Ana səhifə »  Qəzetin pdf formatı »  Şahbuz Rayon Elektrik Şəbəkəsinin inzibati binası və “Şahbuz” yarımstansiyası istifadəyə verilib
A+   Yenilə  A-
Şahbuz Rayon Elektrik Şəbəkəsinin inzibati binası və “Şahbuz” yarımstansiyası istifadəyə verilib

Muxtar respublikada energetiklər üçün müasir iş şəraitinin yaradılması, elektrik enerjisinin istehlakçılara dayanıqlı və keyfiyyətli çatdırılması sahəsində ardıcıl tədbirlər görülür. Elektrik şəbəkələri üçün yeni inzibati binalar tikilir, müasir yarımstansiyalar qurulur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 20-də Şahbuz Rayon Elektrik Şəbəkəsinin inzibati binası və "Şahbuz" yarımstansiyası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev tədbirdə çıxış edərək deyib ki, Şahbuz Rayon Elektrik Şəbəkəsi üçün yeni tikilmiş müasir üslublu ikimərtəbəli binada energetiklərə hərtərəfli iş şəraiti yaradılıb. Yeni inzibati binanın və yarımstansiyanın tikilib-quraşdırılması Şahbuz Rayon Elektrik Şəbəkəsi işçilərinin iş şəraitini və istehlakçıların elektrik enerjisi təchizatını xeyli yaxşılaşdırıb. Namiq Paşayev yaradılan şəraitə görə muxtar respublika energetikləri adından minnətdarlıq edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şahbuz Rayon Elektrik Şəbəkəsinin inzibati binasının və “Şahbuz” yarımstansiyasının istifadəyə verilməsi münasibətilə kollektivi və istifadəçiləri təbrik edərək deyib: Hər bir ölkənin iqtisadi gücünün əsas göstəricilərindən biri də onun enerji asılılığının olmamasıdır. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, Azərbaycanda istehsal olunan elektrik enerjisi daxili tələbatı ödəməklə yanaşı, həm də qonşu ölkələrə satışı həyata keçirilir.
Ali Məclisin Sədri deyib: Yeni elektrik stansiyalarının tikilməsi, elektroenergetika sisteminin müasirləşdirilməsi və enerji təhlükəsizliyinin təmin olunması ölkəmizin inkişafına xidmət edir. Çünki ölkəmizdə sənayenin, kənd təsərrüfatının və digər sahələrin inkişafı, əhalinin yaşayış səviyyəsinin yaxşılaşması və elektrik avadanlıqlarından istifadənin artması elektrik enerjisinə olan tələbatı da artırır. Muxtar respublikada da hər il elektrik enerjisindən istifadə artımla müşahidə olunur. Ona görə də yeni elektrik stansiyalarının tikilməsi, elektrik enerjisinin istehsalı və keyfiyyətli ötürülməsi diqqətdə saxlanılır. Son illər muxtar respublikada Günəş Elektrik Stansiyası istifadəyə verilmiş, bu il stansiyanın gücü daha 2 meqavat artırılmışdır.
Ali Məclisin Sədri deyib: Elektrik enerjisini istehsal etməklə yanaşı, onun istehlakçılara keyfiyyətli çatdırılması da qarşıda duran əsas vəzifədir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikada həm elektrik enerjisi istehsal olunur, həm də əhali keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunur. Şahbuz Rayon Elektrik Şəbəkəsi bu günə qədər uyğunlaşdırılmış binada fəaliyyət göstərirdi. Yarımstansiyadakı avadanlıqların istismar müddəti isə başa çatmışdı. Lakin bu gün istifadəyə verilən inzibati binada müasir iş şəraiti yaradılmış, yarımstansiyada yeni avadanlıqlar quraşdırılmış, iş prosesi tam avtomatlaşdırılmışdır. Eyni zamanda, quraşdırılan yeni avadanlıqları istismar edən mütəxəssislər yetişmişdir.
Naxçıvanda su və günəş elektrik stansiyalarının, eləcə də yarımstansiyaların qurulması və istismarının, yüksək gərginlikli elektrik xətlərinin çəkilməsinin muxtar respublika energetikləri tərəfindən həyata keçirildiyini bildirən Ali Məclisin Sədri energetiklərə təşəkkür edib, onlara işlərində uğurlar arzulayıb.
Sonra Ali Məclisin Sədri yarımstansiyanın qurulmasında fərqlənənlərə hədiyyələr verib, açılışı bildirən lenti kəsib.
Məlumat verilib ki, iki mərtəbədən ibarət olan binanın birinci mərtəbəsində 35/10 kilovoltluq “Şahbuz” yarımstansiyasının idarəetmə otağı, 35 və 10 kilovoltluq qapalı paylayıcı quruluşlar, əməliyyat briqadası üçün otaqlar və bufet yerləşir. İkinci mərtəbədə isə iş otaqları və iclas zalı var.
“Şahbuz” yarımstansiyasında hər birinin gücü 6,3 meqavolt-amper olan 2 ədəd yeni transformator, 3 idarəetmə paneli, 5 ədəd 35 kilovoltluq, 11 ədəd 10 kilovoltluq elektrik verilişi xətləri üçün eleqaz açarlı müasir hücrələr, eləcə də rele mühafizəsi və avtomatika qurğuları quraşdırılıb. Yarımstansiyanın tikintisi zamanı 35 və 10 kilovoltluq elektrik verilişi xətlərinin yeri dəyişdirilib, bu məqsədlə 1 kilometrlik birdövrəli 35 kilovoltluq, 11 kilometrlik 10 kilovoltluq yeni xətlər çəkilib. İnzibati binanın damında ümumi gücü 13 kilovatt olan 51 ədəd günəş paneli və şəbəkəyə birbaşa qoşulmuş 3 invertor quraşdırılıb. Bu da inzibati binanın elektrik enerjisi ilə etibarlı təminatına imkan verəcək.
Binanın həyətində də abadlaşdırma işləri aparılıb, anbar binası tikilib.
Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunması və işin keyfiyyətinin artırılması, elektrik enerjisinin itkisiz çatdırılması və qənaətlə istifadə olunması, eləcə də mütəxəssis hazırlığı barədə müvafiq tapşırıqlar verib.

 
  • Oxunub:  2280  |  
  • Tarix:  20-09-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm

18:57
19 Aprel
“Azərbaycan reytinqlərdə bir çox inkişaf etmiş ölkələrini geridə qoyur” – Fikrət Yusifov
18:56
19 Aprel
“Ermənistan cəmiyyətində Sarkisyan hakimiyyətinə nifrət böyükdür” – Elçin Mirzəbəyli
18:48
19 Aprel
Şəhid və itkin düşənlərin vərəsələri kimlər sayılır –EKSPERT RƏYİ
18:46
19 Aprel
“Prezidentin bu fərmanı bizi çox sevindirdi” – Qarabağ qazisi
18:09
19 Aprel
Səlim Müslümov: Fərmana əsasən birdəfəlik ödəmələr hərbi qulluqçuların vərəsəlik hüququ olan ailə üzvlərinə veriləcək
18:08
19 Aprel
Vüqar Rəhimzadə: Xalqımız son 15 ildə görülən işlərə öz yüksək qiymətini verdi
18:04
19 Aprel
YAP Nəsimi rayon təşkilatının fəalları 5 nömrəli respublika xüsusi internat məktəbini ziyarət ediblər
18:03
19 Aprel
Sevinc Fətəliyeva: Gələcəkdə Azərbaycanı daha böyük nailiyyətlər gözləyir
17:56
19 Aprel
“Dəniz Kuboku-2018” beynəlxalq müsabiqəsinin planlaşdırılması üzrə işçi görüş olub
17:55
19 Aprel
Polkovnik Əzizağa Qəni-zadə: Ermənilərin bu vəhşi əməlləri onlara baha başa gələcək
17:52
19 Aprel
Elman Məmmədov: Beynəlxlaq qurumlar Ermənistanda baş verən proseslərə ikili standartlar mövqeyindən yanaşırlar
17:46
19 Aprel
Cəlil Xəlilov: Azərbaycan Prezidenti bir daha təsdiq etdi ki, Vətən naminə canlarından keçən insanlar heç vaxt unudulmayacaq
17:41
19 Aprel
Memarlıq və İnşaat Universiteti Yıldız Texniki Universiteti ilə əməkdaşlıq edəcək
17:39
19 Aprel
Hikmət Babaoğlu “Xalq müstəqil dövlətimizi yalnız prezident İlham Əliyevin irəli apara biləcəyinə inanır”
17:20
19 Aprel
İsmayıllıda ümumi məhsul istehsalı 36 milyon 29 min manat təşkil edib
17:10
19 Aprel
“Əsgərə məktub” layihəsi çərçivəsində növbəti tədbir Tərtər şəhərində keçirilib
16:36
19 Aprel
Küveyt qəzetində Aida İmanquliyevanın həyat və yaradıcılığına dair məqalə dərc olunub
16:34
19 Aprel
Elçin Mirzəbəyli: Serj Sarkisyan rejimi etiraz aksiyalarından ciddi narahatlıq keçirir
16:21
19 Aprel
Aydın Hüseynov: Azərbaycan Prezidentinin son 15 ildə yürütdüyü siyasət milli maraqlarımızı tam təmin edir
16:07
19 Aprel
Bakı Ali Neft Məktəbi Poltava Milli Texniki Universiteti ilə əməkdaşlığı genişləndirir
16:03
19 Aprel
Milli ideya – keçmişin dərk edilməsi və gələcəyə istiqamətlənmə
15:33
19 Aprel
Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb
15:31
19 Aprel
Formula 1 İspaniya Qran Prisi cədvəl üzrə keçiriləcək
15:28
19 Aprel
Fransanın “Radio Courtoisie” radiosunda Azərbaycanda keçirilmiş prezident seçkilərinin şəffaflığından danışılıb
14:59
19 Aprel
Pekində Azərbaycanın turizm imkanlarına dair təqdimat keçirilib
14:49
19 Aprel
İordaniya Dövlət Televiziyası: “Azərbaycan heç zaman sönməyəcək odlar ölkəsidir”
14:44
19 Aprel
Tahir Kərimli: Prezident İlham Əliyev çıxışında radikal müxalifətə tutarlı cavab verdi və onlara olmayan yerlərini göstərdi
14:41
19 Aprel
Mübariz Qurbanlı: Yad ünsürlərin təsirinin qarşısını birgə almalıyıq
14:35
19 Aprel
PA rəsmisi: Tarixən Azərbaycanda dini vəziyyəti gərginləşdirmək üçün kənardan cəhdlər olub
14:32
19 Aprel
Azərbaycan ikinci Beynəlxalq həmrəylik tennis çempionatına ev sahibliyi edəcək
14:30
19 Aprel
Musa Quliyev: Son illərdə Azərbaycanda aparılan islahatlar ölkəmizin hərtərəfli inkişafını təmin edib
14:26
19 Aprel
Fövqəladə Hallar Nazirliyi ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əməkdaşlıq məsələləri müzakirə olunub
14:22
19 Aprel
Azərbaycan Milli Elmlər Akademiyası Pekin Xarici Dillər Universiteti ilə əməkdaşlığı genişləndirir
14:19
19 Aprel
Azərbaycanın nümayəndə heyəti Beşinci Moskva Beynəlxalq Təhsil Salonu çərçivəsində forumda iştirak edir
14:17
19 Aprel
Qırğızıstanlı diplomat UNEC-in tələbələrinin intellektual səviyyəsini yüksək qiymətləndirib
14:10
19 Aprel
Mevlüt Uysal: Seçkilərdəki inamlı qələbə Azərbaycan xalqı ilə Prezident İlham Əliyev arasında möhkəm birliyin təzahürüdür
14:08
19 Aprel
Leyla Əliyevanın “Dünya yuxutək əriyir...” divanı Tehranda fars dilində nəşr olunub
14:06
19 Aprel
Elektrik enerjisi, qaz və buxar istehsalı sektorunda 516 milyon manatlıq məhsul istehsal edilib
14:04
19 Aprel
Prezident İlham Əliyev NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
14:03
19 Aprel
Deputat: Ermənistan hakimiyyəti işğalçılıq siyasəti ilə ölkəni dalana dirəyib
14:01
19 Aprel
TAP qaz boru kəmərinin Yunanıstan və Albaniya marşrutunun 80 faizi tamamlanıb
13:58
19 Aprel
Hikmət Babaoğlu: İrəvan erməniləri "Qarabağ klanı"ndan yaxa qurtarmaq istəyir
13:57
19 Aprel
Azərbaycan ilə İordaniya arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı yolları müzakirə olunub
13:55
19 Aprel
Prezident İlham Əliyev Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
13:51
19 Aprel
Moskvada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan elmi-praktik konfrans keçirilib
13:48
19 Aprel
Xətai rayonunda 81 minə yaxın sakin tibbi müayinədən keçib
13:46
19 Aprel
Lev Spivak: Azərbaycanda sabit iqtisadi və siyasi mühit gələcəkdə də davam edəcək
13:43
19 Aprel
Bakıda “Mənəvi dəyərlərin təbliği: reallıqlar, perspektivlər“ adlı konfrans keçirilib
12:14
19 Aprel
Mübariz Qurbanlı: "Din xadimlərinə maddi dəstək veriləcək"
12:04
19 Aprel
Günəş elektrik stansiyalarında 7,7 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub
11:58
19 Aprel
Azərbaycanda propilen istehsalı 11,5 faiz artıb
11:54
19 Aprel
“700 min ağac əkək!” kampaniyası çərçivəsində Bərdədə növbəti aksiya keçirilib
11:46
19 Aprel
Vətən uğrunda şəhid olmuş hərbçilərimizin xatirəsinə həsr olunan beynəlxalq cüdo turniri keçirilir
11:42
19 Aprel
Azərbaycan gimnastları II Avropa Oyunlarına lisenziyalar qazanıblar
11:26
19 Aprel
ABŞ-ın yəhudi və xristian din xadimləri Azərbaycanın tolerantlığını alqışlayıblar
11:23
19 Aprel
İRƏVANDA SAXLANILANLARIN SAYI 91-Ə ÇATDI
11:21
19 Aprel
Ermənistan əhalisi Serj Sarkisyanın baş nazir postunu mənimsəməsinə etiraz edir
11:17
19 Aprel
Bu il Bakı–Tbilisi–Ceyhan kəməri ilə 8,2 milyon ton neft göndərilib
11:15
19 Aprel
Birinci rübdə Azərbaycanda 4,4 milyard kubmetr əmtəəlik təbii qaz istehsal edilib
11:07
19 Aprel
Dini radikalizmlə və ekstremizmlə mübarizədə gənclərin üzərinə böyük məsuliyyət düşür
10:52
19 Aprel
Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsi yaxşılaşdırılır
10:43
19 Aprel
Azərbaycan OPEC+ Monitorinq Komitəsinin iclasında təmsil olunacaq
10:40
19 Aprel
Ümumdünya Gömrük Təşkilatının informasiya texnologiyaları konfransı və sərgisi Bakıda keçiriləcək
10:30
19 Aprel
Moskvada ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə dair “dəyirmi masa” keçirilib
10:27
19 Aprel
İstanbulda Azərbaycan, Türkiyə və Yunanıstan incəsənət ustalarının birgə konserti olub
10:22
19 Aprel
Ermənistan silahlı bölmələri snayper tüfənglərindən və minaatanlardan istifadə etməklə atəşkəs rejimini 102 dəfə pozub
10:20
19 Aprel
İsveçrə Prezidenti Alain Berset: İsveçrə ilə Azərbaycan arasında yaxşı və geniş əlaqələr mövcuddur
10:15
19 Aprel
Tahir Rzayev: Ölkədə qeyri-neft sektorunun inkişafının təmin edilməsi üçün dövlət tərəfindən qətiyyətli siyasi iradə nümayiş etdirilir
10:11
19 Aprel
Romada ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
10:08
19 Aprel
Yaponiyanın Baş naziri: Azərbaycan, Qafqaz regionunun sabit inkişaf açarının sahibi olmaqla, beynəlxalq enerji təhlükəsizliyi üçün böyük rola malik ölkədir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA
Bakı
gündüz+15 +19
gecə+7 +9