Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bakıda Azərbaycan-Çin iqtisadi əlaqələrinə dair konfrans keçirilir

Bakıda Azərbaycan-Çin iqtisadi əlaqələrinə dair konfrans keçirilir

21.09.2017 [11:31]

Sentyabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında “Azərbaycan-Çin iqtisadi əməkdaşlığı” mövzusunda elmi-praktik konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbir AMEA-nın İqtisadiyyat İnstitutunun və Çin İctimai Elmlər Akademiyası (ÇİEA) İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir.
Tədbirdə Azərbaycan-Çin münasibətlərinin tarixindən danışan AMEA-nın prezidenti, akademik Akif Əlizadə ümummilli lider Heydər Əliyevin 1994-cü ildə Çinə səfərini xatırladıb. Diqqətə çatdırılıb ki, həmin səfərdən sonra ölkələrimiz arasında bütün istiqamətlərdə, eləcə də elm sahəsində əlaqələr sürətlə inkişaf etməyə başlayıb. Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirərək Azərbaycan-Çin münasibətlərinin inkişafına töhfəsini verir.
Akademik vurğulayıb ki, 1993-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 1,5 milyon ABŞ dolları təşkil etdiyi halda, 2016-cı ildə bu göstərici 770 milyon ABŞ dolları olub. Dünya bazarında neftin qiymətinin aşağı düşməsinə baxmayaraq Azərbaycan ilə Çin arasındakı ticarət əlaqələri genişlənməkdə davam edib. Azərbaycanın ticarət tərəfdaşı olan Çin ilə rabitə, nəqliyyat, maşınqayırma və bir sıra sahələr üzrə əməkdaşlığımız sürətlə inkişaf edir.
Azərbaycan ilə Çin arasında arasındakı humanitar əlaqələrə toxunan A.Əlizadə diqqətə çatdırıb ki, ölkələrimizdə vaxtaşırı mədəniyyət günləri təşkil edilir, tələbə mübadiləsi həyata keçirilir. Son zamanlar akademik dairələrimiz arasında da əlaqələr dərinləşməkdədir. Belə ki, alimlərimizin qarşılıqlı səfərləri təşkil olunur, onların fikir mübadiləsi, müzakirələr aparmalarına şərait yaradılır. Münasibətlərimizin yeni səviyyəyə yüksəlməsinə parlaq nümunə olan bu konfrans iqtisadi əməkdaşlığımızın genişlənməsinə, ümumiyyətlə ölkələrimiz arasındakı münasibətlərə böyük töhfəsini verəcək.
ÇİEA-nın prezidenti Van Veyquan vurğulayıb ki, hazırda Azərbaycan-Çin əməkdaşlığının sürətli inkişaf mərhələsinə başlanılıb. “Bir kəmər - bir yol” layihəsinin əhəmiyyətindən danışan V.Veyquan ölkəsinə bu təşəbbüsə görə ayrılan vəsaitlər barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Avrasiya materikinin döyünən ürəyi olan Azərbaycanın əlverişli coğrafi mövqeyi bu ölkəni Çin üçün strateji tərəfdaşa çevirir.
Konfransda “Azərbaycan – Çin münasibətləri: müasir baxış və perspektivlər”, “Bir kəmər – bir yol” layihəsi çərçivəsində Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq”, “Yeni müstəqillik dövründə Azərbaycanın iqtisadi inkişaf strategiyası haqqında”, “13-cü beşillik plan dövründə Çinin əsas iqtisadi və sosial inkişaf trendləri” və digər mövzularda məruzələr dinlənilib.

Paylaş:
Baxılıb: 191 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Milli ziyalı...

19 Mart 11:14

Xəbər lenti

Xəbər lenti

Analitik

MEDİA

Xəbər lenti

İcma etiraz edir

19 Mart 10:45

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31