Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qafqaz Müsəlmanları sədri İstanbulda beynəlxalq konfransda iştirak edəcək

Qafqaz Müsəlmanları sədri İstanbulda beynəlxalq konfransda iştirak edəcək

21.09.2017 [15:27]

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə İstanbulda keçiriləcək “İslam həmrəyliyi Türkiyə-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün sentyabrın 23-də qardaş ölkəyə səfər edəcək.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfrans Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Türkiyə Diyanət İşləri Başqanlığı, İslam Əməkdaşlıq Təşkilatının İslam Tarix, İncəsənət və Mədəniyyət Tədqiqatları Mərkəzi (IRCICA) və Mərmərə Universiteti tərəfindən birgə təşkil olunacaq.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən elan edilən “İslam Həmrəyliyi İli” çərçivəsində Bakıda, Rusiyada, Finlandiyada, İranda keçirilmiş beynəlxalq tədbirlərdən sonra İstanbulda təşkil olunacaq konfransda ölkəmizi Milli Məclisin deputatları, elm və din xadimlərindən ibarət nümayəndə heyəti təmsil edəcək.
Səfər çərçivəsində A.Paşazadənin Türkiyə Diyanət İşləri başqanı vəzifəsinə yeni seçilmiş Əli Erbaş və digər nüfuzlu şəxslərlə görüşləri nəzərdə tutulub.

Paylaş:
Baxılıb: 189 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30