının xidmət zonasında Salyan rayonunun 18 min 600 hektar, Neftçala rayonunun 14 min 100 hektar suvarılan torpaq sahəsi mövcuddur. Kür çayından saniyədə 21 kubmetr su Akuşa kanalına 2 üzən və 1 stasionar nasos stansiyaları ilə verilir. Lakin Neftçala rayonunun qərb hissəsində yerləşən Xolqarabucaq, Dördlər, Mürsəlli, Xolqaraqaşlı, Xəzər və Qırmızıkənd, eləcə də Aşağı Surra kəndlərinin 13 min 400 hektar əkin sahələrinə qədər 47,5 kilometr uzanan Akuşa kanalı uzun müddət istismar olunduğundan məcrası genişlənib, nəticədə su itkisi kəskin artıb və faydalı iş əmsalı xeyli aşağı düşüb. Yay aylarında Akuşa kanalı əsasən Salyan rayonunun ərazisində yerləşən əkin sahələrini suvarma suyu ilə təmin etmək gücündə olduğu üçün kanalın sonunda olan Neftçala rayonunun əkin sahələrinə suvarma suyunun verilməsində ciddi çətinliklər yaranır. Ona görə də bu ərazilərdə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı çox aşağı olur. Neftçalanın əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə 1988-ci ildə Kür çayı üzərində nasos stansiyasının və Neftçala magistral kanalının tikintisinin layihə sənədləri hazırlanıb. Layihənin həyata keçirilməsi ilə mövcud Akuşa kanalının son hissəsində yerləşən bu torpaqların Kür çayından nasos stansiyaları vasitəsilə su veriləcək Neftçala magistral kanalından suvarma suyu ilə təmin edilməsi, eyni zamanda, Salyan rayonunda Akuşa kanalı ilə suvarma suyu verilən mövcud əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına imkan yaranacaqdı. Lakin keçmiş SSRİ-nin süqutu ilə əlaqədar tikinti işlərinə başlanılması mümkün olmayıb. Hazırda isə dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsində su ehtiyatlarından səmərəli istifadə olunması önəmli rol oynayır. Ölkəmizdə də bu sahədə mövcud problemləri həll etmək və qarşıda duran strateji məqsədə çatmaq üçün elmi əsaslara söykənən təhlil aparılaraq mühüm tədbirlər həyata keçirilir. Neftçala magistral kanalının nasos stansiyası ilə birlikdə tikintisi də belə layihələrdəndir. Bu da göstərir ki, ölkədə kənd təsərrüfatı istehsalının artırılmasında, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında böyük rolu olan mövcud meliorasiya və su təsərrüfatı fondlarının qorunub saxlanılması və onların istismarının yaxşılaşdırılması, bu sahənin müasir tələblər səviyyəsində daha da inkişaf etdirilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, 2004-2008-ci illər üzrə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına daxil edilən “Neftçala rayonu üzrə pambıqçılığın və taxılçılığın inkişaf etdirilməsi” tədbirinin icrasını təmin etmək məqsədilə “Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən “Neftçala magistral kanalının nasos stansiyası ilə birlikdə tikintisi” layihəsinin icrasına 2006-cı ildə başlanılıb. İşçi layihədə rayonun 13 min 400 hektar əkin sahəsinin su təminatını yaxşılaşdırmaq üçün Kür çayı üzərində saniyədə 14,4 kubmetr suyun verilməsi üçün 6 və 2 aqreqatlı 2 üzən nasos stansiyası, uzunluğu 7020 metr və diametri 1220 millimetr olan dördxətli təzyiqli metal boru kəməri, təzyiqli hovuz və uzunluğu 25 kilometrə yaxın olan dəmir-beton üzlüklü kanalın qurğularla birlikdə tikintisi nəzərdə tutulub. Neftçala rayonunda iri kənd təsərrüfatı müəssisələrinin və aqroparkların yaradılması ilə əlaqədar 5805 hektar azməhsuldar qış otlaq, eləcə də 1000 hektar dəmyə torpaq sahələrinə suvarma suyunun çatdırılması layihəyə daxil edilib. Bu halda layihə zonasına daxil olan torpaq sahəsi 20 min 205 hektar təşkil edir. Ayrılan vəsait hesabına Kür çayında 6 aqreqatlı üzən nasos stansiyası, onun elektrik təchizatı məqsədilə 29,1 kilometr uzunluğunda 35 kV-luq elektrik hava xətti, hərəsi 6300 KVA gücündə olmaqla 2 transformator yarımstansiyası quraşdırılıb. Nasos stansiyaları quraşdırılan ərazidə Kür çayının sahilinin mühafizəsi məqsədilə uzunluğu 204 metr olan ikicərgəli yığma dəmir-beton və monolit dəmir-beton konstruksiyalı svaylarla bərkidilmə işləri yerinə yetirilib. Eyni zamanda, Kür çayından suyun Neftçala kanalına verilməsi üçün nəzərdə tutulmuş dördxətli metal boru kəmərinin ümumi uzunluğu 3550 metr olan iki xəttinin, onların Salyan-Neftçala dəmir yolu və Baş Mil-Muğan Kollektoru ilə kəsişmələrindəki qurğularının və sonundakı təzyiqli hovuzun, Neftçala magistral kanalının 13 min 490 metrlik hissəsinin dəmir-beton üzlükdə tikintisi tamamlanıb. Görülən işlər nəticəsində cari ildə rayonun ümumilikdə 7772 hektar, o cümlədən yığcam yerləşən 5805 hektar qış otlaq sahəsi və 1000 hektar dövlət, bələdiyyə və xüsusi mülkiyyətə məxsus yeni suvarılacaq torpaq sahəsi su mənbəyi ilə təmin edilib, eləcə də 967 hektar mövcud əkin sahələrinin su təminatı yaxşılaşdırılıb ki, bu da həmin ərazilərdə pambıqçılığın, taxılçılığın və digər kənd təsərrüfatı məhsullarının inkişafına geniş imkanlar yaradıb. Növbəti mərhələdə layihəyə uyğun Kür çayında iki aqreqatlı üzən ikinci nasos stansiyasının və təzyiqli boru kəmərinin qalan iki xəttinin, 11400 poqonmetr uzunluğunda Neftçala magistral kanalının dəmir-beton üzlükdə tikintisinin və digər işlərin başa çatdırılması ilə Neftçala rayonunun daha 12433 hektar əkin sahələrinin su təchizatının yaxşılaşdırılması təmin ediləcək.
Prezident İlham Əliyev əkin sahələrinə suvarma suyunun verilməsini bildirən düyməni basdı.
Sonda xatirə şəkli çəkdirildi.

 
  • Oxunub:  2250  |  
  • Tarix:  25-09-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
2017-ci ildə Azərbaycanda iqtisadi və sosial infrastruktur layihələri uğurla icra edilib

12:15
18 Yanvar
SOCAR 2017-ci ildə dövlət büdcəsinə ödənişləri artırıb
12:07
18 Yanvar
Bakı Metropolitenində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbirlər planı hazırlanıb
12:00
18 Yanvar
Azərbaycanın Belarusdakı səfirliyində Minsk Beynəlxalq Qadın Klubunun tədbiri keçirilib
11:52
18 Yanvar
YAP Səbail rayon təşkilatının yeni ərazi ilk partiya təşkilatı təsis edilib
11:40
18 Yanvar
20 Yanvar faciəsinin ildönümü Kaliforniyanın San-Dieqo şəhərində qeyd olunub
11:15
18 Yanvar
Bolqarıstan KİV-ləri: Bakı-Sofiya aviareysinin açılması Azərbaycan-Bolqarıstan münasibətlərinin daha da inkişafına töhfə verəcək
11:09
18 Yanvar
Milli Məclisin deputatları Bolqarıstanda
10:53
18 Yanvar
TAP-ın Yunanıstan və Albaniya marşrutunun 90 faizi təmizlənib
10:37
18 Yanvar
Fransa Milli Assambleyasında Azərbaycana dair konfrans təşkil olunub
10:22
18 Yanvar
ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
10:19
18 Yanvar
Düşmən iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə edərək atəşkəs rejimini 126 dəfə pozub
18:02
17 Yanvar
Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı ilə bağlı məsələlər müzakirə edilib
17:57
17 Yanvar
“İl Giornale” qəzeti: İtaliyanın ATƏT-ə sədrliyi Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə bilər
17:52
17 Yanvar
Fransa Prezidentinin müşaviri Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumatlandırılıb
17:37
17 Yanvar
Prezident Administrasiyasının yeni şöbə müdiri təyin edilib
17:26
17 Yanvar
Hikmət Babaoğlu: Əli Kərimli anti-Azərbaycan mərkəzlərin ruporu olmağa çalışır
17:18
17 Yanvar
Əhliman Əmiraslanov: Əhalinin sağlamlığı ilə bağlı olan məsələlər daim diqqət mərkəzindədir
17:16
17 Yanvar
Ötən il Azərbaycandakı magistral neft kəmərləri ilə 42,7 milyon ton neft nəlq olunub
17:13
17 Yanvar
İsa Həbibbəyli: Azərbaycan «İslam həmrəyliyi ili» çərçivəsində bütün dünyaya sülhsevər ölkə olduğunu bir daha nümayiş etdirdi
17:04
17 Yanvar
XİN: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq ictimaiyyət ilə birgə səylərini davam etdirəcək
16:52
17 Yanvar
Dini ekstremizmə qarşı mübarizəyə dair tədbirlər planı təsdiqlənib
16:50
17 Yanvar
Siyavuş Novruzov: “Freedom House” kimi təşkilatın qərarının Azərbaycanda müzakirəsinə ehtiyac yoxdur
16:49
17 Yanvar
Azərbaycan ilə Fransa arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensial var
16:30
17 Yanvar
Böyük Britaniya Azərbaycanda energetika layihələrinə dəstəyini davam etdirəcək
16:13
17 Yanvar
Azərbaycanda korrupsiyaya qarşı kəsərli mübarizə tədbirləri ötən il də qətiyyətlə davam etdirilib
16:01
17 Yanvar
Özbəkistan Avropa bazarlarına çıxış əldə etmək üçün Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə etmək istəyir
15:53
17 Yanvar
Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında hər iki ölkənin parlamentləri vacib rol oynayır
15:46
17 Yanvar
2018-ci ildə keçiriləcək buraxılış, qəbul və sınaq imtahanların tarixləri elan edilib
15:19
17 Yanvar
İstanbulda “Qanlı Yanvar” adlı sərgi açılıb
15:14
17 Yanvar
AMEA və Fransanın Montpellier Universiteti arasında əməkdaşlıq sazişi imzalanıb
15:08
17 Yanvar
Bakıda Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü başlayıb
14:42
17 Yanvar
Jan-Batist Lömuan: Fransa-Azərbaycan münasibətləri yüksək səviyyədədir
14:39
17 Yanvar
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
14:36
17 Yanvar
Media nümayəndələri Azərbaycan Dillər Universitetində imtahan prosesini izləyiblər
14:32
17 Yanvar
BDU ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb
14:30
17 Yanvar
Keçən ildə “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan layihələrə investisiya qoyuluşunun həcmi açıqlanıb
14:26
17 Yanvar
Energetika Nazirliyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
14:22
17 Yanvar
Azərbaycan qrossmeysteri “Tata Steel Chess” turnirinin liderlərindən yarım xal geri qalır
14:19
17 Yanvar
Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi üzrə ilk qazın ötürülməsinə dair işlərin 100 faizi yerinə yetirilib
14:15
17 Yanvar
Əlahiddə Ümumqoşun Ordusunda komandirlərin toplantısı keçirilir
14:13
17 Yanvar
20 Yanvar şəhidləri müasir tariximizin qəhrəmanlarıdır
14:10
17 Yanvar
Ötən il Azərbaycanla Belarus arasında ticarət dövriyyəsinin həcmi 148 milyon dollara yaxın olub
14:06
17 Yanvar
Daxili Qoşunların 2017-ci ildəki xidməti-döyüş fəaliyyətinin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib
14:02
17 Yanvar
Yanvarın 19-da Bakı məktəblərində ilk dərslər 20 Yanvar mövzusuna həsr olunacaq
12:56
17 Yanvar
Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti Milli Məclisdə olub
12:44
17 Yanvar
BİLGESAM Mərkəzinin saytında Azərbaycan-Türkiyə əlaqələrindən bəhs edən məqalə verilib
12:35
17 Yanvar
Sabah paytaxtda 7, bəzi bölgələrdə 9 dərəcə isti olacaq
12:34
17 Yanvar
Son 10 ildə Azərbaycan Qazaxıstana 168 milyon dollar məbləğində investisiya yatırıb
12:30
17 Yanvar
Türkiyəli deputat parlamentdə 20 Yanvar faciəsi ilə bağlı gündəmdən kənar çıxış edəcək
12:27
17 Yanvar
BMT-nin Baş katibi: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Minsk qrupunun işi canlandırılmalıdır
12:24
17 Yanvar
Naxçıvan məhsulları “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” loqosu ilə satışa çıxarılır
12:15
17 Yanvar
20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir
12:00
17 Yanvar
Türkiyə parlamentinin nümayəndə heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
11:57
17 Yanvar
Akademik Məmməd Cəfər Cəfərov: böyük ömrün unudulmaz anları
11:50
17 Yanvar
Prezident İlham Əliyev Bakı Paylayıcı Şəbəkəsinin inzibati binasının və yarımstansiyalarının açılışında iştirak edib
11:48
17 Yanvar
Tibb Universitetində 20 Yanvar şəhidləri ilə bağlı silsilə tədbirlər davam edir
11:34
17 Yanvar
Ukrayna portalında “Qanlı Yanvar: Biz bütün həqiqətləri bilməliyik” sərlövhəli məqalə yayılıb
11:33
17 Yanvar
Bakıda Maliyyə Forumu keçirəcək
11:11
17 Yanvar
Bakı Ali Neft Məktəbi “Ernst&Young” şirkəti ilə əməkdaşlığa başlayır
10:58
17 Yanvar
Kamran Əliyev: Ötən il Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə 7809 ərizə və şikayət daxil olub
10:51
17 Yanvar
Azərbaycanda tərəvəz və kartof toxumçuluğu işi israilli mütəxəssislərin layihəsi əsasında yenidən qurulur
10:50
17 Yanvar
Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
10:28
17 Yanvar
Azərbaycanın və Fransanın xarici işlər nazirlərinin görüşü olub
10:25
17 Yanvar
Xanhüseyn Kazımlı: Respublikamızda aparılan islahatlar öz müsbət nəticələrini verir
10:13
17 Yanvar
Ermənistan ordusu atəşkəs rejimini pozmaqda davam edir
20:35
16 Yanvar
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabının təqdimatı olub
20:01
16 Yanvar
Gürcüstanda keçirilən qış hərbi təlimlərində Azərbaycan hərbçiləri də iştirak edirlər
19:54
16 Yanvar
“Azerspace-2” peykinin hazırlıq mərhələsindən ən son görüntülər əldə olunub
19:32
16 Yanvar
Formula-1 Azərbaycan Qran-Prisi beynəlxalq avtoidman sərgisində təmsil olunub
19:09
16 Yanvar
“Jerusalem Post” qəzeti: Müstəqil və güclü Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisidir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+5 +8
gecə0 +3