Ana səhifə »  Qəzetin pdf formatı »  Siyavuş Novruzov: Prezident BMT tribunasından Azərbaycan reallıqlarını dünyanın diqqətinə çatdırdı
A+   Yenilə  A-
Siyavuş Novruzov: Prezident BMT tribunasından Azərbaycan reallıqlarını dünyanın diqqətinə çatdırdı

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri milli maraqlarımızın qorunması və ölkəmizin siyasi, iqtisadi əlaqələrinin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir”. Bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, bu səfərin əhəmiyyətini anlamaq üçün bir neçə mühüm aspektə nəzərə salmaq lazımdır: “Əvvəla, Prezident İlham Əliyev Birləşmiş Ştatlara səfəri çərçivəsində bir sıra dövlət və hökumət başçıları, eləcə də müxtəlif şirkət rəhbərləri ilə görüşlər keçirdi və bu, ölkəmizin siyasi, iqtisadi və müxtəlif sahələri əhatə edən çoxşaxəli əlaqələrinin inkişafına xidmət edir. Bu, həm də Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi baxımından böyük önəmə sahibdir. Ən əsası, Prezident İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında çıxış edərək çox mühüm məsələlərə toxundu, Ermənistan hakimiyyətini tam ifşa edərək Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırdı”.
YAP icra katibinin müavini əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında çıxışı zamanı səsləndirdiyi fikirlər 3 mühüm məqamı önə çəkir: “Birincisi, dövlətimizin başçısı dünyanın ən mötəbər beynəlxalq qurumu olan BMT-nin tribunasından Dağlıq Qarabağ problemi, işğalçı Ermənistan tərəfindən xalqımıza qarşı törədilən cinayətlər, o cümlədən məhz Serj Sarkisyanın da iştirakçısı olduğu Xocalı soyqırımı barədə reallıqları sessiya iştirakçılarının və dünyanın diqqətinə çatdırdı: “Prezident İlham Əliyev qeyd etdi ki, “Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizi işğal altındadır. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan azərbaycanlılara qarşı Ermənistanda, Dağlıq Qarabağda və Azərbaycanın digər 7 rayonunda etnik təmizləmə siyasəti həyata keçirib”. Əlbəttə, bu fikirlərin BMT tribunasından səsləndirilməsi Azərbaycanın milli maraqlarının qətiyyətli müdafiə olunmasının və ölkəmizin münaqişənin həlli istiqamətində aktiv diplomatiyasının təzahürüdür”.
“İkinci vacib məqam ondan ibarətdir ki, işğal faktına, 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə baxmayaraq, Azərbaycanın ötən müddət ərzində uğurlu inkişafını davam etdirməsi diqqətə çatdırıldı. Prezident İlham Əliyev qeyd etdi ki, “2004-cü ildən başlayaraq Azərbaycanın iqtisadiyyatı 3 dəfədən çox artmış, ölkəmizdə 1 milyon 600 mindən artıq iş yeri açılmışdır. İşsizlik səviyyəsi dünyada ən aşağı göstəricilərdən biridir – 5 faiz. Prioritetlərimizdən biri yoxsulluğun azaldılması idi. 2004-cü ildə yoxsulluğun səviyyəsi 40 faizdən artıq idi. İndi bu, cəmi 5-6 faizdir. Nağd valyuta ehtiyatlarımız ölkənin ÜDM-nə bərabərdir. Xarici dövlət borcu ÜDM-in 20 faizindən azdır”. Dövlətimizin başçısının səsləndirdiyi bu faktlar göstərir ki, müstəqil daxili və xarici siyasət həyata keçirən Azərbaycan öz inkişafını inamla və müvəffəqiyyətlə davam etdirir, eləcə də ölkəmiz milli tərəqqiyə xidmət edən çoxşaxəli islahatları dərinləşdirmək niyyətindədir. Şübhəsiz ki, əldə edilən nəticələr və səsləndirilən fikirlər həm də onu deməyə əsası verir ki, qarşıdakı dövrdə Azərbaycan ölkəmizin inkişafına xidmət edən məqsədyönlü sosial siyasət kursunu da ardıcıl şəkildə davam etdirəcək. İndiyə qədər həyata keçirilən uğurlu sosial siyasətin nəticəsi kimi, əhalinin maddi rifah halı daha da yaxşılaşıb, çoxsaylı sosial məsələlər, eləcə də qaçqın və məcburi köçkünlərin problemləri uğurla həll olunub. Bu, Azərbaycan dövlətinin qüdrətini və iradəsini nümayiş etdirir. Çünki hazırda dünyanın üzləşdiyi qaçqın və köçkün probleminin hansı fəsadlara səbəb olduğunu görürük. Avropa 200 min qaçqını qəbul edərək onların problemlərini həll etmək iqtidarında olmadığını dünyaya nümayiş etdirdi. Azərbaycan isə həm qaçqın və məcburi köçkünlərin qayğılarının həllinə, həm də uğurlu və davamlı inkişafa nail olmağı bacarıb. ”,-deyə Siyavuş Novruzov əlavə edib.
Siyavuş Novruzov vurğulayıb ki, Azərbaycanın uğurlu enerji siyasəti də həm ölkəmizin inkişafına mühüm töhfələr verir, həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edir: “Prezident İlham Əliyev bəhs olunan çıxışı zamanı qeyd etdi ki, “Azərbaycan qlobal enerji bazarında mühüm rol oynayır. Beynəlxalq bazarlarda etibarlı neft və qaz təchizatçısı olan Azərbaycan dünyanın bir çox ölkələri üçün enerji təhlükəsizliyini təmin edir”. Təbii ki, uğurlu enerji siyasəti Azərbaycanın tərəqqisinə, beynəlxalq mövqelərinin möhkəmlənməsinə və əməkdaşlıq əlaqələrinin genişlənməsinə xidmət edir”.
YAP-ın İcra katibinin müavini qeyd edib ki, üçüncü vacib məsələ Prezident İlham Əliyevin BMT-nin strukturunun təkmilləşdirilməsi ilə bağlı verdiyi təkliflər, bu beynəlxalq təşkilatın fəaliyyəti ilə əlaqədar səslənirdiyi fikirlərdir: “Vaxtilə Ümummilli liderimiz Heydər Əliyev ATƏT-in strukturunun təkmilləşdirilməsi ilə bağlı belə bir mühüm təklif irəli sürmüşdü ki, ATƏT-in nizamlama mexanizmi təkmilləşdirilməli, bu təşkilatın çıxardığı qərarlar deklorativ xarakter daşımamalıdır və Avropada meydana çıxan münaqişələrə ATƏT özü müdaxilə edərək onların həllinə nail olmalıdır. Əgər zamanında bununla bağlı konkret addımlar atılsaydı, bu gün nə Şərqi Avropada, nə Cənubi Qafqazda, nə də digər regionlarda bu cür problemlər olmazdı. Prezident İlham Əliyev isə BMT-nin strukturunda və bu təşkilatın qəbul etdiyi qərarların icra mexanizmində müəyyən dəyişikliklərlə bağlı təklif xarakterli fikirlər səsləndirdi. Dövlətimizin başçısı diqqətə çatdırdı ki, “Ermənistan 24 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar ki, o, buna görə cəzalandırılmır. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə 24 ildir ki, qətnamələr icra olunmur. Bu, ikili standarta əsaslanan yanaşmadır. Bu yanaşma qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir. BMT-nin mühüm islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır”. Prezident İlham Əliyevin bu fikirləri həm ikili standartlara əsaslanan siyasətin ifşası, həm də qurum daxilində islahatların zəruriliyi ilə bağlı diqqətəlayiq bir yenilik idi. Əlbəttə, bu, çox aktual mövzudur. Çünki ayrı-ayrı regionlarda mövcud olan münaqişələrin həllinə ikili standartlar əsasında yanaşmaq, ədalətsiz qərarlar qəbul etmək və ya qəbul edilmiş qərarların icrasının təmin olunmaması dünyada yeni münaqişələrin – müharibə ocaqlarının yaranmasına səbəb olur. Bu münaqişələr bütün dünyanı bürüyür. Biz Avropada son zamanlar terror aktlarının baş verməsini, Yaxın Şərqdə mövcud vəziyyətin nəticəsində ortaya çıxan miqrasiya kimi problemlərdən Avropa ölkələrinin də əziyyət çəkməsinin şahidi oluruq. Yəni bu məsələlər qlobal xarakter daşıyır və bütün dünya üçün aktualdır. Məhz Prezident İlham Əliyevin bütün bunları nəzərə alaraq BMT-nin strukturunun, eləcə də təşkilatın qərarlarının icra mexanizminin təkmilləşdirilməsi ilə bağlı islahatların həyata keçirilməsinə dair mühüm təkliflərlə çıxış etməsi vacib strateji əhəmiyyətə malikdir”.
Siyavuş Novruzov əlavə edib ki, bütövlükdə, Prezident İlham Əliyev ölkəmizin milli maraqlarını qətiyyətlə müdafiə etdi, BMT-nin tribunasından Azərbaycan reallıqlarını, eləcə də qlobal əhəmiyyətli mühüm məsələləri dünyanın diqqətinə çatdırdı.

 
  • Oxunub:  2790  |  
  • Tarix:  21-09-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: 20 Yanvar günü bizim böyük faciəmizdir, ancaq eyni zamanda, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir

19:06
20 Yanvar
Antonio Gamito: Azərbaycanda keçirilən beynəlxalq tədbirlər ölkədə multikulturalizm, tolerantlıq ənənələrinin inkişafından xəbər verir
18:57
20 Yanvar
“The Jerusalem Post”: Qanlı “Qara Yanvar” Azərbaycanın müstəqilliyi yolunda başlanğıc nöqtə oldu
18:47
20 Yanvar
Parisdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
18:06
20 Yanvar
Naxçıvanda 20 Yanvar faciəsinin 28-ci ildönümü qeyd edilib
17:19
20 Yanvar
Azərbaycan və Portuqaliya arasında mədəni irsin qorunması sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
13:28
20 Yanvar
Qanlı 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ümumxalq ziyarəti
11:03
20 Yanvar
Baş nazirin müavini: 20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq tarixidir
11:00
20 Yanvar
Azərbaycan xalqı qəhrəman övladlarının xatirəsini yad edir
10:50
20 Yanvar
Əli Əhmədov: Qida Təhlükəsizliyi Agentliyi bir neçə dövlət qurumunun icra etdiyi funksiyaları həyata keçirəcək
10:47
20 Yanvar
MSK sədri: "Azərbaycanda prezident seçkilərinə hazırlıq başlayıb"
10:42
20 Yanvar
20 Yanvar faciəsinə həsr olunan daha bir anım mərasimi Litvada keçirilib
10:36
20 Yanvar
20 Yanvar şəhidlərinin xatirəsi Təbrizdə anılıb
10:32
20 Yanvar
Malayziyada keçirilən anım tədbirində 20 Yanvar faciəsinin dəhşətlərindən danışılıb
10:29
20 Yanvar
Peterburqda Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi anılır
10:24
20 Yanvar
20 Yanvar faciəsi qurbanlarının xatirəsi Vaşinqtonda da anılıb
10:22
20 Yanvar
Ankarada Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
10:18
20 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib
17:53
19 Yanvar
Azərbaycana müasir hərbi texnikaların yeni partiyası gətirilib
17:52
19 Yanvar
2018 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar viza prosedurları sadələşdiriləcək
17:43
19 Yanvar
YAP-ın yaranmasının 25 illik yubileyi ilə əlaqədar “700 min ağac əkək” kampaniyası çərçivəsində partiyanın Ağdam rayon təşkilatı tərəfindən ağacəkmə aksiyası davam etdirilib
17:41
19 Yanvar
Hadi Rəcəbli: Azərbaycanda sosial infrastruktur quruculuğu uğurla davam edir
17:38
19 Yanvar
Kamilə Əliyeva: Peşə təhsilinin səviyyəsinin yüksəldilməsi gündəmdə olan əsas məsələlərdən biridir
17:25
19 Yanvar
İtaliyada 20 Yanvar faciəsi ilə bağlı anım mərasimi keçirilib
17:04
19 Yanvar
“Fitur-2018” beynəlxalq turizm sərgisində Ermənistanın planlaşdırdığı təxribatın qarşısı alınıb
17:01
19 Yanvar
Azərbaycanda Olimpiya hərəkatının təbliği uğurla davam etdirilir
16:57
19 Yanvar
Azərbaycan nümayəndə heyəti AŞPA-nın qış sessiyasında iştirak edəcək
16:50
19 Yanvar
Müdafiə Nazirliyi ilə Ombudsman Aparatı arasında birgə tədbirlər planı imzalayıb
16:42
19 Yanvar
20 Yanvar - Azərbaycan xalqının qəhrəmanlıq və şərəf günüdür
15:59
19 Yanvar
Nizami Cəfərov: İstiqlalımız uğrunda canlarını qurban verən şəhidlərimizin əbədi heykəli hər bir azərbaycanlının ürəyində ucalır
15:53
19 Yanvar
Ali Attestasiya Komissiyasında 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunan toplantı keçirilib
15:50
19 Yanvar
Çili radiosunun saytında 20 Yanvar faciəsi ilə bağlı geniş məqalə yayılıb
15:40
19 Yanvar
Bakıda dünya çempionatı Olimpiya tituluna namizədlərin adlarını açıqlayacaq
14:13
19 Yanvar
Dövlət İdarəçilik Akademiyasında 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar elmi konfrans keçirilib
14:05
19 Yanvar
YAP İdarə Heyətinin iclası keçirilmişdir
12:54
19 Yanvar
Vergilər naziri ABŞ səfiri ilə görüşüb
12:53
19 Yanvar
20 Yanvar şəhidləri xalqımızın milli azadlığı və müstəqilliyi üçün yol açıblar
12:45
19 Yanvar
20 Yanvar şəhidlərinin adı Azərbaycan tarixinə əbədi həkk olunub
12:42
19 Yanvar
Azərbaycanın Belarusdakı səfirliyində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anım mərasimi keçirilib
12:40
19 Yanvar
Azərbaycan Prezidenti özbəkistanlı həmkarına başsağlığı verib
12:38
19 Yanvar
20 Yanvar faciəsinin ildönümü Vyetnamda da qeyd olunub
12:33
19 Yanvar
Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər
12:30
19 Yanvar
“The Washington Times”: Beş səbəbə görə Azərbaycana getmək mütləq lazımdır
12:11
19 Yanvar
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
12:04
19 Yanvar
20 Yanvar faciəsi ilə əlaqədar Türkiyənin Azərbaycandakı diplomatik nümayəndəliklərində bayraqlar endiriləcək
11:53
19 Yanvar
“Maliyyə Proqramlaşdırılması” mövzusunda seminar keçirilib
11:09
19 Yanvar
Dünya Turizm Təşkilatında sədrlik Azərbaycandan Argentinaya keçib
11:05
19 Yanvar
Seulda 20 Yanvar faciəsinin ildönümü qeyd olunub
10:58
19 Yanvar
Hikmət Babaoğlu: Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqların intensivləşməsi Azərbaycanın dünyada nüfuzunun artması ilə bağlıdır
10:47
19 Yanvar
Misirdə 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub
10:45
19 Yanvar
Sevinc Fətəliyeva: Azərbaycan özünün milli inkişaf modeli ilə digər dövlətlər üçün nümunədir
10:35
19 Yanvar
ATƏT-in Minsk qrupunun həmsədrləri növbəti bəyanat yayıblar
10:24
19 Yanvar
Özbəkistanın kun.uz portalı 20 Yanvar faciəsindən yazıb
10:23
19 Yanvar
Azərbaycan neftinin bir barreli 70,85 dollara satılır
10:16
19 Yanvar
Böyük Britaniya parlamentində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
10:13
19 Yanvar
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 116 dəfə pozub
21:54
18 Yanvar
Elmar Məmmədyarov: Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir sıra kreativ fikirlər irəli sürüblər
21:16
18 Yanvar
Braziliya mətbuatında 20 Yanvar faciəsi ilə bağlı məqalə dərc olunub
20:28
18 Yanvar
20 Yanvar hadisəsi Azərbaycan xalqının azadlıq mübarizəsi salnaməsidir
20:03
18 Yanvar
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Avropa Olimpiya Komitəsinin iclasında iştirak edir
19:51
18 Yanvar
İtaliya mətbuatı: İtaliya 2017-ci ildə Azərbaycanın ən böyük ticarət tərəfdaşı olub
19:46
18 Yanvar
YAP Səbail rayon təşkilatının üzvləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıblar
19:27
18 Yanvar
Prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncam imzalayıb
17:49
18 Yanvar
YAP-ın Pirallahı rayon təşkilatının təşəbbüsü ilə 20 Yanvar faciəsinin ildönümü münasibətilə qanvermə aksiyası keçirildi
17:46
18 Yanvar
MOK Olimpiya hərəkatının təbliğini uğurla davam etdirir
17:40
18 Yanvar
Statistika Komitəsində 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi anılıb
16:54
18 Yanvar
Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında həyata keçirilən layihələr barədə müzakirələr aparılıb
16:34
18 Yanvar
20 Yanvar faciəsinin ildönümü Azərbaycanın Gürcüstandakı səfirliyində qeyd olunub
16:30
18 Yanvar
Bakıda Azərbaycan-Pakistan işçi qrupunun görüşünün protokolu imzalanıb
15:21
18 Yanvar
“İrs” seriyasından yeni nəşr: “Qarabağ - əsrlərin salnaməsi” kitabının təqdimatı olub
14:51
18 Yanvar
Krakovda Azərbaycanın xarici işlər nazirinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü keçirilir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA