Ana səhifə »  Qəzetin pdf formatı »  Azərbaycan Dünya Bankı ilə güclü tərəfdaşlıq qurub
A+   Yenilə  A-
Azərbaycan Dünya Bankı ilə güclü tərəfdaşlıq qurub

Azərbaycan Dünya Bankı ilə güclü tərəfdaşlıq qurub.
Sentyabrın 19-da Azərbaycanın Dünya Bankına üzvlüyünün 25-ci ildönümü ilə bağlı mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov 25 illik əməkdaşlıq dövründə Azərbaycanın Dünya Bankından texniki, maddi, ümumiyyətlə hərtərəfli dəstək aldığını deyib. Bildirilib ki, Dünya Bankı ilə Azərbaycanın uzunmüddətli və davamlı əməkdaşlığının əsasını ümummilli lider Heydər Əliyev qoyub. 25 il əvvəl Heydər Əliyevin rəhbərliyi ilə liberal bazar iqtisadiyyatının seçilməsi Dünya Bankı tərəfindən dəstəklənib. Struktur islahatlarının dərinləşdirilməsi, sosial-iqtisadi infrastrukturun bərpası və inkişafı, yoxsulluğun azaldılması və digər sahələr Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığının başlıca istiqamətləridir.
Qeyd edilib ki, bu günədək 50-dən artıq layihəyə Dünya Bankı tərəfindən 3,6 milyard dollar vəsait ayrılıb. Hazırda isə Dünya Bankı tərəfindən 10 aktiv layihə həyata keçirilir. Ümumilikdə Dünya Bankı Azərbaycanda təhsil və səhiyyə sisteminin yaxşılaşdırılması, nəqliyyat və su kanalizasiya sisteminin təkmilləşdirilməsi, kənd təsərrüfatının, enerji sektorunun inkişafı, ətraf mühitin və mədəni irsin qorunması kimi bir sıra sahələrdə həyata keçirilən layihələrə dəstək verir, neft sektoru üzrə iri layihələr hökumətlə birgə həyata keçirilir. Milli dövrün çağırışları Azərbaycan ilə Dünya Bankı arasında strateji əməkdaşlığın yeni səhifəsini açıb.
Ölkəmizin Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə də uğurla əməkdaşlıq etdiyini deyən sədr müxtəlif dövrlərdə IFC-nin çoxsaylı layihələrin maliyyələşdirilməsinə yarım milyard dollar vəsait ayırdığını bildirib.
E.Rüstəmov deyib: "Bu ilin birinci yarısında tədiyə balansının cari əməliyyatlar hesabında ÜDM-in 2,5 faizi səviyyəsində profisit qeydə alınıb. Səkkiz ayda ölkənin strateji valyuta ehtiyatları 12 faizədək artıb və ÜDM-in həcmini üstələyib. Valyuta bazarı tarazlaşıb, milli valyutanın məzənnəsi sabitləşib. İqtisadi subyektlərdə nikbinlik və müsbət gözləntilər yaranıb".
Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Siril Müller qeyd edib ki, təmsil etdiyi qurumun Azərbaycanda ilk layihələri 1995-ci ildə təsdiq edilib. O vaxtdan bəri tərəfdaşlığımız yüksələn xətlə inkişaf edərək həm kəmiyyət, həm də keyfiyyət baxımından təkmilləşib. Eyni zamanda, Beynəlxalq Maliyyə Korporasiyası 56 layihə çərçivəsində özəl bölmənin müxtəlif sektorlarına, o cümlədən maliyyə xidmətlərinə, infrastruktur və sənayeyə 470 milyon ABŞ dollarından çox sərmayə qoyub.
"Bizim Azərbaycandakı investisiyalarımız illər boyu Avropa və Mərkəzi Asiya regionunda ən iri portfellərimizdən biridir. Azərbaycan Dünya Bankı ilə güclü tərəfdaşlıq qurub. Dünya Bankı Qrupu Azərbaycanın nailiyyətlərində xidməti olduğundan qürur duyur, yaxın gələcəkdə iqtisadiyyatın sağlamlaşdırılması, uzun müddətdə isə dayanıqlı artımı təmin etmək naminə Azərbaycan dövləti və xalqı ilə tərəfdaşlığımızı davam etdirməyə hazırıq", - deyə Siril Müller vurğulayıb.
Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon Dünya Bankı ilə Azərbaycanın əməkdaşlığının 25 illik münasibətilə məhz Azərbaycana gəldiyi üçün çox sevindiyini deyib. Vurğulayıb ki, Azərbaycan bu illər ərzində dost və yaxşı tərəfdaş kimi yadda qalıb.
Sonra Mersi Tembon Baş nazirin müavini Abid Şərifova, maliyyə naziri Samir Şərifova, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova, iqtisadiyyat naziri Şahin Mustafayevə, Mərkəzi Bankın sədri Elman Rüstəmova, Nazirlər Kabinetinin nümayəndəsi Nail Fətəliyevə təşəkkürnamələr təqdim edib.
Azərbaycanın Dünya Bankına üzvlüyünün 25-ci ildönümü münasibətilə Azərbaycan hökuməti tərəfindən xüsusi olaraq buraxılan markalar imzalanıb və möhürlənib. Markaları Baş nazirin müavini Abid Şərifov və Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon imzalayıb və möhürləyiblər.
Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın əhəmiyyətini vurğulayan Baş nazirin müavini Abid Şərifov Dünya Bankının ölkəmizə ayırdığı kreditdən, həyata keçirdiyi layihələrdən danışıb. Baş nazirin müavini çıxışında yolların inşası məsələsinə xüsusi diqqət ayırıb: "Azərbaycanda yolların vəziyyətinin necə olduğunu hamımız bilirdik. Neft ölkəsi yolsuz idi. Prezidentin göstərişi ilə müasir standartlara uyğun 10 min kilometr yol tikilib. Ayrılan maliyyənin əksəriyyəti yolların inkişafına sərf olunub".
"Azərmarka" şirkəti ölkəmizdə Azərbaycan və Dünya Bankı əməkdaşlığın 25 illiyinə həsr olunmuş poçt markası nəşr edib. Bu cür markalardan 25 min nüsxə buraxılacaq. Bu markalar Azərbaycanla Dünya Bankı arasında əməkdaşlığın rəmzinə çevriləcək", - deyə qeyd edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, əhalinin bank və maliyyə xidmətlərinə çıxış imkanlarının artırılması, ölkədə maliyyə xidmətlərinin inkişaf etdirilməsi məqsədilə 2005-ci ildə Dünya Bankı ilə birlikdə "Azərpoçt"da maliyyə xidmətlərinin göstərilməsi potensialının artırılması üzrə geniş layihə uğurla həyata keçirilib. Dünya Bankı Azərbaycanda həyata keçirdiyi bu layihə barədə buklet hazırlayaraq bunu müsbət bir nümunə olaraq bütün ölkələrdə yayır. “Bizim üçün çox müsbət haldır ki, artıq dünyada geniş imkanlardan istifadə edərək, Mərkəzi Bankdan alınmış lisenziyalar əsasında Azərbaycan poçtu ölkənin bütün ərazisində geniş şəbəkə vasitəsilə əhalimizə poçt xidmətlərinin göstərilməsi, pulköçürmələr, maliyyə institutlarının müxbir hesablarının aparılması, debit kredit kartları, poçt çeklərinin emissiyası və s. xidmətləri həyata keçirir. Həyata keçirilən məhz bu layihə "Azərpoçt" MMC-yə maliyyə xidmətlərini göstərmək üçün yeni imkanlar yaradıb”, - deyə nazir müavini bildirib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov qeyd edib ki, təmsil etdiyi qurum 18 ildir Dünya Bankı ilə əməkdaşlıq edir. 18 il ərzində Dünya Bankının xətti ilə 170 milyon dollaradək kredit layihələri məcburi köçkünlər üçün icra olunub. Dünya Bankı qaçqın və məcburi köçkünlərin idarə olunmasında ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin yaratdığı sistem və mexanizmdən bəhrələnir və dünyanın başqa ölkələrində Azərbaycan təcrübəsini tətbiq edir. Dünya Bankının ofisində yetişən milli kadrlarımız artıq beynəlxalq aləmə çıxıb.
Azərbaycanın iqtisadi ticarət partnyorlarının sayının 180 ölkəyə çatdığını deyən iqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, keçən illər ərzində ölkəmizdə ümumi məhsul buraxılışı 22 dəfədən, dövlət büdcəsi 26 dəfədən çox artıb. Azərbaycan xarici investisiyalar üçün cəlbedici məkana çevrilib. Azərbaycan iqtisadiyyatına 200 milyard dollardan çox investisiya yatırılıb, o cümlədən 76 milyard dollar həcmində birbaşa xarici investisiya cəlb olunub. Görülən tədbirlər nəticəsində Azərbaycanın planlı sosialist iqtisadiyyatından liberal bazar iqtisadiyyatına keçidi təmin edilib. Bu uğurlar beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq çərçivəsində mümkün olub. Dünya Bankı bu əməkdaşlıqda ön sıradadır. Dünya Bankı ilə Azərbaycan hökumətinin əməkdaşlığı çoxşaxəlidir. Özəl sektorun, sahibkarlığın inkişafında Dünya Bankının xüsusi rolu var.
"Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda "Bərk məişət tullantılarının vahid idarəçiliyi" layihəsi uğurla icra olunub və Dünya Bankı tərəfindən mükafata layiq görülüb. Bank tərəfindən rəqabətliliyin artırılmasına, ölkəmizdə yaradılan sənaye parklarına və məhəllələrinə texniki dəstək göstərilib", - deyə nazir diqqətə çatdırıb.
Maliyyə naziri Samir Şərifov deyib ki, ölkəmiz 1992-ci ildən Dünya Bankı Qrupunun üzvü olsa da, əməli şəkildə əməkdaşlığımız 1995-ci ildən başlayıb. Bankın Bakıda yeni nümayəndəliyi açılıb. Azərbaycan hökuməti Dünya Bankı ilə ilk birgə makroiqtisadi sabitləşdirmə və struktur islahatları proqramının həyata keçirilməsinə başlayıb.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən davam etdirilən iqtisadi siyasətin nəticəsi olaraq ölkəmizin əldə etdiyi nailiyyətlərdə Dünya Bankı ilə əməkdaşlıq vacib rol oynayıb.
"Azərbaycan orta gəlirli ölkələr sırasına daxil olub. Bu gün Azərbaycanda adambaşına gəlir yüksəlib. Azərbaycan Dünya Bankı ailəsinə daxil olan 5 qurumla fəal əməkdaşlıq edir. Hesab edirəm ki, Dünya Bankı ilə əməkdaşlığımız bundan sonra da bugünkü kimi uğurlu olacaq və Azərbaycan inkişafına xidmət göstərəcək", - deyə nazir bildirib.
Tədbirdə Azərbaycan və Dünya Bankı arasında 25 illik tərəfdaşlığın qeyd olunması ilə bağlı videoçarx nümayiş olunub.
Dünya Bankının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Navid Naqvi təqdimatla çıxış edib. Bildirib ki, təmsil etdiyi qurum Azərbaycanla icra etdiyi 41 layihə artıq yekunlaşıb. Qurum Azərbaycanda su təsərrüfatı sisteminin yaxşılaşdırılması, bərk tullantıların idarə edilməsi və qaçqın və məcburi köçkünlərinin həyat şəraitinin yaxşılaşdırılması layihələrinə dəstək verir.
Sonda iştirakçılar foyedə təşkil olunmuş foto və infoqrafika sərgisi ilə tanış olublar.

 
  • Oxunub:  1350  |  
  • Tarix:  19-09-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Milli Məclisin növbəti iclası keçirilib

20:45
23 Oktyabr
Pan-Afrika Parlamentinin prezidenti Heydər Əliyev Mərkəzi ilə tanış olub
20:21
23 Oktyabr
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ermənistanın təxribatları barədə məlumatlandırılıb
20:09
23 Oktyabr
Kəngərli rayonunda yeni qapalı suvarma şəbəkəsi istifadəyə verilib
19:54
23 Oktyabr
“AMEA Yüksək Texnologiyalar Parkı” birillik fəaliyyətinə dair hesabat verib
19:32
23 Oktyabr
Azərbaycanın D-8 Zirvə görüşündə iştirakı ölkəmizin Türkiyə ilə qardaşlığının bariz göstəricisidir
18:49
23 Oktyabr
Rocer Nkodo Danq: Pan-Afrika Parlamenti Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır
18:13
23 Oktyabr
Azərbaycan Dillər Universitetinin “Səfir saatı”nda Qulam İshaqzai tələbələrə mühazirə oxuyub
17:51
23 Oktyabr
Koreyanın Azərbaycandakı səfirliyi Uşaq-Gənclər İnkişaf Mərkəzinə milli geyimlər hədiyyə edib
17:29
23 Oktyabr
Azərbaycan Prezidentinin köməkçisi: Avropa Şurası Parlament Assambleyasında da, Avropada da heç kim Azərbaycanın Avropa Şurasından çıxmasını istəmir
17:27
23 Oktyabr
Famil Mustafayev: Peşə təhsili iqtisadiyyatın və əmək bazarının dəyişən tələblərinə cavab vermək üçün ölkəmizdə prioritet sahə elan edilib
17:24
23 Oktyabr
Livanın Milli Xəbər Agentliyi Bakıda keçrilən şopinq festivalından yazır
17:03
23 Oktyabr
Otto Hauser: Bakı Şopinq festivalı çox uğurlu layihədir
16:49
23 Oktyabr
Bakı Şopinq Festivalı İƏT dövlətlərinin Xəbər Agentlikləri Birliyinin diqqət mərkəzində
16:28
23 Oktyabr
Sahil Babayev: Azərbaycanda qeyri-neft ixracının genişləndirilməsi istiqamətində vacib addımlar atılır
16:24
23 Oktyabr
Dünya birinciliyində tarix yazan gənc cüdoçularımız Vətənə qayıdıblar
16:10
23 Oktyabr
Misir qəzeti Bakı Şopinq Festivalından yazıb
15:59
23 Oktyabr
Azərbaycan Standartlaşdırma İnstitutu və Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının Standartlaşdırma Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb
15:21
23 Oktyabr
Novruz Məmmədov: Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı beynəlxalq ictimaiyyətə ünvanlanan bir mesaj idi
15:04
23 Oktyabr
Azərbaycan Brüsseldə separatizmlə bagli beynəlxalq forum keçirəcək
14:55
23 Oktyabr
Kersti Kiviryuyut: Azərbaycan mənim romanımı məşhurlaşdırıb
14:37
23 Oktyabr
Prezidentin köməkçisi: "Hazırda separatizmlə üzləşən ölkələrə vaxtında deyirdik ki, separatizmə qarşı mövqe bildirin
14:32
23 Oktyabr
Daşkənddə Azərbaycan xalçalarından ibarət sərgi açılıb
14:23
23 Oktyabr
Novruz Məmmədov: Həmsədrlərə əvvəlcə söz verib sonra başqa addım atan prezident barədə nə düşünürlər?!
14:16
23 Oktyabr
Çexiya Senatının sədr müavini ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14:11
23 Oktyabr
YAP-ın yaranmasının 25 illik yubileyi münasibətilə silsilə tədbirlər Pirallahıda da uğurla davam etdirilir
14:04
23 Oktyabr
Pan-Afrika Parlamentinin prezidenti ADA Universiteti ilə tanış olub
14:00
23 Oktyabr
Yirji Şestak: Çexiya ilə Azərbaycan arasında siyasi əlaqələr yüksək səviyyədədir
13:56
23 Oktyabr
Elşən Musayev: Avropada bəzi dairələrin fərdi marağı qlobal maraqlardan daha üstündür
12:52
23 Oktyabr
TRT HABER erməni terrorizminin dəhşətli nəticələri ilə bağlı veriliş yayımlayıb
12:45
23 Oktyabr
Müdafiə Nazirliyi: Ordumuz arsenalında olan silah və döyüş texnikasını tətbiq etməklə öz gücünü növbəti dəfə sübut etməyə hazırdır
12:21
23 Oktyabr
Pan-Afrika Parlamentinin prezidenti 3 saylı “ASAN xidmət” mərkəzində olub
12:09
23 Oktyabr
Bakıda “Hüseyn Cavid və müasir gənclik” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
12:04
23 Oktyabr
Heydər Əliyev Fondu şəkərli diabetə qarşı mübarizədə növbəti layihənin həyata keçirilməsinə başlayıb
11:44
23 Oktyabr
Sədaqət Vəliyeva: Azərbaycanın beynəlxalq nüfuzu və əhəmiyyəti hər gün artmaqdadır
11:34
23 Oktyabr
Akademik Akif Əlizadə: Azərbaycanın seysmik vəziyyəti, zəlzələ ocaqları tam öyrənilib
11:33
23 Oktyabr
Dövlət qulluqçuları ilk mühazirələrini Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbində dinləyiblər
11:05
23 Oktyabr
Bakıda seysmik dalğa məlumatlarının idarəetmə vasitələri ilə bağlı müzakirələr aparılır
11:03
23 Oktyabr
Elmar Məmmədyarov ATƏT-in İtaliyada təşkil etdiyi konfransda çıxış edecək
10:18
23 Oktyabr
Ermənistan silahlı bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 132 dəfə pozub
10:16
23 Oktyabr
Azər Badamov: Prezident İlham Əliyevin D-8 sammitində iştirakı Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasını göstərir
09:57
23 Oktyabr
Buxara şəhəri ilə tanışlıq azərbaycanlı qonaqlarda xoş təəssürat yaradıb
09:52
23 Oktyabr
Kubanın “EcuRed” internet ensiklopediyasına “Qarabağ” futbol klubu haqda məqalə əlavə edilib
09:37
23 Oktyabr
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana gəlib
17:53
21 Oktyabr
Arye Qut : Azərbaycanın multikultural dəyərləri bütün dünya üçün nümunədir
17:45
21 Oktyabr
RAGB Soçidə keçirilən XIX Beynəlxalq Gənclər və Tələbələr Festivalında iştirak edir
17:32
21 Oktyabr
YAP Nəsimi rayon təşkilatında veteran qadınlarla görüş keçirilib
15:43
21 Oktyabr
İqtisadiyyat naziri Ağdaşda vətəndaşları qəbul edib
15:40
21 Oktyabr
“The Jerusalem Post”: “Ermənistan-Azərbaycan danışıqları: bu yol sülhə, yoxsa müharibəyə aparır?”
15:00
21 Oktyabr
Parisdə Azərbaycan Evinin 25 illik yubileyi qeyd edilib
13:52
21 Oktyabr
Jalə Əliyeva: Bütün dünya Bakıya mədəniyyətlərarası dialoq məkanı kimi yanaşır
13:36
21 Oktyabr
Düşmən təxribatlarının qarşısının dərhal və qətiyyətlə alınması ilə əlaqədar qoşunlara tapşırıq verilib
13:33
21 Oktyabr
Akif Əlizadə: Azərbaycanda milli mənəvi dəyərlərə dərin ehtiram bəslənilir
13:30
21 Oktyabr
Misirli diplomat: Bakı Şopinq Festivalının gedişində alış- veriş mərkəzlərinə böyük axın var
12:03
21 Oktyabr
Kestutis Yankauskas: Bakı tolerantlıq paytaxtı olduğunu bir daha sübut etdi
11:58
21 Oktyabr
Elman Nəsirov: Azərbaycan dövləti münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında həllini dəstəkləyir
11:47
21 Oktyabr
ATƏT-in iclasında Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlə bağlı məsələ qaldırılıb
11:42
21 Oktyabr
Stepan Kubiv: AŞPA-da antiazərbaycan qətnaməsinə səs vermiş Ukrayna deputatlarının mövqeyi Kiyevin rəsmi mövqeyini əks etdirmir
11:38
21 Oktyabr
Aydın Hüseynov: Azərbaycan iqtisadi potensialını əhəmiyyətli dərəcədə genişləndirib
11:35
21 Oktyabr
Azərbaycanın İtaliyadakı səfiri: İpək yolunun bərpasında Azərbaycan Şərqlə Qərb arasında strateji körpü rolunu oynayır
10:26
21 Oktyabr
“Haffinqton Post”: Azərbaycanın coğrafi mövqeyi onu regionun sütununa çevirib
10:20
21 Oktyabr
Litva Seyminin sədr müavini: Azərbaycan qlobal layihələrin təşəbbüskarı və iştirakçısıdır
09:59
21 Oktyabr
Ermənistan ordusu atəşkəsi 126 dəfə pozub
17:53
20 Oktyabr
Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin V qurultayı keçirilib
17:50
20 Oktyabr
Ziyafət Əsgərov: Cinayət Məcəlləsi Azərbaycanın cəza siyasətinə uyğunlaşdırılıb
17:48
20 Oktyabr
Azərbaycan ilə Meksika arasında əməkdaşlığa dair hökumətlərarası Saziş imzalanıb
17:43
20 Oktyabr
Əli Hüsyenli: Cinayət Məcəlləsinə edilən əlavə və dəyişikliklər çox əhəmiyyətlidir
17:38
20 Oktyabr
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
17:34
20 Oktyabr
Tiranada QDİƏT-in komitə iclası keçirilib
17:31
20 Oktyabr
Energetiklər peşə bayramlarını qeyd ediblər
17:26
20 Oktyabr
Prezident İlham Əliyev: Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya arasında ən qısa yol olacaq

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA