Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin payız sessiyasında ilk iclası keçirilib

21.09.2017 [14:09]

Sentyabrın 21-də Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin bu ilin payız sessiyasında ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitə sədri Aqiyə Naxçıvanlı çıxış edərək cari ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə məlumat verib. Bildirilib ki, hesabat dövründə komitənin dörd iclası keçirilib, üç məsələyə və üç qanun layihəsinə baxılıb. Həmçinin komitəyə 125 vətəndaş tərəfindən müraciət daxil olub. Həmin müraciətlərin 66-sı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti təşkilatlara göndərilib.
Payız sessiyasında komitə tərəfindən yeni qanun layihəsinin müzakirəyə çıxarılacağını vurğulayan A.Naxçıvanlı gündəlikdəki məsələ ilə bağlı məlumat verib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilib. Dəyişikliklər “Reklam haqqında” 2015-ci il 15 may tarixli Qanunun müvafiq maddələrinin tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 213-cü və 248-ci maddələrinə əsasən inzibati məsuliyyət yaratmaq məqsədilə təklif edilir. Eyni zamanda, bu təklif Prezident İlham Əliyevin ana və uşaqların sağlamlığının qorunması strategiyasının tərkib hissəsidir.
Komitə sədri bildirib ki, qanun layihəsində qeyd olunan dəyişikliklər qəbul ediləcəyi təqdirdə Azərbaycan Respublikasının mövcud İnzibati Xətalar Məcəlləsinə görə, hüquq və fiziki şəxslər müvafiq hüquq pozuntularına yol verdikdə xeyli miqdarda cərimələnməklə inzibati məsuliyyətə cəlb ediləcəklər.
Sonra gündəlikdəki məsələlərlə əlaqədar müzakirələr aparılıb və qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Paylaş:
Baxılıb: 214 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

İcma etiraz edir

19 Mart 10:45

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31