Ana səhifə »  Qəzetin pdf formatı »  Cocuq Mərcanlıdan bəhs edən kitabın və filmin təqdimatı olub
A+   Yenilə  A-
Cocuq Mərcanlıdan bəhs edən kitabın və filmin təqdimatı olub

Sentyabrın 21-də Bakıda “İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı” kitabının və “Böyük Qayıdışın başlanğıcı – Cocuq Mərcanlı” filminin təqdimatına həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Cocuq Mərcanlının işğaldan əvvəlki vəziyyətini və bərpası ilə bağlı görülən işləri əks etdirən stendlərə baxıblar.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tədbirdə çıxış edərək bildirib ki, Cocuq Mərcanlıya həsr olunan kitab və film Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə hazırlanıb. Diqqətə çatdırılıb ki, son iki yüz ildə ermənilər tərəfindən mütəmadi olaraq zəbt edilmiş Azərbaycan torpaqlarının bir qismi ilk dəfə olaraq ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş Horadiz əməliyyatı zamanı işğaldan azad edildi. O vaxt Füzuli rayonunun bir çox yaşayış məntəqələri, eləcə də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi düşməndən geri alındı. Ötən ilin aprel döyüşləri nəticəsində qəhrəman Azərbaycan Ordusunun mühüm strateji əhəmiyyətə malik Lələtəpə yüksəkliyini azad etməsi isə əhalinin Cocuq Mərcanlıya qayıdaraq rahat yaşamasına imkan yaratdı.
Əli Həsənov diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 2017-ci il 24 yanvar tarixli Sərəncamı ilə Böyük Qayıdış prosesinə start verildi. Həmçinin dövlətimizin başçısının tapşırığı ilə xarici KİV-lərin və ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrinin Cocuq Mərcanlıya səfəri təşkil edildi və erməni vəhşiliyi ilə bağlı dolğun məlumatlar qısa müddətdə bütün dünyaya yayıldı. Bütün dünya cəmi dörd ay ərzində işğal altında qalmış bir kənddə ermənilərin törətdikləri vandalizmdən xəbər tutdu. Bununla da ermənilərin son 200 ildə uydurduqları yalan və böhtanlar ifşa edildi. “Cocuq Mərcanlıya bu səfərlərin təşkili, ermənilərin bu kənddə törətdikləri vəhşiliklər barədə məlumatların dünyaya yayılması, onların uydurduqları yalanların ifşası dövlətimizin başçısının uzaqgörənliyi sayəsində mümkün oldu. Qısa müddətdə Cocuq Mərcanlı kəndi bütün dünyaya səs saldı. Bütün bunlar Böyük Qayıdışın başlanğıcıdır”,- deyə Əli Həsənov vurğulayıb.
Prezident İlham Əliyevin iyunun 14-də Cocuq Mərcanlıda ilk qəsəbənin açılışında iştirak etdiyini deyən Baş nazirin müavini bildirib ki, dövlətimizin başçısı Cocuq Mərcanlıya səfəri zamanı burada 23 ildir yaşayan yeganə ailənin - Oqtay Həziyevin ailəsinin qonağı oldu. Uzun illər düşmən mərmisinin atəşləri altında yaşayan bu insanların şücaətini doğma torpağa və Vətənə bağlılıq nümunəsi kimi dəyərləndirdi.
Bu səfərdən bir gün sonra, iyunun 15-də Prezident “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzaladı. Hazırda orada 100 fərdi yaşayış evinin tikinti işləri aparılır. “Cocuq Mərcanlıya köçmək üçün bizə 300-ə yaxın ailə müraciət edib. Artıq 50 ailə bu kəndə köçürülüb. Başqa rayonların, o cümlədən köçkün olmayan rayonların əhalisi də Cocuq Mərcanlıya köçmək üçün bizə müraciət edirlər. Budur Vətənə, torpağa, dövlətə sadiq, bağlı Azərbaycan vətəndaşları. Bütün sahələrdə olduğu kimi, vətəninə, torpağına bağlılıqda da Azərbaycan vətəndaşları bütün dünyaya nümunədirlər ”, - deyə Əli Həsənov qeyd edib.
Nyu-Yorkda keçirilən BMT-nin Baş Assambleyasının 72-ci sessiyasına toxunan Əli Həsənov bildirib ki, Ermənistandakı cinayətkar rejimə rəhbərlik edən Serj Sarkisyan sessiyadakı çıxışı ilə həyasızlığın, arsızlığın ən yüksək zirvəsinə qalxdı. “Həyasızlığın dərəcəsinə baxın ki, o, 25 ildir torpaqlarının 20 faizini işğal altında saxladığı bir ölkəyə irad tutur. Hesab edirəm ki, bu Serj Sarkisyanın beyninin məhsulu deyil. O çıxışı hazırlayanlar elə Sarkisyanın hakimiyyətinə son qoymaq istəyirlər. Bu çıxışla Ermənistan prezidenti özünü bütün dünya ictimaiyyəti qarşısında rüsvay etdi. Azərbaycan Prezidenti isə BMT-nin mötəbər tribunasında məğrurcasına dayanaraq, işğalçı və cinayətkar Ermənistandakı işğalçı rejimin başçılarını, eləcə də beynəlxalq təşkilatlara ciddi mesajlar verdi. Həmçinin çıxış üçün ayrılmış çox qısa bir vaxt ərzində ölkəmizin keçdiyi inkişaf yolu, qazandığı böyük uğurlar barədə dolğun təsəvvür yaratdı”.
Komitə sədri İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə Kontakt Qrupunun Nyu-Yorkda keçirilən iclasına da toxunaraq deyib: “İclasda qərar qəbul olunub ki, təşkilata üzv ölkələr Ermənistanla əlaqələrini məhdudlaşdırsınlar. Hesab edirəm ki, bu azdır. İslam Əməkdaşlıq Təşkilatı özü qərar qəbul etməlidir ki, üzv ölkələr Ermənistanla əməkdaşlığı dayandırsın”.
Sonra “Böyük Qayıdışın başlanğıcı – Cocuq Mərcanlı” filmi nümayiş olunub.
Filmin nümayişindən sonra Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov “İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı” kitabı barədə məlumat verib.
Bu nəşrin nadir kitab olduğunu bildirən Bəxtiyar Sadıqov qeyd edib ki, indiyədək Qarabağ, müharibə mövzusunda bir çox dəyərli kitablar yazılıb. Təqdimatı keçirilən bu kitab isə ilk dəfə olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindəki keyfiyyət dəyişikliyindən bəhs edir. Bu kitabın təkcə Azərbaycan oxucuları üçün nəzərdə tutulmadığını dəyən baş redaktor nəşrin qısa müddət ərzində rus və ingilis dillərinə tərcümə olunduğunu bildirərək deyib: “Kitab gələcəkdə digər dillərə də tərcümə olunacaq. Kitabda tarixi baxımdan zəruri olan sənədlərə, aprel zəfərinin səbəb və nəticələrinə, Prezident İlham Əliyevin aprel döyüşləri barədə fikirlərinə geniş yer ayrılıb. İşğal nəticəsində həm Cocuq Mərcanlı kəndinə, həm Cəbrayıl rayonuna vurulan ziyan fakt və sənədlərlə göstərilib. Kitaba həm aprel zəfəri, həm də Böyük Qayıdışın başlanğıcı ilə bağlı Milli Məclisin deputatlarının, siyasətçilərin, politoloqların, müxtəlif sahələrdə çalışan insanların fikirləri də daxil edilib”.
Daha sonra Cocuq Mərcanlı kəndinin sakini Oqtay Həziyev çıxış edərək Azərbaycan Prezidentinin Sərəncamından sonra kənddə görülən genişmiqyaslı abadlıq-quruculuq işlərindən danışıb, sakinlərin bu prosesdə fəal iştirak etdiklərini diqqətə çatdırıb.
Cocuq Mərcanlı haqqında film və kitabın ərsəyə gəlməsinə görə dövlətimizin başçısına təşəkkürünü bildirən O.Həziyev deyib: “Mən də köçkünlük həyatını, müharibənin ağrı-acısını yaşamışam. Həmin vaxt ailəmiz beş ay məcburi köçkün həyatı sürməyə vadar olmuşdu, çünki ermənilər bizim kəndi də işğal etmişdi. Ulu Öndərimizin komandanlığı altında Horadiz əməliyyatında bir çox yaşayış məntəqəsi, o cümlədən Cocuq Mərcanlı kəndi işğaldan azad olundu. Birmənalı qərar verdim ki, öz ailəmlə birlikdə doğma torpağımda yaşayacam. Həmin vaxtlar burada vəziyyət çox ağır idi. Ermənilər hər şeyi məhv edib dağıtmışdı. Əkinçiliklə, təsərrüfatla məşğul olub, hər şeyi yenidən qurdum. Aprel döyüşlərindən sonra Lələtəpə yüksəkliyi azad edildi. Bu strateji yüksəkliyin əvvəllər ermənilərin əlində olması bizim təhlükəsiz yaşamağımıza ciddi maneə törədirdi. Prezidentimizin Sərəncamından sonra Cocuq Mərcanlıda 50 yaşayış evi, məktəb və gözəl Şuşa məscidinin bənzəri olan məscid inşa edildi. Prezident kəndin açılışına özü gəldi. Bizimlə görüşərək çox səmimi söhbət etdi. Mənə Azərbaycan Respublikasının birinci dərəcəli “Əmək” ordenini şəxsən təqdim etdi. Bütün bu diqqətə və qayğıya görə bir daha dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.
Tədbirdə Azərbaycanın dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, ölkəmizdə akkreditə olmuş diplomatik korpusun və ölkə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 
  • Oxunub:  1140  |  
  • Tarix:  21-09-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan uğurlu inkişafını bundan sonra da davam etdirəcək

15:12
24 Oktyabr
Dövlət Komitəsinin sədri Sabirabadda vətəndaşları qəbul edib
15:01
24 Oktyabr
Elmar Məmmədyarov: Azərbaycan adambaşına düşən məcburi köçkünlərin sayının ən çox olduğu ölkələrdən biridir
14:56
24 Oktyabr
Maksim Kuryaçiy: AŞPA-da Azərbaycan əleyhinə səs verən ukraynalı deputatlar müxalifət ritorikası üzrə ixtisaslaşanlardır
14:38
24 Oktyabr
TRT Haber kanalı Azərbaycanın dövlət müstəqilliyi barədə geniş reportaj yayımlayıb
14:07
24 Oktyabr
İspaniyanın “El Economista” portalı Azərbaycanda pambıqçılığın sürətli inkişafından yazır
14:00
24 Oktyabr
Türk mədəniyyəti Braziliyada təqdim olunub
13:53
24 Oktyabr
Pan-Afrika Parlamentinin prezidenti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
13:48
24 Oktyabr
Eldar İbrahimov: Azərbaycan regionda əlverişli coğrafi mövqeyə və çoxşaxəli tranzit imkanlarına sahibdir
12:56
24 Oktyabr
Heydər Əliyev Fondunun dəvəti ilə Moskvanın uşaq evinin sakinləri Azərbaycanda olub
12:41
24 Oktyabr
24 oktyabr BMT günüdür
12:37
24 Oktyabr
Doktorantların və gənc tədqiqatçıların XXI respublika elmi konfransına 400-dək tezis təqdim olunub
11:19
24 Oktyabr
“The Jerusalem Post”: ASAN - Azərbaycanın dövlət xidmətlərinin “Disney dünyası”
11:13
24 Oktyabr
İndiyədək Azərbaycan iqtisadiyyatına 233,5 milyard dollar investisiya qoyulub
10:48
24 Oktyabr
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
10:47
24 Oktyabr
Çexiya Senatının sədr müavini: Aİ-Azərbaycan strateji tərəfdaşlıq sazişi hər iki tərəf üçün yeni imkanlar açacaq
10:39
24 Oktyabr
Azərbaycan yeni gəmilərin inşası ilə bağlı Avstraliyaya sifariş verməyi planlaşdırır
10:29
24 Oktyabr
Amanda Pol: Cənubi Qafqaz dünyanın ən hərbiləşdirilmiş bölgələrindən biridir
10:27
24 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 103 dəfə pozub
20:45
23 Oktyabr
Pan-Afrika Parlamentinin prezidenti Heydər Əliyev Mərkəzi ilə tanış olub
20:21
23 Oktyabr
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ermənistanın təxribatları barədə məlumatlandırılıb
20:09
23 Oktyabr
Kəngərli rayonunda yeni qapalı suvarma şəbəkəsi istifadəyə verilib
19:54
23 Oktyabr
“AMEA Yüksək Texnologiyalar Parkı” birillik fəaliyyətinə dair hesabat verib
19:32
23 Oktyabr
Azərbaycanın D-8 Zirvə görüşündə iştirakı ölkəmizin Türkiyə ilə qardaşlığının bariz göstəricisidir
18:49
23 Oktyabr
Rocer Nkodo Danq: Pan-Afrika Parlamenti Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır
18:13
23 Oktyabr
Azərbaycan Dillər Universitetinin “Səfir saatı”nda Qulam İshaqzai tələbələrə mühazirə oxuyub
17:51
23 Oktyabr
Koreyanın Azərbaycandakı səfirliyi Uşaq-Gənclər İnkişaf Mərkəzinə milli geyimlər hədiyyə edib
17:29
23 Oktyabr
Azərbaycan Prezidentinin köməkçisi: Avropa Şurası Parlament Assambleyasında da, Avropada da heç kim Azərbaycanın Avropa Şurasından çıxmasını istəmir
17:27
23 Oktyabr
Famil Mustafayev: Peşə təhsili iqtisadiyyatın və əmək bazarının dəyişən tələblərinə cavab vermək üçün ölkəmizdə prioritet sahə elan edilib
17:24
23 Oktyabr
Livanın Milli Xəbər Agentliyi Bakıda keçrilən şopinq festivalından yazır
17:03
23 Oktyabr
Otto Hauser: Bakı Şopinq festivalı çox uğurlu layihədir
16:49
23 Oktyabr
Bakı Şopinq Festivalı İƏT dövlətlərinin Xəbər Agentlikləri Birliyinin diqqət mərkəzində
16:28
23 Oktyabr
Sahil Babayev: Azərbaycanda qeyri-neft ixracının genişləndirilməsi istiqamətində vacib addımlar atılır
16:24
23 Oktyabr
Dünya birinciliyində tarix yazan gənc cüdoçularımız Vətənə qayıdıblar
16:10
23 Oktyabr
Misir qəzeti Bakı Şopinq Festivalından yazıb
15:59
23 Oktyabr
Azərbaycan Standartlaşdırma İnstitutu və Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının Standartlaşdırma Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb
15:21
23 Oktyabr
Novruz Məmmədov: Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı beynəlxalq ictimaiyyətə ünvanlanan bir mesaj idi
15:04
23 Oktyabr
Azərbaycan Brüsseldə separatizmlə bagli beynəlxalq forum keçirəcək
14:55
23 Oktyabr
Kersti Kiviryuyut: Azərbaycan mənim romanımı məşhurlaşdırıb
14:37
23 Oktyabr
Prezidentin köməkçisi: "Hazırda separatizmlə üzləşən ölkələrə vaxtında deyirdik ki, separatizmə qarşı mövqe bildirin
14:32
23 Oktyabr
Daşkənddə Azərbaycan xalçalarından ibarət sərgi açılıb
14:23
23 Oktyabr
Novruz Məmmədov: Həmsədrlərə əvvəlcə söz verib sonra başqa addım atan prezident barədə nə düşünürlər?!
14:16
23 Oktyabr
Çexiya Senatının sədr müavini ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14:11
23 Oktyabr
YAP-ın yaranmasının 25 illik yubileyi münasibətilə silsilə tədbirlər Pirallahıda da uğurla davam etdirilir
14:04
23 Oktyabr
Pan-Afrika Parlamentinin prezidenti ADA Universiteti ilə tanış olub
14:00
23 Oktyabr
Yirji Şestak: Çexiya ilə Azərbaycan arasında siyasi əlaqələr yüksək səviyyədədir
13:56
23 Oktyabr
Elşən Musayev: Avropada bəzi dairələrin fərdi marağı qlobal maraqlardan daha üstündür
12:52
23 Oktyabr
TRT HABER erməni terrorizminin dəhşətli nəticələri ilə bağlı veriliş yayımlayıb
12:45
23 Oktyabr
Müdafiə Nazirliyi: Ordumuz arsenalında olan silah və döyüş texnikasını tətbiq etməklə öz gücünü növbəti dəfə sübut etməyə hazırdır
12:21
23 Oktyabr
Pan-Afrika Parlamentinin prezidenti 3 saylı “ASAN xidmət” mərkəzində olub
12:09
23 Oktyabr
Bakıda “Hüseyn Cavid və müasir gənclik” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
12:04
23 Oktyabr
Heydər Əliyev Fondu şəkərli diabetə qarşı mübarizədə növbəti layihənin həyata keçirilməsinə başlayıb
11:44
23 Oktyabr
Sədaqət Vəliyeva: Azərbaycanın beynəlxalq nüfuzu və əhəmiyyəti hər gün artmaqdadır
11:34
23 Oktyabr
Akademik Akif Əlizadə: Azərbaycanın seysmik vəziyyəti, zəlzələ ocaqları tam öyrənilib
11:33
23 Oktyabr
Dövlət qulluqçuları ilk mühazirələrini Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbində dinləyiblər
11:05
23 Oktyabr
Bakıda seysmik dalğa məlumatlarının idarəetmə vasitələri ilə bağlı müzakirələr aparılır
11:03
23 Oktyabr
Elmar Məmmədyarov ATƏT-in İtaliyada təşkil etdiyi konfransda çıxış edecək
10:18
23 Oktyabr
Ermənistan silahlı bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 132 dəfə pozub
10:16
23 Oktyabr
Azər Badamov: Prezident İlham Əliyevin D-8 sammitində iştirakı Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasını göstərir
09:57
23 Oktyabr
Buxara şəhəri ilə tanışlıq azərbaycanlı qonaqlarda xoş təəssürat yaradıb
09:52
23 Oktyabr
Kubanın “EcuRed” internet ensiklopediyasına “Qarabağ” futbol klubu haqda məqalə əlavə edilib
09:37
23 Oktyabr
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana gəlib
17:53
21 Oktyabr
Arye Qut : Azərbaycanın multikultural dəyərləri bütün dünya üçün nümunədir
17:45
21 Oktyabr
RAGB Soçidə keçirilən XIX Beynəlxalq Gənclər və Tələbələr Festivalında iştirak edir
17:32
21 Oktyabr
YAP Nəsimi rayon təşkilatında veteran qadınlarla görüş keçirilib
15:43
21 Oktyabr
İqtisadiyyat naziri Ağdaşda vətəndaşları qəbul edib
15:40
21 Oktyabr
“The Jerusalem Post”: “Ermənistan-Azərbaycan danışıqları: bu yol sülhə, yoxsa müharibəyə aparır?”
15:00
21 Oktyabr
Parisdə Azərbaycan Evinin 25 illik yubileyi qeyd edilib
13:52
21 Oktyabr
Jalə Əliyeva: Bütün dünya Bakıya mədəniyyətlərarası dialoq məkanı kimi yanaşır
13:36
21 Oktyabr
Düşmən təxribatlarının qarşısının dərhal və qətiyyətlə alınması ilə əlaqədar qoşunlara tapşırıq verilib
13:33
21 Oktyabr
Akif Əlizadə: Azərbaycanda milli mənəvi dəyərlərə dərin ehtiram bəslənilir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+16 +18
gecə+11 +15