Ana səhifə »  Qəzetin pdf formatı »  Qulam İshaqzai: Azərbaycan Prezidentinin dayanıqlı inkişaf üçün göstərdiyi səylər alqışa layiqdir
A+   Yenilə  A-
Qulam İshaqzai: Azərbaycan Prezidentinin dayanıqlı inkişaf üçün göstərdiyi səylər alqışa layiqdir

Mən dayanıqlı inkişaf üçün Azərbaycan Prezidentinin göstərdiyi səyləri alqışlayıram. Azərbaycanda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Bu şura yüksək səviyyəli hesabat hazırlayıb. Şadıq ki, hesabatda əsas mesajlardan biri gender bərabərliyi idi.
Bu fikirlər sentyabrın 22-də Milli Məclisdə “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə “Şərq tərəfdaşlığı” ölkələri parlamentlərinin cəlb edilməsi” mövzusunda beynəlxalq konfransda BMT-nin Bakıdakı rezident əlaqələndiricisi Qulam İshaqzai tərəfindən səsləndirilib.
Milli Məclisin (MM), Avronest Parlament Assambleyasının (PA) sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyətləri komitəsinin, Əhali və İnkişaf üzrə Avropa Parlament Forumunun və BMT-nin Azərbaycandakı ofisinin birgə təşkilatçılığı ilə keçirilən konfransı açan MM-in gənclər və idman komitəsinin sədri Fuad Muradov tədbirin əhəmiyyətini vurğulayıb. Bildirib ki, tədbirdə qadınların sağlamlığının yaxşılaşdırılması və gender bərabərliyi üzrə qeydə alınan inkişaf göstəriciləri, qarşıya çıxan problemlər ətrafında çıxışlar və müzakirələr nəzərdə tutulur. F.Muradov qeyd edib ki, Ermənistan 25 ildir, Azərbaycanın torpaqlarını işğal altında saxlayır. Bu inkişafımıza mane olan səbəblərdəndir. Bir milyon insan qaçqın və məcburi köçkündür. Onlardan 50 faizini qadınlar təşkil edir. Bizim istəyimiz dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində hər bir təşkilatın öz vəzifəsini yerinə yetirməsidir.
Ölkəmizdə gender bərabərliyinin təmin olunması istiqamətində görülən işlərdən danışan Milli Məclisin sədr müavini Bahar Muradova, Azərbaycanın bu sahədə bir sıra beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq etdiyini bildirib. Qeyd edib ki, ölkəmizdə bu sahədə qarşıya qoyulan məqsədlərə nail olunması istiqamətində xeyli işlər görülüb. Azərbaycanın müvafiq təcrübəsi digər ölkələr üçün nümunə ola bilər. Beynəlxalq əməkdaşlığa önəm verən ölkəmiz bütün sahələrdə çox məsuliyyətli tərəfdaş olduğunu sübut edib. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin əməkdaşlığı dünyada sülh şəraitinin yaradılması, iqtisadi əlaqələrin genişləndirilməsi, təhlükələrə qarşı vahid mövqenin formalaşdırılması, lazımi qərarların əldə edilməsində mühüm əhəmiyyətə malikdir. “Əməkdaşlıq etdiyimiz qurumlar arasında Avropa təşkilatlarına xüsusi önəm verilir. Bu sahədə niyyətlər, yeridilən siyasət əhəmiyyət kəsb etdiyi kimi, təcrübənin də əhəmiyyəti az deyil. Bu baxımdan düşünürəm ki, təcrübələrin bölüşdürülməsi, dayanıqlı inkişafın daha yüksək səviyyədə olmasına əngəl törədən problemlərin araşdırılması və həlli yollarının tapılması üçün konfrans xüsusi əhəmiyyətə malik olacaq” – deyə Bahar Muradova əlavə edib.
Dayanıqlı inkişaf məqsədlərində gender bərabərliyinin mühüm amillərdən biri olduğunu söyləyən Milli Məclisin sədr müavini qeyd edib ki, Azərbaycan neft ölkəsidir, zəngin təbii resursları var. Lakin ölkəmizdə əsas resurs insan amilidir. Məhz bunu nəzərə alaraq, bu sahədə bir sıra proqramlar həyata keçirilib və konkret nəticələr əldə olunub. Dövlətimizin başçısı tərəfindən dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsinə dair mühüm qərarlar qəbul edilib, qadın sahibkarlığı, gender bərabərliyi ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. Bununla bağlı mühüm qanunvericilik bazası var və onun nəticələri də görünməkdədir.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı ölkəmizdə qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi, məişət zorakılığına qarşı mübarizənin gücləndirilməsi sahələrində qazanılan nailiyyətlərin Azərbaycan Prezidenti İlham Əliyevin siyasi dəstəyi sayəsində əldə olunduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, gələn il Azərbaycanda qadınlara seçmək və seçilmək hüququnun verilməsinin 100 illiyi qeyd olunacaq. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ölkəmizdə gender bərabərliyi məsələlərini daim diqqət mərkəzində saxlayırlar. Ölkəmizdə dövlət qadın siyasətinin uğurla həyata keçirildiyini, kişi və qadınlar arasında hüquq bərabərliyi prinsipinin qorunduğunu qeyd edən M.İbrahimqızı zərif cinsin nümayəndələrinin ailədə, təhsildə, səhiyyədə, mədəniyyətdə, dövlət idarəçiliyində, qanun və qərarların qəbulunda, hətta idman hərəkatında yüksək nailiyyətlər qazandıqlarını deyib.
Gender bərabərliyinin insan hüquqlarının təmin edilməsində əsas şərtlərdən biridir. Bu barədə danışan xarici işlər nazirinin müavini Xələf Xələfov qeyd edib ki, Azərbaycanda bu sahədə görülən işlər ölkəmizdə gender məsələsinə göstərilən diqqətin təzahürüdür. Azərbaycan Avropa İttifaqının (Aİ) etibarlı tərəfdaşıdır. Azərbaycan və Aİ bir çox sahədə ümumi maraq kəsb edən və qarşılıqlı faydalara əsaslanan əməkdaşlıq edir. Hazırda əməkdaşlığa dair aparılan intensiv danışıqların yekunlaşması hər iki tərəfin maraqlarına uyğun yeni siyasi hüquqi çərçivəsinin yaranmasına xidmət edəcək.
“Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində görülən işlər və Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol bu sahədə əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə çatdığını göstərir. Avropa İttifaqı Şərq Tərəfdaşlarının gələcəyi münaqişə bölgələrində sülh və sabitliyinin bərqərar olmasından asılıdır. Bu təşkilata üzv ölkələrdən olan Ermənistan Azərbaycan torpaqlarının beşdə birini işğal edib. İşğal olunmuş ərazilərdə sərvətlərimiz talan edilir, tarixi və mədəni abidələrimiz, məscidlər dağıdılır. Ermənistan status-kvonu saxlamaqla məskunlaşma siyasəti aparır. Xaricdə yaşayan ermənilər və digərləri bu siyasətə uymamalıdır. Əks halda, bunun ağır nəticələri ilə qarşılaşacaqlar. Avropa Parlamentinin üzvlərinin işğal olunmuş ərazilərə səfərini təşkil etməklə Ermənistan onları öz avantüralarına cəlb etmək istəyir. Artıq bu siyasət iflasa uğrayıb. Dünya birliyi sərhədlərin zorla dəyişdirilməsini heç zaman qəbul etməyəcək. Aİ işğalçıya qarşı münasibətdə ortaya qəti mövqe qoymalı və onu təcavüzkar siyasətdən çəkindirməlidir. Münaqişənin həlli regionun sosial tərəqqisinə, iqtisadi inkişafına təkan verəcək. Azərbaycan münaqişənin tezliklə həllində maraqlıdır. Ümid edirik ki, bizim mövqeyimiz bundan sonra da beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənəcək” – deyə X.Xələfov vurğulayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, Dayanıqlı İnkişaf Məqsədləri ötən 15 il ərzində həyata keçirilmiş Minilliyin İnkişaf Məqsədləri (2000-2015-ci illər) əsasında yaradılıb. Bu müddət ərzində bir çox hədəflər üzrə nailiyyətlər əldə olunub. Ölkəmizdə mütləq yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə qədər azaldılıb, savadlılıq demək olar yüz faizə çatdırılıb, gender bərabərliyinin təşviqi və qadınların səlahiyyətlərinin artırılmasında tərəqqiyə nail olunub, uşaq və ana ölümü əhəmiyyətli dərəcədə azalıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə vətəndaşlarımız, xüsusən də qadın və uşaqlar üçün uyğun şəraitin yaradılması, məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahəsində gender bərabərliyinin inkişaf etdirilməsi istiqamətində görülən işlərdən bəs edən H.Hüseynova deyib: “Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə reallaşan önəmli layihələr bu siyasətin daha da güclənməsinə böyük töhfədir. Azərbaycan Hökuməti ailələrimizin rifahını, qadın iştirakçılığının artırılmasını və uşaqlarımızın sağlam və savadlı böyüməsini daim diqqətdə saxlayır. Azərbaycanda gender bərabərliyinin təmin edilməsi üçün hüquqi qanunvericilik bazası yaradılıb və gender ekspetizası aparılıb. Hazırda bütün yerli icra hakimiyyətlərində müvafiq yerli icra orqanlarının nümayəndələrindən ibarət gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları fəaliyyət göstərir. Komitə tərəfindən “Məişət Zorakılığı üzrə” Məlumat Bankı yaradılıb. Eyni zamanda, BMT-nin Əhali Fondu ilə birgə “Azərbaycanda Gender Əsaslı Zorakılıqla Mübarizə” adlı iki illik layihəyə start vermişik. Layihə çərçivəsində qanunvericiliyin daha da təkmilləşdirilməsi, Əlaqələndirmə Şurasının yaradılması və Milli Fəaliyyət Planının hazırlanması sahəsində bir sıra görüşlər keçirilib, müvafiq sənədlər hazırlanıb. Biz Azərbaycanda 5-ci məqsəd üzrə hədəflərə nail olmaq üçün böyük işlər aparırıq. Xüsusilə qadınların iqtisadi resurslara, informasiya-kommunikasiya texnologiyalarına çıxışının təmin olunması, gender əsaslı zorakılığın aradan qaldırılması sahəsində işləri daha da gücləndirmişik”.
Azərbaycanda ilk dəfə 1918-ci ildə qadınlara səsvermə hüququ verildiyini xatırladan BMT-nin Bakıdakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib ki, milli qanunvericilikdə bütün növ bərabərlik təmin edilir. Azərbaycan, həmçinin “Ayrı-seçkiliklərin aradan qaldırılması” Konvensiyasına qoşulub. Qadınlara qarşı zorakılığın və iş yerlərində gender bərabərsizliyinin aradan qaldırılması üçün daha çox iş görülməsinin vacibliyini diqqətə çatdıran Q.İshaqzai əlavə edib ki, qadınlar təhsilə çıxışda, iqtisadi qərarların verilməsində daha aktiv iştirak etməlidirlər. Azərbaycan gender bərabərliyi sahəsində xeyli irəliləyişlərə nail olub. Ölkə qanunvericiliyi qadınlara qarşı bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına imkan verir.
Rezident Əlaqələndirici həmçinin qeyd edib ki, heç bir qadın, uşaq diqqətdən kənarda qalmamalıdır. “Çox istərdik ki, hökumətlər, parlamentlər insanların ehtiyaclarına cavab verən, siyasi məfkurədən uzaq qanunların qəbul edilməsində birgə fəaliyyət göstərsinlər. Əsl dəyişikliyə nail olmaq üçün gender bərabərliyi diqqətdə saxlanılmalıdır. Mən dayanıqlı inkişaf üçün Azərbaycan Prezidentinin göstərdiyi səyləri alqışlayıram. Azərbaycanda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Bu şura yüksək səviyyəli hesabat hazırlayıb. Şadıq ki, Azərbaycanın hesabatında əsas mesajlardan biri gender bərabərliyi idi” – deyə Qulam İshaqzai vurğulayıb.

 
  • Oxunub:  1710  |  
  • Tarix:  22-09-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
2017-ci ildə Azərbaycanda iqtisadi və sosial infrastruktur layihələri uğurla icra edilib

12:18
18 Yanvar
Necdet Ünüvar: 20 Yanvar faciəsi Türkiyə üçün də hüzn günüdür
12:15
18 Yanvar
SOCAR 2017-ci ildə dövlət büdcəsinə ödənişləri artırıb
12:07
18 Yanvar
Bakı Metropolitenində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbirlər planı hazırlanıb
12:00
18 Yanvar
Azərbaycanın Belarusdakı səfirliyində Minsk Beynəlxalq Qadın Klubunun tədbiri keçirilib
11:52
18 Yanvar
YAP Səbail rayon təşkilatının yeni ərazi ilk partiya təşkilatı təsis edilib
11:40
18 Yanvar
20 Yanvar faciəsinin ildönümü Kaliforniyanın San-Dieqo şəhərində qeyd olunub
11:15
18 Yanvar
Bolqarıstan KİV-ləri: Bakı-Sofiya aviareysinin açılması Azərbaycan-Bolqarıstan münasibətlərinin daha da inkişafına töhfə verəcək
11:09
18 Yanvar
Milli Məclisin deputatları Bolqarıstanda
10:53
18 Yanvar
TAP-ın Yunanıstan və Albaniya marşrutunun 90 faizi təmizlənib
10:37
18 Yanvar
Fransa Milli Assambleyasında Azərbaycana dair konfrans təşkil olunub
10:22
18 Yanvar
ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
10:19
18 Yanvar
Düşmən iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə edərək atəşkəs rejimini 126 dəfə pozub
18:02
17 Yanvar
Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı ilə bağlı məsələlər müzakirə edilib
17:57
17 Yanvar
“İl Giornale” qəzeti: İtaliyanın ATƏT-ə sədrliyi Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə bilər
17:52
17 Yanvar
Fransa Prezidentinin müşaviri Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumatlandırılıb
17:37
17 Yanvar
Prezident Administrasiyasının yeni şöbə müdiri təyin edilib
17:26
17 Yanvar
Hikmət Babaoğlu: Əli Kərimli anti-Azərbaycan mərkəzlərin ruporu olmağa çalışır
17:18
17 Yanvar
Əhliman Əmiraslanov: Əhalinin sağlamlığı ilə bağlı olan məsələlər daim diqqət mərkəzindədir
17:16
17 Yanvar
Ötən il Azərbaycandakı magistral neft kəmərləri ilə 42,7 milyon ton neft nəlq olunub
17:13
17 Yanvar
İsa Həbibbəyli: Azərbaycan «İslam həmrəyliyi ili» çərçivəsində bütün dünyaya sülhsevər ölkə olduğunu bir daha nümayiş etdirdi
17:04
17 Yanvar
XİN: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq ictimaiyyət ilə birgə səylərini davam etdirəcək
16:52
17 Yanvar
Dini ekstremizmə qarşı mübarizəyə dair tədbirlər planı təsdiqlənib
16:50
17 Yanvar
Siyavuş Novruzov: “Freedom House” kimi təşkilatın qərarının Azərbaycanda müzakirəsinə ehtiyac yoxdur
16:49
17 Yanvar
Azərbaycan ilə Fransa arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensial var
16:30
17 Yanvar
Böyük Britaniya Azərbaycanda energetika layihələrinə dəstəyini davam etdirəcək
16:13
17 Yanvar
Azərbaycanda korrupsiyaya qarşı kəsərli mübarizə tədbirləri ötən il də qətiyyətlə davam etdirilib
16:01
17 Yanvar
Özbəkistan Avropa bazarlarına çıxış əldə etmək üçün Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə etmək istəyir
15:53
17 Yanvar
Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında hər iki ölkənin parlamentləri vacib rol oynayır
15:46
17 Yanvar
2018-ci ildə keçiriləcək buraxılış, qəbul və sınaq imtahanların tarixləri elan edilib
15:19
17 Yanvar
İstanbulda “Qanlı Yanvar” adlı sərgi açılıb
15:14
17 Yanvar
AMEA və Fransanın Montpellier Universiteti arasında əməkdaşlıq sazişi imzalanıb
15:08
17 Yanvar
Bakıda Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü başlayıb
14:42
17 Yanvar
Jan-Batist Lömuan: Fransa-Azərbaycan münasibətləri yüksək səviyyədədir
14:39
17 Yanvar
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
14:36
17 Yanvar
Media nümayəndələri Azərbaycan Dillər Universitetində imtahan prosesini izləyiblər
14:32
17 Yanvar
BDU ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb
14:30
17 Yanvar
Keçən ildə “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan layihələrə investisiya qoyuluşunun həcmi açıqlanıb
14:26
17 Yanvar
Energetika Nazirliyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
14:22
17 Yanvar
Azərbaycan qrossmeysteri “Tata Steel Chess” turnirinin liderlərindən yarım xal geri qalır
14:19
17 Yanvar
Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi üzrə ilk qazın ötürülməsinə dair işlərin 100 faizi yerinə yetirilib
14:15
17 Yanvar
Əlahiddə Ümumqoşun Ordusunda komandirlərin toplantısı keçirilir
14:13
17 Yanvar
20 Yanvar şəhidləri müasir tariximizin qəhrəmanlarıdır
14:10
17 Yanvar
Ötən il Azərbaycanla Belarus arasında ticarət dövriyyəsinin həcmi 148 milyon dollara yaxın olub
14:06
17 Yanvar
Daxili Qoşunların 2017-ci ildəki xidməti-döyüş fəaliyyətinin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib
14:02
17 Yanvar
Yanvarın 19-da Bakı məktəblərində ilk dərslər 20 Yanvar mövzusuna həsr olunacaq
12:56
17 Yanvar
Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti Milli Məclisdə olub
12:44
17 Yanvar
BİLGESAM Mərkəzinin saytında Azərbaycan-Türkiyə əlaqələrindən bəhs edən məqalə verilib
12:35
17 Yanvar
Sabah paytaxtda 7, bəzi bölgələrdə 9 dərəcə isti olacaq
12:34
17 Yanvar
Son 10 ildə Azərbaycan Qazaxıstana 168 milyon dollar məbləğində investisiya yatırıb
12:30
17 Yanvar
Türkiyəli deputat parlamentdə 20 Yanvar faciəsi ilə bağlı gündəmdən kənar çıxış edəcək
12:27
17 Yanvar
BMT-nin Baş katibi: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Minsk qrupunun işi canlandırılmalıdır
12:24
17 Yanvar
Naxçıvan məhsulları “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” loqosu ilə satışa çıxarılır
12:15
17 Yanvar
20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir
12:00
17 Yanvar
Türkiyə parlamentinin nümayəndə heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
11:57
17 Yanvar
Akademik Məmməd Cəfər Cəfərov: böyük ömrün unudulmaz anları
11:50
17 Yanvar
Prezident İlham Əliyev Bakı Paylayıcı Şəbəkəsinin inzibati binasının və yarımstansiyalarının açılışında iştirak edib
11:48
17 Yanvar
Tibb Universitetində 20 Yanvar şəhidləri ilə bağlı silsilə tədbirlər davam edir
11:34
17 Yanvar
Ukrayna portalında “Qanlı Yanvar: Biz bütün həqiqətləri bilməliyik” sərlövhəli məqalə yayılıb
11:33
17 Yanvar
Bakıda Maliyyə Forumu keçirəcək
11:11
17 Yanvar
Bakı Ali Neft Məktəbi “Ernst&Young” şirkəti ilə əməkdaşlığa başlayır
10:58
17 Yanvar
Kamran Əliyev: Ötən il Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə 7809 ərizə və şikayət daxil olub
10:51
17 Yanvar
Azərbaycanda tərəvəz və kartof toxumçuluğu işi israilli mütəxəssislərin layihəsi əsasında yenidən qurulur
10:50
17 Yanvar
Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
10:28
17 Yanvar
Azərbaycanın və Fransanın xarici işlər nazirlərinin görüşü olub
10:25
17 Yanvar
Xanhüseyn Kazımlı: Respublikamızda aparılan islahatlar öz müsbət nəticələrini verir
10:13
17 Yanvar
Ermənistan ordusu atəşkəs rejimini pozmaqda davam edir
20:35
16 Yanvar
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabının təqdimatı olub
20:01
16 Yanvar
Gürcüstanda keçirilən qış hərbi təlimlərində Azərbaycan hərbçiləri də iştirak edirlər
19:54
16 Yanvar
“Azerspace-2” peykinin hazırlıq mərhələsindən ən son görüntülər əldə olunub
19:32
16 Yanvar
Formula-1 Azərbaycan Qran-Prisi beynəlxalq avtoidman sərgisində təmsil olunub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+5 +8
gecə0 +3